ÏÎÐÒÐÅÒËßÐ
RƏSUL RƏSULOV – 75
Yusif AXUNDZADƏ
Search

ÏÎÐÒÐÅÒËßÐ
POLAD BÜLBÜLOĞLU – 60
Vasif ADIGÖZƏLOV
SOLMAZ QASIMOVA – 75
Zemfira ABDULLAYEVA
YUBILEY DÜŞÜNCƏLƏRI
Ülviyyə IMANOVA
AZƏRBAYCAN MUSIQISINI AMERIKADA YAŞADAN SƏNƏTKAR
Aida HÜSEYNOVA
BIR MUSIQIŞÜNAS ÖMRÜNÜN SƏHIFƏLƏRI
Səadət SEYIDOVA, Imruz ƏFƏNDIYEVA
ASYA TAĞIYEVA – 70
Təranə ƏLIYEVA
HƏMYERLIMIZ MURAD KAJLAYEVLƏ BAKIDA GÖRÜŞ
Ramiz ZÖHRABOV
RƏSUL RƏSULOV – 75
Yusif AXUNDZADƏ

 


Azərbaycan nəfəsl alətləri ifaçılığı məktəbinin təşəkkülü və inkişafında Bakı Musiqi Akademiyasının nəfəsli və zərb alətləri kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor Rəsul Məmməd oğlu Rəsulovun böyük rolu olmuşdur. O, 25 fevral 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. Nəfəsli musiqiyə olan böyük məhəbbət və həvəs onu Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki xüsusi musiqi məktəbinin professoru S.I.Berolskonun sinfinə gətirdi.

       1950-ci ildə bu məktəbi qurtararaq o, həmin ildəcə E.K.Əfəndiyevin truba sinfi üzrə Azərbaycan Dövlət Konservatoriyasına daxil olur və 1955-ci ildə oranı müvəffəqiyyətlə bitirir.

       Hələ xüsusi musiqi məktəbinin şagirdi olarkən R.Rəsulov maddi vəziyyətinin ağır olması səbəbindən Musiqili Komediya Teatrının orkestrində də işləyir.

       Təhsilini başa vurduqdan sonra o, 2 il ərzində Almaniyadakı Sovet qoşunları qrupunun Mahnı və rəqs ansamblı orkestrinin artisti olur.

       1958-ci ildə Bakıya qayıdan Rəsul müəllim Bülbül adına Orta ixtasas məktəbinə truba sinfi üzrə müəllimliyə dəvət olunur, 1967-ci ildən 1983-cü ilədək isə nəfəs alətləri şöbəsinin müdiri vəzifəsində çalışır. Gənc nəfəs alətləri ifaçıları kadrlarının orta ixtisas və ali məktəblərə hazırlanmasında məqsədyönlü və məhsuldar pedaqoji fəaliyyəti Mədəniyyət Idarəsi, eləcə də Mədəniyyət Nazirliyi tərəfindən yüksək qiymətləndirilmiş və nəticədə o, 1975-ci ildə Bakı şəhərindəki 3 saylı musiqi məktəbinə direktor təyin olunaraq 25 il bu vəzifədə çalışmışdır.

       1976-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına truba sinfi üzrə müəllimliyə dəvət olunan Rəsul müəllim bu günədək həmin işini davam etdirir.

       Məhsuldar pedaqoji fəaliyyəti nəticəsində R.Rəsulov Bakı Musiqi Akademiyasındakı müəllimliyi dövründə otuza yaxın istedadlı ifaçılar yetişdirmişdir. Onlar arasında – Istambul Opera Teatrı simfonik orkestrinin solistləri Eldar və Elmar Əzimovlar, F.Əmirov adına Nəfəs və zərb alətləri ifaçılarının Respublika müsabiqəsinin laireatları-hazırda Ü.Hacıbəyov adına Dövlət Simfonik orkestrinin solisti Sirus Məmmədov və Əmrah Əbdülqəlimov, Bakı Musiqi Akademiyasının baş müəllimi Yaşar Qarayusifli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin rəis müavini Rüfət Axundzadə, Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi orkestrinin 1-ci kornetçisi, eləcə də Musiqili Komediya teatrı orkestrinin solisti Fərrux Günəşov, Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi orkestrinin I truba partiyasının, eləcə də Azərbaycan televiziyası və radiosunun estrada-simfonik orkestrinin ifaçısı Oqtay Rüstəmov, Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi orkestrinin I kornet partiyasının ifaçısı Pərviz Səfərli kimi musiqiçilərin adlarını çəkmək olar.

       Istər Respublika Incəsənət Gimnaziyasında, istərsədə Bakı Musiqi Akademiyasında təhsil alan öz şagird və tələbələrini Rəsul müəllim çox sevir və daim onların qayğısına qalır. Eyni zamanda, tələbələri də öz müəllimlərini sevir və hörmət edirlər. Onlar məsləhət üçün tez-tez onun sinfinə gəlirlər. Müəllimlik fəaliyyəti ilə yanaşı, R.Rəsulov Azərbaycan və xarici ölkə bəstəkarlarının ən yaxşı əsərləri ilə truba repertuarının zənginləşməsi üçün çox işlər görür.

       Buna misal olaraq, köçürmə və işləmələr, eləcə də trubaçı ansamblı üçün əsərlər nəzərdə tutulur:

       1. Ü.Hacıbəyov – «Aşıqsayağı»(truba və fortepiano üçün A.Dadaşovla birlikdə)

       2. Ü.Hacıbəyov – «Sevgili canan» romansı (truba və fortepiano üçün)

       3. M.Maqomayev – «Nərgiz» operasından Nərgiz mahnısı (truba və fortepiano üçün)

       4. Q.Qarayev – fortepiano üçün «Uşaqlıq albomu»ndan «Kiçik vals», (truba və fortepiano üçün çevirmə).

       5. F.Əmirov – «Azərbaycan elləri» (truba və fortepiano üçün)

       6. F.Əmirov – «Mən səni araram» (truba və fortepiano üçün)

       7. F.Əmirov – «Baharımsan» (truba və fortepiano üçün)

       8. F.Əmirov – «Lay-lay» (truba və fortepiano üçün)

       9. T.Quliyev – «Sənə də qalmaz» (truba və fortepiano üçün)

       10. T.Quliyev – «Qızıl üzük» (truba və fortepiano üçün)

       11. T.Quliyev – «Bəxtəvər oldum» (truba və fortepiano üçün)

       12. T.Quliyev – «Lirik mahnı» (truba və fortepiano üçün)

       13. Niyazi – «Arzu» romansı (truba və fortepiano üçün)

       14. P.Çaykovski – «Zülmətli günlər çağında romansı» (truba və fortepiano üçün)

       15. S.Raxmaninov truba və fortepiano üçün melodiya

       16. D.Skarlatti – truba və fortepiano üçün mahnı.

       Uşaq musiqi məktəbləri üçün

Azərbaycan və xarici ölkə bəstəkarların truba üçün pyesləri.

       1. T.Quliyev – «Bakı haqqında mahnı» (truba və fortepiano üçün); 2.S.Rüstəmov - truba və fortepiano üçün «Mahnı»; 3. S.Ələsgərov - truba və fortepiano üçün «Məktəblilərin mahnısı»; 4. R.Mustafayev - truba və fortepiano üçün «Mahnı»; 5.M.Koçurbina - truba və fortepiano üçün mahnı; 6.        M.Koçurbina – «Ninni» (Beşik nəğməsi); 7.Ş.Reşevski - truba və fortepiano üçün «Mahnı»

3 truba və fortepiano üçün pyeslər

       1. Ü.Hacıbəyov – «Ey Vətən»; 2. Q.Qarayev – «Sülh haqqında mahnı»; 3. F.Əmirov – «Odlar yurdu» mahnısı; 4. F.Əmirov – «Bahar gəlir»; 5. A.Zeynallı – «Araz; 6. S.Rüstəmov – «Qızıl payız»; 7. R.Mirişli – «Mahnı».

2 truba üçün müşayiətsiz çevirmə

       1. I.S.Bax – «Menyet»

       2. I.S.Bax – «Sarabanda»

       3. I.S.Bax – «Prelüdiya»

       Bütün bunlar R.Rəsulovun köçürmə və işləmələrinin hələ tam siyahısı deyildir. Onun bu köçürmə və işləmələri özünəməxsus üslubu və bədii zövqü ilə xarakterizə olunur. Onun müraciət etdiyi hər bir əsərə böyük diqqətlə yanaşması, müəllif mətninə qayğı hissindən irəli gəlir. Truba üçün R.Rəsulovun işləmələri repertuarın əhəmiyyətli dərəcədə zənginləşməsində böyük bədii və pedaqoji qiymətə malikdir. O, SSRI Mədəniyyət Nazirliyi tərəfindən «Əla işinə görə» medalı, 2002-ci ildə isə Təhsil Nazirliyi tərəfindən «Ən yaxşı pedaqoq» Diplomu ilə təltif olunmuşdur. 2-ci Zaqafqaziya müsabiqəsinin müsifi 1992-ci ildən F.Əmirov adına Nəfəs və zərb alətləri ifaçılarının Respublika müsabiqəsinin müsifi, 2002 və 2004-cü illərdə isə münisflər heyətinin sədri təyin olunmuşdur.

       2003-cü ildən Bakı Musiqi Akademiyasının nəfəsli və zərb alətləri kafedrasının müdiri işləyir.

       Onun yorulmaz yaradıcılıq fəaliyyəti haqqındakı söhbətimə yekun vuraraq, respublikanın əməkdar müəlliminə, professor R.Rəsulova möhkəm can sağlığı, nəfəs alətlərində yüksək ixtisaslı ifaçı kadrların hazırlanması işində yaradıcılıq uğurları arzulayıram.



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page