- 70
LƏNKƏRAN BƏSTƏKARLAR TƏŞKILATI
Zəminə ƏLIYEVA
Search

- 70
HEYDƏR ƏLIYEV VƏ AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQI
Ramiz ZÖHRABOV
BU GÜNÜMÜZƏ VƏ GƏLƏCƏYIMIZƏ INANIRAM
Vasif ADIGÖZƏLOV
TARIXIMIZI VƏRƏQLƏYƏRKƏN
Lalə HÜSEYNOVA
NAXÇIVAN BƏSTƏKARLAR TƏŞKILATI
Şəmsəddin QASIMOV
GƏNCƏ BƏSTƏKARLAR TƏŞKILATI
Rauf ISMAYILZADƏ
LƏNKƏRAN BƏSTƏKARLAR TƏŞKILATI
Zəminə ƏLIYEVA
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ PLENUMU
-
TƏQDIMAT MƏRASIMI
-
YENILIKLƏR
-
TƏBRIKLƏR

 


Lənkəran öz musiqisi ilə zəngin olan, təkrarsız intonasiyaları ilə fərqlənən bir diyardır. Hələ qədim zamanlardan Lənkəranın musiqi mədəniyyəti formalaşmağa başlamış, əmək mahnıları, kütləvi mahnılar və rəqslərlə zəngin olmuşdur. Vaxtilə Ü.Hacıbəyov bu zonada yayılmış bir sıra xalq mahnılarını toplayıb nota salmışdır. Bu ənənəni davam etdirərək bir sıra bəstəkarlarımız o cümlədən, C.Cahangirov, S.Rüstəmov, T.Quliyev, M.Mirzəyev və b. folklor ekspedisiyaları təşkil edərək bu diyarın zəngin musiqisini tədqiq etmişlər.

       Lənkəranın musiqi həyatı həmişə bəstəkarlarımızın diqqətini cəlb etmişdir. Azərbaycan Bəstəkarlar Ittifaqı Lənkəranın, eləcə də onun əhatə etdiyi ətraf bölgələrin (Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar) musiqi mədəniyyətinin inkişaf etdirilməsi məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Bu qəbildən 2001-ci ilin iyun ayında Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin Birinci Katibi, respublikanın xalq artisti Vasif Adıgözəlovun, Azərbaycan Bəstəkarlar Ittifaqının katibi, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi Ramiz Zöhrabovun və respublikanın əməkdar incəsənət xadimi, bəstəkar Musa Mirzəyevin iştirakı ilə Lənkəranda səyyar Plenum keçirilmişdir. Bu Plenumda Azərbaycan Bəstəkarlar Ittifaqının Lənkəran Bəstəkarlar Təşkilatı yaradılmışdır. Tanınmış bəstəkar, professor, respublikanın əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin üzvü Musa Mirzəyev həmin təşkilatın sədri, professor Ramiz Zöhrabovun məsləhəti ilə gənc musi qişünas, Lənkəran Musiqi Texnikumunun müəllimi Zəminə Əliyeva isə təşkilatın məsul katibi seçilmişdir.

       N.Vəzirov adına Lənkəran Dram Teatrının binasında Azərbaycan Bəstəkarlar Ittifaqının Katibliyinin, bəstəkar Musa Mirzəyevin, Lənkəran Şəhər Icra Hakimiyyətinin rəhbəri Yaşar Rzayevin və yerli ziyalıların iştirakı ilə böyük toplantı keçirilmiş və Lənkəran Bəstəkarlar Təşkilatı adından irəli sürülmüş ilk namizədlərin - Zəminə Əliyeva, Yaqut Həsənova və Ruqiyyə Ibrahimovanın Azərbaycan Bəstəkarlar Ittifaqının üzvlüyünə qəbul edilməsi qərara alınmışdır.

       Xalqın mənəvi zənginləşməsinə xidmət göstərməyi, Azərbaycan musiqi mədəniyyətini inkişaf etdirməyi qarşısına məqsəd qoyan Lənkəran Bəstəkarlar Təşkilatı müxtəlif tədbirlər planı işləyib hazırlamışdır. Təşkilatın üzvləri müxtəlif dövlət tədbirlərinin musiqi tərtibatında, repertuarın seçilməsində yaxından iştirak edirlər. 2001-ci il sentyabrın 18-də Respublikamızda tətntənəli surətdə qeyd olunan Musiqi bayramının Lənkəranda yüksək peşəkarlıq səviyyəsində hazırlanmasında Lənkəran Bəstəkarlar təşkilatının sədri, bəstəkar Musa Mirzəyev böyük təşəbbüs göstərmişdir. Onun səyi nəticəsində maraqlı və məzmunlu proqram tərtib edilmiş, repertuar seçilmiş, ifaçı kollektivlər hazırlanmış və musiqisevərlər qarşısında müvəffəqiyyətlə çıxış etmişlər. Konsertin proqramına, əsasən Azərbaycan bəstəkarlarından Ü.Hacıbəyovun, M.Maqomayevin, Q.Qarayevin, F.Əmirovun və başqalarının əsərləri daxil edilmişdir. Bütün bu əsərləri ifa etmək üçün Lənkəran Musiqi Texnikumunun tələbələri və hərbi hissənin nəfəsli orkestri dəvət edilmişdir. Konsertdə həmçinin xalq musiqiçiləri də iştirak etmişlər. Lənkəranda keçirilən bu ilk musiqi bayramı çox böyük müvəffəqiyyətlə keçmiş, respublika mətbuatında işıqlandırılmış, Lənkəran televiziyası ilə translyasiya edilmişdir. Bu bayramın keçirilməsi sonrakı illərdə də ənənə halını alaraq yüksək peşəkarlıq səviyyəsi ndə hazırlanmışdır.

Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page