ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
ASUDƏVAXT MƏDƏNIYYƏTININ FORMALAŞMASINDA MILLI VƏ DÜNYƏVI ƏNƏNƏLƏRIN ROLU(ardı)
Ilqar HÜSEYNOV
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
ZAMAN ILƏ BIRBAŞA DIALOQ
Sevinc RZAYEVA
XALQ GEYIMLƏRI VƏ MAHNILARIMIZ
Solmaz MƏHƏRRƏMOVA
SƏS DALĞASI MÜKƏMMƏL INFORMASIYA MƏKANIDIR
Rəhilə HƏSƏNOVA
ESTRADANIN TƏŞƏKKÜLÜ VƏ INKIŞAF ISTIQAMƏTLƏRI
Ramiz ƏZIZBƏYLI
ASUDƏVAXT MƏDƏNIYYƏTININ FORMALAŞMASINDA MILLI VƏ DÜNYƏVI ƏNƏNƏLƏRIN ROLU(ardı)
Ilqar HÜSEYNOV
MUZEY FƏALIYYƏTININ BU GÜNÜ
Sabir ƏMIRXANOV

 


Insanların asudəvaxtının bədii-emosional vasitələrlə müşayiət olunmasının tarixini də qədim adət və ənənələrin yarandığı və təşəkkül tapdığı dövrlərlə əlaqələndirmək lazımdır. Insanlar bütün təbiət hadisələri haqqında fövqəltəbii ideyalar, baxışlar yaradarkən bədii-emosional münasibət-lərini də gizlədə bilməmiş, təbiətə və cəmiyyətə kütləvi şəkildə təsir etmə ənənələrini yaratmışlar. Bu ənənələr təkamül etdikcə asudəvaxt mədəniy-yətini də formalaşdırmış, onu bədii estetik və başqa yaradıcılıq tələbatının ödənilməsi həddinə çatdırmış-dır. Keçirilən mərasimin, bayramın dini ideoloji məzmunundan asılı olmayaraq insanlar bu aksiyaları yerinə yetirərkən əylənmiş, mənəvi rahatlıq tapmışlar. Adət və mərasimlər onları bir anlıq da olsa öz bədii emosional vasitələrinin təsiri ilə fiziki, zehni iş qayğılarından uzaqlaşdırmış, dincəlmək, əylənmək, şənlənmək, müstəqil yaradıcılıq proseslərinə qoşulmaq kimi ənənəvi asudəvaxt xüsusiyyətlərinin formalaşmasına təminat yaratmışlar.

        Tarixin müxtəlif dövrlərində dünya alimləri asudəvaxt mədəniyyətinin əsas momentlərini təhlil etmiş, onun bədii-emosional sahələrini “oyun vəziyyəti” kimi anlatmağa çalışmışlar. Platon oyun kosmosundan danışmış, I.Kant estetik “oyun vəziyyəti” nəzəriyyəsindən söz açmışdır. Şillerə görə isə insan yalnız oynadığı zaman insan hesab olunur. O da tarixin ilk mərhələsində yaranmış asudəvaxt mədəniyyətini “oyun mədəniyyəti” və bu mədəniyyəti insani münasibətlərin əsas komponent-lərindən biri kimi qiymətləndirir. Y.Xeyzinq isə bütövlükdə mənəvi mədəniyyəti “oynayan insanın məhsulu” hesab edir. O, oyun xüsusiyyətlərinin poeziyada, miflərdə, mərasimlərdə təzahür etdiyini göstərir. Onun fikrincə misteriyalar, bayramlar, karnavallar, festivallar, tamaşalar və s. əsasən oyun xüsusiyyətləri üzərində qurulur [142, s.28].

        Yuxarıda adı çəkilən alimlərin fikirlərindən belə çıxır ki, asudəvaxtın mədəniliyi onun bədii emosional vasitələrindən çox asılı olmuşdur. Insanlar oyun xarakterli hərəkət və vərdişlərini əsasən bayram və mərasimlərdə, karnavallarda, ailə və məişət ənənələrində tətbiq etmişlər. Eyni zamanda oyun mədəniyyəti uşaq və yeniyet-mələrin hərtərəfli tərbiyə mühitini yaratmışdır.



        Onların hərəkət və fəaliyyətlərindəki boşluğu müxtəlif məna və məzmunla doldurulmuşdur. Ənənəvi olaraq formalaşan asudəvaxt mədəniyyəti oyunlar üzərində təşəkkül tapmış, insanların hərəkət və düşüncələrini səmərəlilik prinsiplərinə uyğun olaraq tənzimləmək funksiyasını yerinə yetirmişdir.

        Rus pedaqoqu Y.A.Komenski haqlı olaraq qeyd etmişdir ki, “külək olmadan od yanmadığı kimi, oyun, məşq, hərəkət olmadan da uşaq böyüyüb inkişaf edə bilməz. Oyun, hərəkət bir növ işdir, fəaliyyətdir” [73, s.60].

        Azərbaycanın tanınmış alimi M.H.Təhmasib də şəxsiyyətin formalaşmasında, hər bir fərdin fiziki və mənəvi cəhətdən inkişaf etməsində oyun mədəniyyətinin əhəmiyyətinə xususi diqqət yetirmişdir. Onun fikrincə, oyun da insan ömrü qədər çox qədim tarixə malikdir. Oyun tarixin hər bir dövründə insan həyatını zənginləşdirən sosial vasitələrdən biri olmuşdur. O, həm bədənin müxtəlif əzalarını hərəkət etdirmiş, həm də hər bir insanın həyat fəaliyyətinin son anına qədər onun bütün ömrünü addım-addım izləmişdir [22, s.234-238].

        Oyunun insan həyatındakı mənəvi hökmranlığı müasir dövr üçün daha aktualdır. Çünki müasir insanın həyat tərzi mənəvi inkişafın səviyyəsindən, onun asudəvaxt mədəniyyəti mühitindən çox asılıdır.

        Tarixən, ənənəvi olaraq formalaşan asudəvaxt mədəniyyəti elə bir sərvətdir ki, hər kəs ondan öz zövqünə, mənəvi tələbatına uyğun şəkildə istifadə edir. Burada insanın ictimai faydalı əməyə şüurlu hazırlığı, bədii-estetik xarakterli mənəvi keyfiyyət-ləri, intellekti, dünyaya, cəmiyyətə münasibətləri və s. özünü qabarıq şəkildə büruzə verir.

Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page