SƏS DALĞASI MÜKƏMMƏL INFORMASIYA MƏKANIDIR
Rəhilə HƏSƏNOVA
Search


ZAMAN ILƏ BIRBAŞA DIALOQ
Sevinc RZAYEVA
XALQ GEYIMLƏRI VƏ MAHNILARIMIZ
Solmaz MƏHƏRRƏMOVA
SƏS DALĞASI MÜKƏMMƏL INFORMASIYA MƏKANIDIR
Rəhilə HƏSƏNOVA
ESTRADANIN TƏŞƏKKÜLÜ VƏ INKIŞAF ISTIQAMƏTLƏRI
Ramiz ƏZIZBƏYLI
ASUDƏVAXT MƏDƏNIYYƏTININ FORMALAŞMASINDA MILLI VƏ DÜNYƏVI ƏNƏNƏLƏRIN ROLU(ardı)
Ilqar HÜSEYNOV
MUZEY FƏALIYYƏTININ BU GÜNÜ
Sabir ƏMIRXANOV

 


Ilk baxışdan informasiya sözü çox geniş bir anlayış məkanına malik olsa da, onun səs və ya səs dalğası ilə uzlaşması bir sıra suallar doğura bilər. Məhz, buna görə də bu anlayışa diqqətlə nəzər salmaq maraqlı olardı.

Informasiya məfhumunun dərin fəlsəfi, kulturo-loji və sosial bilik mənbələrinə və qlobal elmi əsaslara dayaqlanması bu gün heç bir şübhə yarada bilməz. Lakin, bu sözün mənbəyinin nə dərəcədə öyrənilməsi çox vacibdir. Informasiya məfhumu konseptual semantik əraziyə malik olmaqla yanaşı, o həm də koqnitiv modelləşmə, yəni hadisə-əhvalat təşlil üslubu baxımından neyro-psixoloji məkandır.

Informasiya - formalaşmış xəbər deməkdir: belə halda o, dəqiq struktura, ardıcıllığa, konstruktiv məntiqə və s. cavab verməlidir. Əks halda, qeyri strukturlu, yəni tamam strukturlaşmadan uzaq olan xəbər, məntiqsiz səs və söz düzümünə və ya xaotik işarələr toplusuna çevrilib heç bir informasiya axını yarada bilməz.

Məhz bu baxımdan musiqi səsi və ya səs dalğası əsl informasiya vahidi kimi özünü göstərə bilər və burada xüsusən səs dalğasının spektri dəqiq və çox zəngin informasiya daşıyıcısı olaraq musiqi nəzəriyyəsi elminin hüdudlarını daha da genişləndirə bilər.

Elmin inkişafı tarixinə salınan ən səthi nəzər belə göstərir ki, səs və ya səs dalğasının spektri alim və filosofların daim diqqət mərkəzində durmuşdur. Onun təbii dalğalarına-vibrasiya inkişafı bütün kainatın dalğalanma əsaslı olduğunu sübuta yetirirdi və ondan bir hazır model kimi də bəhrələnərək astronomiya, elektro-maqnetizm və kvant fizikasında, riyaziyyatda da istifadə edilirdi. Sonralar səsə səslənən maddə deyib, çox təəccüblü olsa da XX əsrin axırlarında akustika elmini formalaşdırmağa çalışmışlar. Bundan irəli gələrək, fizikanın optika və həndəsi ortika kimi müasir sahələri meydana çıxmışdır.

Səs dalğaları insanı daim əhatə edir və onlardan qurtulmaq mümkün deyil. Əgər işıq dalğalarından evdə və ya ağacın altında gizlənmək mümkün-dürsə, səs dalğaları ən qalın divarlardan, hətta su qatlarından keçib sizin qulağınıza çatacaq. Bu, əlbəttə ki, səsin süzülmə gücünü bildirir. Onlar sferik şar şəklində konsentrik dalğalarla yayılır və səs mənbəyinin ilk təkanverici impulsundan sonra dalğa enerjisinin tükəndiyi təqdirdə tədricən sönməyə yuvarlanır. Qeyri halda, insan qulağı belə gərgin dalğa şəbəkəsinə dözə bilməzdi. Lakin, möcüzəli cəhət odur ki, səslər bir-birini söndürmür və maraq təşkil etməyən səslərin arasında məhz. Marağa səbəb olan səs xəbərini eşitmək çox asandır. Bu, insan qulağı və bununla bağlı olan səs tellərinin bioloji quruluşundan irəli gəlir və informasiya nəzəriyyəsində qəbul olunmuş qavrama qabiliy-yətinin insan beyni ilə əlaqədar ölçülən prosesin nəticəsi kimi özünü göstərir.

Insanın qavrama qabiliyyəti onun hissiyatı ilə əlaqədardır və çoxmərhələli bir prosesdir. Gön-dərilən xəbər və ya hansısa informasiya axını kvantlaşma, yəni xırda, mikro-parçalanma üsulu ilə toplanır və bunun nəticəsi olaraq yetkin, səlist bir obraz yaranır. Burada Furye-haçalanma üsulu özünü göstərir və bu o deməkdir ki, Bəşər vahidləri və bütün bununla bağlı anlayışlar, görüntülər, təbiət və şüur məfhumları tam verilsə də, insan onları bölmə-xırdalama vəziyyətinə gətirib, beynin elektrik-mübadilə proseslərinin enerjisi sayəsində təhlil edib qavrama prosesini işə salır. Sanki deduktiv tərzdə, hərtərəfli öyrənir və nəticədə dolğun şəkil-mənzərə yaradır. Səsin qavranılması da bu tərzdə baş verir.

Səs kvantları yüksəklik, davam və dinamika elementlərindən toplanır. Bu üç anlayış biri-birindən ayrılmaz bir vəhdət təşkil edir: yüksəklik yoxdursa, onun davamı və dinamikası mənasızdır və digər tərəfdən, dinamika və davamiyyət nəyəsə məxsus olmalıdır. Bu birlik yalnız insanın eşitmə qabiliyyətinə təsir etməyən və ya onun eşitmə diapazonundan kənara çıxan səslərdə sanki pozulur və dəyərsizləşir: o, infra-, ultra- və s. başqa vibrasiya-lara biganədir. Və bu da, yəqin ki, təbiətin müdrikliyini göstərir, çünki bu səslənmələr eşidilməsə də, dəhşətli sarsıntılar və sinir gərginliyi yaratmağa qadirdilər. Digər tərəfdən, ultra dalğalarının müalicəvi xüsusiyyətləri hamıya yaxşı məlumdur.

Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page