DAIM AXTARIŞ YOLLARINDA
Imruz ƏFƏNDIYEVA
Search


DAIM AXTARIŞ YOLLARINDA
Imruz ƏFƏNDIYEVA
BƏSTƏKAR, PIANOÇU, PEDAQOQ
Gülarə QAZIYEVA
MUSIQIŞÜNASLIĞIMIZIN XIDMƏTINDƏ
Fəttah XALIQZADƏ
TANINMIŞ MUSIQIŞÜNAS, YORULMAZ PEDAQOQ, ISTEDADLI TƏDQIQATÇI
Imruz ƏFƏNDIYEVA

 


Azərbaycan musiqişünaslıq məktəbinin layiqlı və istedadlı numayəndələrindən biri olan sənətşünaslıq namizədi, dosent Validə (Vəzifə) Şərif qızı Şərifova Əlixanovanın məhsuldar yaradıcılıq yolu cavan nəsil musiqişünaslar ücün nümunə ola bilər.

O, Bülbül adına Orta ixtisas Musiqi məktəbini qızıl medalla 1962-ci ildə qurtarmışdır və həmin il müvəffəqiyyətlə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indi Bakı Musiqi Akademiyası) tarix-nəzəriyyə fakultəsinə daxil olur və 1967-ci ildə fərqlənmə diplomı ilə həmin sənət ocağını bitirir.

V.Əlixanova-Şərifova 1970-ci ildə Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasına əla qiymətlərlə daxil olur və 1973-cü ildə bitirir. Onun elmi rəhbəri tanınmış alim, sənətşünaslıq doktoru, professor B.M.Yarustovski olmuşdur. Bir ildən sonra (1974 il) Validə xanum gənc musiqişünasların Ümumittifaq müsabigəsində laureat adına layiq görülür. Bu yüksək və şərəfli adı o, Qara Qarayevin Üçünci simfoniyası adlanan sanballı və yüksək professional səviyyədə yazılmış məqaləsinə görə aldı. Məqalədə müəllif müxtəlif problemləri araşdırır. O, simfoniyanın musiqi dilinin bütün komponentlərini dərindən təhlil edir: muisiqi tematizmini, harmoniyanı, polifoniyanı, orkestr dilini, dinamikanı və başqa xüsusiyyətləri. Bildiyimiz kimi, Q.Qarayev 3-cu simfoniyada ilk dəfə Azərbaycan musiqisində seriya texnikasından istifadə etmişdir və həmin üslubun bu əsərdə istifadə edilməsi Validə xanım tərəfindən çox maraqlı, orijinal təhlil metodu ilə aşkar olunur.

Fikrimizcə, bu tədqiqat işinin ən başlışa, ən vacib xüsusiyyətlərindən biri odur ki, gənc musiqişünas- alim böyük məharət, bacarıqla bu əsərin milli köklər bağlılığını sübut edir.

O, haqlı olaraq yazır: Vopros o naüionalğnıx kornəx simfonii oçenğ neprost, i eqo nelğzə rassmatrivatğ vne analiza serii, əvləöheysə osnovnım materialom dlə sozdaniə vsey zvukovoy sredı proizvedeniə. Pervoe, çto v ney privlekaet, gto blizostğ ee intonaüionnoqo sodercaniə k naüionalğnım istokam. Napomnim, çto intonaüionnıy stroy proizvedeniə, avtor kotoroqo ispolğzuet seriynıy prinüip, naxoditsə v prəmoy zavisimosti ot kaçestva intervaliki serii. V gtoy svəzi v serii Tretğey simfonii nebezınteresno podçerknutğ naliçie takix intervalov, kak sekundı, kvartı, a takck kvintı, t.k. na sekundno-kvartovıx (ili kvarto-kvintovıx) sozvuçiəx, kak izvestno, osnovan intonaüionnıy klimat aşuqskoqo tvorçestva... 1

Bu problemi daha da dərindən araşdıraraq, alim qeyd edir: Obrahaet na sebə vnimanie v serii i postepennoe rasşirenie ee diapazona s zaxvatom vse novıx vısotnıx urovney. Gto əvlenie napominaet razvertıvanie melosa v muqamnıx improvizaüiəx, kotoroe svəzano s postepennım rasşireniem zvukovoqo diapazona. Vacnoy osobennostğö serii əvləetsə to, çto pervıe ee semğ zvukov (esli raspolocitğ ix ot samoqo nicneqo do) obrazuöt pervıe dva tetraxorda lada Şur 2

Digər tərəfdən, müəllif incə bədii zövglə 3-cu simfoniyanı dahi bəstəkarın başqa əsərləri ilə də müqaisə edir və gözəl nəticələrə gəlir.

Validə xanımın Qara Qarayevin Üçüncü simfoniyası məqaləsi Moskvada Iz istorii russkoy i sovetskoy muzıki adlanan məqalələr məcmuəsində çap olunmuşdur (Moskva, 1976).

1977-ci ildə Moskva şəhərində Validə xanım uğurla dissertasiyasını müdafiə edir və sənətşünaslıq namizədi elmi dərəcəsinə layiq görülür. Onun dissertasiyasının mövzusu 60-cı illər Azərbaycan musiqisində milli xalq xüsusiyyətlərinin araşdırılmasına həsr edilmişdir.



1 V.Şarifova. Tretğə simfoniə Kara Karaeva. Sb.statey: Iz istorii russkoy i sovetskoy muzıki.- M: Muzıka, 1976, s. 348.

2 Həmin mənbə, s. 349.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page