ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ Âß ÌÀÀÐÈÔ×ÈËÈÉÈ
MUSIQI TARIXIMIZIN ÖYRƏNILMƏMIŞ SƏHIFƏLƏRI - KÖVKƏB KAMILBƏY QIZI SƏFƏRƏLIYEVA
Adilə MAILOVA
Search

ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ Âß ÌÀÀÐÈÔ×ÈËÈÉÈ
BÜLBÜLƏ LAYIQ MONUMENTAL SALNAMƏ YARADILMALIDIR
Mübariz QULIYEV
MUSIQI TARIXIMIZIN ÖYRƏNILMƏMIŞ SƏHIFƏLƏRI - KÖVKƏB KAMILBƏY QIZI SƏFƏRƏLIYEVA
Adilə MAILOVA
MUSIQIYƏ HƏSR OLUNMUŞ IKI TALE
.
XALQ YARADICILIĞI - MUSIQI TƏRBIYƏSININ ƏSASIDIR
Minarə DADAŞOVA
AŞIQ MUSIQISININ TƏDRIS PROSESINDƏ TƏTBIQINƏ DAIR
Afaq RÜSTƏMOVA
MUSIQI DÜNYASI JURNALININ INTERNET SAYTLARININ
Səadət SEYIDOVA

 


Onun xeyirxahlığını isə sözlə təsvir etmək mümkün deyil. Təkcə bu işin müəllifinin şəxsi müşahidələri deyil, Kövkəb xanımın bir çox müasirlərinin onun haqda dedikləri buna sübutdur. Insanların marağı ilə bağlı heç bir şey onu biganə qoymazdı. O, həmişə insana kömək əlini uzadardı. Onun yaxınları və ətrafdakı insanlarla münasibətləri daim səmimiyyət, ədalət, yüksək əxlaq əsasında qurulmuşdu, paxıllıq, təkəbbür və biganəlik bu münasibətlər üçün yabançı idi, çünki onun fikrincə, bütün bunlar insan və musiqiçi simasına yaraşmayan cəhətlər idi.

       Səfərəliyeva heç vaxt ikiüzlülük etməzdi. Insanlar, həmkarları və tələbələri haqda öz rəyini o, sakit, yığcam şəkildə və səmimiyyətlə bildirərdi. Biz, onun yetişdirmələri, öz müəllimimiz və himayəçimizin şəxsiyyətinə daha diqqətlə baxdığımız zaman onun öz üzərində apardığı işin miqyasına heyran oluruq. Məqsədinə çatmaq üçün ona nə qədər mətinlik, enerji, öz bədii prinsiplərinə sadiq qalmaq üçün nə böyük iradə lazım imiş! Kövkəb xanımın həyatdakı bütün nailiyyətləri – dərin biliyin, onun uzun müddət özü üzərində apardığı işin nəticəsidir. O, daim biliklərə ehtiyac duymuş, həmişə oxuyub öyrənməyə hazır olmuşdur. Öz biliklərini, savadını artırmaq həvəsini o, ömrünün son günlərinədək saxlamışdı. Ona xas olan və çoxlarının bələd olduğu özündən narazılıq hissi ilk növbədə özünə qarşı tələbkarlıqla, öz təbiətini daim təkmilləşdirib zənginləşdirmək arzusu ilə izah edilir. Özü üzərində apardığı işlə o, əslində başqalarına xidmət göstərirdi, çünki məhz bunun sayəsində pianoçu-p edaqoq, musiqi yazıçısı və ictimai xadim ola bilmişdi.

       K.Səfərəliyevanın fəaliyyətilə bağlı materiallar onun yaradıcılıq yolunu tarixi, nəzəri, sənətşünaslıq, qismən də estetik və etik aspektlərdən vahid bir tədqiqat sistemində əks etdirməyə imkan vermişdir. Bir musiqiçi kimi Kövkəb xanımın mənəviyyatının milli köklərə bağlı olması onun barəsində zəngin bioqrafik məlumat və müşahidələrdən istifadə olunması Səfərəliyevlərin şəxsi arxivi daxil olmaqla, müxtəlif mənbələrdən materialların cəlb edilməsi, həm xüsusi olaraq bu tədqiqat üçün yazılmış, həm də nəşr edilmiş məqalələrdə rast gəlinən maraqlı xatirələrdən istifadə edilməsi və bunların tədqiqatın tarixiliyini təmin edən xronoloji ardıcıllığı aşkar etmək zərurətini doğurmuşdur.

       Hesab edirik ki, bioqrafik məlumatlar təkcə K.Səfərəliyeva kimi şəxsiyyətin fəaliyyətinin öyrənilməsi üçün deyil, respublikada pianoçuluq sənətinin bütün sonrakı inkişafına təsir göstərmiş digər görkəmli xadimlərin yaradıcılıq fəaliyyəti üçün də qiymətlidir.

       Kövkəb xanımın hələ sağlığında onun bir sıra tələbələrinin öz müəllimlərinin yaradıcılıq yolunu öyrənməyə can atmasını yüksək qiymətləndirməliyik. Bununla belə, paradoksal olsa da, son zamanlara qədər Kövkəb xanım Səfərəliyeva barədə sanballı bir iş yaradılmamışdır.

       Nəzərdən keçirdiyimiz mənbələr faktiki materiallarla zəngin olmasına baxmayaraq, K.Səfərəliyeva yaradıcılığının tədqiqatçısı üçün heç də yeganə əsas ola bilməz. Burada, yalnız «üzdə olan» faktlar qarşısında qalmamaq üçün, düzgün təlqiqat metodunun olması zəruridir.

Kövkəb xanımın sanki hamının gözü qarşısında keçmiş həyatı o qədər çoxcəhətli olmuşdur ki, onu araşdırmağı xeyli çətinləşdirmişdir.

       K.Səfərəliyevanın musiqi-pedaqoji və ifaçılıq prinsipləri problemi də maraqlı görünür. Yuxarıda göstərdiyimiz kimi, K.Səfərəliyevanın pianoçu kimi siması, dərs demək metodikası barədə yalnız ayrı-ayrı məlumatlar vardır ki, bu da bütövlükdə problemi həll etməyə imkan vermir. Bununla yanaşı, görkəmli Azərbaycan musiqiçisinin məhsuldar yaradıcılıq fəaliyyətini tam dərk etmək üçün əhəmiyyətli olan illəri - onun yaşayıb-yaratdığı tarixi dövrün xüsusiyyətlərini də qeyd etmək zəruridir.

       Məqalənin müəllifi Azərbaycan Dövlət Konservatoriyasında ifaçılıq və pedaqoji işlə çox məşğul olduğundan uzun illər ərzində yalnız vaxtaşırı bu ciddi problemin araşdırılması sahəsində çalışmışdır. Və biz belə bir nəticəyə gəldik ki, Səfərəliyevanın yaradıcılıq fəaliyyətini, onun ifaçılıq və pedaqoji metodunu elmi əsasda mükəmməl tədqiq etmək üçün yeganə yol – əlimizdə olan bütün ilkin mənbələrin müfəssəl öyrənilməsi, eləcə də tarixi dövrün mümkün qədər geniş araşdırılıb təhlil edilməsidir. O dövrün – XX əsrin əvvəli və ortalarının real tarixi məzmununu təşkil edən ziddiyyətləri də açmaq zəruri idi.        Kövkəb xanım Səfərəliyeva böyük və çətin həyat yolu keçmişdir. Onun şəxsiyyəti və yaradıcılıq ömrü dövrün sosial ziddiyyətləri iə bağlı olmuşdur. O, sosial dəyişikliklər və bunların nəticələrinin canlı şahidi olmuşdur.

       K.Səfərəliyevanın doğum ili, eləcə də uşaqlıq və gənclik illəri 1905-ci ildən sonra rus çarizminin azğın irticası dövrünə təsadüf etmiş və burjua-millətçi azadlıq inqilabı, oktyabr çevrilişi ilə bağlı güclü tarixi hərəkat, köhnə quruluşun dağılması şəraitində keçmişdir.

       K.Səfərəliyevanın 1917-ci il oktyabr inqilabındandan sonrakı mürəkkəb tarixi dövrdə yeri və rolunu, onun baş verən hadisələrə, zəmanəsinin sosial və bədii problemlərinə münasibətini müəyyən etmək – zənnimizcə, qarşıda duran məsələnin həllinə yaxınlaşmaq deməkdir.

       K.Səfərəliyeva haqqında heç bir nəzəri tədqiqat aspektinə malik olmayan ədəbiyyatın məhdudluğu, Azərbaycanın musiqi ifaçılığı mədəniyyətinə onun bioqrafik faktorlarının təsirinin lazımi dərəcədə qiymətləndirilməməsi – bütün bunlar bizi Kövkəb Kamilbəy qızı Səfərəliyeva haqda çoxcəhətli və ümumiləşdirici bir iş yaratmaq zərurətinin yetişdiyi barədə məsələ qaldırmağa və onun çoxşaxəli fəaliyyətinin obyektiv, əsl elmi dəyərini müəyyənləşdirməyə məcbur etmişdir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page