ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
XX ƏSRIN ƏVVƏLLƏRINDƏ AZƏRBAYCAN FOLKLORŞÜNASLIĞI
Fərqanə HÜSEYNOVA
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
MÜASIR MƏDƏNIYYƏTIN
TARIXI-ƏNƏNƏVI ƏSASLARI

Ilqar HÜSEYNOV
BƏDII TƏMAYÜLLÜ ALI MƏKTƏB TƏLƏBƏLƏRINDƏ YARADICI TƏXƏYYÜLÜN FƏALLAŞDIRILMASI YOLLARI
Vasif MURADZADƏ
XX ƏSRIN ƏVVƏLLƏRINDƏ AZƏRBAYCAN FOLKLORŞÜNASLIĞI
Fərqanə HÜSEYNOVA
«XALQ MƏDƏNIYYƏTI» ANLAYIŞINA MÜASIR BAXIŞLAR
Tariyel MƏMMƏDOV
«XIDIR ILYAS» XALQ BAYRAMI HAQQINDA
Solmaz MƏHƏRRƏMOVA
ADƏT VƏ ƏNƏNƏLƏRIMIZIN KULTUROLOJI ISTIQAMƏTLƏRI
Gülçin KAZIMOVA
SOSIAL MƏDƏNI SAHƏLƏRIN IQTISADIYYATI
Nazim SƏMƏDOV

 


Azərbaycan xalqının tarixində XX əsr çox ziddiyyətli dövrlərdən biridir. Bu illərdə ictimai-siyasi həyatda baş verən hadisələrlə əlaqədar şifahi xalq ədəbiyyatına olan maraq da güclənmişdi. Azərbaycanda, xüsusilə Bakıda fəhlə sinfinin meydana gəlməsi, inqilabi hərəkatın güclənməsi və başqa amillər öz növbəsində ədəbiyyatın, incəsənətin qarşısında bir sıra yeni tələblər qoyurdu. XIX əsrin sonu, XX əsrin əvvələrində Azərbaycan folklorşünaslığında dövrün hadisələri ilə bağlı olaraq bir sıra özünəməxsus yeni keyfiyyətlər meydana çıxırdı. Bu da ondan ibarətdir ki, folklor yalnız yazılı ədəbiyyatla deyil, o zamanın pedoqoji fikirləri ilə də sıx bağlı idi. Folklora yazıçı və şairlərlə birlikdə həm də pedaqoji fikir nümayəndələri yaxından maraq göstərirdilər. Əgər dəqiqləşdirsək, yazılı ədəbiyyat nümayəndələrinin əksəriyyəti folklolrdan öz pedaqoji fikirlərini yaymaq üçün bir vasitə kimi istifadə edirdilər. H. Zərdabi, S. Ə. Şirvani, S. S. Axindov, A. Şaiq, M. Ə. Sabir, A. Səhhət, R. Əfəndiyev, F. Köçərli kimi görkəm li şəxslərin ədəbi – pedaqoji fəaliyyətinə diqqət etsək görərik ki, bunların hamısının tərbiyə xarakteri daşıyan əsər və məqalələrinin əsasında məhz xalqdan seçilib götürülən folklor materialı durmuşdur. Başqa sözlə desək, onlar məhz xalqın bu səpkidə, tərbiyə mövzusunda yaradılmış əsərlərini axtarıb seçmiş, yenidən canlandırmışlar.

       XX əsrin əvvəllərində ictimai həyatda baş verən hadisələrlə əlaqədar olaraq folklor ana dili, milli dil, xalq dili məsələləri ilə sıx bağlı idi. Şifahi xalq ədəbiyyatı ana dilinin, sadə xalq dilinin əsas mənbəyi hesab edilirdi. Bu dövrdə ana dilindən söhbət düşəndə xalqımızın qabaqcıl övladları ilk növbədə folklorun dilini – ana laylasının dilini irəli atırdılar. Bunu biz yazıçı və maarif xadimlərimizin həm bədii əsərlərində, həm də məqalələrində çox aydın şəkildə görürük. «Molla Nəsrəddin»-in xalq ədəbiyyatına demək olar ki, hər nömrəsində müraciəti, C. Məmmədquluzadənin «Anamın kitabı», «Kamança» pyeslərində folkloru, xalqın dünyaqörüsü, Ü. Hacıbəyovun xalq ədəbiyyatı, xalq musiqisi əsasında əsərlər yazması, uşaq yazıçılarımızın folklordan istifadə ilə yazılmış əsərləri, F. Köçərli, A. Şaiq, R. Əfəndiyev, U. V. Çəmənzəminli və başqalarının bir sıra məqalə və məktubları məhz bəhs etdiyimiz bu məsələlərlə əlaqədar idi.

       XX əsrin əvvəllərində gərgin ictimai, ədəbi mübarizələr dövründə burjua ideologiyası demokratik ədəbiyyatı, milli xalq dilinə olduğu kimi folklora da kəskin hücumlar edirdi. Bir çox sənətkarlar folklorun ədəbi dilin inkişafındakı, demokratik ədəbiyyatın xalqda milli hisslərin oyanmasındakı mühüm rolunu çox yaxşı başa düşürdülər. Ona görə də onlar dilə, demokratik ədəbiyyata və folklora eyni dərəcədə hücum edirdilər. Burjua ideoloqları Azərbaycan xalqının əsrlər boyu yaratdığı ədəbiyyat, mədəniyyət abidələrini, folklorunu inkar edirdilər. Onlar folkloru sənət cərgəsinə heç daxil etmir, xalqın əsrlər boyu yaratdığı mənəvi sərvətləri heçə çıxarmaq istəyirdilər.

       Firudinbəy Köçərli Azərbaycan mədəniyyəti tarixində böyük rol oynamış bir şəxsiyyətdir. F. Köçərlinin fəaliyyəti zəngin və hərtərəfli olmuşdur. O, qabaqcıl pedaqoq, folklortoplayan, həm də xalq ədəbiyyatının nəzəriyyəçisi, ədəbiyyat tarixçisi olmuşdur. F. Köçərli sözün həqiqi mənasında ilk Azərbaycan folklorşünası olmuşdur. Elə yalnız «Balalara hədiyyə» kitabı F. Köçərliyə folklorşünaslıq tariximizdə müəyyən mövqe qazandırmışdır. Hər şeydən əvvəl F. Köçərlidənbiz xalq ədəbiyyatının toplayıcısı kimi danışmalıyıq. Çünki hər bir folklorşünas eyni zamanda dövrə görə xalq ədəbiyyatı nümunələrini toplamaqla da məşğul olur.

       Məlumdur ki, F. Köçərli məşhur ədəbiyyat tarixçisidir. Bu işlə əlaqədar ədib xalq ədəbiyyatını toplamış, çap etdirmişdir. Bütün məşhur ədəbiyyat tarixçiləri kimi o da ədəbiyyat tarixinin məhz şifahi xalq yaradıcılığından başlandığını çox yaxşı bilirdi. Bu mənada F. Köçərli böyük həvəslə folkloru yığır və təbliğ edirdi. F Köçərlinin yığdığı folklor əsərləri o zamanlar müxtəlif mətbuat səhifələrində çap olunurdu. Onun çap etdirdiyi xalq yaradıcılığı əsərləri içərisində «Balalara hədiyyə», «Sayaçı sözləri», «Aşıq Valeh» və sairə var idi. F. Köçərli xalq ədəbiyyatına, ədəbiyyatın muəyyən məsələlərinə dair yazdığı məyalələrində bolluca folklor nümunələri gətirirdi. Bu da o zamana görə çox doğru bir hərəkət idi. Çünki ayrıca çap etməyə imkan olmayantoplanmış xalq ədəbiyyatı nümunələrini ədib bu yolla nəşr edib yaratmışdır. F. Köçərli bütün qabaqcıl ziyalıların da diqqətini bu işə, folklorun toplanması işinə cəlb etmək istəyirdi.

       F. Köçərli xalq ədəbiyyatını xalqın sərmayəsi adlandırır, folklorun təlim-tərbiyə üçün əhəmiyyətini ilk plana çəkərək deyirdi: «O millət ki, öz tarixini, vətənini, dilini sevir – bu qisim əsərləri kamal-şövq və diqqətlə cəm edib sərmayə kimi saxlayır və balalarının ilk təlim və tərbiyəsini onları oxutmaq ilə başlayır». Biz F. Köçərli haqqında həm də həqiqi bir folklorşünas kimi, yəni xalq ədəbiyyatı haqqında olan elmimizin görkəmli bir nümayəndəsi kimi danışmalıyıq. Ədib xalqını, vətənini sevdiyi qədər də onun şifahi ədəbiyyatını sevirdi. F. Köçərlinin xalq ədəbiyyatı haqqındakı nəzəri fikirləri təsadüfdən – təsadüfə deyil, müəyyən bir sistem əsasında söylənmiş, ədəbi, elmi-pedaqoji fəaliyyətinin əvvəlindən axırına qədər inkişaf edən bir xətt üzrə qetmişdir. Onun folklor barədəki nəzəri müddəaları o dövrün ictimai-siyası həyatından doğmuşdu. F. Köçərlinin xalq ədəbiyyatı haqqındakı fikirlərini diqqətlə öyrəndikdə ədibin həqiqətən də folklorun xüsusiyyətlərini, incəlik lərini dərindən duyduğunun, hiss etdiyinin, bu nümunələrlə qəlbən yaşaya bildiyinin şahidi oluruq.

       F. Köçərli xalq ədəbiyyatı nümunələrinə seyirçi münasibət bəsləmir, onları bir material kimi, əsər kimi toplayıb çap etməklə işini bitmiş hesab etmirdi. F. Köçərli folkloru cəmiyyətdə insanların tərbiyəsi, ayılması, savadlanması üçün mühüm vasitələrdən hesab edirdi. O, XX əsrin əvvələrində siyası, sinfi, ədəbi mübarizəndə xalq ədəbiyyatının mühüm rolunu düz başa düşürdü. Ona görə də xalq ədəbiyyatının toplanması, nəşri üçün car çəkir, bütün silahdaşlarını – ziyalıları, sənət yoldaşlarını bu işə cəlb etməyə çalışırdı.

       Rəşidbəy Əfəndiyev Azərbaycan xalqının məşhur maarif xadimi və yazıçısıdır. XIX əsrin sonlarında K. Əfəndiyev xalqımızın yaratdığı bir çox əfsanələr, rəvayətlər barədə, xalq etiqadi, adət – ənənələri, hətta xalq təbabətinə aid çox maraqlı etnoqrafik məlumatları toplayıb rus mətbuatında çap etdirmişdi. Hələ inqilabdan əvvəl yazdığı dərsliyində o, xalq ədəbiyyatına mühüm yer ayırmış, folklor əsərləri barədə kiçik nəzəri məlumat da vermişdir. Müəllif burada xalq ədəbiyyatının poetik janrlarından olan bayatı, şikəstə, ağı, mahnı barədə həm nəzəri məlumat verir, həm də misallar gətirir. Burada folklor əsərləri barədəki nəzəri və elmi izahlar kiçik yaşlı uşaqların yaş xüsusiyyətlərinə uyğun şəkildə yazılmışdır. Ədib öz əsərlərində xalq ədəbiyyatında olan nağıl, lətifə, əfsanə, dastan və başqa janrların xüsusiyyətlərindən danışır və misallar gətirir. O, şifahi xalq ədəbiyyatının yaranmasına, mənşəyinə toxunaraq yazırdı: «Hər bir el yaşadıqca həyatı gedişində təsadüf etdiyi h adisələri, təcrubələri, səadətli və fəlakətli halları qeyd olunmuş əsərlər o elin ruhunu, zövqünü və təbii incəliyini oxşar və ona zövq verir və bununla bərabər o elin adət və ənənələrini tərbiyələnndirir». Göründüyü kimi R. Əfəndiyev burada folkloru xalqın həyatı, tarixi ilə bağlayır və onun bədii – estetik, tərbiyəvi əhəmiyyətini xüsusilə qeyd edirdi.

       Abdulla Şaiq də bu dövrdə xalq ədəbiyyatının bir sıra məsələləri barədə maraqlı fikirləri ilə çıxış etmişdir. Onun zəngin və çoxcəhətli yaradıcılığı xalq ədəbiyyatı əsərləri ilə vüsət tapır. 1926-cı ildə A. Şaiq topladığı bayatıları nəşr etdirir. Kitabda 650-yə qədər bayatı vardır. Burada Azərbaycan bayatılarının ən gözəl və rəvan nümunələri toplanmışdı. Müqəddimədə qeyd edilirdi ki, çap olunan toplanmış bayatıların yalnız bir hissəsidir. A. Şaiq folklor nümunələrini yalnız toplamaqla kifayətlənmir, xalq ədəbiyyatı, onun xüsusiyyətləri, bədii dil, bədii nəzəri fikirlər də söyləyirdi. Xalq ədəbiyyatımızda ifadə edilən sağlam fikirlər, gözəl, oynaq, aydın dil şairi valeh edirdi. A. Şaiq xalqımızın adətlərinə, məişət tərzinə, mərasimlərinə də dərindən bələd bir sənətkar idi. A. Şaiqin bədii yaradıcılıqda xalq ədəbiyyatına müraciətini bir də onun yaşadığı dövrlə, ictimaisiyasi hadisələrlə əlaqələndirmək lazımdır. Xalq ədəbiyyatı A. Şaiq üçün sadəcə material deyildi. XX əs rin əvvəllərindəki kəskin sinfi ziddiyyətlər şəraitində öz ictimai-pedaqoji, tərbiyəvi fikirlərini xalqa çatdırmaq üçün folklor ədibə bir vasitə, bir köməkçi idi. XX əsrin əvvəllərində folklora muraciət özünə görə siyası əhəmiyyət kəsb edirdi. Həmin dövrdəki mətbuatda dərc edilən bir sıra yazılar, qabaqcıl ziyalıların məktublaşmaları fikrimizi sübüt edən aydın bir dəlildir. XX əsrin əvvəllərində Azərbaycan görkəmli maarif xadimləri, folklorşünasları Azərbaycan ədəbi dilini doğru istiqamətdə inkişaf etdirmək üçün şifahi xalq ədəbiyyatından geniş şəkildə istifadə etməyə çağırır, el dilinin zənginliklərinə müraciət etməyi, onun incəliklərinə dərindən yiyələnməyi ən doğru yol hesab edirdilər.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page