ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
Bəhram Mansurovun muğam sənəti
F. Əbdülqasımov.
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
Böyük tarzən Mirzə Sadıq Əsədoğlunun tar islahatları
V. Əbdülqasımov.
Şərq musiqinin peyğəmbərləri
P. Aşir Oğlu.
Şuşa, Bakı, Paris… Çeyhun bəy Hacıbəyli – 110
S. Qarabağlı.
Xan Zirvəsi
V. Muxtaroğlu.
Bəhram Mansurovun muğam sənəti
F. Əbdülqasımov.
Unudulmaz əziz müəllimim Qılman Salahov Haqqında xatirələrim
R.Rzayeva.
Unudulmaz şəxsiyyət
L. Rəhmanova.

 



        Onun çalğı manerasında diqqət oyadan mizrab gedişləri vardır. "Əlif", "Çahar", "Gülriz", "Dəstkari", "Sazkəri" Bəhram Mansurova məxsus üsullardır. Tarzənin çalğı priyomlarının zənginləşdirilməyə göstərdiyi münasibəti həmişə muğamlarla üzvi vəhdətdə görürdü. "Çəkavək", "zirəfkan" kimi mizrab priyomları hətta müəyyən muğam kuşəsini, ibarəsini şərtləndirir, onun adını daşıyır.
       Bəhram Mansurovu haqlı olaraq Mirzə Sadıq məktəbinin layiqli varislərindən sayılır. Bu varislik isə hər şeydən əvvəl Mirzə Sadığın ənənələrinin canlı sübutu olan Qurban Primovun mühüm təsiri ilə izah olunmalıdır. "Segah", "Çoban bayatı", "Mahur-hindi" muğamlarının musiqi materiallarında "lal barmaq", "sürüşdürmə barmaq", "əngüşkari", "ostinato tərzli səslənmə" yaratmaq kimi çalğı üsullarında bunlar özünü açıq-aşkar büruzə verir.
       Tarzənin ifasından nota köçürülmüş muğamlar dəyərli folklor əhəmiyyəti daşıyır. Həm də tarzənin ifaçılıq sənəti haqda çox şey deyir. Vaxtı ilə qələmə alınmış "RAST" və sonralar bəstəkar Nəriman Məmmədovun nota yazdığı"Çahargah" muğamları bu baxımdan faydalıdır, lazımlıdır.
       Bəhram Mansurovun həyatı, şəxsiyyəti, yaradıcı mühiti və buradakı hadisələr sanki, səsləndirdiyi muğamlarda əks olunmuşdur. Bunları şərh edən, aydınlaşdıran, sənədlər məhz bizə yadigar qalan lent yazıları və qrammofon vallarındakı muğam materiallarıdır.
       Əlbəttə, bütün dediklərimiz Bəhram Mansurovun muğam sənətindəki rolu ilə müqayisədə çox azdır. Bu mühüm məsələ musiqişünaslığımız tərəfindən problem vəzifə kimi qarşıya qoyulmalıdır. Inanırıq ki, Azərbaycan tarını və muğamları zirvələrə qaldıran Bəhram Mansurovun adı və sənəti musiqi mədəniyyəti tariximizdə əbədi qalacaqdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page