ÏÎÐÒÐÅÒËßÐ
BƏSTƏKAR, PIANOÇU, PEDAQOQ
Gülarə QAZIYEVA
Search

ÏÎÐÒÐÅÒËßÐ
DAIM AXTARIŞ YOLLARINDA
Imruz ƏFƏNDIYEVA
BƏSTƏKAR, PIANOÇU, PEDAQOQ
Gülarə QAZIYEVA
MUSIQIŞÜNASLIĞIMIZIN XIDMƏTINDƏ
Fəttah XALIQZADƏ
TANINMIŞ MUSIQIŞÜNAS, YORULMAZ PEDAQOQ, ISTEDADLI TƏDQIQATÇI
Imruz ƏFƏNDIYEVA

 


Son zamanlarda respublikamızın mədəni həyatında ən maraqlı və mühüm hadisələrdən biri Azərbaycanın əməkdar incəsənət xadimi, professor Elmira Nəzirovanın 75-illik yubileyi münasibətilə keçirilən tədbirlərlə bağlı olmuşdur. Bakı Musiqi Akademiyasında keçirilmiş konsertdə yubilyar - istedadlı bəstəkar və pianoçu Elmira Nəzirovanın BMA-nın professoru, violonçel çalan E.Iskəndərovla ansamblda öz violonçel konsertini, Azərbaycan Dövlət Filarmoniyasında L.V.Bethovenin Dördüncü fortepiano konsertindən II hissəni ifa etməsi indiyə kimi musiqi dairələrində dönə-dönə xatırlanır. Qeyd edək ki, filarmoniyadakı konsertdə E.Nəzirova və F.Əmirovun fortepiano üçün Ərəb mövzularında konserti xalq artisti, beynəlxalq müsabiqələr laureatı, professor F.Ş.Bədəlbəylinin ifasında çox gözəl səslənmişdi. Konsertdə xalq artisti, professor R.Abdullayevin idarə etdiyi Azərbaycan Dövtət simfonik orkestri iştirak edirdi. E.Nəzirovanın Israildə yaşadığı 15 ilik fasilədən sonra yüzlərlə dinləyici yenidən bu böyük sənətkarın çalğısını dinlə mək səadətinə nəsib oldu.

        Demək lazımdır ki, yaxşı pianoçu kimi tanınan bəstəkarların sayı çox azdır. Eyni zamanda, çoxlu sayda gözəl ifaçı var ki, musiqi bəstələməklə heç vaxt məşğul olmayıb. Odur ki, hər iki istedadı - həm bəstəkar, həm ifaçını öz simasında üzvi surətdə birləşdirən və hər iki sahədə eyni dərəcəli əhəmiyyətli rol oynayan sənətkar musiqi həyatımızda əvəzsiz yer tutur. Adətən bəstəkarların ifaçı kimi inkişaf etməsi üçün onların qabiliyyəti deyil, vaxtı kifayət etmir - onların bütün həyat enerjisi yaradıcılığa sərf olunur. Bəstəkarlıq istedadına malik olan ifaçıların əksəriyyəti isə bütün qüvvələrini məhz ifaçılığa yönəltdiklərinə görə yaradıcılıqla məşğul olmurlar.

        E.Nəzirovanın parlaq təbiəti məhz bəstəkar yaradıcılığı ilə ifaçılığın bir-birilə tam ahəngdar olduğu, harmonik birlik yaratdığı gözəl vəhdətdir. Onun öz əsərlərini keçmiş Sovet Ittifaqının şəhərlərində - Moskva, Leninqrad, Yaroslavl, Qroznı və əlbəttə ki, Bakıdakı parlaq çıxışlarını xatırlamaq kifayətdir. Onun xarici qastrolları barədə o dövrün demək olar ki, bütün nüfuzlu qəzet və jurnalları yazırdı. O, Niyazi, N.Anosov, N.Raxlin, A.Staseviç, Y.Svetlanov, R.Sotavnovski (Polşa), V.Feldbrili kimi görkəmli dirijorlarla birgə çıxışlar edirdi.

        1950-ci illərin ikinci yarısında E.Nəzirova və F.Əmirovun Ərəb mövzularında konserti Elmira xanımla Y.Svetlanovun rəhbərlik etdiyi SSRI Böyük simfonik orkestrinin ifasında Dövlət səsyazma studiyasında lentə alınır. O zamandan başlayaraq yarım əsr ərzındə həmin konsertin bütün kontinent boyu təntənəli «yürüşü» başlanır. E.Nəzirova bu konserti MƏR, Polşa, Çexoslavakiyada ifa etmişdir. O vaxtdan bir çox ifaçılar bu əsəri öz repertuarına daxil etmişdir. Şübhəsiz ki, professor F.Bədəlbəyli ifası bu konsertin ən parlaq ifaçılarındandır. Onun bu konserti ifa etməsi həm Bakıda, həm dünyanın bir çox şəhərlərində dinləyiciləri riqqətə gətirir. Emosional çalğı və temperament bu pianoçunu dinləyənlərdən heç birini biganə qoya bilməz. Lakin burada H.Neyqauzun sözlərini xatırlmağa dəyər: «Bu və ya digər ifanı sevmək olar, ifalardan birini hansı xüsusiyyətinə görəsə o birindən üstün tutmaq olar, lakin həmişə etiraf etməliyik ki, müəllif ifası ifaçılıq aləmində ən yaxşı, yeganə təkraredilməz ifa olub, necə deyərl ər, ümumiyyətlə ifanın ən yüksək meyarıdır». 1

        Onun öz əsərini ifa etməsi təkcə istedadlı pianoçu olduğuna görə deyil, həm də bu musiqinin yaradıcısı olduğuna görə yeganə düzgün ifa kimi qavranılır. Özündə ilhamlı bir pianoçu, gözəl bəstəkar və pedaqoq keyfiyyətlərini uzlaşdıraraq, musiqi sənətinin müxtəlif sahələrində öz sözünü demək bacanğına malik olması, həqiqətən, E.Nəzirovanı başqa ifaçı və bəstəkarlardan fəqləndirir. Onda bir çox cəhətlər - incəsənəti dərindən başa düşməsi də, geniş erudisiyası da, əsl ziyalı xüsusiyyətləri də çox cəlbedicidir. Və bütün bunlar - intellektual başlanğıcın emosionallıq üzərində açıq-aşkar hakimlik etdiyi klassik ciddilik, təmkin, onun çalğısında da təzahür edir. Onun ifasında yalnız ona xas olan fikir aydınlığı, musiqinin mənasına varmaq bacarığı, zövq (peşəkar ifaçılığın bu mühüm keyfiyyəti, təəssüf ki, bir çox pianoçularda müşahidə edilmir), musiqi obrazlarının ahəngdarlığı, yaxşı forma duyumu və ən başlıcası-gözəl cazibədar səslənmə öz-özlüyündə bir məqsədə çevrilmir, əsas ifa vasitəsi olan səslənmə daim hi ss olunur. Rənglərdən məharətlə istifadə edən bir rəssam kimi, o da fortepiano səsinin köməyilə sanki rəsm əsəri yaradır və təkcə zəif və qüclü səslənmələr deyil, tünd, gatı, dərin, şəffaf, parlaq və işıqlı səslənmə yaradaraq fortepianonun bütün səs boyalarını işiədə bildiyini nümayiş etdirir. Qeyd etməliyik ki, onun həm öz əsərlərini, həm başqa bəstəkarların musiqisini ifa edərkən yaratdığı zərif «piano» həmişə dinləyiciləri heyrətə gətirmişdir. Yubiley gecəsində Bethovenin Dördüncü konsertinin II hıssəsinin ifası zamanı zaldakıların «Görün necə səslənir! Pianissimoya bax!» deyərək öz heyrətini gizlətməməsini xatırlayırıq.



1 «Vıdaöhiesə pianistı–pedaqoqi o fortepiannom iskusstve». M, 1966.

Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page