ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
MÜSABIQƏLƏR...
KONFRANSLAR...

-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
YARADICILIQ
-
MUZEYLƏRDƏ
-
MÜSABIQƏLƏR...
KONFRANSLAR...

-
IFAÇILIQ
-

 


Xasayev Ilham (zurnada) və Məhərrəmov Raqil (nağarada) həvəsləndirici mükafatın sahibi oldular. Ifaçılardan 3 nəfər Sardalaşvili Rauli (tütəkdə), Yaqubov Elşən (balabanda) və Abdullayev Taleh (nağarada) Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə təltif olundu.

       Salyan rayon Icra Hakimiyyəti müsabiqə iştirakçıları arasında yaxşı ifaçı üçün təsis etdiyi fəxri fərman Əsədov Ramilə, Məmmədov Ilkinə və Məcidova Günaya təqdim olundu. Yaxşı ifasına görə bir neçə ifaçı rayon mədəniyyət şöbəsinin pul mükafatına və fəxri fərmanına layiq görüldü.

       Milli musiqi alətləri ifaçılarının yekun turuna həsr olunmuş gecə şübhəsiz uzun müddət xatırlanacaq. Rayon Icra Hakimiyyətinin, digər idarə və müəssisələrin nümayəndələrinin, sənətsevərlərin iştirak etdiyi təntənəli gecədə mükafatlar qalib ifaçılara təqdim olundu. Müsabiqə qaliblərinin yekun konserti və bu konsertdə sevimli sənətkar, xalq artisti, qoşanağaraçalan Sadıq Zərbəliyevin tanınmış sənətçi, qarmonçalan Aslan Ilyasovla birgə çıxışını tamaşaçılar rəğbətlə qarşıladı.

       - Ağaverdi müəllim, müsabiqənin uğurla başa çatması, habelə əhəmiyyəti barədə çox danışmaq olar. Bu öz yerində. Bəs iradlarınız necə, varmı?

       - Belə xoş əhvali-ruhiyyədən sonra kiməsə toxunacaq söz deməyə, düzü, ehtiyac duymuram. Hələ də xoş təsir altındayam. Adam özündə bir qürur duyur, gör bizim necə gözəl səsli, bənzərsiz milli musiqi alətlərimiz, həmin alətlərin necə mahir, istedadlı ifaçıları vardır. Fikir verirdim və görürdüm ki, uşaqlar özləri də fərəhdən necə deyərlər, yerə-göyə sığmırdılar. Bundan gözəl nə ola bilər. Bunları görəndə istər-istəməz düşünürsən ki, xalqın balalarına sevinc bəxş etməyin özü bəxtəvərlikdir. Amma bəzi şəhər və rayonlarımızın müsabiqədə az təmsil olunması, ya da kənarda qalması təəssüf doğurur. Şəhər və rayonlarda gözəl mədəniyyət ocaqlarımız, burada çalışan bacarıqlı mədəniyyət işçilərimiz istənilən qədərdir. Axtarsan yerlərdə nə qədər istedadlı uşaqlara rast gələrsən. Əslinə qalsa, heç qapı-qapı düşüb axtarmağa da ehtiyac yoxdur. Istedadlı və qabiliyyətli uşaqlar həmişə göz qabağındadır. Sadəcə onları görmək gərəkdir. Bəs onda bəzilərində laqeydlik haradandır? Deməli, burada məsuliyyət bir yana canıyan anlıq çatışmır. Qoy heç olmazsa, Mədəniyyət Nazirliyinin milli mədəni dəyərlərimizə, istedadlı balalarımıza göstərdiyi diqqət və qayğıdan, təəssübkeşliyindən ibrət götürsün nəzərdə tutduğum bəziləri. Necə ki el arasında deyildiyi kimi: «Sən sözünü de, suçlu suçun başa düşər ! ».

       - Şəfiqə xanım, bu müsabiqəyə Sizin də münasibətinizi bilmək maraqlı olardı.

       - Şəfiqə Eyvazova (xalq artisti): Əvvəla onu deyim ki, bu müsabiqəni mədəni həyatımızda ən əlamətdar, yaddaqalan hadisə kimi dəyərləndirirəm. Sağ olsun Mədəniyyət Nazirliyi. Son vaxtlar milli musiqi alətlərinin, xalq sənətinin təbliğinə, yeni istedadlı ifaçıların üzə çıxarılmasına nəinki diqqət yetirir, həm də onların qayğısına qalır. Əlbəttə, söhbət qaliblərə verilən mükafatlardan getmir. Gənc nəslin yeni ruhda tərbiyə olunması, onlarda milli mədəniyyətimizə, milli mədəni dəyərlərimizə hörmət və məhəbbət hissinin aşılanması hər şeydən qiymətlidir. Artıq hiss olunur ki, xalqımızın sevərək yaratdığı nə varsa bu gün sevilərək qorunur, yaşadılır. Çünki bunların mədəni həyatımızda dəyərini, yerini bilən dəyərli insanlarımız var. Hamıya məlumdur ki, başqa musiqi alətləri içərisində kamança özünəməxsus yer tutur. Elə bir adam tapılmaz ki, bunun həzin, kövrək səsinin vurğunu olmasın. Muğamlarımız, xalq mahnıları, lirik mahnılar bu gözəl musiqi alətində necə də ecazkar səslənir. Bir az ibarəli çıxsa da, bu a lət elə bil həm də tara qardaş yaranmışdır. Onların cütlüyü, vallah, möcüzədir. Dinləməkdən nə bezir, nə də doyursan. Yeri gəlmişkən bir məsələyə də toxunum ürəyimdə qalmasın. Hərdən eşidirəm ki, guya kamançanı kimlərinsə əlindən almışıq. Doğrusu, belə deyim mənə çox toxunur. Axı bizim xalq heç vaxt özgələrdən nəsə götürməyib. Çünki buna ehtiyac duymayıb. Gözü-könlü tox olduğundan yaratdıqlarına qane olub. Əksinə, özgələrinin gözü həmişə bizimkilərdə qalıb. Fürsət tapan kimi nəsə ələ keçirməyə cəhd ediblər. Xalqımız da həmişə ürəyigenişlik göstərib. Mən həmişə demişəm, indi də deyirəm, kamança xalqımıza məxsus nadir musiqi alətlərindən biridir. Əvvəllər də bunun xalq tərəfindən sevilən çox gözəl, mahir ifaçıları olub, indi də var. Sözsüz, kamançaya bugünkü maraq sabah da gözəl kaman ifaçılarının üzə çıxacağı inamından xəbər verir. Adəti üzrə xain və nankor qonşularımızın bəzi mədəni dəyərlərimizə şərik çıxmaq istəyi hamıya məlumdur. Onların həyasızlığı o dərəcədə özünü göstərir ki, utanıb-qızarmadan xalqımızı n əsrlər boyu yaradıb-yaşatdığı bəzi mahnıları, el havalarını, gülməli çıxsa da, «özəlləşdirməkdən» belə çəkinmirlər. Bax, belə bir zamanda bu müsabiqənin keçirilməsi necə də vacib, əhəmiyyətlidir. Buna görə Mədəniyyət Naziri cənab Polad Bülbüloğluna bütün sənətsevərlər adından minnətdarlığımı bildirirəm.

       Inanıram ki, bu müsabiqədən sonra başqa milli musiqi alətlərinə olduğu kimi ecazkar səsli, könül oxşayan xoş təranəli kamana maraq daha da artacaq, sənət aləmində yeni-yeni istedadlı ifaçılar üzə çıxacaqdır.

       - Ifaçılar arasında gələcək Şəfiqə xanımı görə bildinizmi?

       - Müsabiqə göstərdi ki, bizim olduqca istedadlı uşaq və gənclərimiz var. Ola bilsin, onlardan bəziləri gələcəkdə mahir ifaçı kimi tanınsın. Ayrılıqda onlardan bəziləri ilə söhbət etdim. Mənim onlara bir tövsiyəm oldu: sənətdə hər kəs özü olmalıdır. Burada kiməsə bənzəmək, kimi isə təqlid etmək heç kimə xeyir gətirməz. Əsl sənətçi daim axtarmalı, sənətdə özünü təsdiq üçün yorulmadan çalışmalıdır. Əlbəttə, tanınmış ustad sənətkarlardan öyrənmək qəbahət deyil. Pis odur ki, kiminsə təsirinə düşəsən, onu yamsılayasan. Təqlidçilik uğursuzluğun başlanğıcıdır. Deməli, kamançanı sevib əlinə götürən qızlarımız Şəfiqə xanım olmağı yox, ondan da qabağa getməyi qarşılarına məqsəd qoymalıdırlar.

       - Gənc musiqiçilərin ifa tərzi Sizi razı saldımı?

       - Sözsüz. Yaş fərqini nəzərə alsaq, hər ifaçının uğurlu çıxışı məni sevindirdi. Onlar muğamlarımızı, xalq mahnılarını, bəstəkar mahnılarını necə də gözəl ifa edirdilər. Fərhadov Ağayarın ifasında «Süsən sünbül» xalq mahnısı, Rüstəmova Gülnarənin ifa etdiyi «Bayatı Qacar», «Qaytağı», Babayev Elnurun çaldığı «Şüştər», Isgəndərova Çinarənin ifasında Q.Hüseynlinin «Ay işığında» mahnısı hamıya xoş təsir bağışladı. Müsabiqədə Çinarə həvəsləndirici mükafata layiq görüldü. Əlbəttə, bu məni çox sevindirir. Amma onu da deyim ki, onlar gələcəkdə yaxşı musiqiçi olmaq istəyirlərsə daha çox çalışmalı, öyrənməlidirlər. Belə uşaqlara qarşı mədəniyyət müəssisələri də xüsusi diqqət və qayğı göstərməlidir. Təəssüf ki, bu müsabiqədə başqa alətlərlə müqayisədə kaman ifaçıları azlıq təşkil edirdi. Xüsusən qızlar. Bu şəxsən məni narahat edir. Inanmıram ki, bu gözəl səsli musiqi alətinə yerlərdə maraq göstərən belə az olsun. Ümidvaram, müsabiqə öz təsirini göstərəcək, gələcək müsabiqələrdə istedadlı və bacarıqlı qızlarımız ö z ifa tərzi ilə nəyə qadir olduqlarını sübut edəcəklər.


   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page