ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
«NOVRUZ» ÇƏRŞƏNBƏLƏRI VƏ «XAN-XAN» OYUN TAMAŞASI
Rüxsarə HÜSEYNOVA
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN – TÜRKIYƏ MƏDƏNI-KULTUROLOJI ƏLAQƏLƏRI
Fərqanə HÜSEYNOVA
KULTUROLOJI IRSIMIZIN QAYNAQLARINA DOĞRU
Mübariz SÜLEYMANLI
XIX ƏSRIN SONU XX ƏSRIN ƏVVƏLLƏRINDƏ ISLAM ISLAHATLARI VƏ M.RƏSULZADƏNIN KULTUROLOJI ARQUMENTLƏRI
Sədaqət ƏLIYEVA
KIÇIK QAFQAZIN CƏNUB-ŞƏRQ RAYONLARININ TOY ADƏTLƏRI (XIX-XX ƏSRIN ƏVVƏLLƏRI)
Solmaz MƏHƏRRƏMOVA
«NOVRUZ» ÇƏRŞƏNBƏLƏRI VƏ «XAN-XAN» OYUN TAMAŞASI
Rüxsarə HÜSEYNOVA
ISLAM, INCƏSƏNƏT VƏ ƏXLAQ
Rasim BABAYEV

 


Qədim dövrlərdən bizə irs qalmış xalqın yaratdığı mənəvi sərvətlər onun zəngin və parlaq istedadını təcəssüm etdirir. Azərbaycan xalqının həyatında təbiət hadisələrinin rolu böyük olmuş, onun təbiət qüvvələrilə mübarizə, əkinçilik və maldarlıq iş prosesilə əlaqədar olaraq bir sıra ayin və mərasimləri yaranmışdır. Bu mərasimlər içərisində mövsüm mərasimləri xüsusi yer tutur. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin oyanması, canlanması ilə bağlayaraq, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi qeyd etmişlər. Bununla da insanlara səadət bəxş edən, qədim xalq bayramı olan «Novruz» - «Bahar» bayramı yaranmışdır. Şərq xalqlarının əksəriyyəti, o cümlədən azərbaycanlılar baharın gəlişini yeni ilin gəlişi kimi böyük sevinclə qarşılamışdır.

       Araşdırmalar göstərir ki, «Novruz» bayramı hələ eramızdan əvvəl ulu babalarımızın sevimli xalq bayramı olmuşdur. Bəzi tədqiqatçılar bu bayramın zərdüştlük, digərləri isə islamla bağlı olduğunu söyləmişdir. Onların bir qismi «Novruz»u atəşpərəstliyin banisi Zərdüştün adı ilə bağlamış, din xadimləri isə onu IV xəlifə Əlinin taxta çıxdığı yeni gün kimi qələmə verib, islamla bağlı mərasimlərdən birinə çevirməyə çalışmışdır. Lakin görkəmli yazıçı M.S.Ordubadi, Y.V.Çəmənzəminli, professor M.H.Təhmasib və digər alim və yazıçılar bu fikirlərə qarşı etiraz etmiş və «Novruz»un zərdüştlükdən də, islam dinindən də çox-çox qədim olduğunu qeyd etmişdilər. Yəni «Novruz» heç vaxt təsir altına düşməmiş, özünün humanist mahiyyətini həmişə yaşatmış, xalqın təsəvvüründə bütün dinlərdən və təriqətlərdən uzaq ümumxalq bayramı kimi qeyd olunmuşdur. Bu bayramda olan adət-ənənələr, bayramı keçirmək qaydaları bu əziz günün məhz xalq içərisində doğduğunu və geniş kütlə lər bayramı olduğunu sübut edir.

       Bu bayramın qədimliyi haqqında Şərqin dahi klassikləri Ə.Firdovsi, Nizami, Ö.Xəyyam, Ə.Nəvai də geniş məlumatlar vermişdir. Onlar öz əsərlərində hələ bizim eradan əvvəl türk xalqları içərisində «Novruz»un böyük bayram kimi qeyd        Bildiyimiz kimi, «Novruz» bayramı hər il Günəş təqvimi üzrə mart ayının 21-də bahar fəslinin gəlməsilə başlanır. Bu gün gecə və gündüz vaxt etibarilə bərabərləşir. Bayram ərəfəsində, yəni bayrama dörd həftə qalmış həyat üçün vacib olan dörd ünsürlə – su, od, külək və torpaqla bağlı çərşənbələr xüsusi təntənə ilə qeyd edilir. El inamına görə «Novruz» çərşənbələrində yazın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hoparaq onları oyadır. Qışın axırıncı ayı Boz çillədə qışın yatıraraq dondurduğu təbiəti yaz dörd həftədə oyadır. Bu dörd həftədə olan dörd çərşənbələr də bizi «Novruz»a yaxınlaşdırır.

       I çərşənbə – su çərşənbəsi və ya «əzəl çərşənbə» adlanır. Bu çərşənbədə qızlar və gəlinlər sübh çağı çay, dəniz və ya bulaq başına gedərək axar su üzərindən hoppanır, nəğmə oxuya-oxuya bir-birinin üstünə su çiləyirlər. Bununla da onlar su ilə ünsiyyətdə olur, ona qovuşurlar. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan suyu azərbaycanlılar həmişə müqəddəs hesab etmişdilər.

       «Su çərşənbəsi»ndə qızlar və gəlinlər tərəfindən çox maraqlı «Vəsfihal» adlı fala baxma mərasimi keçirilir. Bu mərasimdə ortaya su ilə dolu dərin bir mis qab qoyar, sonra hər qız öz üzüyünü o qabın içinə atardı. Üzükləri qabın içərisində iki-üç dəfə qarışdırdıqdan sonra qızlardan biri bayatı oxumağa başlardı. Bayatı oxunarkən qabdan bir üzük çıxarılırdı. Kimin üzüyü qabdan çıxardısa onun diləyi həmin bayatıdakı mətləbə uyğun yozulardı. Bu minvalla oyun davam edərdi. Beləliklə, bu mərasimdə qız-gəlinlər öz həyatlarında baş verəcək dəyişikliyi, gələcək aqibətlərini öyrənməyə çalışardılar.

       II çərşənbə odla bağlı olduğu üçün xalq onu «od çərşənbəsi» və ya «üski çərşənbə» adlandırmışdır. «Novruz»un əsas rəmzlərindən biri olan od uzun və soyuq qışdan sonra xalqın gözlədiyi istiliyi təmsil edirdi. Bu çərşənbədə ocaq çatılıb tonqal yandırılır və hamı bu odun üstündən atılaraq «Ağırlığım, uğurluğum oda tökül» - deyirlər. Bununla da ötən ildə ailələrində baş verən uğursuzluqları sanki odda yandırırlar. Bu, həmçinin, azərbaycanlıların etiqadını, odu müqəddəs hesab etmələrini əks etdirir. Beləliklə, tonqal qalamaq yeni həyatın, baharın və istiliyin gəlişininin simvoludur.

        «Od çərşənbəsi»ndə yazın gəlişini qeyd etmək məqsədilə «Kos-kosa» kimi ənənəvi xalq oyunu keçirilir. «Kos-kosa» oyununun mənası qurtaran qışın qovulması, başlayan yazın alqışlanmasıdır. Burada Kosa ömrünü başa vurmuş qışın simvolik obrazı, keçi isə yazın rəmzidir. Tamaşada kosa ilə keçi arasındakı mübarizədə axırda keçinin qalib gəlməsi yazın qış üzərində qalibiyyəti kimi təsəvvür edilir.

       III çərşənbə «Külək və ya yel» çərşənbəsidir. Isti və təravətli külək öz qanadlarında baharı gətirir, ətrafdakı bütün canlıların qanı oyanır. Yel hər yerə nüfuz edərək bütün yatmışları oyadır.

       IV - axır çərşənbə «torpaq çərşənbəsi» adlanır. Bu çərşənbədə torpağa canlanma gəlir, o öz qarını-buzunu əridir, toxumunu cücərdir, ağaclar yuxudan oyanaraq tumurcuqlamağa başlayır, bağ-bostan, dirrik yerləri əkinə hazırlanır, elə bahar gəlir. Xalq inamına görə gələn ilin taleyi bu çərşənbədən asılıdır, çünki insanları yedirdən məhz torpaqdır. Torpaq çərşənbəsində evlərdə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni göyərdilir. Səməni əla növ sarı buğdadan hazırlanır və böyük zəhmət hesabına başa gəlir. Hazır olanda isə belinə qırmızı lent bağlanaraq süfrəyə qoyulur.

       Xalq axır çərşənbəni xüsusi təntənə ilə qeyd edir. Inanca görə axır çərşənbə «Novruz»la üst-üstə düşərsə, ilin daha uğurlu keçəcəyi gözlənilir. Bu çərşənbədə bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və ya sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Axır çərşənbədə də od qalanıb tonqal yandırılır. Həmin gecə «qulaq falı»na çıxırlar. Bunun üçün ürəyində bir niyyət tutub hava qaralandan sonra xəlvətcə qonum-qonşunun birinin qapısına gedilir. Qapıda durub ayağının altına açar qoyub içəriyə qulaq asılır. Ilk eşidilən kəlmə niyyətin yerinə yetib-yetməyəcəyini nişan verir. Xoş söz yaxşı mətləbə, pis söz, narazılıq isə niyyətin yerinə yetməyəcəyinə işarədir. Buna görə ağbirçək nənələrimiz bizə axır çərşənbədə həmişə xoş sözlər, ürəkaçan söhbətlər etməyi öyüd vermişdir.

       Axır çərşənbədə həmçinin iki boş kasa götürüb əlində tutaraq danışmadan qonşunun qapısını döyürsən. Qonşu hansı kasaya su tökərsə ürəyində tutduğun niyyətin yerinə yetib-yetməyəcəyini öyrənirsən.

       Deyilənə görə, ilin axır çərşənbə gecəsi evdən kənara getmək olmaz. Çünki belə etsən yeddi il evində rahatlıq tapa bilməzsən. Buna görə də axır çərşənbə axşamı hər kəs öz evində, ailəsilə birlikdə olmalıdır.

       Axır çərşənbədə uşaqlar və gənclər tərəfindən «Baca-baca», «Papaq atdı» kimi oyunlar oynanılır, həmçinin «Cütçü şumu» adlı bir tamaşa da göstərilir. Torpağı oyatmaq məqsədilə keçirilən «Cütçü şumu» tamaşasında əsas qəhrəman Cütçü baba tərəfindən torpaqda iz açılır və ora toxum səpilərdi. Sonra isə onun şəninə müxtəlif rəqslər, idman yarışları, məzəli oyunlar keçirilərdi.

       Beləliklə, bayram təntənəsi «Novruz» günündə öz zirvəsinə çatır. Həmin il köhnə il öz yerini yeni ilə verir. Xalq bu günü xoş ovqat, şirinlik, sevinclə qarşılayır. Hər yan əsil bayram libasına bürünür.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page