ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ Âß ÌÀÀÐÈÔ×ÈËÈÉÈ
XALQ YARADICILIĞI - MUSIQI TƏRBIYƏSININ ƏSASIDIR
Minarə DADAŞOVA
Search

ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ Âß ÌÀÀÐÈÔ×ÈËÈÉÈ
BÜLBÜLƏ LAYIQ MONUMENTAL SALNAMƏ YARADILMALIDIR
Mübariz QULIYEV
MUSIQI TARIXIMIZIN ÖYRƏNILMƏMIŞ SƏHIFƏLƏRI - KÖVKƏB KAMILBƏY QIZI SƏFƏRƏLIYEVA
Adilə MAILOVA
MUSIQIYƏ HƏSR OLUNMUŞ IKI TALE
.
XALQ YARADICILIĞI - MUSIQI TƏRBIYƏSININ ƏSASIDIR
Minarə DADAŞOVA
AŞIQ MUSIQISININ TƏDRIS PROSESINDƏ TƏTBIQINƏ DAIR
Afaq RÜSTƏMOVA
MUSIQI DÜNYASI JURNALININ INTERNET SAYTLARININ
Səadət SEYIDOVA

 


Gənc nəslin musiqi tərbiyəsi hal-hazırda böyük əhəmiyyət kəsb edən aktual məsələ kimi təkcə bizim ölkəmizdə deyil, bir çox xarici ölkələrdə də geniş maraq doğurur.        Hazırda bir çox xarici ölkələrin musiqi mütəxəssisləri musiqi ilə hansı uşaqların məşğul olması məsələsini izah edərkən onlar yalnız xüsusi istedada malik uşaqları əsas götürürlər. Lakin, müasir pedaqoji elm bu məsələni başqa cür həll edərək göstərir ki, gələcəkdə peşəkar musiqiçilər yetişdirmək məqsədilə xüsusi istedada malik uşaqlarla işləmək əlbəttə daha məqsədəuyğundur, amma musiqi tərbiyəsi heç bir istisna olunmadan kütləvi şəkildə bütün uşaqlara şamil edilməlidir.

       Gənc nəslin musiqi tərbiyəsində musiqi məktəblərinin rolu şübhəsiz böyükdür. Lakin kütləvilik nöqteyi nəzərindən ümumtəhsil məktəblərimizin bu işdə rolu və imkanı daha çoxdur. Respublikamızdakı musiqi məktəbləri minlərlə xüsusi istedada malik şagirdi əhatə edirsə, ümumtəhsil məktəblərimiz isə yüz minlərlə şagirdin musiqi tərbiyəsi ilə də məşğul olmaq kimi şərəfli bir vəzifəni yerinə yetirir. Ümumtəhsil məktəblərimizdə musiqi tərbiyəsi iki yolla həyata keçirilir. Bunlardan biri sinifdə tədris edilən musiqi dərsləri, digəri isə məktəbdəki müxtəlif musiqi özfəaliyyət kollektivləridir. Əlbəttə, sinifdə tədris edilən musiqi fənni şagirdlərin musiqi tərbiyəsində böyük əhəmiyyətə malikdir. Onlar ilk dəfə məhz bu fənn vasitəsilə Azərbaycan peşəkar musiqi sənətinin fəxri Üzeyir Hacıbəyovla, onun ecazkar, insanın bütün varlığına təsir edən musiqisilə, eləcə də Qlinka, Çaykovski, Motsart, Bethoven kimi rus və Qərbi Avropa klassik bəstəkarlarının əsərləri ilə tanış olurlar. Ümumi yyətlə, görkəmli pedaqoqlar şagirdlərin bədii zövqlərinin düzgün tərbiyələndirilməsi işində musiqini qüvvətli təsir gücünə malik vasitələrdən biri kimi həmişə yüksək qiymətləndirmişlər. Çünki, musiqi təkcə şagirdlərin estetik tərbiyəsində deyil, həmçinin əqli, əxlaqi və fiziki tərbiyəsində də mühüm rol oynayır.

       Uşaqlara daha doğma və yaxın olanı xalq musiqisidir. Bu musiqi məhz istər onun ümumi tərbiyəsində və istərsə də musiqi tərbiyəsində böyük əhəmiyyət kəsb edir. Bunu hal-hazırda da bir çox görkəmli musiqi mütəxəssisləri dönə-dönə öz əsərlərində qeyd edirlər. Məşhur musiqi mütəxəssisi Xelle Lukk «V-VIII siniflərdə xorla işləmənin təcrübəsindən» adlı məqaləsində yazır: «Biz çalışırıq ki, şagirdlər ilk növbədə öz milli musiqilərini bilsinlər. Məhz öz xalqının musiqi yaradıcılığını yaxşı bildikdən sonra onlar başqa xalqların da musiqi yaradıcılığını lazımınca qiymətləndirə bilərlər...».

       Ümumtəhsil məktəblərimizdə şagirdlərin musiqi tərbiyəsinə xidmət edən fənn musiqidir.

       Həmin məktəblər üçün hazırlanmış «Musiqi» proqramında göstərildiyi kimi şagirdlər dərsdə peşəkar musiqi ilə yanaşı həm də Azərbaycan xalq musiqisi nümunələrini öyrənməlidirlər. Məhz bu məqsədlə də proqrama I sinifdə «Rast» və «Bayatı Şiraz» muğamlarının «Maye» şöbəsi, «Qızıl gül» xalq rəqsi, II sinifdə «Şüştər» muğamı və «Bayatı Şiraz rəngi», III sinifdə «Heyratı» ritmik muğamı, IV sinifdə «Bağçada gül» xalq mahnısı və s. xalq musiqisi nümunələri daxil edilmişdir. Bundan məqsəd isə şagirdləri hələ kiçik yaşlarından əsl xalq musiqisi nümunələrinin ən yaxşıları ilə tanış etməkdir. Çünki, gözəl xalq musiqi nümunəsi heç də peşəkar əsərlərindən aşağı səviyyədə olmayıb, bəlkə də bir çoxlarından yuxarı səviyyədə durur.

       Xalq mahnılarımız içərisində cəsurluğu, dostluğu, qəhrəmanlığı, təbiət gözəlliyini tərənnüm edən mahnılar az deyildir. Məhz bu cür mahnıları ümumtəhsil məktəblərimizdə yaymaq lazımdır.

       Hal-hazırda bir çox şagirdlər /eləcə də yaşlılar və gənclər/ xalq musiqisindən çox-çox uzaq olan, təsadüfi musiqi həvəskarlarının quraşdırdıqları mahnı və rəqsləri də xalq musiqimizin ən yaxşı musiqi nümunələri kimi tanıyırlar. Halbu ki, əsl xalq musiqisinin öz gözəlliyi və öz xoş ətri var. Bunlar əsrlərin keşməkeşli yollarından cəsarətlə keçmiş və bu gün də öz təravətini saxlamaqda davam edir.

       Müasir dövrdə şagirdlər bir növ «musiqi şüaları»nın güclü təsirinə məruz qalırlar. Onlar gün ərzində həm xalq musiqisini, həm klassik musiqi əsərlərini, həm peşəkar bəstəkarlarının müxtəlif janr və formalarda əsərlərini və həm də bədii cəhətdən sönük, heç bir estetik zövq verməyən çoxlu musiqi əsərlərini dinləyirlər. Məhz belə bir vaxtda gənc nəslin musiqi tərbiyəsini düzgün və məqsədəuyğun şəkildə inkişaf etdirmək başlıca vəzifələrdən biri olmalıdır. Şagirdlərin musiqi tərbiyəsində isə xalq musiqisinin rolu olduqca böyükdür. Əsas vəzifə xalq musiqisindən musiqi tərbiyəsi işində düzgün istifadə etməyi bacarmaqdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page