EMIN SABITOĞLUNUN MAHNILARINDA SÖZ ILƏ MUSIQININ QARŞILIQLI ƏLAQƏLƏRI
Ceyran MAHMUDOVA
Search


X.MIRZƏZADƏNIN ETIRAF VOKAL-SIMFONIK ƏSƏRI BARƏDƏ BƏZI MÜLAHIZƏLƏR
Qənirə HÜSEYNOVA
MEHTER MÜZIĞI
Şevki Faruk KANCA (Türkiye, Samsun)
VASIF ADIGÖZƏLOV YARADICILIĞININ ÜSLUB XÜSUSIYYƏTLƏRI
Imruz ƏFƏNDIYEVA
EMIN SABITOĞLUNUN MAHNILARINDA SÖZ ILƏ MUSIQININ QARŞILIQLI ƏLAQƏLƏRI
Ceyran MAHMUDOVA
QARA QARAYEV BALETLƏRINDƏ ƏNƏNƏVILIKLƏ MÜASIRLIYIN VƏHDƏTI
Ilhamə MƏMMƏDLI
ASƏF ZEYNALLININ ƏSƏRLƏRINDƏ MILLI LAD INTONASIYA XÜSUSIYYƏTLƏRI
Cəmilə HƏSƏNOVA

 


Azərbaycan bəstəkarları arasında mahnı janrında çox və səmərəli işləmiş bəstəkarlardan biri də E.Sabitoğludur. Onun mahnı yaradıcılığının başlanğıcı 60-cı illərin ikinci yarısına təsadüf edir. Həmin illərdən etibarən, o mahnı janrında bir sıra maraqlı, yadda qalan nümunələr yaratmağa nail olmuş, tez bir zamanda bu janrda işləyən digər bəstəkarlar arasında özünəməxsus yer tutmuşdur. Bəstəkarın yaradıcılığı təkcə mahnı ilə məhdudlaşmırdı o, bir çox musiqili komediyaların, dram və kinofilmlərə, sənədli filmlərə musiqilərin, digər əsərlərin müəllifi olmuşdur. Lakin, böyük həmkarları S.Rüstəmov və T.Quliyev kimi, onun da yaradıcılığında mahnı ümdə əhəmiyyətə malik olmuşdur. Adlarını çəkdiyimiz sənətkarlar kimi, E.Sabitoğlunun mahnılarını səciyyələndirərkən, ilk növbədə onun müraciət etdiyi şairlərin adlarını çəkmək lazımdır. Onların arasında S. Vurğun, R. Rza, B. Vahabzadə, N.Xəzri, Z.Cabbarzadə, I.Səfərli, N. Rəfibəyli, V.Səmədoğlu, R.Əhmədzadə və bir çox başqalarının adlarını çəkmək olar. E.Sabitoğlunun mahnıl arının musiqi dilinə gəldikdə isə, burada, konkret nümunədən asılı olaraq, istər xalq, istərsə də estrada musiqisinə yaxın olan mahnılara rast gəlmək olar.

       S.Rüstəmov və T.Quliyevin mahnıları haqda danışdıqda qeyd olunduğu kimi, E.Sabitoğlunun da mahnılarının sayı olduqca çoxdur. Buna görə hazırki məqalədə bəstəkarın mahnı yaradıcılığını sə-ciyyələndirən, söz ilə musiqinin əlaqəsi baxımından ən maraqlı nümunələr üzərində dayanmağı lazım bilmişik.

       Əvvəlcə bəstəkarın 7 hecalı mətnlərə bəstələdiyi mahnılara nəzər salaq. R. Rzanın sözlərinə bəstələnmiş Insaf da yaxşı şeydir mahnısının mətni dəyişməz olaraq 7 hecalı misralara əsaslanır. Mahnı bir sıra maraqlı xüsusiyyətlərə malikdir. Ilk növbədə qeyd etmək lazımdır ki, onun bütün cümlələri eyni ritmik formul üzərində qurulmuşdur. Kuplet bölməsində iki dörd misralı şer bəndi səslənir. Onlardan birincisi (qafiyə - ABCB) ilk iki melodik cümləyə təsadüf edir.

       Ikinci bənddə isə qafiyə bir qədər fərqli şəkildə təzahür edir. Belə ki, ikinci bəndin ilk iki misrası əvvəlkilərlə deyil, bir-birilə qafiyələnir. Buna uyğun olaraq, melodiyada yeni cümlə səslənir. Və, nəhayət, mahnının əvvəlində səslənmiş cümlənin yeni mətn ilə təkrarı kupleti tamamlayır.

       Nəqərat bölməsi öz həcminə görə çox da geniş olmayaraq, iki cümləni əhatə edir. Onlardan birincisi mahnının ilk cümləsininin yeni səviyyədə səslənən variantını təşkil edirsə (əgər mahnının ilk cümləsi kvarta yuxarı sıçrayışla başlayırdısa, nəqəratdakı cümlə bir ton yuxarıdan tersiya sıçrayışı ilə başlayır), sonrakı cümlə kupletdə təkrarlanan və mahnının adını müəyyən etmiş Insaf da yaxşı şeydir misrası ilə təkrarlanmasından ibarətdir. Bütövlükdə mahnının kompozisiyasına nəzər saldıqda demək olar ki, burada cümlələrin düzülüşü AABACA prinsipinə uyğun şəkildədir (A kimi işarə edilmiş cümlələr burada refren vəzifəsini yerinə yetirir).

       E.Sabitoğlunun 7 hecalı mətnlərə yazdığı mahnılardan biri də N. Rəfibəylinin sözlərinə bəstələdiyi Güllər mahnısıdır. Nəqəratlı formada yazılmış bu mahnıda şer bəndləri bayatı qafiyəsinə uyğun AABA, CCDC kimi qafiyələnir. Mətnin bu xüsusiyyəti mahnıda özünəməxsus şəkildə öz əksini tapmışdır. Belə ki, kupletdə səslənən cümlələr onun ilk cümləsinin variant şəklində inkişafından yaranmışdır. Həmin cümlə yuxarı istiqamətli sekunda və tersiya hərəkəti ilə başlayır, sonra aşağı istiqamətli pilləvari hərəkət nəticəsində tonika pərdəsinə qayıdılır, cümlənin sonunda isə yuxarı istiqamətdə səslənən kvinta sıçrayışı cümləyə sual xarakteri gətirir. Kupletin sonrakı cümlələri də sekunda və tersiya ardıcıllaşması ilə başlayır (bu zaman üçüncü və dördüncü cümlələrin səs yüksəkliyi dəyişir).

       Nəqərat bölməsi, bundan əvvəl nəzərdən keçirdiyimiz mahnıda olduğu kimi, iki cümlədən ibarətdir. Onlardan birincisini mahnının mülayim kulminasiyası kimi təyin etmək olar. Həmin cümlənin fərqləndirici cəhəti təkcə onun digərillərinə nisbətən daha yüksək registrdə səslənməsi deyil, həm də onun dönmə şəklində səslənməsindədir əgər kupletdəki cümlələr sekunda və tersiya səslənməsi ilə başlayırdısa, bu cümlə həmin səslənmə ilə tamamlanır. Bu da onu özündən əvvəl və sonrakı cümlələrdən fərqləndirir.

       Maraqlıdır ki, əgər mahnının kupletində Güllər sözü (mahnının qəhrəmanı olan gənc qızın adı) misraların əvvəlində səslənirdisə, nəqəratda bu söz misranın sonuna keçir, bu da yuxarıda göstərilən səbəb üzündən melodiyanın quruluşu ilə həmahəngdir. Mahnı kupletdəki son iki cümlənin yeni misralarla səslənməsi ilə tamamlanır. Mahnıdakı cümlələrin melodik məzmununa nəzər salsaq, onların AABA prinsipi üzrə qurulduğunu görərik (burada AA kupletdəki dörd cümləni, B nəqəratın ilk, digərilərindən fərqli cümlələrini, sonuncu A isə nəqəratı yekunlaşdıran cümlələri işarə edir), bu da bayatının qafiyə prinsipi ilə üst-üstə düşür.

       Kompozisiyanın oxşar quruluşu ilə N.Xəzrinin sözlərinə bəstələnmiş Sənin üçün mahnısında rastlaşırıq. Yenə də sabit 7 hecalı mətnə bəstələnmiş bu mahnı sadə quruluşa malikdir kuplet təkrar olunan bir cümlədən, nəqərat isə iki cümlədən ibarətdir. Dörd misralı şer bəndlərində çarpaz qafiyə nəzərə çarpır ABAB, CDCD və s. Bəstəkar bu mahnıda da təkrarlanan ritmik formullardan istifadə etmişdir mahnının bütün cümlələri eyni ritmik özək ilə başlayır. Bunu mahnının ilk cümləsində görmək olar:
        Nümunə 1
       Mahnının kulminasiya anına təsadüf edən nəqəratda kupletdəki cümlə kvinta yuxarıda səslənir, bu da onu digərlərindən fərqləndirən amillərdən biridir. Cavab cümlədə isə yenidən mahnının əvvəlində səslənmiş cümlə variant dəyişiklikləri ilə səslənir. Beləliklə də, Güllər mahnısında olduğu kimi, burada da melodik cümlələr AABA prinsipi üzrə qurulur.

       E.Sabitoğlunun mahnıları arasında Z.Cabbarzadənin sözlərinə bəstələnmiş Çay mahnısı da xüsusi qeyd olunmalıdır. Azərbaycan çayı kinofilminə yazılmış mahnıda onun həsr olunduğu mövzu mahnının mətnində və musiqisində maraqlı şəkildə əks olunmuşdur. Əvvəlcə mahnının kupletinə nəzər salaq. Buradakı üç melodik cümlənin birinci ikisi bir-birinin variantı kimi səslənir. Həmin cümlələrin səciyyəvi cəhəti ondan ibarətdir ki, onların sonunda uzadılmış səsə təsadüf olunur.

       Kupletdəki ikinci cümlədə həmin uzadılmış səs çay, çay, çay sözlərinin ifası ilə əvəz olunur. Həmin tendensiya nəqəratda da öz davamını tapır. Buradakı bütün misralar ya uzadılmış səslə birgə ifa olunan çay sözü ilə, ya da həmin sözün bir neçə dəfə təkrarı ilə tamamlanır (mahnının ifası zamanı həmin sözü çox zaman müğənnini müşayət edən ansambldakı musiqiçilər də ifa edirdi) . Göründüyü kimi, bəstəkar şerin məzmunundan bəhrələnərək, çay sözünü mahnının özünəməxsus poetik rədifinə (və ya, musiqi dili ilə desək, refreninə) çevirir. Mahnıdakı cümlələrin belə quruluşu digər kupletlərin ifasında da dəyişməz olaraq qalır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page