ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
Bəhram Mansurovun muğam sənəti
F. Əbdülqasımov.
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
Böyük tarzən Mirzə Sadıq Əsədoğlunun tar islahatları
V. Əbdülqasımov.
Şərq musiqinin peyğəmbərləri
P. Aşir Oğlu.
Şuşa, Bakı, Paris… Çeyhun bəy Hacıbəyli – 110
S. Qarabağlı.
Xan Zirvəsi
V. Muxtaroğlu.
Bəhram Mansurovun muğam sənəti
F. Əbdülqasımov.
Unudulmaz əziz müəllimim Qılman Salahov Haqqında xatirələrim
R.Rzayeva.
Unudulmaz şəxsiyyət
L. Rəhmanova.

 



       Xalqımızın ruhunu, düşüncələrini, irsini, idealını, keçmişini, bu günün təsirli ifadə vasitələri ilə canlandıran Azərbaycan musiqisi məhz mənsub olduğu millətin özünəməxsus musiqi ənənələri əsasında təzahür və inkişaf edərək dünyanın ən mütərəqqi xalqlarının mədəniyyəti səviyyəsində dayanır. Misilsiz zənginliyə malik musiqimizin səciyyəvi, bənzərsiz və milli cəhətlərini ortalığa çıxartmaq baxımından onun yaradıcılarına müraciət etmək xüsusilə əhəmiyyətlidir. Adı dillərdə gəzən dinləyicilər tərəfindən məhəbbətlə qarşılanan, əsl xalq musiqiçilərinin həyat və fəaliyyətini hərtərəfli şəkildə öyrənmək qiymətlidir, faydalıdır. Ellərimizin, obalarımızın hörmətini qazanan görkəmli ifaçılar nəinki qabaqcıl, işıqlı ənənələrdən bəhrələnmiş, habelə onu davam və inkişaf etdirərək bilavasitə musiqimizin yeni yaradıcılarına çevrilmişlər. Belə sənətkarlardan biri xalq artisti, görkəmli tarzən Bəhram Mansurov idi.
       Onun keçdiyi şərəfli həyat yolu: Musiqi kollektivlərində, opera və balet teatrında xidmətləri, respublikanın mədəni tədbirlərində fəal iştirakı, böyük Vətən müharibəsinin odlu-alovlu illərində öz tarı ilə hərbi xəstəxanalarda, arxa cəbhədə mübariz çıxışları, konsert fəaliyyəti, pedaqoji işi, qastrol səfərləri, solo və müşayiətçilikdə göstərdiyi ustalıq, zəngin folklor biliyi, nəhayət şəxsiyyətində olan nümunəvi keyfiyyətlər doğrudan da öyrənilməyə layiqdir. Bəhran Mansurov haqda az yazılmamışdır. Tarzənin yaradıcılığı musiqişünasların, qələm əhlinin, sənət adamlarının diqqətində durmuşdur. Həmin baxımdan bir sıra məqalələr, foto albom, professor Elmira Abasovanın Moskvada buraxılmış kitabı təqdirəlayiqdir, dəyərlidir. Bununla belə ustadın həyat və fəaliyyəti, xalq musiqisindəki, birinci növbədə muğam sənətindəki rolu tam şəkildə işlənmişdir demək mümkün deyildir. Çapa verilən məqalədə Bəhram Mansurovun muğam sənətini irəli qoymağımız təsadüfi sayılmamalıdır.
       Bir də istəyirik aydınlaşdıraq ki, muğam ifaçılığı notlu əsərlərin çalınıb oxunması ilə müqayisə olunmamalıdır. Muğamların səsləndirilməsində məsuliyyətsizlik, aşağı sənətkarlıq yalnız ifaçını deyil, muğamın özünün gələcək taleyini təhlükə qarşısına qoya bilər. Haqqında danışıdığımız nümunələr şifahi halda yayılır, nəsildən-nəslə keçərək yaşayır, musiqiçinin istedadı, məharəti sayəsində həyati hüququnu saxlayır. Bəhram Mansurovun yaradıcılıq fəaliyyətindən rast gəldiyimiz hər hansı başlıca keyfiyyət heç vaxt Azərbaycan muğam məktəbindən ayrılmamış, hər yerdə assosiasiya kimi özünü göstərmişdir. Məhz tarzənin sənətinin təyinedici xüsusiyyətləri birinci növbədə muğamların təhlili ilə bağlanmalı, konkret faktlarla üzə çıxarılmalıdır. Fikrimizcə bu məsələdə Bakı–Abşeron ifaçılıq məktəbinin xüsusiyyətləri tədqiqatın əsas mərkəzlərindən olmalıdır. Adı çəkilən məktəbin mənzərəsini, daxili aləmini və onun ana xəttini doğma Azərbaycan musiqi folklorunun hədsiz-hüdudsuz zənginliyi təşkil edir. Bu baxımdan XIX əsrin axırlarında xalqımızın bədii həyatında mühüm yer tutan, Bakıda meydana çıxmış Mansurovların musiqi cəmiyyətinin fəaliyyəti dərindən öyrənilməlidir. Mirzə Sadıq, Hacı Hüsü, Cabbar Qaryağdıoğlu kimi məşhur Qarabağ musiqiçilərinin buraya dəvət edilməsi və beləliklə həmin dostluq və yaradıcılıq əlaqələrinin mahiyyəti açılmalıdır. Bütün bunlar gənc tarzənin gələcək musiqi həyatına həlledici təsir göstərmişdir.
       Məlumdur ki, muğamlar melodik tərzli musiqidir. Onun əsasını reqlamentli improvizasiyalılıq təşkil edir. Çox təəssüf ki, deyilənlər bəzilərinə sadə görünür. Əslində muğamlar əsrlər boyu qərarlaşmış çətin və məntiqi bir prosesdir. Bəhram Mansurov bu prossesin nə demək olduğunu və özü də nə deməli olduğunu yaxşı bilirdi. Onun bu sahədə geniş biliyi, təsəvvürü və öz mənliyi var idi. Bəhram Mansurovun muğamlara verdiyi çox mütəşəkkil forma dediklərimizə parlaq nümunə ola bilər. Məsələn: "Şur" (bərdaşt nəva ilə), Mayeyi-şur, səlmək, cüdai, gövhəri, gərayili, hacı-dərvişi, Şəhr-aşub, Şahnaz-xara, bayatı-türk, şikəsteyi-fars, əşiran, simai-şəms, hicaz, hacı-yuni, mavərənnəhr, şah-xətai, saqinamə, sarənc, abu-əta, qəməngiz, dügah, zəminxara, nişibi-fəraz.
       "Humayun" (hümayun, Bəyatı-feli, feli, məsnəvi, tərkib, bidad, saqinamə, üzzal, üzzal-zərbi, şikəsteyi-fars, dilruba, bəxtiyari). "Bayatı Kürd" (hacı-yuni, mehti-zərrabi, naleyi, dəşti, məsnəvi, pəhləvi, bayatı-kürd, katar, bayatı əcəm, Kəbri, baba-tahir, Azərbaycan). Tarzənin ifasçından lentə köçürülmüş başqa muğamların da tərkib quruluşunu araşdırdıqca bunu aydın hiss etmək mümkündür. Məşhur musiqiçinin muğam sənəti yalnız forma qurmaq və yaratmaqla bağlı olmamışdır. O, hər şeydən əvvəl muğamların məzmununa nüfuz etməsi ona yaradıcı gözlə baxması ilə seçilmişdir. Bəhram Mansurov eşidib gördüyü muğam musiqisini yeniləşdirməyi bacarırdı.
       Muğamları öyrənmək, bilmək azdır. Onu duymaq, ruhən hiss etmək lazımdır. Çünki bunsuz muğamların təbii və təkrarolunmaz gözəlliyini, insanların ən incə və mürəkkəb psixoloji anlarını musiqinin obrazlı dili ilə, təsirli səslənmələrin emosional qüvvəsi ilə əks etdirən məzmununu açmaq, aydınlaşdırmaq çətin olardı. Görkəmli bəstəkarımız Fikrət Əmirov yazırdı ki, "O, (B. Mansurov – F. Ə.) elə böyük ilhamla çalır ki, az qala özündən bixəbər görünür". Bəli, Bəhram Mansurov çalarkən beləcə muğam dünyasına daxil olur və bu aləmdə yaşayırdı.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page