ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ Âß ÌÀÀÐÈÔ×ÈËÈÉÈ
BÜLBÜLƏ LAYIQ MONUMENTAL SALNAMƏ YARADILMALIDIR
Mübariz QULIYEV
Search

ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ Âß ÌÀÀÐÈÔ×ÈËÈÉÈ
BÜLBÜLƏ LAYIQ MONUMENTAL SALNAMƏ YARADILMALIDIR
Mübariz QULIYEV
MUSIQI TARIXIMIZIN ÖYRƏNILMƏMIŞ SƏHIFƏLƏRI - KÖVKƏB KAMILBƏY QIZI SƏFƏRƏLIYEVA
Adilə MAILOVA
MUSIQIYƏ HƏSR OLUNMUŞ IKI TALE
.
XALQ YARADICILIĞI - MUSIQI TƏRBIYƏSININ ƏSASIDIR
Minarə DADAŞOVA
AŞIQ MUSIQISININ TƏDRIS PROSESINDƏ TƏTBIQINƏ DAIR
Afaq RÜSTƏMOVA
MUSIQI DÜNYASI JURNALININ INTERNET SAYTLARININ
Səadət SEYIDOVA

 


Azərbaycanın ən çətin, ziddiyyətli bir dövründə milli musiqi irsimizə söykənib yeni, dünyəvi milli vokal sənətimizin bünövrəsini dahi sənətçi Bülbül qoymuşdur. Xatırladaq ki, musiqi ictimaiyyətimiz Bülbül sənətinə, sərvətinə həmişə diqqətlə, ehtiramla yanaşmış, musiqişünas alimlərimiz onun əbədiyaşar yaradıcılığına tez-tez müraciət etmiş, monoqrafiyalar, risalələr, məqalələr yazmışlar. Şübhəsiz, bütün bunlarla kifayətlənmək olmaz. Çünki Bülbülün sənəti Azərbaycan xalqının milli təfəkkürünə, ruhuna, mənəviyyatına o qədər yaxın, doğmadır ki, onun musiqi irsinin tutumunu, sambalını indiyədək edilənlərlə məhdudlaşdırmaq olmaz. Bülbülün, böyük nəğməkarın vokal məktəbi, onun elmi-nəzəri yaradıcılıq yolu ilə bağlı monumental salnamə yaradılmalıdır. Bülbülün mahnıları ömrümüzün, həyatımızın hər çağında, ovqatında qəlbimizi ümidlə, qürurla doldurur, ovudur, bizə əcdadlarımızın ruhu haqqında şirin nağıllar, rəvayətlər danışır, çağdaş nəsli həyatı, dünyanı musiqi ilə, nəğmə ilə rövnəqləndirməyə çağırır. Biz onun səsini, nəfəsini su kimi içir, havatək sinəmizə çəkirik.

       Qeyd etdiyim kimi, Bülbül haqqında az deyilməyib, az yazılmayıb. Fikrimcə, 1968-ci ildə Azərbaycan Elmlər Aademiyasının nəşri olan “Bülbül”. Seçilmiş məqalə və məruzələri” hələlik Bülbülün yaradıcılığını aşkarlamaq yönündə ilk addımdır. Şübhəsiz kitabda toplanan məqalə və məruzələr tərtibçilərin — musiqişünas Qubad Qasımov və sənətşünaslıq doktoru, professor Əhməd Isazadənin gərgin axtarışlarını və böyük zəhmətləri hesabınadır. Kitab mündəricat, irili-xırdalı 46 məqalə, 6 məruzə, qeydlər və kommentaridən ibarətdir. Kitabda diqqəti cəlb edən cəhət öncə musiqi sənətinə aid maraqlı faktlar, hadisələr, ayrı-ayrı musiqi xadimləri, el sənətkarları, opera və operetta tamaşaları haqqında aldığımız məlumatlar bizi musiqi mədəniyyəti tariximizin keşməkeşli, və şərəfli yol keçdiyinə inandırmaqla yanaşı, həm də zəngin milli-mənəvi sərvətimiz olan musiqi folkloru yatırımızın hələ tam öyrənilməməsi, tədqiq edilməməsi həqiqətini də etirafa məcbur edir. Müəlliflər kitabı Azərbaycan E lmlər Akademiyasının Memarlıq və Incəsənət Institutunda saxlanılan arxiv materialları əsasında tərtib etmişlər. Tərtibçilər qeyd edirlər ki, Bülbül ömrünün 35 ilini musiqimizin elmi-nəzəri problemlərinə həsr etmişdir.

       Bülbül 1932-ci ildə müəllimlik etdiyi Azərbaycan Dövlət Konservatoriyasındakı ilk məruzəsini “Diafraqma vasitəsilə səsçıxarma üsulunun türk mahnısının ifasında tətbiqi” adlandırmışdır. Məruzədə Azərbaycan xalqının musiqisevərliyindən, xalq sənətkarları — xanəndə və aşıqların qonşu xalqlar arasında qazandıqları sənət uğurlarından, musiqimizin milli zəmin üzərində inkişaf problemlərindən danışan Bülbül çıxışını bu sözlərlə yekunlaşdırır: “Mən bir daha təsdiq edirəm ki, bizə türk mədəni vokal kadrları lazımdır”. Bülbülün hələlik üzə çıxarılan, işıq üzü görən məqalə və məruzələrində yalnız bir narahatlığı, fikri, məqsədi bütün aydınlığı ilə öz ifadəsini tapır ki, o da milli xalq oxuma üsulunu klassik Avropa və dünya vokal məktəbi ənənələrinə yaxınlaşdırmaq, vokalistlərimizin professionallıq səviyyəsini yüksəltmək, eləcə də xalqımızın, onun musiqi mədəniyyətinin zəngin ənənələrini qoruyub saxlamaq və bu zəmin üzərində inkişaf etdirməkdən ibarətdir.

       Bu məsələyə Bülbül öz münasibətini başqa bir məruzəsində belə bildirmişdir: “Həyat, gerçəklik vokal sənətində iki cərəyanı birləşdirmək vəzifəsini qarşıya qoyur: Bu, çox çətin, lakin əyləndirici, maraqlı və perspektivli vəzifə olub, ciddi, gərgin iş tələb edir; həmin iş rus və Qərbi Avropa vokal məktəblərinin ənənələrini, digər tərəfdən isə Azərbaycan xalq mahnı yaradıcılığını birləşdirmək məqsədi ilə öyrənməkdən ibarətdir”. Şübhəsiz ki, belə bir birləşmənin öncülü böyük sənətçi özü oldu. Dünya musiqi sənətinin beşiyi sayılan Italiyada müsəlman aləmində ilk vokalçı idi ki, təcrübə keçdi, inadlı, inamlı, dözümlü, və səbrli ömrü, yaradıcılığı ilə əzablara qatlaşdı və öz əzəmətli, möhtəşəm, əsrarəngiz səsi ilə sənət zirvəsini fəth etdi. Azərbaycan Bülbülü oldu. Maraqlıdır ki, yaradıcılıq fəaliyyətinin ilk dövrlərindən Bülbül öz müəllimi və məsləkdaşı Ü.Hacıbəyov kimi, Azərbaycan musiqisini və onu yaşadanları, təbliğ edənləri, yeni nəsil bəstəkarları Avropa, dünya klassik musiqisindən faydalanmağa çağırmışdır.

       Bülbül məqalə və məruzələrində milli musiqi xəzinəmizdən bəhrələnməyin əhəmiyyətini dönə-dönə qeyd etməklə yanaşı, onu mexaniki surətdə təkrar etməyin də qəti əleyhinə olmuşdur. Onun yaradıcılığında xalq musiqi folkloru qaynaqları ilə özünün misilsiz, fövqəladə yaradıcılıq tapıntıları üzvü surətdə birləşərək bunun sintezindən yeni, orijinal Azərbaycan vokal sənəti yaranmışdır. Kitabda toplanan məqalə və məruzələrdə Bülbül opera və operettalarda oynadığı obrazın daxili aləminin xarakterini, müəllim fikrini elə sənətkarlıqla açır ki, onun musiqişünaslıq elminə bu dərəcədə bələd olduğuna heyran qalırsan. Eləcə də aşıq, xanəndəlik, xoreoqrafiya sənəti, ayrı-ayrı sənətkarların ifaçılıq xüsusiyyətlərindən danışanda bir musiqi tədqiqçisi, ədəbiyyatşünaslıq, folklorçu alim təfəkkürü ilə orijinal fikirlər söyləyir. Bizcə, onun istedadının hərtərəfliyi vokal sənətimizdəki xidmətlərindən başqa, həmin kitabda öz əksini tapan məqalə və məruzələrində çox parlaq şəkildə təzahür etmi şdir. Bülbül musiqi mədəniyyətimizdə gələcəyə çağırış idi, bu gün vokal sənətimiz inkişaf edib dünyəvi təkamülə qovuşduqca həmişə Bülbülə tapınacaq, ona sarı boylanacaq. Bülbül qəlbinin düşünməsinin, təfəkkürünün bütün rüşeymləri, səsinin bütün əsrarəngizliyi Azərbaycana bağlı idi. Azərbaycan xalqı da öz sevimli övladının irsini bu gün də davam etdirir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page