ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
Böyük tarzən Mirzə Sadıq Əsədoğlunun tar islahatları
V. Əbdülqasımov.
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
Böyük tarzən Mirzə Sadıq Əsədoğlunun tar islahatları
V. Əbdülqasımov.
Şərq musiqinin peyğəmbərləri
P. Aşir Oğlu.
Şuşa, Bakı, Paris… Çeyhun bəy Hacıbəyli – 110
S. Qarabağlı.
Xan Zirvəsi
V. Muxtaroğlu.
Bəhram Mansurovun muğam sənəti
F. Əbdülqasımov.
Unudulmaz əziz müəllimim Qılman Salahov Haqqında xatirələrim
R.Rzayeva.
Unudulmaz şəxsiyyət
L. Rəhmanova.

 



       Sadıq Əsəd olunun yeni rekonstruksiya etdiyi tarından sonra isə solo instrumental ifaçılıq daha çox müvəffəqiyyət qazanır. Bu haqda Ə. Bədəlbəyli yazır: "O, (Sadıq Əsəd oğlu – V. Ə.) dövrününən görkəmli xanəndəsi olan Hacı hüsü ilə birlikdə bütün bu yerlərə dəvət olunmuş və xüsusilə Təbrizdə onların şərəfinə cağrılmış ziyafətdə özünün yeni rekonstruksiya etdiyi tarında solo çaldıqda sürəkli alqışlarla qarşılanmışdır".
       Yeni tarda, Sadıq Əsəd oğlunun rekonstruksiya etdiyi tarında isə artırılmış simlərin vasitəsilə muğam sənəti daha da rövnəqlənmiş, harmonik həmahənglik nizamlandırılmış, tarın səslənmə obertonları zənginləşdirilmişdir. Beləliklə, Sadıq Əsəd oğlu tarın simlərinin sayını artırması ilə tarın solo aləti kimi geniş istifadə edilməsini, xüsusilə muğamın solo instrumental imkanını əldə etmişdir. Tarın solo ifaçılıq sahəsində inkişafı muğam ifasına, oxuma sənətinə də böyük təsir göstərmişdir. Belə ki, bununla əlaqədar olaraq muğam oxuma texnikası inkişaf etmiş, tarın texniki imkanlarına uyğun olaraq o da səggiyyəvi səviccəyi ifa ənənələrini yaratmışdır.
       Tarda simlərin hər birinin xüsusi rolu, özünəməxsus təravəti, sirrli mahiyyəti var. Bu, muğam sənətində, həmçinin tar üçün iri həcmli notlu əsərlərdə (konsertlər, sonata, sonatina və s.) xüsusilə özünü büruzə verir.
       Sadıq Əsəd oğlunun düzəltdiyi tarında simlərin düzümü və tembri öz orijinallığı ilə demək olar ki, Şərq musiqisi alətləri içərisində fərqlənən alət sayıla bilər.
       Tarda simlər düzümü Azərbaycan xalq musiqi sənətində, xüsusilə muğam sənətində böyük rol oynamışdır. Ümumiyyətlə, bu tardakı yeni alavə olunmuş simlər və onun səs düzümü, yaratdığı keyfiyyətlərinə görə Şərq musiqi aləmində yenilik sayıla bilər.
       Novator sənətkar Mirzə Sadıq Əsəd oğlu tarda yuxarıda qeyd etdiyimiz təkmilləşdirmə işlərindən sonra tarın pərdələrinin düzümündə dəyişiklik etmiş və nəticədə yeni sistem yaratmışdır. Bu sistem özünü doğruldaraq bu günə kimi yaşayır. Bu, sayca Yaxın Şərq xalqları musiqisinə məxsus klassik 17 pilləli xromatik səs sistemıdir. Lakin daxili quruluşuna görə müəyyən dərəcədə fərqlidir. Biz Sadıqcanın yeni sistemli tar pərdələr düzümü üzərində bir qədər dayanmaq istəyirik.
       Avropalılar 12 pilləli xromatik qamma sistemindən istifadə etdikləri üçün onlara c, d, e, f, g, a, h düzümü, Şərq ölkələri xalqlarının musiqi 17, 22, 24 pilləli səs düzümü sistemı olduğuna görə c, d, e, f, g, a, b diotonik səs sırası daha müvafiq olmuşdur. Biz 17 pilləli sistemi aydınlaşdırmaq məqsədilə Avropa diotonik qammasına müraciət edəcəyik. Çünki bu qamma nəzəri cəhətcə geniş qəbul olunmuş düzümdür.
       Klassik 17 pilləli qamma bir oktava həcmində səslərin 17 yerə ardıcıllıqla bölünməsi deməkdir. Başqa sözlə, həcmi 6 tonlu: 1t + 1t + 1/2t + 1t + 1t + 1t + 1/2t ardıcıllığından ibarət olan diotonik qammadakı hər bir bütöv tonun 3 yerə bölünməsindən alınan 17 saylı səs sırasına deyilir.
       Azərbaycan xalq musiqisinə məxsus olan 17p illəli səs düzümündən söhbət açmazdan əvvəl XIX əsr Azərbaycan ictimai, iqtisadi-siyasi həyatına nəzər salmağı lazım bilirik. Çünki sırf Azərbaycan 17 pilləli səs düzümünün şöhrətlənməsi bu əsrdən başlayır. Bu əsrdə Azərbaycan xalq musiqisi tamamilə ərəb, fars sistemindən birdəfəlik ayrılaraq özünün xüsusi 17 pilləli sisteminin inkişafını yüksəklərə qaldırmışdır.
       XIX əsrdə Azərbaycan xalqının həyatı ziddiyətli bir dövrə təsadüf etmişdir. Bir tərəfdən məfkurə və mədəniyyət sahələrində köhnə feodalizm qalıqları hökm sürməkdə idi, digər tərəfdən də qabaqcıl rus və Avropa mədəniyyəti yayılmağı başlamışdı. Azərbaycan ədəbiyyatı, elmi və incəsənəti mütərəqqi əqidəli yüksəlişə doğru inkişaf edirdi. Bu əsrin ən böyük aləmətdar hadisəsi Azərbaycanın Rusiya ilə birləşməsi olmuşdur. Azərbaycanın Rusiya ilə birləşməsi Azərbaycan xalqının elm və mədəniyyətini mütərəqqi rus mədəniyyətinə müvafiq qurmağa imkan yaratmış və Avropa mədəniyyəti ilə tanışlığa yol açmışdır.
       Beləliklə, XIX əsrdə mədəniyyətimizin bütün sahələri birdəfəlik olaraq ərəb, fars təsirindən xilas olmuş və müstəqil mədəniyyətini, musiqisini inkişaf etdirməyə başlamışdır.
       Yuxarıda qeyd olunduğu kimi, XIX əsrin axırlarına kimi Azərbaycanda istifadə olunan 5 simli tar. Azərbaycanda baş verən ictimai-iqtisadi və mədəni dəyişikliklərlə ayaqlaşa bilməmiş və mütərəqqi meyilli musiqi sənətimizdə yenilik zəruriliyini yaratmışdır.
       Yaxın Şərq ölkələrindən ərəb, fars (bura Cənubi Azərbaycan da daxil olmaqla) və Şimali Azərbaycan xalqlarının musiqisinə məxsus olan 17 pilləli qamma sistemi hal-hazıra kimi səs düzümü baxımından öz sıra sayını saxlaya bilmişdir.
       Yuzarıda adlarını qeyd etdiyimiz xalqlardan – ərəblərdə ud, farslarda (Iranda) "Beş simli tar", "Xorasan tənburu" və "Şimali Azərbaycanda 11 simli tar" və digər musiqi alətləri 17 pilləli qamma sisteminə əsaslanırlar. Lakin qeyd etmək lazımdır ki, 17 pilləli sistem bu alətlərdən udun, Xorasan tənburunun və beş simli tarın bütün diapazon böyu saxlanmışdır. Bunu Azərbaycan tarında Sk–S2-yə qədər görürük. Ondan sonra gələn diapazon (S2–f2) 12 pilləli xromatik sistemə əsaslanır.
       17 pilləli qamma sisteminin meydana gəlmə tarixini araşdıran T. S. Vızqo belə yazır: "On yeddi pilləli səs düzümünə artıq Fərabi və Ibn Sinanın elmi əsərlərində rast gəlinir, lakin o XIII əsrdə formalaşmış, həmin əsrdə və ondan sonrakı dövrlərdə yaşamış musiqi nəzəriyyəçiləri – Səfiəddin, Əş-Şirazi, Əbdülqadir, Əbdürrəhman Caminin əsərlərində tamamlanmışdır". Biz, bu mənada Üzeyir Hacıbəyovun yaxın Şərq ölkələrinin musiqi tarixinə dair yekunlaşdırdığı fikrini yada salmağı lazım bilirik.
       Üzeyir Hacıbəyov yazır: "XIV əsrə doğru yaxın Şərq xalqlarının musiqi mədəniyyəti özünün yüksək səviyyəsinə çatmış və on iki sütunlu, altı bürclü "bina" (dəstgah) şəklində iftixarla ucalmış və onun zirvəsindən bütün dörd tərəfi" Əndəlisdan Çinə və Orta Asiyadan Qafqaza qədər geniş bir mənzərə görünmüşdür.
       ...XIV əsrin axırlarına doğru baş verən ictimai-iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar olaraq bu möhtəşəm musiqi binasının diyarları əvvəllər çatlamış və sonralar isə büsbütün uçub dağılmışdır.
       Yaxın Şərq xalqları, uçub dağılmış bu "musiqi binasının" qiymətli "parçalarından" istifadə edərək, özlərinin "lad tikinti" ləvazimatı ilə hər xalq ayrılıqda özünə məxsus səciyyəvi üslubda yeni "musiqi barigahı tikmişdir".
       Buradan görürük ki, hər xalq öz ictimai-iqtisadi və siyasi vəziyyəti ilə əlaqədar olaraq özünəməxsus spesifik musiqisini yaratmaqla bərabər səs düzümü sistemində də dəyişiklik etmişdir. Məsələn, türklərdə 24 pilləli, hindlilərdə 22, fars, ərəb, Azərbaycanda 17 pilləli səsdüzümü sistemi yaranmışdır.
       Ərəb, fars, Azərbaycan xalq musiqisinə məxsus olan 17 pilləli səs düzümünün özü də bu ölkələrin xalqları arasında eyni cür qalmamış, bir-birindən fərqli şəkildə inkişaf etmişdir. Belə ki, hər xalq öz 17 pilləli səs düzümünü yaratmışdır. Məsələn, ərəblərdə udun, farslarda Xorasan tənburunun, beş simli və 11 simli Azərbaycan tarının səs düzümü daha xarakterikdir.
       Bunlardan başqa yuxarıda qeyd etdiyimiz kimi, 17 pilləli səs düzümünün formalaşması və inkişaf edib sistemləşdirilməsində Əbdülqadir Marağinin da (XIV əsr) xüsusi xidməti olmuşdur. Əbdülqadir Marağinin 17 pilləli sisteminə aid öz qamması olmuşdur ki, buna da Əbdülqadir qamması deyirlər.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page