Böyük tarzən Mirzə Sadıq Əsədoğlunun tar islahatları
V. Əbdülqasımov.
Search


Böyük tarzən Mirzə Sadıq Əsədoğlunun tar islahatları
V. Əbdülqasımov.
Şərq musiqinin peyğəmbərləri
P. Aşir Oğlu.
Şuşa, Bakı, Paris Çeyhun bəy Hacıbəyli 110
S. Qarabağlı.
Xan Zirvəsi
V. Muxtaroğlu.
Bəhram Mansurovun muğam sənəti
F. Əbdülqasımov.
Unudulmaz əziz müəllimim Qılman Salahov Haqqında xatirələrim
R.Rzayeva.
Unudulmaz şəxsiyyət
L. Rəhmanova.

 



XIX əsrdə Azərbaycan ədəbi həyatı, musiqi sənəti, elmi və incəsənət sahələri genişlənmiş, güclənmiş, rus xalqının, eyni zamanda onların vasitəsilə Qərbi Avropa ölkələrinin mədəniyyəti ilə yaxından tanışlıq nəticəsində elm, incəsənət proqressiv məzmun və xarakterdə inkişaf etməyə başlamışdır. Qabaqcıl maarif mədəniyyətə doğru bu inkişaf bədii ədəbiyyatda, musiqi sənətində yaranan əsərlərdə öz əksini taparaq realizm və xəlqilik prinsiplərini meydana çıxarır.
XIX əsr, ədəbiyyat sahəsində M. F. Axundov, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakir, Həsənbəy Zərdabi, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Kazım bəy, musiqi sahəsində Mirmöhsün Nəvvab, Mirzə Sadıq Əsəd oğlu, Islam Abdullayev, Mirzə Əli Əsgər Qarabaği kimi simalar vermişdir. Üzeyir Hacıbəyov bu mənada belə yazır: "Tarzən sadıqların, xanəndə əbdülbağıların, aşıq nəcəfquluların adları və sədaları Qafqazın hər bir yerində məşhur olub beynəlmiləl bir mahiyyətdə ad qazanmışlardır".
XIX əsrin ictimai, siyasi və mədəni dəyişiklikləri Azərbaycanın inkişaf etmiş şəhərlərində özünü qabarıq şəkildə göstərirdi. Bu şəhərlərdən biri də Şuşa idi. Öz təbii iqliminə, füsunkar təbiətinə və qabaqcıl mədəniyyətinə görə Şuşanın şöhrəti təkcə Azərbaycanda deyil, ondan çox-çox uzaqlara yayılmışdı. Onun mədəniyyəti, xüsusilə musiqi və ədəbi sənəti Qərbi Avropa, rus və digər xalqların tanınmış səyyahlarının, ədiblərinin, musiqiçilərinin diqqətini cəlb etmişdir.
XIX əsrdə Şuşa şəhəri bütün Qafqaz üçün bir "konservatoriya" rolunu oynadığından yay vaxtları Zaqafqaziyanın hər yerindən buraya şairlər, dramaturqlar, bəstəkarlar, məşhur artistlər və musiqiçilər toplaşaraq, teatr tamaşaları göstərir, toy şənliklərində və Şərq konsertlərində iştirak edirdilər. Şuşa şəhəri ticarət sahəsində inkişaf etmiş bir şəhər olmaqla bərabər, həm də musiqi və poeziya sahəsində istedadlar məskəni olmuşdur1. Belə istedadlı simalardan Mirmöhsün Nəvvab, Mirzə Sadıq Əsəd oğlu, Cabbar Qaryağdı oğlu, Nəcəf bəy Vəzirov, Qasım bəy Zakir, Xurşud banu Natəvan, Məşədi Cəmil Əmirov və başqa sənətkarlar xüsusilə Azərbaycanda və ondan çox-çox uzaqlarda tanınırdılar. Bu mənada görkəmli musiqişünas V. Vinoqradovun Qarabağın ən səfalı və gözəl şəhəri olan Şuşa musiqi həyətına verdiyi qiymət maraqlıdır. V. Vinoqradov yazır: "Şuşa musiqiçiləri" Azərbaycan musiqi tarixini yaratmış və onu nəinki öz vətənlərində, həm də digər Şərq ölkələrində təmsil etmişlər". Bundan başqa biz XIX əsrdə Şuşada yaran mış ədəbi-musiqi məclislərini də qeyd etməliyik. 18721910-cu illərdə "Məclisi fəramuşan" və ya "Məclisi xamuşan" (görkəmli musiqişünas Mirmöhsün Nəvvab rəhbər, üzvləri: Həsənəli xan Qaradaği, Əsəd oğlu Mirzə Sadıq, Hacı Hüsü, Məşədi Isi, Qaryağdı oğlu Cabbar, F. X. Kəminə və b.) 18641897-ci illərdə "Məclisi-Üns" (rəhbəri məşhur Azərbaycan şairəsi Xurşud banu Natəvan, üzvləri: M. R. Fəna, M. Ə. Növrəs, A. H. Yüzbaşov, M. Məmai və b.) geniş fəaliyyət göstərirdi. Azərbaycan xalq professional musiqisinin inkişafında bu məclislərin2 rolu şəksizdir. Şuşa ədəbi-musiqi məclisləri sözsüz ki, ictimai həyatın inkişafına, ələlxüsus musiqi sənətinə, təsir etməyə bilməzdi. Bununla bərabər, xüsusilə muğam ifaçılığında inkişaf özünü bariz şəkildə nümayiş etdirirdi. Məhz bu inkişafla əlaqədar olaraq tarda təkmilləşdirmə zərurəti meydana çıxır. Bu işdə məclislərin fəal üzvlərindən biri Əsəd oğlu Sadığın rolu böyükdür. O, XIX əsr Şuşa musiqi həyatının görkəmli nümayəndələrindən biridir. Dövrünün tanınmış musiqiçisi və görkə mli tarzəni Mirzə Sadıq hələ XVIII əsrdə Şuşada istifadə olunan xalq çalğı aləti tarda təkmilləşdirmə işi aparmış və onun müasir Azərbaycan variantını yaratmışdır. Bu nə ilə əlaqədar olmuşdur? Beş simli tar o dövrün inkişaf etmiş tələblərinə cavab vermədiyindən (bu tarın simi beş olduğuna görə onu fərqləndirmək məqsədilə biz gələcəkdədə onu beş simli tar adlandıracayıq) Şuşa musiqi həyatında özünə möhkəm yer tuta bilmir və məhz buna görə də təkmilləşdirmə zəruriyyəti qarşısında qalır.
Tarın təkmilləşdirilməsində əsas məqsəd nə olmuşdur və dəyişiklik nədən ibarətdir? Dövri əlyazmalardan, o dövrlərdə düzəldilmiş və hal-hazıra kimi qorunub saxlanan tarların quruluşundan3 öyrənirik ki, rekonstruksiyaçı S. Əsəd oğlu ilk dəfə tarın çanaqlarında dəyişiklik etmişdir. Belə dəyişiklikdə əsas lüzum tarı sinədə çalmağa uyğunlaşdırmaq və səsini gücləndirmək olmuşdur. Sadıq Əsəd oğlu tarın gövdəsini (çanaqlarını) yeni formada hazırlamaqla əlaqədar əvvəllər çəp şəkilli yonulmuş, üzləri kiçik ürək şəkli formalı çanaqları nisbətən dərin qazımaqla onun çəkisini azaltmışdır. Həmçinin üzlərinin diametri xeyli genişləndirilmiş və o, oval şəklini almışdır. Bu kimi dəyişiklik tarda iki keyfiyyəti üzə çıxarmışdır. Birincisi yeni tarın fiziki-akustik səslənməsi güclənmişdir. Ikincisi, odur ki, əvvəllər, böyük çanağın baş tərəfinin maili olması (100 mm) imkan vermirdi ki, tar sinədə çalınsın, yeni tarda isə bu maillik aradan qaldırılmış və o, sinədə çalmağa uyğunlaşdırılmışdır. Nəticədə, tar ifaçılıq texnikasının imkanları genişləndirilmişdir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page