MUSIQIŞÜNASLIĞIMIZIN XIDMƏTINDƏ
Fəttah XALIQZADƏ
Search


DAIM AXTARIŞ YOLLARINDA
Imruz ƏFƏNDIYEVA
BƏSTƏKAR, PIANOÇU, PEDAQOQ
Gülarə QAZIYEVA
MUSIQIŞÜNASLIĞIMIZIN XIDMƏTINDƏ
Fəttah XALIQZADƏ
TANINMIŞ MUSIQIŞÜNAS, YORULMAZ PEDAQOQ, ISTEDADLI TƏDQIQATÇI
Imruz ƏFƏNDIYEVA

 


Adı musiqi aləminə və bütün mədəni ictimaiyyətimizə yaxşı tanış olan sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov müasir Azərbaycan musiqişünaslığının ən layiqli simalarından biri hesab olunur. Bu il musiqi ictimaiyyətimiz onun 65 illik yubileyini qeyd edir. Professor R.Zöhrabovun elmi, pedaqoji, musiqiictimai fəaliyyət sahələrində qazandığı nailiyyətlər heç də asanlıqla başa gəlməmiş, istedad və zəhmətin sıx birliyindən hasil olmuşdur. Musiqişünas alim şifahi ənənəli professional milli musiqi sənəti sayılan muğam janrının yorulmaz tədqiqatçısı, 20 kitabın və saysız hesabsız publisistik məqalənin müəllifi, onilliklər ərzində davam edən musiqili televiziya silsilə verlişlərinin aparıcısı, Bakı Musiqi Akademiyasında kafedra müdiri və, nəhayət, bu il şanlı 70 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə heyətinin katibi kimi milli mədəniyyətimizə və musiqi elminə səylə xidmət göstərməkdədir.

Şübhəsiz, onun yüksək səviyyəli bir mütəxəssis kimi yetişməsində təhsil aldığı 1950-60-cı illərdən tutmuş aspiranturaya qədər bəxtına çıxmış bütün hörmətli müəllimləri əvəzsiz rol oynamışdır. Heç də təsadüfi deyil ki, Ramiz Zöhrabovun elmi yaradıcılıq nailiyyətlərinin bünövrəsində məhz maraqlı təhsil illəri durur.

Onun musiqi istedadı uşaqlıq yaşlarından özünü büruzə vermişdir. Qocaman bəstəkarımız, respublikanın xalq artisti Hacı Xanməmmədov bu balaca oğlanın qabiliyyətini görüb onun musiqi məktəbində təhsil almasını məsləhət görür. O zamanlar Ü.Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyası nəzdindəki 10 illik orta ixtisas musiqi məktəbinin direktoru olmuş, görkəmli pianoçu və pedaqoq Kövkəb xanım Səfərəliyeva yeddi yaşlı Ramizin musiqi istedadını əla qiymətləndirib məktəbə qəbul edir (hal hazırda məktəb Bülbülün adını daşıyır). Indi bəlkə də çoxları bilmir ki, Ramiz Zöhrabov musiqi təhsilinə skripka ixtisası üzrə başlamış, hətta konservatoriyanın III kursuna kimi ifaçılıq sahəsində həvəslə məşğul olmuşdur. Şagird skamyasından başlayaraq istedadlı musiqiçi həmçinin bəstəkarlığa da ciddi maraq göstərmiş və məktəbin uşaq yaradıcılığı qrupunda gözəl insan və bəstəkar Midhəd Əhmədovdan sənət dərsi almışdır. Həmin təcrübə, yəni musiqi əsərlərini daxildən duyub anlamaq bacarığı musiqiçinin gələcək professiona l fəaliyyətinə olduqca müsbət təsir göstərmişdir. Axı, o, taleyin hökmü ilə bütün həyatının əsl mənasını təşkil edəcək musiqişünaslıq sahəsinə gəlməli idi. Və musiqi sənətinin sirli dünyasına nüfuz edib onun qeyri-adı qanunauyğunluqlarını dərk etməkdə şəxsi yaradıcılıq işləri həmişə köməyinə gələcəkdi.

R.Zöhrabov bütövlükdə Azərbaycan mədəniyyəti tarixində altımışıncılar adı ilə tanınmış ziyalılar nəslinin nümayəndələrindən idi. O zamanlar, (elə indinin özündə də oldüğü kimi) yüksək səviyyəli milli musiqişünas kadrlara, xüsusilə də klassik Azərbaycan muğam sənətinin tədqiqi və təbliği işinə və doğma dilimizdə səlis musiqişünaslıq üslubunun təkmilləşdirilməsinə böyük ehtiyac var idi. Azərbaycan xalq musiqisinin əsasları fənnindən Ramiz Zöhrabova dərs demiş sevimli bəstəkarımız Süleyman Ələsgərov özünün qabiliyyətli və çalışqan tələbəsinin ifaçılıqdan muisiqi tarixi və nəzəriyyəsi şöbəsinə keçməsini tövsiyə edir. Konservatoriyanı müvəffəqiyyətlə bitirdikdən sonra isə ali məktəbin müdiri, daha doğrusu, bütün dövrlərin ən yaxşı rektoru şərəfinə nail olmuş gözəl bəstəkar Cövdət Hacıyev istedadlı məzunun mütləq aspiranturaya daxil olmasını təkid edir.

Beləliklə, 1968-ci ildən konservatoriyada müəllimlik fəaliyyəti aparan R.Zöhrabov eyni zamanda ciddi elmi yaradıcılığa da başlayır, bir il sonra Təhsil Nazirliyi tərəfindən Moskvaya ezam olunur.

Gənc musiqiçinin yaradıcılıq inkişafında görkəmli rus musiqişünas- alimləri onun elmi rəhbəri V.M.Beyayevin və məsləhətçisi Y.Tylinin də xüsusi rolu olmuşdur. Burada bir haşiyə çıxmaq lazımdır. Təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün gənc musiqişünasların təlim tərbiyəsi əsasən Azərbaycanın hüdudlarından kənara çıxmır, hətta tanınmış mütəxəssislərimiz də müstəsna hallarda beynəlxalq elmi əlaqələr yarada bilirlər. Buna görə də indiki vəziyyətdə tələbələr səriştəli və geniş dünyagörüşlü müəllimlərindən çox şey öyrənməli və əyalətçilik kimi təhlükəli bir yola yuvarlanmamaq üçün müxtəlif vasitələri axtarıb tapmalıdırlar.

Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page