- 70
TƏQDIMAT MƏRASIMI
-
Search

- 70
HEYDƏR ƏLIYEV VƏ AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQI
Ramiz ZÖHRABOV
BU GÜNÜMÜZƏ VƏ GƏLƏCƏYIMIZƏ INANIRAM
Vasif ADIGÖZƏLOV
TARIXIMIZI VƏRƏQLƏYƏRKƏN
Lalə HÜSEYNOVA
NAXÇIVAN BƏSTƏKARLAR TƏŞKILATI
Şəmsəddin QASIMOV
GƏNCƏ BƏSTƏKARLAR TƏŞKILATI
Rauf ISMAYILZADƏ
LƏNKƏRAN BƏSTƏKARLAR TƏŞKILATI
Zəminə ƏLIYEVA
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ PLENUMU
-
TƏQDIMAT MƏRASIMI
-
YENILIKLƏR
-
TƏBRIKLƏR

 


2004-cü il iyulun 5-də Bəstəkarlar Ittifaqında Azərbaycan Dövlət Milli Konservatoriyasının elmi laboratoriyasında yaradılmış xalq çalğı alətləri kamança və balabanın yeni növlərinin təqdimat mərasimi keçirildi.

       Dəvət olunmuş musiqiçilərə, mütəxəssislərə və media nümayəndələrinə bəm kaman və balabanın bas, tenor və pikkolo variantları təqdim edildi.

       Tədbiri Bəstəkarlar Ittifaqı Idarə Heyətinin Birinci Katibi, xalq artisti, professor Vasif Adıgözəlov açdı. O, yeni alətlərin xüsusiyyətlərindən danışaraq göstərdi ki, xalq çalğı alətlərində bəm və zil səsli kənar registrlərin yoxluğu, bu alətlərdən ibarət orkestr və ansamblların səslənməsində yeknəsəklik və monotonluq yaradır. Yeni alətlər isə hələlik orkestrdəki bəm və zil səslərin yerini az da olsa doldura bilər. Ən vacibi isə odur ki, həmin alətlərin səs tembri sələflərinin tembrindən kənara çıxmır, əksinə ana tembri bir qədər də dolğunlaşdırır, zənginləşdirir.

       Qeyd etmək lazımdır ki, bəm kaman, həmçinin bas, tenor və pikkolo balabanlar Milli Konservatoriyanın rektoru, əməkdar incəsənət xadimi, professor Siyavuş Kəriminin ideyası əsasında yaradılmışdır. Bu musiqi alətlərini Milli Konservatoriyanın elmi-eksperimental laboratoriyasının mütəxəssisləri bəm kamanı təcrübəli usta Famil Qurbanov, balabanları isə balaban müəllimi Babaxan Əmirov hazırlamışlar. Təqdimat zamanı çıxış edən Siyavuş Kərimi bu alətlərin yaradılması ilə əlaqədar aparılan təcrübələr, eksperimentlər və müxtəlif təhsil ocaqlarının ixtisas müəllimləri ilə yürüdülən fikir mübariləsi barədə qonaqlara müfəssəl məlumat verdi.

       Azərbaycan Milli Konservatoriyasının professoru Vaqif Əbdülqasımov isə öz çıxışında yeni alətlərin quruluşu, səs diapazonu və texniki imkanları haqqında ətraflı danışdı.

       Daha sonra bəm kamanın və bas, tenor və pikkolo balabanın, həm solo, həm də ansambl şəklində ifaları böyük maraqla qarşılandı. Bəm kamanın eksperimentlərində yaxından çalışan gözəl kaman ustadı Munis Şərifov bir sıra Avropa bəstəkarlarının əsərlərindən fraqmentləri və muğam parçalarını dinləyicilərə təqdim etdi.

       Yeni yaranmış bas, tenor və pikkolo balabanlarda əvvəlcə, ayrı-ayrılıqda pianonun müşayiəti ilə S.Rüstəmovun Hardasan (bas balaban), S.Ələsgərovun Biləsən gələsən (tenor balaban), S.Rüstəmovun Intizar (pikkolo balaban) əsərləri səsləndi. Sonra, dirijor Təranə Yusifovanın idarəsi altında 9 balabançalandan ibarət ansambl çoxsəsli üslubda bir sıra Azərbaycan xalq mahnılarını yüksək peşəkarlıqla, çox mükəmməl ifa etdilər.

       Təqdimatın sonunda professor Vasif Adıgözəlov, Ittifaqın Idarə Heyətinin katibi, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov, professor Siyavuş Kərimi və digərləri bu alətlərin tədris olunmasını, həmçinin xalq çalğı alətləri orkestrlərində və ansambllarında işlənməsinin vacibliyini və zəruriliyini xüsusi vurğuladılar. Sonda arzu olundu ki, bu sahədə yeni ixtiralar və eksperimantlər gələcəkdə də davam etdirilsin.

Materialı hazırladı:
Sevda Əliqızı

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page