- 70
GƏNCƏ BƏSTƏKARLAR TƏŞKILATI
Rauf ISMAYILZADƏ
Search

- 70
HEYDƏR ƏLIYEV VƏ AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQI
Ramiz ZÖHRABOV
BU GÜNÜMÜZƏ VƏ GƏLƏCƏYIMIZƏ INANIRAM
Vasif ADIGÖZƏLOV
TARIXIMIZI VƏRƏQLƏYƏRKƏN
Lalə HÜSEYNOVA
NAXÇIVAN BƏSTƏKARLAR TƏŞKILATI
Şəmsəddin QASIMOV
GƏNCƏ BƏSTƏKARLAR TƏŞKILATI
Rauf ISMAYILZADƏ
LƏNKƏRAN BƏSTƏKARLAR TƏŞKILATI
Zəminə ƏLIYEVA
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ PLENUMU
-
TƏQDIMAT MƏRASIMI
-
YENILIKLƏR
-
TƏBRIKLƏR

 


1994-cü ilin iyun ayının 4-də Gəncənin həyatında bir əlamətdar hadisə baş verdi. Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin sədri, respublikanın xalq artisti, görkəmli bəstəkar Tofiq Quliyev başda olmaqla həmin birliyin birinci katibi, xalq artisti Vasif Adıgözəlov və Bəstəkarlar Ittifaqının Katibi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun iştirakı ilə Gəncədə səyyar plenum keçirildi. Plenumda Azərbaycan Bəstəkarlar Ittifaqının Gəncə Təşkilatı yaradıldı. Azərbaycan Bəstəkarlar Ittifaqının üzvlərindən sənətşünaslıq namizədi Rauf Ismayılzadə həmin yaradıcılıq birliyinin sədri, bəstəkar Qalib Məmmədov isə məsul katibi seçildilər. Lakin Q.Məmmədov başqa ölkəyə köçdüyü üçün onun vəzifəsi Bəstəkarlar Ittifadının üzvü, bəstəkar Məmməd Cəfərova həvalə edildi.

       Indi, keçən müddət ərzində Gəncə təşkilatı Azərbaycan Bəstəkarlar Ittifaqının Nizamnaməsi əsasında bir çox faydalı yaradıcılıq işləri həyata keçirmişdir.

       Ilk növbədə Gəncə təşkilatı, şəhər mədəniyyət və təhsil idarələrinin işinə nüfuz etmiş, gənc nəslin estetik tərbiyəsinin inkişaf etdirilməsi naminə xüsusi qayğılar göstərməyə başlamışdır. Bu sahədə aparılan yaradıcılıq şləri, mütəmadi keçirilən ifaçılıq müsabiqələri getdikcə öz bəhrəsini vermişdir.

       Bəstəkarlar Ittifaqının təkidi ilə ilk növbədə orta məktəblərdə nəğmə dərslərini aparan müəllimlər musiqi təhsili olan ixtisas sahibləri ilə əvəz edildi. Xor kollektivləri yaradıldı.

       Məktəblərdə yaradılan yeni-yeni bədii özfəaliyyət kollektivləri öz təhsil ocaqlarında olduğu kimi, şəhər tədbirlərində də yaxından iştirak etməyə başladılar.

       Gəncədə fəaliyyət göstərən 5 uşaq musiqi məktəbi, 2 incəsənət təhsil ocağı və musiqi texnikumunda müxtəlif ixtisaslar üzrə təhsil alan istedadların iştirakı ilə keçirilən musiqi ifaçılıq baxışları, müsabiqələri, festivalları şəhərin musiqi mədəniyyətinə yeni töhfələr bəxş edir. Artıq on ildir ki, gənc istedadların Bakıda keçirilən ənənəvi ifaçılıq müsabiqələrində Gəncə ifaçıları da fəxri yerləri tutmaqdadırlar.

       Bütün bunlarla yanaşı, hər il Gəncədə əlillərin musiqi festivalları da təşkil edilir. Öz qeyri-adi minik maşınları ilə Gəncə Dram Teatrının geniş, yaraşıqlı səhnəsinə çıxan əlillər, Azərbaycan xalq mahnılarını, muğamları, bəstəkar əsərlərini, həm də özlərinin qoşub-düzdüyü mahnıları böyük bir həvəslə ifa edirlər. Əlillər müsabiqəsində seçilən, fərqlənən istedadlar Gəncə Bəstəkarlar Təşkilatının fəxri fərmanlarına, mədəniyyət idarəsinin isə pul mükafatlarına layiq görülürlər. Belə bir səriştə ilə Gəncədə əlillərin seçmə istedadlarından ibarət açıq konsertlər də təşkil edilir.

       Azərbaycan Bəstəkarlar Ittifaqının Gəncə Təşkilatı görkəmli musiqi xadimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə böyük işlər görür.

       Bu baxımdan məhz Gəncə Bəstəkarlar Təşkilatının təşəbbüsü və qayğısı nəticəsində 1 saylı uşaq musiqi məktəbinin həyətində, məktəbin yetirməsi, həmin təhsil ocağına adı verilmiş dünya şöhrətli bəstəkarımız Fikrət Əmirovun gül-çiçəklərlə bəzədilmiş büstü ucaldılmışdır. Bu gün Gəncə çayının sahilində, çinarlar yerləşən böyük bir küçə Fikrət Əmirovun adını daşıyır. Həmin küçədə salınan, 1001 ağacın pöhrə verdiyi istirahət parkı da bəstəkarın adı ilə bağlıdır. Bütün bunlarla yanaşı F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının konsert repertuarında bəstəkarın əlvan əsərləri əzəmətlə səslənir, əks-səda verir, ürəkləri oxşayır.

       Qeyd etmək istərdik ki, bu son günlərdə (iyun ayında) Gəncə bəstəkarlar təşkilatının yeni bir təşəbbüsü də həyata keçirilmişdi. Heç bir sərəncam gözləmədən Fikrət Əmirovun anadan olduğu evə bəstəkarın xatirə lövhəsi barelyefi həkk edilmişdir. Bu xeyirxah işdə bizə Gəncəbasar qəzetinin redaktoru, yazıçı-dramaturq Nüşabə Məmmədova yaxından köməklik göstərmişdir.

       Əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin məzarı şəhərin mərkəzində yerləşən məktəblilər bağında uyuyur. Xatirə günlərində, eləcə də ayrı-ayrı vaxtlarda yüzlərlə məktəblilər, yaradıcı ziyalılar bəstəkarı yad edirlər. Bu gün Gəncənin mərkəzi küçələrindən biri bəstəkarın ölməz adını daşıyır. Indi, Gəncə Məktəblilərinin Mərkəzi Yaradıcılıq Evindəki Cücələrim mahnı muzeyi ziyarətgaha çevrilib. Muzeydə bəstəkarın əlyazmaları, əsərləri, şəkilləri və ona həsr olunmuş məqalə və kitabçalar toplanmışdır.

Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page