┼Ď═╬╠ËĐ╚├╚ěÍ═└Đ╦█├
FOLKLORIZM: TERMIN, PROSES, PROBLEM
Ariz ƏBDÜLƏLIYEV
Search

┼Ď═╬╠ËĐ╚├╚ěÍ═└Đ╦█├
FOLKLORIZM: TERMIN, PROSES, PROBLEM
Ariz ƏBDÜLƏLIYEV
AZƏRBAYCAN ŞIFAHI XALQ ƏDƏBIYYATINDA ÇALĞI ALƏTLƏRI
Səadət ABDULLAYEVA
ÜZEYIR HACIBƏYOV VƏ ONUN MÜASIRLƏRININ FƏALIYYƏTININ ETNOMUSIQIŞÜNASLIQ ASPEKTI (ardı)
Həsən ADIGÖZƏLZADƏ
ETNOMUSIQI-
ŞÜNASLIĞIMIZIN KEÇMIŞINDƏNů

Kamilə DADAŞZADƏ

 


1. FOLKLORIZM ľ TERMIN

        Folklorizm termini ilk dəfə XIX əsrin sonunda fransız folklorşünası Pol Sebiyo tərəfindən tətbiq edilmişdir. Bu termin źfolklora yüksək diqqətin müxtəlif növlərini╗ ifadə etmək üçün yaranmışdır [1, s.150 ].

        Qərbin XIX-XX əsr folklor və etnoqrafiya elmində (H.Moser, H.Bausinqer, K.Kestlin, D.Antoniyeviç, M.Voşkoviç-Stulli və b.) bu termin əsasən xalq ənənələrinin kommersiya, turizm və əyləncə məqsədli istifadəsi anlamında qəbul edilmişdir [2].

        XX əsrin 30-cu illərindən etibarən bu termin rus sovet folklorşünaslığında folklora qeyri-akademik yanaşmanı ifadə etmişdir. O cümlədən, M.K.Azadovskiy, Y.M.Sokolov folklorizm terminini yazıçıların, ədəbi tənqidçilərin, publisistlərin, tarixçilərin folklora marağı kimi təyin etmişdir. V.A.Jirmunski isə bu termini folklorun rus ədəbiyyatı və mədəniyyətində istifadəsi və interpretasiyası ilə bağlı olan geniş ictimai təzahür kimi səciyyələndirmişdir. Məhz terminə bu mənada yanaşmanın nəticəsi olaraq, ötən əsrin 30-40-50-60-cı illərində ayrı-ayrı rus şair, yazıçı və ədəbiyyatşünaslarının yaradıcılığında folklorizm məsələləri öyrənilmişdir[3].

        1960-cı illərdən etibarən folklorizm termininin elmi-terminoloji məzmunu bir qədər də genişlənərək folklorun źikinci həyatını╗ - qeyri-ənənəvi yaşama tərzini (folklorun səhnədə, bədii özfəaliyyətdə, radio və televiziyada, festivallarda ifa olunmasını) ifadə etmişdir. O cümlədən, bu terminə etnomusiqişünaslıq elmində yanaşmanın əsasları qoyulmuşdur. Qərb etnomusiqişünasları (V.Viora, B.Nettl və b.) 1950-60-cı illərdə qədim şifahi-ənənəli musiqinin müasir dövrdə źikinci həyat╗ yaşaması haqqında ideyanı elmin gündəliyinə gətirdilər. Əksər hallarda konkret olaraq folklorizm termininə müraciət etməsə də, Qərb etnomusiqişünaslığı folklorizmin mahiyyətinə daxil olan məsələ və təzahürlər haqqında müəyyən fikirlər yürüdürdü [4]. Həmin dövrdə rus musiqişünaslığı da müasir xalq musiqisi yaradıcılığı və bədii özfəaliyyət yaradıcılığı aspektində folklorizm anlayışını tədqiqat mövzusuna çevirməyə başladı. Istər Qərb, istər rus mütəxəssisləri tərəfindən XX əsrin ortalarından ba şlayaraq, folklorizm termini źcəmiyyətin gündəlik həyatında, mədəniyyətdə və incəsənətdə folklorun adaptasiya, transformasiya və reproduksiya prosesi kimi təyin edilir. Bir sıra ölkələrdə folkloristika bu prosesin cəmiyyətdə inkişaf etməsinə fəal təsir göstərməyə çalışır. Ənənəvi folklorun professional incəsənətdə, eləcə də turizmdə, kütləvi bayramlarda və i.a. roluna müxtəlif baxışlar müzakirə edilir╗ [1, s.150].

        Folklorizm məsələləri görkəmli rus folklorşünas-alimi, folklor nəzəriyyəçisi V.E.Qusyevin elmi yaradıcılığında xüsusilə geniş yer tutur [5]. V.E.Qusyev folklorizm anlayışına bədii özfəaliyyət, professional bədii yaradıcılıq və müasir xalq yaradıcılığı kontekstlərində yanaşaraq, onu geniş miqyaslı ictimai, mədəni təzahür və proses kimi qiymətləndirmiş, bu termin ilə źmüasir cəmiyyətin müxtəlif mədəniyyət sferalarında folklorun mənimsənilməsi╗ prosesini ifadə etmişdir [6, s. 10]. V.Qusyevin fikrincə, folklorizm cəmiyyətdə ümumxalq kütləvi mədəniyyətin ayrılmaz elementidir. [6, s.12]

        Görkəmli folklor nəzəriyyəçisi və etnoloq K.V.Çistov folklorizm termininə mədəniyyətin genezis və tipologiyası, mədəniyyətin yaşama mexanizmləri aspektində yanaşmışdır. Mədəniyyətin ənənəvi və müasir yaşama formalarını, mexanizmlərini təhlil edən K.V. Çistov ənənəvi folklor mədəniyyətinin müasir yaşama üsulunu və mexanizmini ľ źikinci həyat╗ formalarını araşdırarkən, məhz folklorizm termininə müraciət etmişdir. [7, s. 32-41]

        Müasir dövrün böyük etnomusiqişünas-alimi I.Zemtsovski źfolklor və müasirlik╗, źənənəvi və müasir folklor╗ kimi mövzu və problemləri təhlil edərkən, bu kontekstdə folklorizm anlayışına da münasibət bildirmişdir. I.Zemtsovskinin elmi məqalələrində folklorizm termini özündə ənənəvi, autentik folklorun müasir yaşama formalarını ümumiləşdirir. I.Zemtsovskinin folklorizmə həsr olunmuş terminoloji, metodoloji, təhlili araşdırmaları müasir etnomusiqişünaslıq üçün aktuallıq kəsb edir [8].

        Musiqi sosioloqu A.N. Soxor öz məqalə və oçerklərində xalq musiqisinin müasir sosioloji məsələlərindən bəhs edərkən folklorizm termininə adekvat olan źfolklorun ikinci həyatı╗ anlayışını işlətmişdir. [9]. A.Soxorun musiqi-sosioloji tədqiqatlarında bu mövzuya toxunması folklorun sosial-mədəni təzahür olması faktı ilə və xalq musiqisinin sosial-mədəni tələbatları ödəməsi faktı ilə bağlıdır. Digər tərəfdən, yaxın keçmişin musiqi-sosial yanaşma təcrübəsi imkan verir ki, müasir musiqişünaslıq elmi folklorizm termininə sosioloji-kulturoloji aspektdən yanaşmağın mümkünlüyünü reallaşdırsın. Hər halda, hazırki dövrdə müasir etnomusiqişünaslıq źfolklorizm-termin╗ araşdırmalarını müasir cəmiyyətin sosial-mədəni, musiqi-kulturoloji maraqlarından kənarda apara bilməz.

        Beləliklə, folklorizm terminini şifahi xalq yaradıcılığının, ənənəvi folklor şüurunun və xalq musiqisinin stereotipliyi-dəyişkənliyi, gerçəkliyə fəal münasibəti, cəmiyyətdə, həyatda baş verən bütün yeniliklərə, inkişafa və müasirləşməyə uyğunlaşa bilməsi, etnik-mədəni və ümumbəşəri meyarlarla özünü tənzimləməsi, tarixi-mədəni irs kimi qorunub-saxlanması, müasir bədii-estetik tələbata çevrilməsi, onun forma və məzmun dinamikliyi, sosial fəallığı, müxtəlif funksiyalar daşıması, peşəkar bədii incəsənətlə fəal münasibəti meydana gətirmişdir.





Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page