ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
ASƏF ZEYNALLININ ƏSƏRLƏRINDƏ MILLI LAD – INTONASIYA XÜSUSIYYƏTLƏRI
Cəmilə HƏSƏNOVA
Search

ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
X.MIRZƏZADƏNIN «ETIRAF» VOKAL-SIMFONIK ƏSƏRI BARƏDƏ BƏZI MÜLAHIZƏLƏR
Qənirə HÜSEYNOVA
MEHTER MÜZIĞI
Şevki Faruk KANCA (Türkiye, Samsun)
VASIF ADIGÖZƏLOV YARADICILIĞININ ÜSLUB XÜSUSIYYƏTLƏRI
Imruz ƏFƏNDIYEVA
EMIN SABITOĞLUNUN MAHNILARINDA SÖZ ILƏ MUSIQININ QARŞILIQLI ƏLAQƏLƏRI
Ceyran MAHMUDOVA
QARA QARAYEV BALETLƏRINDƏ ƏNƏNƏVILIKLƏ MÜASIRLIYIN VƏHDƏTI
Ilhamə MƏMMƏDLI
ASƏF ZEYNALLININ ƏSƏRLƏRINDƏ MILLI LAD – INTONASIYA XÜSUSIYYƏTLƏRI
Cəmilə HƏSƏNOVA

 


III bölmə – repriza üst tonikaya əsaslanaraq, pyesin kulminasiyasını təşkil edir. Burada birinci mövzu bir oktava yuxarında səslənir və melodiyanın diapazonu d3 səsinə kimi genişlənir. Pyesin sonunda verilmiş kiçik kodada melodiyanın aşağı istiqamətli hərəkətilə tonikaya qayıdış baş verir. Beləliklə, pyesin musiqi materialının inkişafında muğamın kompozisiya quruluşunun ümumi cizgiləri özünü büruzə verir ki, bu da, ilk növbədə, ladın əsas funksional dayaq pillələrinə istinadla öz ifadəsini tapır.

        «Ölkəm» romansının musiqisi də çox maraqlı lad – intonasiya xüsusiyyətlərinə malikdir. Romans girişlə başlanan üç hissəli formada bəstələnmişdir. Burada lad – tonal plan diqqəti cəlb edir: giriş – fa rastda, I bölmə – sol şurda, orta bölmə – mi segahda, repriza – sol şurdadır.

       Girişdə, melodiya yüksək nöqtədən (f2) başlayaraq, fa rast ladının üst tonikasına istinad edir.
       Nümunə ¹ 4

       Sonra melodiya aşağıya doğru istiqamətlənir, rast ladının pillələri üzrə sekvensiya şəklində hərəkət edir. Melodiyanın üst tonikadan aşağıya doğru enməsində muğam kompozisiyasının cizgiləri özünü göstərir. Belə ki, «Rast» muğamı kontekstində götürsək, üst tonikaya istinad «Iraq» şöbəsinin, sonrakı enmə isə «Qərai» şöbəsinin cizgilərini özündə ehtiva edir. Hətta lad – intonasiya baxımından «mi bekar – mi bemol» xromatizmi də bu məqsədə xidmət edir. Rast ladının səs sırası bu şəkildədir:

c1 – d1 – e1 – F1 – g1 – a1 – b1 – c2 – d2 – es2. ( e2- F2 )
                    T(IV)                                      X       T

       Üst tokaya istinad zamanı X pillə - es2 yarımton yüksələrək (e2 ) üst tonikaya istinadən aparıcı tona çevrilir, enən hərəkətdə isə yenidən natural vəziyyətinə qayıdır.

       Giriş bölməsinin sonunda I bölmənin lad – tonallığına – sol şura modulyasiya olunur. Burada rastın əsas funksional özəyini əhatə edən səslərdən ibarət akkord – f – a – c – es sol şurun əsas pillələrinə (g – b – d) həll olunur.
       Nümunə ¹ 5

       I bölmənin mövzusu sol şur ladına əsaslanır.
       Nümunə ¹ 6

       Sol şur ladının səssırası belədir:
d1 – e1 – f1 – G1 – a1 – b1 – c2 - d2 – es2 – f2.
                   T(IV)           VI         VIII

       Melodiya ladın əsas pillələrinə istinad elir: d2 (VIII), G1 – (IV - T).

       Qeyd etmək lazımdır ki, I bölmədə bəstəkar şur ladının natural minorla uyğun funksional pillələrindən harmonik müşayiətdə istifadə edir, xüsusilə də tonika və subdominanta funksiyası əsas yer tutur.

       Romansın orta bölməsində mi segah ladına keçid olur. Bu keçid çox sadə bir intonasiya dəyişməsi – bas səsinin sol şurun tonikasından aşağıya doğru pilləvarı hərəkət edərək, mi segahın tonikasında qərar tutması ilə həyata keçirilir.

        Nümunə ¹ 7

       Mi segah ladının səssırası belədir:
hk – c1 - d1 – e1 – f1 – g1 – a1 – b1 – c2 - d2
        II           T(IV)       VI                  IX

       Orta bölmədə melodiya segah ladının IV-VI (e1 – g1) pillələri arasında dalğavari hərəkət edir. Harmoniyada isə tonika (e) və II pillə – əsas ton (c) mühüm rol oynayır ki, bu da segah ladının əsas funksional dayaq pillələridir. Melodiyanın sonrakı inkişafında isə tonikadan başlanan yüksələn hərəkət IX pilləyə – əsas tonun oktavasına (c2) çatdırılır.

       Nümunə ¹ 8

       Bu zaman iki pillənin dəyşiməsi özünü göstərir: VII pillənin əksildilməsi (a – as) və VIII pillənin artırılması (b – h). Bunun nəticəsində səssırasında artırılmış sekunda əmələ gəlir ki, bu da «Segah – zabul» muğamında səciyyəvi intonasiyadır:

g1 – as1 – h1 – c1.
       art.2.

       Melodiyanın inkişafında kulminasiya anı və sonrakı sakitləşmə öz əksini tapır. Orta bölmənin sonunda isə segah ladından şur ladına modulyasiya həyata keçirilir: mi segahda melodiyanın «sol» səsi (VI) sol şurun tonikasına bərabər olur. Beləliklə də lad – tonal repriza verilir. Lakin burada mövzu çox qısaldılmış şəkildə ifadə edilir. Bu, bir növ, əsas lad – tonallığa qayıdış xarakteri daşıyır və əsərin forma baxımından tamlığına nail olunur.

       Göründüyü kimi, bəstəkar «Ölkəm» romansında üç laddan – fa rast, sol şur və mi segah ladlarının qohumluq münasibətlərindən istifadə edərək, bir laddan digərinə modulyasiyaları çox məntiqi düşünülmüş şəkildə həyata keçirir.

       A.Zeynallının əsərləri nümunəsində nəzərdən keçirdiyimiz milli ladlardan istifadə üsulları rəngarəngdir. Əgər «Muğamsayağı» əsərində lad – intonasiyalar bir lad hüdudunda cəmləşirsə, «Çahargah»da müvafiq lad daxilində yönəlmələrdən istifadə olunur. «Ölkəm» romansı isə lad modulyasıyaları üzərində qurulmuşdur. Bütün bunlar müxtəlif çalarlı lad – intonasiyaların yaranmasına gətirib çıxarır ki, bu da bəstəkarın musiqi dilində lad – intonasiya xüsusiyyətlərinin zənginliyini şərtləndirir. A.Zeynallının məharətlə istifadə etdiyi lad – intonasiya inkişafı prinsipləri milli musiqi üslubunun formalaşmasına dəyərli töhfə olmuşdur.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page