ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
Şuşa, Bakı, Paris… Çeyhun bəy Hacıbəyli – 110
S. Qarabağlı.
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
Böyük tarzən Mirzə Sadıq Əsədoğlunun tar islahatları
V. Əbdülqasımov.
Şərq musiqinin peyğəmbərləri
P. Aşir Oğlu.
Şuşa, Bakı, Paris… Çeyhun bəy Hacıbəyli – 110
S. Qarabağlı.
Xan Zirvəsi
V. Muxtaroğlu.
Bəhram Mansurovun muğam sənəti
F. Əbdülqasımov.
Unudulmaz əziz müəllimim Qılman Salahov Haqqında xatirələrim
R.Rzayeva.
Unudulmaz şəxsiyyət
L. Rəhmanova.

 



       Üzeyir bəy Bakıya gələn kimi qardaşına Stalinlə olan söhbətini yazdı. Ceyhun bəydən isə müsbət cavab almadı (Ramazan Xəlilovun xatirələrindən).
       C. Hacıbəyli 1962-ci il oktyabr ayının 22-də 71 yaşında ürək krizindən (infarkt) Parisdə vəfat etmişdir.
       Ceyhun bəy Hacıbəyli ömrünün sonuna kimi Azərbaycanın azadlığı uğrunda varqüvvəsi ilə çalışmışdır. Unuda bilmədiyi doğma vətəninə, sevimli xalqına yorulmadan xidmət etmişdir.
       Fransada çıxan müxtəlif dərgilərdə Ceyhun bəyin vəfatı ilə bağlı nekroloq verilmişdir. Sovetlər Birliyini Öyrənmə Institutunun dərgisinin 1962-ci ildə çıxan 30-cu sayında yazılırdı: "– Ceyhun bəy vətənini sevən, hadisələrə həssaslıqla yanaşan bir insan idi. Hamıya yaxşılıq etməkdən və Azəri topluluqlarında olmaqdan böyük zövq duyardı. Allah qəni-qəni rəhmət eləsin. Nur içində yatsın".
       C. Hacıbəylinin anadan olmasının 110 illik yubileyi münasibətilə Üzeyir Hacıbəyovun ev-muzeyində tədbir keçirilmişdir. Respublikamızın tanınmış ziyalıları, alimləri yubileydə iştirak etmişlər. Ceyhun bəyin həyat və fəaliyyətinin Şuşa, Bakı, Parislə bağlı illəri, məqamları çözələnmişdir.
       Tədbiri giriş sözü ilə muzeyin direktoru Səadət Qarabağlı açmışdır. Sonra Ceyhun bəy Hacıbəylinin irsi barədə tədqiqatçı-alim, filologiya elmləri namizədi Abid Tahirli məruzə etmişdir. Ceyhun bəyin şəxsi arxivinin taleyi haqqında Azərbaycan Respublikasının YUNESKO ilə işlər üzrə Milli Komissiyasının baş katibi Ramiz Abutalıbov məlumat vermişdir. Yeri gəlmişkən onu qeyd edək ki, Ceyhun bəy Hacıbəylinin arxivinin vətənə gətirilməsi Ramiz müəllimin adı ilə bağlıdır. Məhz 150 kiloluq arxivi R. Abutalıbov Fransadan Bakıya gətirmiş və təmənnasız onu Mərkəzi Dövlət arxivinə təhvil vermişdir. Bu xeyirxah əmələ görə tədbir iştirakçıları Ramiz Abutalıbova dərin təşəkkürlərini bildirdilər.
       "Ceyhun Hacıbəyli "Azərbaycan" qəzetinin baş redaktorudur" mövzusunda tədqiqatçı-alim Mirabbas Aslanov çıxış etdi. Nizami adına Ədəbiyyat Institutunun direktor müavini, filologiya elmləri doktoru Məhərrəm Qasımlı C. Hacıbəylinin folklor tədqiqatçısı kimi əvəzsiz yerindən danışdı, onun "Qarabağ dialekti və folkloru" əsəri haqqında məlumat verdi. Filologiya elmləri namizədi Mənzər Ibrahimova "Ceyhun Hacıbəyli Azərbaycan mətbuatı haqqında" mövzusunda çıxış etdi. Salman Mümtaz adına Mərkəzi Dövlət Ədəbiyyat və Incəsənət arxivinin direktoru Maarif Teymurov Ceyhun bəyin şəxsi fondu barədə danışdı. Professor Vaqif Sultanlı C. Hacıbəylinin Azərbaycan ədəbiyyatındakı, publisistikasındakı və mədəniyyətindəki əvəzsiz yerindən söz açdı.
       Şair-publisist Dilsuz və C. Hacıbəylinin xalası nəvəsi, professor Telman Ağdamski isə bu tədbirin təşkilindən və yüksək səviyyədə keçirilməsindən danışaraq dərin təşəkkürlərini bildirdilər. Belə tədbirlərin doğma Şuşa şəhərində qeyd edilməsi bütün iştirakçıların arzusuna çevrildi.
       Ceyhun bəyin vəfatı ilə bağlı yaxın dostlarından doktor Əziz Alpaut Parisdə, türk dilində çıxan "Mücahid" adlı aylıq ictimai fikir məcmuəsinin 1963-cü il tarixli yanvar-fevral sayında "Bir böyük itkimiz daha" sərlövhəli vida məqaləsində yazırdı: "Vətən səni unutmayacaq, bir gün bağrına basacaqdır".
       Bəli, həmin gün gəlmişdir. Vətən Ceyhun bəyi bağrına basmışdır. Azad, müstəqil Azərbaycan uğrunda yenilməz mübariz Ceyhun bəy Hacıbəyli heç zaman unudulmayacaq, daim qəlblərdə, ürəklərdə yaşayacaqdır. Vətəni və xalqı üçün etdikləri isə zaman-xaman özünə qayıdacaq, haqq yerini tutacaqdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page