XALQ GEYIMLƏRI VƏ MAHNILARIMIZ
Solmaz MƏHƏRRƏMOVA
Search


ZAMAN ILƏ BIRBAŞA DIALOQ
Sevinc RZAYEVA
XALQ GEYIMLƏRI VƏ MAHNILARIMIZ
Solmaz MƏHƏRRƏMOVA
SƏS DALĞASI MÜKƏMMƏL INFORMASIYA MƏKANIDIR
Rəhilə HƏSƏNOVA
ESTRADANIN TƏŞƏKKÜLÜ VƏ INKIŞAF ISTIQAMƏTLƏRI
Ramiz ƏZIZBƏYLI
ASUDƏVAXT MƏDƏNIYYƏTININ FORMALAŞMASINDA MILLI VƏ DÜNYƏVI ƏNƏNƏLƏRIN ROLU(ardı)
Ilqar HÜSEYNOV
MUZEY FƏALIYYƏTININ BU GÜNÜ
Sabir ƏMIRXANOV

 


Maddi mədəniyyətin əsas elementlərindən birini də geyim və bəzəklər təşkil edir. Geyim və bəzəklər xalqın tarixi ilə sıx bağlıdır. Belə ki, xalqın zəngin daxili aləmi, milli və etnik xüsusiyyətləri, düşüncə tərzi hər şeydən əvvəl geyimlərdə təzahür etmişdir. Milli geyim hər zaman dövrünün tələb və xüsusiy-yətlərinə cavab vermiş, bununla yanaşı ənənələrə sadiq qalmışdır. Xalqın sosial-iqtisadi vəziyyəti geyimlərdə öz əksini tapmışdır. Məhz geyim və bəzək insanın yaşı, ailə vəziyyəti, məşğuliyyəti, cəmiyyətdə tutduğu yeri, aid olduğu zümrəni müəyyən etmişdir. Geyim mədəniyyətinin formalaş-masında iqlim və sosial iqtisadi təsirlərin rolu danıl-mazdır. Bu təsir isə öz növbəsində geyimlərin daim təkmilləşməsi və dəyişməsinə səbəb olmuşdur.

Arxeoloji qazıntılar nəticəsində ilk geyim nümunələrinin əsasən dəridən hazırlandığı aşkar edilmişdir. Mütəxəssislərin fikrincə dəridən hazırlanmış geyim nümunələri mezolit dövrünə təsadüf edir. Arxeoloqlar toxuculuq sənətinin neolit və eneolit dövründə meydana gəlməsi fikrini irəli sürmüşlər. Məhz həmin dövrdən geyimlərin yeni nümunələri yaranmışdır.

Məlum olduğu kimi Azərbaycanın əlverişli coğrafi və iqlim şəraiti onu yüzilliklər boyu ipək istehsalı mərkəzlərindən birinə çevirmişdir. Azərbaycanda olmuş bir çox səyyahlar burada istehsal olunan parçaları Min bir gecə nağıllarına bənzətmişlər. 1394-cü ildən 1427-ci ilədək 33 il müddətində Avropa, Asiya və Afrikada olmuş alman hərbçisi Iohan Şiltberger Azərbaycanın Şəki, Şirvan, Qarabağ ərazilərində istehsal olunan ipək parçalar haqqında maraqlı məlumat vermişdir: Şəki şəhərində baramadan ipək sap alırlar. Sonrakı ölkə baş şəhəri Şamaxı şəhəri olan Şirvandır. Burada ən yaxşı ipək istehsal olunur.1

Kür çayının suvardığı gözəl otlaqlara malik Qarabağ düzənliyində ən yaxşı barama yetişdirilir.2

Ərəb coğrafiyaşünasları Bərdə və Şamaxıda istehsal olunan ipək çarşaflar, qaytanlar haqqında maraqlı məlumatlar vermişdilər.

XVll əsrdə Azərbaycan Yaxın Şərqin ən böyük ipəkçilik mərkəzlərindən biri olmuşdur. Burada yetişdirilən ipək sap və ipək parçalar öz zərifliyi, rəng koloriti, naxış xüsusiyyətləri ilə həm ölkədə, həm də onun hüdudlarından kənarda böyük şöhrət qazanmışdı. XVll-XVlll əsrə aid digər mənbələrdə də Azərbaycanda istehsal olunan parçalar haqqında məlumatlar vardır: 1736-cı ildə Nadir şah Muğan Qurultayında tacqoyma mərasimindən sonra öz əyanları və qonaqlarına qızıl saplarla toxunmuş, kənarları samur xəzi ilə bəzədilmiş atlas xalatlar, bahalı çərkəz kəmərləri bağışlamışdı. Atlas xalatların əksəriyyəti Azərbaycanda istehsal edilmişdir.3

C.Şarden yazırdı ki, xarici bazarlarda satılan ipək əsasən Şirvan və Qarabağda istehsal edilirdi. Şirvanda 3 min tay, Qarabağda 2 min tay ipək istehsal edilmişdir. XVll əsrin ortalarında Azərbay-can və Gilandan Rusiyaya ildə 70 min pud xammal ipək göndərilirdi.4

XlX əsrin əvvəllərində Şəkidə fabrik üsulu ilə ipək istehsal edilməyə başlanmışdı. Y.V.Çəmən-zəminli yazırdı: 1827 tarixində Qribadbeno adlı bir əcnəbinin təşəbbüsü ilə bir cəmiyyət vücuda gəldi. Bu cəmiyyət otuz sənə müddətində doqquz yüz miri tut bağları icarə etdi və ipək toplamaq imtiyazı aldı. Cəmiyyət Şəkidə ipəkçiliyə aid binalar yapdırdı, Avropa üsulu ilə çarxlar qurdu, məktəb açdı və Italiyadan on iki mütəxəssis gətirdi. Şəki şəhəri bir ipək mərkəzi oldu və əlli min puddan ziyadə ipək istehsal etməyə başladı.5

Azərbaycan ipəyindən eyni zamanda darayı, kəlağayı yaylıqlar da istehsal olunurdu.

Azərbaycanda ipək parçalarla yanaşı pambıq parçalar da istehsal edilməyə başlandı. Səyahətçilər Azərbaycanda pambıqçılığın qədim tarixə malik olduğu haqda məlumat vermişlər.

Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page