ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ Âß ÌÀÀÐÈÔ×ÈËÈÉÈ
MUSIQI DÜNYASI JURNALININ INTERNET SAYTLARININ
Səadət SEYIDOVA
Search

ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ Âß ÌÀÀÐÈÔ×ÈËÈÉÈ
BÜLBÜLƏ LAYIQ MONUMENTAL SALNAMƏ YARADILMALIDIR
Mübariz QULIYEV
MUSIQI TARIXIMIZIN ÖYRƏNILMƏMIŞ SƏHIFƏLƏRI - KÖVKƏB KAMILBƏY QIZI SƏFƏRƏLIYEVA
Adilə MAILOVA
MUSIQIYƏ HƏSR OLUNMUŞ IKI TALE
.
XALQ YARADICILIĞI - MUSIQI TƏRBIYƏSININ ƏSASIDIR
Minarə DADAŞOVA
AŞIQ MUSIQISININ TƏDRIS PROSESINDƏ TƏTBIQINƏ DAIR
Afaq RÜSTƏMOVA
MUSIQI DÜNYASI JURNALININ INTERNET SAYTLARININ
Səadət SEYIDOVA

 


Bu günün gerçəkliyidir ki, kompüter həyatımıza çox intensiv daxil olub. Onun fantastik imkanlarından bir çox sahələrdə istifadə olunur. Kompüterin bütün imkanlarından söhbət açmaq başqa mütəxəssisin mövzusudur. Mən isə qeyd etmək istərdim ki, internet informasiya qıtlığını aradan qaldırmağa, bir sıra başqa mədəniyyətlərlə tanış olmağa imkan yaradan texniki fenomendir.

       Əlbəttə, bir sıra ölkələrə görə biz internetdən çoxdan istifadə etsək də, internet vasitəsilə informasiya yayımında gecikmişik. Deyəsən əvvəl yatıb, sonra iri addımlarla addımlamaq bizim tarix bəxtimizə yazılıb. Musiqidə Avropanın keçdiyi 300 illik bir dövrü biz 30 ilə başa vurmuşuq. Kompüter sahəsində 30 illik bir dövrü 30 günə həyata keçirdik. Qərb 60-cı illərdən bu işlərlə məşğul olub elektron kitabxanalar və mədəniyyət arxivləri yaradıb. Elektron kitabxananın Azərbaycanda yaranması ilə 80-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası ilk addımını atıb. Bundan sonra 20 il müddətli general pauza yaranıb. Lakin bu gün məmnuniyyətlə qeyd edə bilərik ki, bu internet səhifələrində öz yerimizi tapmışıq. Bizim mədəniyyətimizlə, musiqimizlə, musiqi elmimizlə, musiqiçilərimiz, mədəniyyət xadimlərimiz, musiqişünaslarımız haqqında informasiyalar müxtəlif dillərdə yüksək texniki səviyyədə internet səhifələrinə salınıb. Bu, olduqca böyük əhəmiyyətə malik hadisədir. Azərbaycan mədəniyyətini dünyaya tanıtmağın ən əlverişli vasitəsidir. Belə bir böyük təbliğat işinin əsas səbəbkarı Bakı Musiqi Akademiyasının rektoru SSRI-nin və Azərbaycanın xalq artisti , professor Fərhad Bədəlbəyli və «Musiqi dünyası» jurnalının redaktoru sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovdur. Əlbəttə, «Musiqi Dünyası» jurnalının yüksək professionallıqla çalışan heyətinin böyük əməyini də qeyd etməmək olmaz. Məhz onların böyük əməyi sayəsində layihə işıq üzü ğörüb. Maraqlıdır ki, hər yeni sayt ilə tanışlıq «Musiqi dünyası» jurnalının səhifələrindən başlayır. Jurnalda hər yeni sayt haqqında ətraflı məlumat verilir. Yeri gəlmişkən onu da demək istərdim ki, «Musiqi Dünyası» jurnalının öz-özlüyündə sanballı, yüksək keyfiyyətlərə malik, maraqlı materiallarla tərtib olunmuş musiqi elminə xidmət edən, onu dəstəkləyən bir orqandır.

       1999-cu ildə jurnalın birinci nömrəsinin nəşrindən bəri jurnalın əməkdaşları baş redaktor Tariyel Məmmədovun rəhbərliyi ilə müxtəlif mövzulu internet səhifələri açmışlar. Bu saytlarda BMA-nın tarixi, bəstəkar və musiqişünaslar haqqında fərdi saytlar (Qara Qarayev, Vaqif Mustafazadə), Ü.Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» kitabının elektron versiyası və s. böyük maraq oyadır. «Musiqi dünyası» jurnalının 11-ci saytı böyük bəstəkarımız Üzeyir bəyin «Arşın mal alan» musiqili komediyasıdır. Bu sayt başqalarından fərqlənən yeni layihədir.

       Saytın tərtibatçıları əllərində olan informasiyanı həddindən ziyadə dəqiqliklə verməyə çalışıblar. Səkkiz rubrikada (səhifəciklərdə) 1-«Tamaşanın coğrafiyası»; 2- «Sonoteka», 3- «Notlar», 4- «Fonoteka», 5- «Videoteka», 6- «Libretto», 7- «Ədəbiyyat» , 8- «Arşın mal alan»a aid» haqqında məlumatlar verilmişdir. Bu sayt vasitəsilə bizə belə yaxşı tanış olan «Arşın mal alan» musiqili komediyası haqqında nə qədər əlavə məlumatlar alırıq. Tamaşanın coğrafiyası rubrikasında tamaşa haqqında məlumatlar verilir. Məlumdur ki, 35 ölkədə bu əsər tamaşaya qoyulub. Hətta Israil, Qahirə və Şri-Lankada göstərilib.Həmin tamaşalardan fotoşəkillər, afişalar saytda verilir.

       "Sonoteka" rubrikasında əsər və onun Azərbaycan musiqi tarixində rolu haqqında məlumatlar öz əksini tapır. "Notlar" rubrikasında partitura və klavir göz qarşısında açılır. Burada həm eşidirsən (fonoteka), həm də görürsən (videoteka). Məlum olur ki, «Arşın mal alan» bir sıra dillərdə, hətta çin dilində də səsləndirilib. "Libretto" rubrikasında mətn verilir. Burada 1945-ci ildə çəkilən «Arşın mal alan» filmi, Marionet teatrının videoroliki göstərilir, əsərdən müxtəlif müğənnilərin ifasında musiqi nümunələri səslənir.

       7- "Ədəbiyyat" rubrikasına «Arşın mal alan» haqqındakı böyük həcmdə ədəbiyyat - kitab, broşür, tamaşa haqqında resenziyalar və s. toplanıb. Məlum olur ki, ilk resenziyalardan biri 1923-cü ilin noyabrın 15-də "Bakinskiy raboçiy" qazetində nəşr edilib.

       8- «Arşın mal alan»a aid» adlanan rubrika insanda çox xoş nostalji və məmnunedici təəssürat oyadır. Burada əsərin qəhrəmanları ilə bağlı o dövrlərdə yüngül sənayədə rast gəlinən bir sıra atributlar toplanıb - kuklalar, konfetlər və kağız paketləri və s. Maraqlısı budur ki, onların istehsal tarixi də göstərilir. Bütün məlumatlar Azərbaycan, rus və ingilis dillərində verilir. Gələcəkdə başqa dillərə tərcümələr də nəzərdə tutulur.

       Bir sözlə, «Arşın mal alan» saytı «Musiqi Dünyası»nın fəxri hesab edilə bilər. Əlbəttə, bütün bunların qənaətbəxş səviyyədə həyata keçirilməsindində bir sıra muzeylər, arxivlər, ayrı-ayrı şəxslər, idarələr öz əməklərini əsirgəməyiblər. Güman edirəm ki, jurnalın kollektivinin maraqlı işləri hələ irəlidədir. Mən də bir müəllim kimi internet imkanlarını təhsilə yönəltməyin məqsədəuyğunluğunu alqışlayıram. Hesab edirəm ki, "Musiqi Dünyası"nın rəhbərliyi də bu məsələnin aktuallığı haqqında düşünür.

       Həyat şəraitinin dəyişməsi, texnikanın hər yerə sirayət etməsi, bir sıra müəssisələrin elektron texnika ilə bağlılığı , bəlkə də az bir zamandan sonra ali məktəb auditoriyalarına da daxil olacaq, bizim alışdığımız müəllim-tələbə tədris mexanizmini dəyişəcək.

       Məlumdur ki, bu gün bir sıra dünya universitetlərinin müəllimləri tədris prosesində tələbənin informasiyanı daha dinamik qəbul etməsi üçün dərs materialını videotəsvir və səslə əlaqələndirərək tədrisi daha maraqlı edirlər. Mən Rusiyada aparılan eksperimentləri nəzərinizə çatdırmaq istəyirəm. Misal üçün, Rusiyada «Vahid təhsil inkişafının informasiya mühiti» adlı federal proqram mövcuddur. Bununla bağlı «Təhsil mühiti-2003» I ümumdünya forimu keçirildi.

       Forum üç sərgi-yarmarkanı birləşdirir. 1-ci sərgi «Müasir təhsil mühiti»ndə elektron və multimediyalı dərsliklər, kompüter tədrisinə dair proqramlar, tədrislə bağlı videofilimlər daxildir. 2-ci «Təhsil müəssisələrinin təchizi» və 3-cü sərgi «Sərhədsiz Dünya» adlanır.

       Dünya gör-götür dünyasıdır. Tarix qədər qədim olan bu məsəli biz də əsas tutub ətrafımıza baxmalı, yaxşını seçib istifadə etməliyik.

       Zənnimcə, məktəblilər, abituriyentlər və müxtəlif səbəblərdən evdən çıxmağa imkanı olmayanlar üçün xüsusi tədris proqramına bizdə də ehtiyac duyulur.

       Kompüter vasitəsilə lazımi fənni seçərək tədris kursunu ev şəraitində hazırlamaq olar. Xüsusilə musiqi tarixi, musiqi ədəbiyyatı ilə bağlı fənnlər üçün imkan böyükdür. Burada tədris mövzuları, mühazirələri ilə bağlı videofilmlərdən fonotekadan istifadə etmək və bir sıra əlavə məlumatlarla tanış olmaq mümkündür.

       Ulyanovsk proqramistləri isə elektron repetitor proqramı hazırlayıblar.Tədris boyu elektron repetitor mənimsənilən proqramı yoxlayır. Tələbə isə xüsusi yoxlama testini hazırlamalıdır. Əgər kompüter nəticə ilə razıdırsa, sonrakı hissəyə yol açılır. Əks halda keçilən material təkrarlanmalıdır. Hal-hazırda, komrüter-müəllim ingilis, rus dillərini, tarix, politologiya, fəlsəfə fənlərini öyrədir. Yaxınlarda bütün məktəb fənləri bu proqrama daxil ediləcək.

       Belə proqramları hazırlamaq bizim tədris üçün də aktualdır. Xüsusən repititor təcrübəsində bu özünü doğruldur. Belə ki, real müəllimdən fərqli virtual müəllimin hissiyyatı yoxdur, ona görə də tam obyektivdir.

       Əlbəttə, arzu və tövsiyyələr gələcəyin işidir. Bu gün isə görülən işlərin qiymətini vermək lazımdır. Bütün görülən işlər haqqında bu kiçik məqalədə söz açmaq mümkün deyil, həm də gərək deyil, çünki, «Musiqi Dünyası» jurnalının oxucularına jurnal səhifələrində məlumatlar verilib. Məlumatlara əsasən bəlli olur ki, az bir müddətdə bu qədər müxtəlif mövzulu materialları hazırlayıb yüksək texniki səviyyədə internet səhifələrində vermək böyük şüur və fiziki əmək tələb edir. Mən «Musiqi Dünyası» jurnalının redaktoruna və işçi heyətinə minnətdarlığımı bildirib uğurlar arzulayıram.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page