ƏMLAK HÜQUQLARININ KOLLEKTIV ƏSASDA IDARƏ EDILMƏSININ BƏZI NƏZƏRI VƏ PRAKTIK ASPEKTLƏRI HAQQINDA
Kamran IMANOV
Search


ƏMLAK HÜQUQLARININ KOLLEKTIV ƏSASDA IDARƏ EDILMƏSININ BƏZI NƏZƏRI VƏ PRAKTIK ASPEKTLƏRI HAQQINDA
Kamran IMANOV

 


1. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan milli müəllif-hüquq sistemi artıq on illik təcrübəyə malikdir. Dahi öndərimizin formalaşdırdığı bu sistemin üç vacib qolunda əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı müvafiq qanunvericilik və normativ-hüquqi baza, bu sahədə dövlət idarəçiliyi, o cümlədən hüquq sahibləri tərəfindən hüquqların həyata keçirilməsinə dövlətin dəstəyi və nəhayət, hüquqların təminatı- pozulmuş hüquqların bərpası ilə bağlı məhkəmə və hüquq-mühafizə orqanlarına aid mexanizmlər nəzərdə tutulub və beynəlxalq təcrübəyə və müvafiq standartlara uyğun həyata keçirilir. Qanunvericiliyə əsasən dövlətimizin müəllif-hüquq sahəsindəki siyasəti aşağıdakı istiqamətləri əhatə edir və Azərbaycan Respublikası Prezidentinin verdiyi səlahiyyətlər əsasında Respublika Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçirilir: müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətini və idarəçiliyini həyata keçirmək; müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində qanunvericiliyin təkm illəşdirilməsinə dair təkliflər hazırlamaq; müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarət etmək; müəlliflik hüququ və əlaqəli hüquqlar üzrə beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil etmək və bu sahədə əməkdaşlığı təşkil etmək; elm, ədəbiyyat və incəsənət əsərlərinin dövlət qeydiyyatını aparmaq; əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə dövlət qeydiyyatına alınmış təşkilatları qeydiyyata almaq və onların fəaliyyətinə nəzarət etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

       Hüquqların qorunması ilə bağlı qeyd etmək lazımdır ki, sənaye mülkiyyəti istisna olmaqla əqli mülkiyyət sahəsi üzrə dörd qanun, o cümlədən Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında, Inteqral sxem topologiyalarının hüquqi qorunması haqqında, Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında və Məlumat toplularının hüquqi qorunması haqqında (3-cü oxunuş) qanunlar, onlarla normativ hüquqi akt, xidməti təlimatlar qəbul edilmişdir. Azərbaycan Respublikası müəllif-hüquq sahəsində geniş beynəlxalq əməkdaşlığa cəlb olunmuşdur, beynəlxalq təşkilatların işində fəal iştirak edir və əsas beynəlxalq Sazişlərin üzvüdür. Azərbaycan ÜƏMT-nin 180 dövləti çərçivəsində 42 koordinator-ölkə siyahısına daxil edilmiş, Agentliyin nümayəndəsi isə 150 dövləti birləşdirən Ədəbi və bədii əsərlərin qorunması üzrə Bern Konvensiyasının sədr müavini seçilmişdir. Azərbaycan Respublikasının nüfuzunun və ona göstərilən bu cür diqqətin artması əsasını ümummilli liderimiz Heydər Əl iyevin qoyduğu və hazırda cənab Prezident I.Əliyev cənabları tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasət kursunun dəstəklənməsinin bariz sübutudur.

       Müəlliflik hüququ və əlaqəli hüquqların idarəçiliyi ilə bağlı Agentlikdə hüquq sahibləri, əsərlər, əlaqəli hüquqların obyektləri və istifadəçi-lər haqqında məlumat bazası yaradılmışdır, qeydiyyat haqqında şəhadətnamə verilməklə əsərlərin qeydiyyatı aparılır, müəllif cəmiyyətlərinin işi koordinasiya və ona nəzarət edilir, fəaliyyətlərini qurmaqda onlara köməklik göstərilir.

       2. Hüquqların həyata keçirilməsi səlahiyyəti qanunvericiliyə uyğun olaraq bilavasitə müəlliflərə və digər hüquq sahiblərinə məxsusdur. Səbəbi də ondadır ki, əqli mülkiyyət hüquqları, xüsusən onun ən mürəkkəb və vacib hissəsi olan müəllif hüquqları şəxsi xarakter daşıyır və adətən xüsusi (fərdi) hüquq çərçivəsində tənzimlənir. 1948-ci il tarixli Ümumdünya Insan hüquqları Bəyannaməsinin 27-ci maddəsinə, həmçinin Siyasi, iqtisadi və sosial hüquqlar haqqında Beynəlxalq Pakta uyğun olaraq müəllif hüquqları insan hüquqları çərçivəsinə daxildir, Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyasına əsasən isə bu hüquqlar müstəsna hüquqlar adlandırılır. Beləliklə, qəbul olunmuş normalara uyğun olaraq belə müstəsna hüquqları həyata keçirməyin ən səmərəlisi onun müəllifin özü tərəfindən həyata keçirilməsindən ibarətdir. Ancaq bir çox hallarda bu, qeyri-mümkündür (texnologiyaların inkişafı nəticəsində yeni istifadə üsulları, istifadəçilərin sayca çoxluğu, əsərlə rin istifadə dairəsinin genişlənməsi və s.) və hüquqların fərdi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, müəllif hüquqları sahəsində ən vacib beynəlxalq alət sayılan Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasının 11bis(2) və 13(1) maddələri məcburi lisenziyaların tətbiq olunması haqqında hüquqi bazanın yaradılmasına, yəni müəllifin icazəsi olmadan, lakin qonorar ödəməklə əsərin istifadəsinin həyata keçirilməsinə imkan yaratmışdır. Həmin məcburi addım cəmiyyətin mədəni dəyərlərə yiyələnməsi maraqlarını təmin etmək məqsədi ilə dövlət tərəfindən atılır.

Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page