- 70
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ PLENUMU
-
Search

- 70
HEYDƏR ƏLIYEV VƏ AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQI
Ramiz ZÖHRABOV
BU GÜNÜMÜZƏ VƏ GƏLƏCƏYIMIZƏ INANIRAM
Vasif ADIGÖZƏLOV
TARIXIMIZI VƏRƏQLƏYƏRKƏN
Lalə HÜSEYNOVA
NAXÇIVAN BƏSTƏKARLAR TƏŞKILATI
Şəmsəddin QASIMOV
GƏNCƏ BƏSTƏKARLAR TƏŞKILATI
Rauf ISMAYILZADƏ
LƏNKƏRAN BƏSTƏKARLAR TƏŞKILATI
Zəminə ƏLIYEVA
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ PLENUMU
-
TƏQDIMAT MƏRASIMI
-
YENILIKLƏR
-
TƏBRIKLƏR

 


2004-cü il mayın 25-də Bakı Musiqi Akade-miyasının Böyük zalında Azərbaycan Bəstəkar-lar Ittifaqının növbəti Plenumu keçirildi. Plenumun işində Azərbaycan Dövlət Televi-ziya və Radio Verilişləri Şirkətinin Niyazi adına simfonik orkestri (bədii rəhbər və baş dirijor əməkdar incəsənət xadimi Yaşar Imanovdur) iştirak etdi. Onun ifasında Fərhəng Hüseynovun Fantaziya, Mobil Babayevin solistlər və orkestr üçün Ölüm qara qarışqa, Sərdar Fərəcovun Yumoreska, Ilham Abdullayevin Elegiya və Rəqs, Azad Zahidin Larqo, Ceyhun Allahverdiyevin Misri, Şəmsəddin Qasımovun Naxçıvan lövhələri, Kəmalə Əlizadənin Itirilmiş cənnət süitasından fraqmentlər səsləndi.

       Mobil Babayevin əsərində solistlər qismində respublikanın xalq artisti Azər Zeynalov və Beynəlxalq müsabiqə laureatı, əməkdar artist Əli Əsgərov çıxış etdilər.

       Plenumun konserti AzTV-1 kanalı ilə yayım üçün bütövlükdə videolentə alındı.

       Mayın 27-də isə Bəstəkarlar Ittifaqında Plenumun nəticələrinə həsr olunmuş geniş müzakirə keçirildi. Müzakirənin bəzi maraqlı məqamlarını oxucularımıza təqdim edirik.

       Vasif Adıgözəlov (Azərbaycan Bəstəkarlar Ittifaqının Birinci Katibi, respubklikanın xalq artisti, professor): Azərbaycan Bəstəkarlar Ittifaqının keçirdiyi növbəti Plenum bəstəkarlarımızın yeni orkestr əsərlərinə həsr olunmuşdu. Hər bir işin sonunda nəticə durur. Plenumun keçirilməsi ilk baxışdan adi, sadə iş kimi görünür afişaların çıxması, kollektivin hazırlanması, məşqlər və s. Lakin eyni zamanda bu, mürəkkəb prosesdir. Çünki hər bir iş çətinliklə əldə edilir. Mən, xüsusilə, ifaçılara Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Niyazi adına Simfonik Orkestrinə, onun bədii rəhbəri və baş dirijoru, əməkdar incəsənət xadimi, professor Yaşar Imanova öz minnətdarlığımı bildirirəm. Orkestr uzun müddət (iki ay) məşq edib, əsərləri hazırlayıb. Bəzi əsərlər proqramdan çıxarılıb. Çünki bu əsərləri səviyyəsinə görə Plenumda səsləndirmək düzgün deyildi. Görünür bəstəkarlar da, Bəstəkarlar Ittifaqının pəhbərliyi də əsərlərin seçilib Plenuma təqdim edilməsin də diqqətli olmalı və məsuliyyət hissini artırma-lıdırlar. Lakin yenə də proqramda elə əsərlər var idi ki, plenumun səviyyəsinə uyğun deyildi. Biz yalnız o məqsədlə bu əsərlərin ifa edilməsinə razılıq verdik ki, müəllif özü əsərinin necə səsləndiyini eşitsin və səhvlərini başa düşsün.

       Bəstəkar yaradıcılığında artıq təsdiq olunmuş iki hal vardır. Birincisi budur ki, bəstəkar eksperiment edərək yeni əsər yazmaq istəyir. Eksperiment edən bəstəkar texniki cəhətdən orkestrin sirrlərini o qədər mükəmməl bilməli və elə bir istedad sahibi olmalıdır ki, onun yazdığı hər bir not səslənsin. Ikinci yol isə bir az işlənmiş ənənəvi üsullarla əsər bəstələməkdir. Hərdən bizə elə gəlir ki, bu, tanış musiqidir. Təbii ki, bu tanış musiqinin qavranma səviyyəsi eksperimental əsərlə müqayisədə daha yüksək olur. Burada bəstəkar gərək əndazəni seçə bilsin. Bəstəkar öz fantaziyasına güc verərək eksperiment edir, sonra isə deyir ki, alınmadı. Axı belə olmaz. Görün, bu əsərin hazırlanması üçün nə qədər əziyyət çəkilir, vaxt sərf olunur. Ifaçılar, dirijor buna əmək sərf edir, nəticədə isə heç nə alınmır. Deməli, burada günah ilk növbədə bəstəkardadır. Yəni bəstəkar yazdığı əsərin səviyyəsini özü dərk edə bilmir. Ikinci növbədə isə günah bizdədir. Gərək biz bəstəkara vaxtı nda deyək ki, bu əsər səslənməyəcək. Bu baxımdan bizim Plenumun çatışmayan cəhəti odur ki, proqram seçiminə sərt mövqedən yanaşmalıyıq.

       Proqrama daxil edilmiş əsərlərin əksəriyyəti artıq təsdiq olunmuş, musiqidə öz sözünü demiş bəstəkarların əsərləri idi. Onları süzgə-cdən keçirmək düzgün olmazdı. Çünki bu bəstəkarların artıq öz yolları, öz məktəbləri var. Mənim yuxarıda dediklərim, əsasən gənclərə aiddir. Əgər gənclər özlərinə qarşı məsuliyyətlə yanaşmırlarsa, onda biz onlara öz sözümüzü deməliyik. Çünki belə bir hal əmələ gəlir: Nəyin bahasına olursa olsun, mənim əsərim çalınsın. Amma əsərin səviyyəsi, çatışmayan komponentləri onları o qədər də maraqlandırmır.

Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

Materialı hazırladı:
Sevda ƏLIQIZI,
Lalə HÜSEYNOVA

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page