ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
Böyük tarzən Mirzə Sadıq Əsədoğlunun tar islahatları
V. Əbdülqasımov.
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
Böyük tarzən Mirzə Sadıq Əsədoğlunun tar islahatları
V. Əbdülqasımov.
Şərq musiqinin peyğəmbərləri
P. Aşir Oğlu.
Şuşa, Bakı, Paris… Çeyhun bəy Hacıbəyli – 110
S. Qarabağlı.
Xan Zirvəsi
V. Muxtaroğlu.
Bəhram Mansurovun muğam sənəti
F. Əbdülqasımov.
Unudulmaz əziz müəllimim Qılman Salahov Haqqında xatirələrim
R.Rzayeva.
Unudulmaz şəxsiyyət
L. Rəhmanova.

 



       Sadıq Əsəd oğlu qeyd etdiyimiz islahatdan bir qədər sonra tarın simlərindədə dəyişiklik etmişdir. Belə ki, onun sayını 18-ə qədər artırmışdır.
       Mirzə Sadıq Əsədoğlu tarda simlərin sayını artırması ilə əlaqədar tarın qolunun çanağa birləşdiyi hissədə də dəyişiklik edir. Əvvəllər tarın qolu çanağa birbaşa birləşdirilirdi, yaxud da qol çanağa dəmir vintlərlə bağlanırdı (Beş simli tarın bu cür quruluşu Bakıda yerləşən muzeylərdə olan tarlardan bizə məlumdur). Bu halda yeni tarda simlərin sayından asılı olaraq qol ilə gövdə arasında gərginlik yaranırdı ki, buna Azərbaycan musiqiçiləri "çəngəl"4 deyirlər. Mirzə Sadıq isə tarın simlərinin artırılmasında qol ilə çanaq arasında yaranacaq gərginliyi-təzyiqi tarazlaşdırmaq məqsədi ilə tarın çanağının özündən çıxan qısa qol çıxıntısını tarın qoluna geydirir, onu birləşdirir. Bununla yanaşı o, çanaqların içərisində (kiçik çanaqdan çıxan çıxıntı5 istiqamətində), kiçik çanaqla böyük çanaq arasında dayaq məqsədini güdən bir ağac əlavə etmişdir.
       Məhz dayaq vəzifəsini görən bu ağac, tardakı yuxarıda qeyd etdiyimiz gərilmə gərginliyini azaldır. Bu zaman tarın qolunda yaradılan dəyişiklik və çanağın içərisindəki dayaq məqsədli ağac, tarda "xun" deyilən "ehtizaz-vibrasiya" effektini yaratmış olur. Mirzə Sadığa qədər Şərq xalqlarının musiqi alətlərində bu keyfiyyət olmamışdır. Mirzə Sadığın tardakı bu dəyişikliyi Şərq aləmində yenilik idi.
       Sadıq Əsəd oğlu ilk əvvəllər tarın simlərinin sayını 18-ə qədər artırmışdır. Bu məlumat, Ə. Bədəlbeylinin "Musiqi lüğəti" kitabında məşhur Azərbaycan tarzəni və musiqi xadimi Məşədi Cəmil Əmirovun 1909–1910-cu illərdə Türkiyəyə səfəri zamanı yerli musiqişünas Rauf Yektabəyin onun haqqında dərc etdirdiyi yazısına əsasən verilmişdir. Tarın simləri barədə həmin yazıda verilən məlumat çox qiymətli və maraqlıdır. Rauf Yektabəy Məşədi Cəmil Əmirovdan aldığı məlumata əsasən "Qafqaziyada musiqi" məqaləsində belə yazır: "Əli Şirazinin Irandan gətirdiyi tarın yalnız beş teli var ikən, Sadıq on səkkiz telli bir tar icad edərək həyatında həp onunla tərənnümaz olmuş; "məhəza şimdiki tarlarda ki, Cəmil Əmirov bəyin əlində tutduğu tar bu çinsdəndir – yalnız on üç tel mövcuddur".
       Bu mənbədən görünür ki, tarda simlərin sayı əvvəllər həm 18, həm də 13 simli olmuşdur. 18 və 13 simli tarlara biz təsadüf etmədiyimizdən tardakı simlərin düzülüşü haqda dəqiq məlumat verə bilmirik. Lakin buna baxmayaraq bəzi mülahizələrlə, müəyyən fikirlərlə bunu ehtimal halda izah etmək olar. Məsələn, simlər iki qoşa deyil6, 3 qoşa halda düzülə bilməzdimi? Əlbəttə, bu mümkün idi. Çünki tardan əvvəl mövcud olmuş qanun musiqi alətində simlər 3 qoşa halda düzülür. XIX əsrin əvvəllərində qanun musiqi alətindən Şuşada istifadə olunmuşdur. Belə bir düzülüş fortepianonun simlərinə uyğun da ola bilərdi. Çünki fortepianoda da simlər 3 qoşa halda düzülür. Ehtimal ki, Sadıq Əsəd oğlu ilk dəfə tarın simlərini yuxarıda göstərilən metodikaya uyğun qaydada düzmüşdür. Şübhəsiz, tarda simlərin sayının belə çox olması ifaçılıqda müəyyən çətinlik yaratdığına görə onun sayı sonralar 13 simə qədər endirilmişdir. Biz çətinlik deyəndə nəyi nəzərdə tuturuq? Əvvəla, istər qanunda istərsə də fortepianoda, simlərin gərilmə qüvvəsi möhkəm dayaqlıdır. Tarda isə simlərin gerilmə qüvvəsi tarın nazik dəri materialından olan üzünə təsir edir (bildiyimiz kimi, tarın üzü, mal ürəyinin dərisindəndir) Simlərin köklərinin tez-tez pozulmaması, yaxşı köklənməsi, tarın üzünə olunan təzyiq qüvvəsindən çox asılıdır. Məs: hal-hazırki tarda 11 sim var. Tarın üzünə 11 simin gərilmə qüvvəsindən yaranan təsiri hər bir tarzən hiss edir. Belə olan halda bu gərilmə 18 simli tarda necə olardı?! Əlbəttə, simlərin köklərinin sabitliyin təmin etməkdə çətinlik törənərdi.
       Yuxarıda deyilənlərdən başqa onu da əlavə edək ki, tar otaq temperaturu şəraitində istifadə olunur: 18+20 dərəcəli havada normal köklənmiş tar, üz pərdəsinə görə həmin temperaturun dəyişilməsilə əlaqədar onun kökü də dəyişir. Hava temperaturasının dəyişməsinə görə tarda olan dəyişikliyi eksperiment şəkildə yoxlayaraq belə nəticəyə gəlmişik ki, normal otaq temperaturunda (18o–20o) köklənmiş tar. həmin temperaturun 0o doğru 15 və ya 20 dərəcəyə qədər enməsində onun kökü olduğundan 25 və ya 30 sent bəmləşir, normal otaq temperaturunda (18o–20o) köklənmiş həmin tar temperaturunun 33 və ya 35 dərəcə yüksəlməsində isə olduğundan 30–35 sentə qədər zilləşir. Bu dəyişiklik aydındır ki, tarın üz pərdəsindən irəli gəlir. Temperatur soyuduqca üz pərdəsi sıxılır, temperatur istiləşdikcə həmin pərdə genişlənir. Temperatura dəyişikliyi tarın simlərinə təsir edir. Xüsusilə ağ və sarı simlərdə bu "keyfiyyət" daha çox özünü göstərir.
       Beləliklə, təcrübəyə görə 18 simli tarda da üz pərdəsi dəri materialından olduğundan onun simləri sabit kök tənzimini saxlaya bilməmiş və bizcə məhz bu səbəbdən də özünü doğrultmamışdır.
       Biz yuxarıda Rauf Yektabeyin verdiyi məlumata əsasən qeyd etdik ki, 18 simli tar cinsindən olan 13 simli tarda olmuşdur. Bu məlumatı digər bir mənbə də təsdiq edir. Kamançaçısı Saşa Oqanezaşvili yazır: "...Sadıq 8 sim əlavə edib (tarı nəzərdə tutur – V. Ə.). O, "re" və "sol" səsini7 səsləndirdi və bunları cingənə adlandırdılar". Verilən məlumatlara görə hələ XX əsrin əvvəllərində tar 13 simli olmuşdur. 13 simli tarın necə düzlüşdə olmasını da biz hələ ki, qəti deyə bilmirik. Çünki 13 simli tara təsadüf edilməmişdir. Bizcə, 13 simli tarda ancaq ağ və sarı simlər 3 qoşa düzülmüş halda ola bilərdi.
       Yeri gəlmişkən bir məsələni də qeyd etmək lazımdır. Yuxarıda göstərilən hər iki müəllifin – Rauf Yektabəy və Saşa Oqanezaşvilinin – verdiyi məlumatlar 1910 və 1926-cı illərə təsadüf edir. Daha doğrusu, Sadıq Əsəd oğlunun vəfatından sonrası illərə8. Buradan belə məlum olur ki, hələ Sadıq Əsəd oğlundan sonralar da tarın siminin sayı 13 olmuşdur. Demək Sadığın təkmilləşdirdiyi həmin tarın simlərinin sayı görünür təxminən, onun ölümündə sonra, 30-cu illərin əvvəllərində 11-ə endirilmişdir. Bunu həmin illərdə yaranmış tarlar da sübut edir.
       Sadıq Əsəd oğlunun tarda artıqdığı yeni simlər – zəng və kök simlər (alikvot simlər nəzərdə tutulur) olmuşdur. Alikvot simlər ağ (I) və sarı (II) simlərin köklərinə müvafiq unison halda bir oktava yuxarı və ya bir oktava aşağı köklənirlər. Məsələn – inC kökünə görə, ton sim (IV) böyük oktavanın "sol", zəng simlərdən (cingiltili səslənmə xasiyyətinə malik olduğuna görə bu simləri bəzən də "cingənə simlər" kimi də qeyd edirlər) V qrup-sarı simin kökünə uğyun bir oktava yuxarı, yəni birinci oktavanın "sol", VI qrup-ağ simin kökünə uyğun bir oktava yuxarı, yəni ikinci oktavanın "do" səsinə köklənirlər.
       Məlumdur ki, tardan əvvəllər müşayətçi alət kimi daha çox istifadə edilmişlər.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page