ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ Âß ÌÀÀÐÈÔ×ÈËÈÉÈ
ÜZEYIR HACIBƏYOVUN «AŞIQSAYAĞI» ƏSƏRINDƏ OSTINATO PRINSIPI
Gülzar MAHMUDOVA
Search

ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ Âß ÌÀÀÐÈÔ×ÈËÈÉÈ
70 YAŞLI G.G.ŞAROYEV ADINA
Yusif VƏLIYEV
MUSIQI TƏFƏKKÜRÜ: MAHIYYƏTI, STRUKTURU, FORMALAŞMASI VƏ INKIŞAFININ DIDAKTIK ƏSASLARI
Tamilla KƏNGƏRLINSKAYA
ZAMAN HƏRƏKƏT TƏLƏB EDIR…
Aynur XƏLILOVA
KÖVRƏK UŞAQ SƏSININ SEHRI
Mələk VƏLIZADƏ
HÜSEYN CAVID VƏ MUSIQI
Ruqiyyə SÜLEYMANOVA
ÜZEYIR HACIBƏYOVUN «AŞIQSAYAĞI» ƏSƏRINDƏ OSTINATO PRINSIPI
Gülzar MAHMUDOVA

 


XIX əsrin sonu – XX əsrin əvvəli Azərbaycan üçün dövrün ictimai-siyasi həyatını müəyyənləşdirən milli-demokratik hərəkatın yüksəlişi ilə əlamətdar idi. Azərbaycanda əsrin ərəfəsində yeni demokratik ideyaları irəli sürən yaradıcı qüvvələr incəsənət sahəsində də yeni hadisələrin yaranmasına səbəb olmuşdular. Məhz bu zaman cəmiyyətin musiqi-bədii həyatında əsrlər boyu toplanmış Azərbaycan musiqisinin təcrübəsini başqa cür cəmləşdirməyə və yeni formalarda əks etdirməyə qadir olan yeni tipli musiqiçi-bəstəkar ön plana çəkilir. Həmin sənətkar Üzeyir Hacıbəyov olmuşdur. Onun haqqında Fikrət Əmirov demişdir: «Əsrin ərəfəsində hərəkətə gələn «tarix dəyirmandaşlarının saçdığı» qığılcımlardan Üzeyir Hacıbəyovun alovlu iste’dadı alışmışdır».

       Üzeyir Hacıbəyovun yaradıcı dühası milli musiqi mədəniyyətinin gələcək irəliləyişini bir çox onillik öncədən görürdü. Onun sənəti Azərbaycan xalqının çoxəsrli musiqi mədəniyyətində dönüş nöqtəsi olaraq, eyni zamanda milli şifahi musiqi yaradıcılığının zəngin ən’ənələrini üzvi surətdə mənimsəmişdir. Bəstəkar həmin ən’ənələrini dünya bəstəkarlıq təcrübəsində təşəkkül tapmış ifadəliliyin semantik sferasında məharətlə, özünəməxsus şəkildə istifadə edib işləmişdir. Məhz burada Üzeyir Hacıbəyov irsinin novatorluğu və əbədi əhəmiyyəti daha aydın görünür. Məhz onun Şərq və Qərb musiqi mədəniyyətlərini üzvi surətdə birləşdirən yaradıcılığı sayəsində Şərq və o cümlədən, Azərbaycan ən’ənəvi musiqi sənətinin ümumbəşəri dəyəri bütün dünya tərəfindən e’tiraf edilmişdir.

       Qanunauyğundur ki, Azərbaycan musiqi sənətini bəstəkarlıq yaradıcılığı yoluna çıxararkən, Üzeyir Hacıbəyov fərdi-bəstəçilik spesifikası ilə şərtləndirilmiş musiqi-bədii vəzifələri yerinə yetirməklə yanaşı, milli bəstəkarlıq yaradıcılığının özünün yeni semantika və estetikası ilə bağlı olan ən ümdə və qlobal məqsədlərə nail olmalı idi: bunu Azərbaycanın ilk klassik-bəstəkarı olmaq missiyası tələb edirdi.

       Bu cür problemlər arasında musiqi dili və musiqi forması problemi xüsusən aktual və əhəmiyyətli görünür.

       Öz yaradıcılığında Azərbaycan xalq musiqisi dilinin səciyyəvi cəhətlərini əks etdirmək cəhdi buna gətirib çıxardı ki, Üzeyir Hacıbəyov onun əsil estetik xüsusiyyətlərinə yaxın olan musiqi ifadə vasitələrini axtarırdı. Məsələn, Üzeyir Hacıbəyov harmonik və polifonik üsullardan digər – Avropa sisteminin üsulları kimi istifadə edirdi, lakin bunlar onun üstünlük təşkil edən melodik təfəkkürlü əsərlərinin sırf milli spesifikasına yönəldilirdi. Bununla belə, qeyd etmək lazımdır ki, adı çəkilən mə’lum üsullar bəstəkar tərəfindən yeni bədii vəzifələri yerinə yetirmək üçün tətbiq edilirdi. Belə ki, Üzeyir Hacıbəyov musiqisində polifoniya fəal yaradıcı metod, bədii məzmunun təcəssümündə əsas üsullarından biri olur. Bununla belə, hazırki formayaradıcı prosesdə ən prinsipial odur ki, Üzeyir Hacıbəyov musiqisinin güclü inkişaf etmiş polifonik çoxsəsliliyi, bir qayda olaraq, Azərbaycan musiqi yaradıcılığının əsil, həqiqi təzahürlərinin əks etdirilməsinə yönəldilir və, yuxarıda qeyd etdiyimiz kimi, milli-üslub spesifikasına istinad edir.

       Üzeyir Hacıbəyovun bundan irəli gələn «bədii kəşflərinin» xüsusi əlamətdarlığı məhz milli və beynəlmiləl cəhətlərin sintezindən, Azərbaycan milli bəstəkarlıq məktəbinin özümlü polifonik üslubunun yaranmasına səbəb olan yeni amillərin axtarışlarından ibarətdir. Çünki, mə’lum olduğu kimi, müasir Azərbaycan professional musiqi sənətinin təşəkkülü və ilk mərhələdə inkişafı prosesində onun bədii-üslubi oriyentasiya məsələləri xüsusi bir kəskinliklə qoyulurdu. Bu cür şəkildə milli çoxsəsli-polifonik üslubun yaranması problemi mərkəzlərdən biri olurdu. Bununla əlaqədar olaraq, Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyovun ən böyük xidmətlərindən biri o təsəvvür edilir ki, sənətkar, dünya polifonik təcrübəsinin nailiyyətlərindən milli musiqi sənəti sferasında yaradıcı surətdə fəal istifadə edərək, dünya bəstəkarlıq təcrübəsinə möhkəm daxil olmuş və burada şərq melosu əsasında professional musiqi sənətinin yaranması aspektində yeni səhifə açıb, keyfiyyətcə başqa bir öz ünəməxsus və orijinal polifonik hadisə yaradırdı.

       Üzeyir Hacıbəyovun «Trio»sundakı ostinatlığı təhlil etməyimiz məhz yuxarıda qeyd olunan proses aspektində qurulur. Həmin əsərdə ostinatlıq prinsipi Avropa professionalizminin təzahürlərini və Azərbaycan xalq musiqisinin köklü xüsusiyyətlərini sintezləşdirmişdir.

       Maraqlıdır ki, bir çox tədqiqatçıların fikrincə, Avropa professional sənətinin musiqi formalarının nümunələri üzrə yazılmış ilk kamera-instrumental əsərlərindən biri olan «Aşıqsayağı» fortepiano triosunda Azərbaycan professional musiqisinin kamera-instrumental janrının və həmçinin, forma inkişafının ən mühüm prinsiplərinin əsasları qoyulmuşdur.

       Pyesi açan fortepiano və violonçelin dueti öz enerjili xarakteri ilə aşıq havalarına girişi xatırladır. Aşıq yaradıcılığının nümunələri ilə sıx bağlılığı həmçinin, skripka partiyasının musiqi materialı da nəzərə çarpdırır. O, improvizasiyalı sərbəstliklə fərqlənərək, əsərin əsas tematik yükünü daşıyır və sanki aşıq mahnılarının «kanto» partiyasını təcəssüm edir. Bəstəkar, fortepiano və violonçelin ritmik cəhətdən mütəşəkkil müşayiət partiyalarını, skripka partiyasının isə mülayim və axıcı melodiyasını birləşdirərək, aşıq musiqisi nümunələrinin vokal-instrumental faktura quruluşunun spesifikası ilə dərindən bağlı olan musiqi fakturasını yaratmışdır. Hazırki tədqiqatın aspektində çox maraqlı və mə’nalı təsəvvür edilir ki, yuxarıda qeyd olunmuş aşıq vokal-instrumental fakturasının özümlü xüsusiyyətləri özündə polifonik çoxsəsliliyin məhz ostinato növünün tətbiqi üçün aydın imkanlar daşıyır. Bu fikri qüvvətləndirmək üçün Azərbaycan aşıq yaradıcılığının məsələləri üzrə çalışan, tanınmış tədqiqatçı, professor T.Məmmədovun sitatını gətirək. «Azərbaycan aşıqlarının ən’ənəvi havaları» kitabında alim qeyd edir ki, «…aşıq mahnılarında mövcud olan səs komplekslərinin əmələ gəlməsi səs aparılmasından asılıdır və həmin səs aparılmasının vasitəsilə inkişafın polifonik üsullarının yaranması əldə edilir. Söhbət çoxsəsliliyin formalarından gedir ki, hansılar saz çalmağının və bu cür çalmağın vokal musiqisindəki intonasiyaetmə ilə birləşməsinin sayəsində təşəkkül tapmışdır» 1.

       Professor N.Əliyeva da öz növbəsində qeyd edir ki, «aşıq nümunələrində polifonik çoxsəsliliyin təzahürləri kifayət qədər qabarıq və inandırıcı surətdə özünü büruzə verir». Misal gətirək. Bir qayda olaraq, aşıq mahnısından əvvəl ritmik cəhətdən aydın instrumental giriş səslənir. O, aşıq mahnısının sonrakı formayaranmasında mühüm rol oynayaraq, çox vaxt həmin prosesin fəal hərəkət-verici amili olur. Yə’ni girişin intonasiyaları və ya səciyyəvi metr-ritmik cizgisi aşıq mahnısının sonrakı tematizminin təşəkkülü və inkişafı üçün əsas ola bilər. Burada aşıq mahnısı materialının müxtəlif səviyyələri üzrə – istər onun hissələrinin kompozisiya əlaqələri səviyyəsində (struktur-üfqi plan), istərsə də musiqi toxumasının özünün qoşulma xüsusiyyətləri səviyyəsində (şaquli-faktura plan) işləyən materialın təşkili müvafiq üsulları nəzərdə tutulur. Rəvan-kantilenalı və ya improvizasiyalı tərzdə olan səs xəttinin hərəkəti ilə birləşərək, müşayiət partiyasındakı tematizmin parlaq instru mental tipi zəngin, dolğun və başlıca olaraq, çoxplanlı musiqi fakturasını yaradır. Nəticədə intonasiya məzmununa görə müxtəlif olan iki tematik cərəyandan – «kanto» və instrumental müşayiətdən ibarət üzvi ansambl əmələ gəlir. Məhz adı çəkilən vahid, ahəngdar kompleks və nəticə kimi, kompozisiyada ritmik və intonasiya kontrapunktlarının mövcudluğu bu növlü çoxsəsli-polifonik toxumanın mahiyyətini təşkil edir.


1 T.Məmmədov «Azərbaycan aşıqlarının ənənəvi havaları». Bakı, «Işıq», 1988, səh.36.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page