BƏDII TƏMAYÜLLÜ ALI MƏKTƏB TƏLƏBƏLƏRINDƏ YARADICI TƏXƏYYÜLÜN FƏALLAŞDIRILMASI YOLLARI
Vasif MURADZADƏ
Search


MÜASIR MƏDƏNIYYƏTIN
TARIXI-ƏNƏNƏVI ƏSASLARI

Ilqar HÜSEYNOV
BƏDII TƏMAYÜLLÜ ALI MƏKTƏB TƏLƏBƏLƏRINDƏ YARADICI TƏXƏYYÜLÜN FƏALLAŞDIRILMASI YOLLARI
Vasif MURADZADƏ
XX ƏSRIN ƏVVƏLLƏRINDƏ AZƏRBAYCAN FOLKLORŞÜNASLIĞI
Fərqanə HÜSEYNOVA
XALQ MƏDƏNIYYƏTI ANLAYIŞINA MÜASIR BAXIŞLAR
Tariyel MƏMMƏDOV
XIDIR ILYAS XALQ BAYRAMI HAQQINDA
Solmaz MƏHƏRRƏMOVA
ADƏT VƏ ƏNƏNƏLƏRIMIZIN KULTUROLOJI ISTIQAMƏTLƏRI
Gülçin KAZIMOVA
SOSIAL MƏDƏNI SAHƏLƏRIN IQTISADIYYATI
Nazim SƏMƏDOV

 


Ötən əsrin sonuncu onilliyində böyük əziyyətlər hesabına öz müstəqilliyini yenidən 71 ildən sonra bərpa etmiş respublikamız XXI yüzillikdə ağlın, intellektin təntənəsinə doğru inamla addımlayır. Yeni əsr ali məktəblər qarşısında yeni düşüncəyə, yeni təfəkkürə, yüksək yaradıcılıq təxəyyülünə malik tələbələr yetişdirmək tələbini qoyur. Azərbaycan mədəniyyətinin, incəsənətinin dünya sivilizasiyasına inteqrasiya etdiyi bir dövrdə bədii təmayüllü ali məktəblərdə tələbələrin yaradıcı təxəyyülünün düzgün formalaşdırılması və daha da inkişaf etdirilməsinə xüsusi ehtiyac duyulur.

       Ali təhsil alan tələbələrin yaradıcılıq inkişafı, onların gerçəkliyi, cari prosesləri dərk etmək səyləri, yiyələndikləri ixtisaslarda yeni forma və üsul axtarışları, dövrün irəli sürdüyü problemlərə həssas münasibətləri, seçdikləri sənətlərə hədsiz maraqları - bütün bunlar həyatın müxtəlif qatlarına yaradıcı şəkildə nüfuz etməyə, onun qanunauyğunluqlarının daha dərindən dərk olunmasına səmərəli təsir göstərir. Bu cəhətdən bədii ixtisaslarda təhsil alan tələbələr elə ali məktəbdə oxuduqları zamandan etibarən öz yaradıcı təxəyyüllərinin inkişafına səylə çalışmalı, daim daha fəal yaradıcılıq axtarışları aparmalı, diqqət və istedadlarını lazımi səmtə yönəltməlidirlər.Bu işdə tələbələrə sənət müəllimləri hər vəchlə kömək etməli,ixtisasın incəliklərinin öyrədilməsində bilik və bacarıqlarını əsirgəməməlidirlər.

       Insan fəaliyyətinin bütün sahələrində yaradıcı təxəyyül böyük rol oynayır. Tələbələrdə idrak proseslərinin inkişafı, xüsusilə, təfəkkür və hisslərin qarşılıqlı əlaqəsi təxəyyülün inkişaf səviyyəsindən asılıdır. Bildiyimiz kimi yaradıcılığın imkanları genişdir və bu imkanlardan lazımınca, səmərəli istifadə etmək, mədəniyyətimizin, incəsənətimizin təntənəsi üçün bütün yaradıcı potensialımızı maksimum dərəcədə işə salmalıyıq. Bunun üçün isə tələbələri yaradıcılıq imkanları nəzərə alınmaqla təqlidçilikdən daha çox onların yaradıcı imkarları nəzərə alınmaqla yenisini yaratmağa, öz təxəyyülünün məhsulunu canlandırmağa, ixtisaslarına uyğun yaradıcılıq axlarışlarına alışdır malıyıq.

       Hər bir sənət müəllimi qurduğu dərsə yaradıcı yanaşmalı,tələbələrin fərdi olaraq yaradıcı təxəyyül imkanlarını nəzərə almalıdır. Müəllimlərin yaradıcılıq fəatiyyətləri, pedaqoji imkanları müxtəlif olduğu kimi, tələbələrin də özlərinə xas, fərdi yaradıcı təxəyyülləri mövcuddur. Tədris prosesi - daha dəqiq desək, sənət dərsləri tələbələrdə təxəyyülün sürətlə inkişaf etməsinə əməli şərait yaradır. Məsələn, aktyor sənəti ixtisaslarında obrazın xarakterini beynində müxtəlif variantlarda canlandıran tələbənin təxəyyülü daha intensiv inkişaf edir.

       Sənət müəllimi böyük təcrübəyə, zəngin təxəyyül imkanlarına malikdir. Müəllimin dərsin metodikasında, təlim zamanı öyrənilən hadisələrə yanaşma lərzində, irəli sürülən məsələləri təhlil etmə üslubunda, tələbələrə münasibətində təzahür edən yaradıcı fəallığı təxəyyül tərbiyəsinin ən təsirli vasitəsidir.

       Məlum olduğu kimi orta məktəbdən fərqli olaraq ali məktəbdə tələbənin təliminin tədricən mürəkkəbləşməsi onun yaradıcı təxəyyülünün inkişafında mühüm rol oynayır. Fərdi dərslərdə sənət müəllimi tələbəyə sadə tapşırıqlarla bərabər, nisbətən çətin, düşünmək və fərdi yaradıcılıq tələb edən tapşırıqlar da verməlidir. Təlim prosesində hər hansı bir rol üzərində işləyərkən, obrazı yaradarkən tələbəyə nə qədər çox sərbəstlik verilərsə, bir o qədər yaradıcı təxəyyülün inkişafı üçün əlverişli şərait yaranar və bu proses gələcək obrazın ilkin eskizlərinin yaranmasına müəllim lazımi məsləhətlərini verməli və bu yaradıcılıq prosesinə tələbkarlıqla yanaşmalıdır. Aktyor və rejissor sənətinə yiyələnən tələbələr aydın dərk etməlidirlər ki, yaradıcılıqda özündən razılığa yol vermək olmaz, yaradıcılıq daim hərəkətdə və inkişafda olmalıdır. Aktyorlar obraz üzərində işləyərkən adətən teatrda mövcud olan yaradıcılıq üsullarından hazır şəkildə istifadə edirlər ki, bu da onların şüurlu şək ildə yaradıcılıq prosesinə qoşulmaqdan məhrum edir.

       Yaradıcı fəaliyyətdə inamın böyük rol oynadığını sənət müəllimi tələbələrə praktik olaraq aşılamalıdır. Belə ki, aparılmış psixoloji tədqiqatların nəticələrinə əsaslanaraq qeyd edə bilərik ki, tələbənin qarşıdakı yaradıcı fəaliyyətinin uğurlu olmasını təmin edən amillərdən biri məhz öz yaradıcı təxəyyülünə inam hissidir. Öz imkanlarına, öz gücünə inamı olmayan tələbə yaradıcılığın heç bir növündə lazımi müvəffəqiyyət qazana bilməz.Buna tələbələr ali məktəbin birinci kursundan, tələbəliyin ilk günlərindən, ilk sənət dərslərindən hazır olmalıdırlar. Sənət dərslərində tələbələrin bir qismində öz yaradıcılıqlarına qarşı baş qaldıra biləcək inamsızlıq, çaşqınlıq, ümidsizlik kimi psixoloji hallar müəllimin diqqətindən yayınmamalıdır. Təlim prosesində həmin zərərli psixoloji halların qarşısını almaq üçün tədbirlər görməyə böyük ehtiyac duyulur. Yaradıcılığın və yaradıcı təxəyyülün psixoloji köklərini və tələbələrdə öz gücünə inam yaratmağın imkanlarını açmaq bu cür tədbirl ərdən biri hesab edilə bilər.

       Yaradıcılıqda müvəffəqiyyətin rəhni öz gücünə inam, tələbənin əldə etdiyi nəzəri biliklər, dünyagörüşü və zəngin təxəyyülə malik olmaqdır. Təxəyyulün aktiv olaraq işə qoşulması insanı yeni yaradıcılıq uğurlarına cəlb edir, onda özünə inam hissini qüvvətləndirir.Təhsil illərində nəzəri biliklərlə birlikdə yaradıcılıq bacarığı və vərdişlərin toplanması və adətə çevrilməsi təxəyyül rəngarəngliyinə, fəaliyyətdə yenilik yaratmağa imkan verir, yaradıcılıqda müvəffəqiyyətə inamı xeyli artırır.

       Öz fəaliyyətinin məhsulunu əvvəlcədən təxəyyülündə canlandırmaq da, onun cəmiyyət üçün əhəmiyyətini başa düşmək də tələbədə yaradıcılığa inamın formalaşmasını sürətləndirir. Tələbələrdə idrak proseslərinin, o cümlədən yaradıcı təxəyyülün inkişafı onların təlim müvəffəqiyyətində ciddi rol oynayır. Təxəyyül surətlərinin insan həyatında əhəmiyyəti onun keyfiyyəti ilə, həyati təcrübəsinin zənginliyi ilə əlaqədardır. Sənət dərslərində tələbə keçmiş qavrayış materiallarına (yəni xarici aləmdə gördüyü cisimlər, hadisələr, öyrəndiyi biliklər və sairə) istinadən yeni, orijinal təxəyyül surətləri yaradır. Təxəyyül surətləri hər bir tələbədə onun fəaliyyətin hansı növünü üstün tutması və o sahədə dərin biliyə malik olması ilə əlaqədar olur.Hər bir şəxs gündəlik həyatında, öz istək və arzularına uyğun rəngarəng təxəyyül surətləri yarada bilər və yaradır da. Tələbələrin təlimində, ixtisasa yiyələnmələrində yaradıcı təxəyyül müstəsna əhəmiyyətə malikdir. Yaradıcı təxəyyül fəaliyyə tin orijinal və dəyərli məhsullarında reallaşdırılan yeni surətlərin müstəqil yaradılmasını nəzərdə tutur.

       Müəyyən fəaliyyət sahəsi üzrə (məsələn, aktyor və rejissor sənəti ixtisaslarında) nəzəri biliklərə yiyələnmək,həmin sahə üzrə lazım olan bacarıq və vərdişlər toplamaq, habelə öz fəaliyyət məhsulunun ictimai həyat üçün əhəmiyyətini başa düşmək zəminində tələbənin inamı artır, təxəyyülü formalaşır, yaradıcılığa meyli güclənir. Yaradıcı təxəyyül gərgin zəhmətdən, özünə inamdan yaranır, bədii, texniki və ümumiyyətlə, hər növ yaradıcı fəaliyyətin ayrılmaz cəhətini təşkil edir. L.S.Vıqotskinin təbirincə desək: Yaradıcılıq hazır elementlərdən yeni modellərin qurulmasıdır. Yaradıcılıqda dövrün tələbi nəzərə alınmalıdır.

       Tələbənin özünə, öz yaradıcılıq imkanlarına inamı sayəsində təxəyyülün yaratdığı obrazın reallaşması bir sıra mərhələdən adlayır: təxəyyül obrazının ilk variantı yaranır, adamın fikri həmin variantın mümkün olan nöqsanlarını üzə çıxarır: obraz təkmilləşdirilir və əməli şəkildə həyata keçirilir. Göründüyü kimi, öz gücünə inam yaradıcı fəaliyyətdə maksimum müvəffəqiyyət qazanmağa səmərəli təsir göstərən psixoloji amillərdən biridir.

       Təxəyyül obrazları tələbələr üçün özünün hisslərini, xarici aləmə emosional münasibətini ifadə etməkdən ötrü ən tutarlı vasitədir. Yaradıcı təxəyyülün fəallaşdırılması dərsdə tələbələrin emosional cəhətdən aktivləşdirilməsinin özəmli şərtlərindən biridir.Bu imkandan səmərəli istifadə olunmalıdır.

        Təxəyyülün başlıca funksiyası yaradıcılıqla bağlıdır.Insan yaradıcılıq yoluna özünün müxtəlif qabiliyyətlərinin axarında gəlib çıxır. Bu yolun baş keçidi təxəyyül dünyasıdır. Təxəyyülsüz insanın digər qabiliyyətləri mahiyyətcə özlərinin yaradıcılıq vüsətini itirirlər.1 Təxəyyül surətləri insanın əvvəlki təcrübəsində olan gerçəklik elementlərindən yaranır.Təxəyyülün məhsuldar olması üçün tələbələrin bilik səviyyəsi I kursdan başlayaraq durmadan yüksəldilməlidir. Çünki bilik çoxaldıqca yaradıcı təxəyyülün gücü artır və imkanları genişlənir. Tələbələr kursdan-kursa keçdikcə idrak prosesləri genişlənir, inkişaf edir, müəyyən biliyə malik olurlar və yaradıcılıq prosesində bundan uğurla istifadə edirlər. Yaradıcılıq prosesində təxəyyül formalaşır. Yaradıcı fəaliyyət tələbəyə gələcəyi qabaqcadan görməyə, onu dəyişdirməyə imkan verir. Yaradıcılıq və təxəyyül bir-biri ilə qarşılıqlı surətdə bağlıdır.

       Tələbələrin təhsil illərində qazandıqları bilik və təcrübə yaradıcı təxəyyülə yeni fəaliyyət məhsulu verir. Qazanılmış bilik, bacarıq və vərdişlər təxəyyülün inkişafı, zənginliyi üçün zəmin yaradır. Fəaliyyət prosesində tələbələrin təxəyyülünü aktivləşdirmək, yaradıcılıq səylərinə istiqamət vermək lazımdır. Hər bir tələbənin yeni surətlər yaratmaq imkanı onun idrak proseslərinin inkişafı və fəallaşdırılması ilə əlaqədardır. Ona görə də tələbələri yaradıcı fəaliyyətə sövq etmək, onların təxəyyülünü inkişaf etdirmək, fəallaşdırmaq müəllimlərin ən önəmli vəzifələrindən biri olmalıdır.

       Psixoloqlar və pedaqoqlar həmişə insanlarda dünyaya yaradıcı münasibətin formalaşdırılmasına, onun yaradıcılıq irkanlarının üzə çıxarılmasına böyük əhəmiyyət vermişlər. Bədii təmayüllü ali məktəblərdə yaradıcılıq qabiliyyətlərinin inkişafı şəxsiyyətin ən dəyərli məziyyəti kimi qiymətləndirilməli, bu baxımdan tələbələrdə, məhz təxəyyülün formalaşdırıl masının və inkişafının zəruriliyi hər vaxt diqqət mərkəzində saxlanılmalıdır.



1 Ə.Ə.Əlizadə Müasir Azərbaycan məktəbinin psixoloji problemləri Bakı,1998. səh.93.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page