MÜASIR MƏDƏNIYYƏTIN
TARIXI-ƏNƏNƏVI ƏSASLARI

Ilqar HÜSEYNOV
Search


MÜASIR MƏDƏNIYYƏTIN
TARIXI-ƏNƏNƏVI ƏSASLARI

Ilqar HÜSEYNOV
BƏDII TƏMAYÜLLÜ ALI MƏKTƏB TƏLƏBƏLƏRINDƏ YARADICI TƏXƏYYÜLÜN FƏALLAŞDIRILMASI YOLLARI
Vasif MURADZADƏ
XX ƏSRIN ƏVVƏLLƏRINDƏ AZƏRBAYCAN FOLKLORŞÜNASLIĞI
Fərqanə HÜSEYNOVA
XALQ MƏDƏNIYYƏTI ANLAYIŞINA MÜASIR BAXIŞLAR
Tariyel MƏMMƏDOV
XIDIR ILYAS XALQ BAYRAMI HAQQINDA
Solmaz MƏHƏRRƏMOVA
ADƏT VƏ ƏNƏNƏLƏRIMIZIN KULTUROLOJI ISTIQAMƏTLƏRI
Gülçin KAZIMOVA
SOSIAL MƏDƏNI SAHƏLƏRIN IQTISADIYYATI
Nazim SƏMƏDOV

 


Mədəniyyətin tarixi-ənənəvi xüsusiyyətlərini təhlil etmədən onun müasir dövrdə sosialdəyişdirici funksiyalarını izah etmək mümkün deyildir.

Mədəniyyət anlayışı ictimai həyatın çox geniş sahəsini əhatə etdiyindən onun müxtəlif aspektlərdən öyrənilməsinə, təhlilinə böyük ehtiyac vardır. Çünki bəşəriyyət inkişaf etdikcə onun mədəni prosesləri, hadisələri, predmetləri və s. dəyişir, yeniləşir və dayanmadan təkamül edir. Mədəniyyət maddi və mənəvi sərvətlər məcmusu kimi daha da zənginləşir. Müasir elmi yeniliklər, ictimai-siyasi proseslər mədəniyyət anlayışının kateqoriyalarının da sayını artırır. Beləliklə də, cəmiyyət daxilində mədəniyyətin çoxfunksiyalı olduğu aşkarlanır. Məlum olur ki, mədəniyyətin birinci və əsas funksiyası humanist xarakterli proseslərin yaradılması və inkişaf etdiril-məsindən ibarətdir. Bu funksiyanı yerinə yetirən cəmiyyət güclü maddi və mənəvi sərvətlər toplusu əldə edir, eyni zamanda təkamülün dialektik inkişafının əsasını yaradır. Humanist məqsədlərlə inkişaf edən maddi və mənəvi sərvətlər tarixin bütün dövrləri üçün yararlı olur. Bu baxımdan onlar mənəvi irs kimi gələcək nəsillərin həyat və yaradıcılığında xüsusi əh əmiyyət kəsb edir və mənəvi sərvət kimi daima qorunub saxlanılır. Bu cəhətinə görə humanist mədəniyyət tarixi varislik funksiyasını da yerinə yetirir. O bir çox nəsillərin sosial-mədəni təcrübəsini özündə cəmləşdirdiyinə görə böyük bilik mənbəyinə çevrilir, tarixi yaddaş xarakteri daşıyır.

Mədəniyyətin tarixi xarakteri onun davamlı irsiyyətində, yeni mədəniyyətin, keçmiş mədəniyyətin nailiyyətləri ilə sıx əlaqəsində təzahür edir. Bunun da nəticəsində təzahür edən yeni mədəniyyət keçmiş mədəniyyətin mənəvi varisi hesab olunur. Bu xüsusiyyətə görə mənəvi mədəniyyətin bütün formalarının inkişafında varisliyin rolu daima görünür və diqqət mərkəzində olur. Varislik çox zaman əxlaqi və hüquqi normativ kimi tənzimedici və katalizator xarakteri daşıyır.

Tarixi mənbələrdən və elmi araşdırmalardan məlum olmuşdur ki, Mədəniyyət- yəni kültür sözü ilk dəfə qədim Romada filosof, natiq Mark Tulli Siseron tərəfindən işlədilmişdir. O, eramızdan əvvəl 45-ci ildə Tuskulan disputları əsərində kültür sözünün etimoloji mənasını becərmək, torpağı hazırlamaq kimi izah etmişdir. Lakin zaman keçdikcə kültür sözünün mənası dəyişmiş, ictimai həyatın bir çox sahələrinə şamil edilmişdir. Insanın əli ilə yaranan, onun idrakına, fəaliyyətinə daxil olan bütün hər şey kültür, yəni mədəniyyət kimi başa düşülmüşdür.

Müxtəlif dövrlərdə mədəniyyətin məzmununda yaranan dəyişikliklər onun adının anlaşılmasına da təsir etmişdir. Məhz mədəniyyət anlayışı təka-müldən doğan əsaslı tarixi dəyişikliklərlə əlaqədar olaraq həmişə aktual tədqiqat obyektinə çevrilmişdir. Elə bu səbəbə görə də XVII XVIII əsrlərdə yaşayıb yaradan Avropa alimlərindən S.Pufendorf, C.Vikon, K.Helvinki, B.Franklin, I.Herder, I.Kant və başqaları mədəniyyətin mahiyyəti haqqında maraqlı fikirlər söyləmişlər. Eyni zamanda mədəniyyətin müxtəlif tiplərinə Y.Burhard, E.Teylor, K.Levi-Bryul, B.Malinovski, M.Baxtin, P.Sorokin, O.Şpenqler, N.Danilevski və başqa alimlər münasibət bildirmiş, elmi təhlillər vermişlər. Yuxarıda adları çəkilən və çəkilməyən alimlərin hər birinin mədəniyyətə müxtəlif təriflər verməsini ictimai həyatın qanuna-uyğunluqları ilə əlaqələndirmək lazımdır. Amerika mədəniyyətşünasları Alfred Kreber və Klayd Klakxon apardıqları birgə tədqiqatlar zamanı mədəniyyətin 180 tərifi olduğunu göstərmişlər. L.E.Gertmana görə isə mədəniyyətin 500-ə qədər tərifi mövcuddur.

Türk sosioloqu Ziya Göyalp isə mədəniyyətlə kültür anlayışlarını bir-birindən fərqləndirməyə çalışmışdır. Onun fikrincə, kültürlə mədəniyyət arasında məzmunca həm birləşmə, həm də ayrılma vardır. Bunların hər ikisi toplum şəklində olduqları üçün aralarında bir bənzərlik mövcuddur. Ziya Göyalp kültürü mahiyyətcə milli, mədəniyyət anlayışını isə beynəl-miləl hesab edir. O yazır ki, kültürmilli olduğu halda, mədəniyyət ulus-lararasıdır beynəlmiləldir. Kültür yalnız bir millətin din, əxlaq, hüquq, ağıl, estetika, dil, iqtisadiyyat və texnika ilə bağlı yaşayışlarının uyumlu ahəngdar bir bütünüdür. Mədəniyyət isə eyni inkişaf səviyyəsində olan bir çox millətlərin toplum sal ictimai həyatlarının ortaq bir bütünüdür.

Mədəniyyət haqqında müxtəlif dövrlərdə ayrı-ayrı,bir-birindən fərqli şərhlərin və təriflərin verilməsi çox təbiidir. Çünki mədəniyyət hər bir ictimai-tarixi dövrdə öz xüsusi formasında, həmin dövrün xarakterik cəhətlərinə uyğun şəkildə təzahür edir. Mədəniyyətin məzmunu ictimai quruluşlara uyğun olaraq tez-tez dəyişir. Hər bir dövrün istehsal üsuluna uyğun olan mənəvi dəyərlər, bütövlükdə isə ümumi mədəniyyət formalaşır. Buna görə də müasir dövrdə kültür və mədəniyyət anlayışlarını milli və beynəlmiləl cəhətlərə şamil etməyin özündə də nisbilik vardır. Belə ki, müasir mərhələdə dünya xalqları arasında yaranan elmi, mədəni, dini, ictimai, iqtisadi əlaqələr bu iki anlayışın hər birinə öz təsirini göstərmiş, milliliklə bəşəri olanın vəhdətini yaratmışdır. Yəni, indi demək olar ki, hər bir kültür və mədəniyyət həm millidir, həm də ümumidir, beynəlmiləldir. Mədəniyyət və kültür ona görə millidir ki, onlar müxtəlif coğrafi məkanda müxtəlif xalqlar tərəfindən yaranır və inkişaf edir. Buna görə də konkret coğrafi məkanda yaranan mədəniyyət orada yaşayan millət və xalqın adı ilə bağlıdır. Həmin xalqın özünəməxsus dili, adət və ənənələri olduğu üçün burada yaranan mənəvi mədəniyyət də bu amillərdən asılı vəziyyətdə inkişaf edir. Xalqın dili onun mənəvi mədəniyyətinin qoruyucusu, za-mandan-zamana daşıyıcısıdır. Hər bir xalqın öz dilində onun əfsanələri, nağılları, dastanları, mahnıları, ədəbiyyatı, tarixi, fəlsəfəsi və s. yaranır. Dilin cəmiyyətdə tutduğu aparıcı mövqe mənəvi mədəniyyətin milli cəhətlərini qoruyub mühafizə edir. Lakin bu mühafizə mahiyyət etibarı ilə adət və ənənə şəklində özünü büruzə verir. Mədəniyyət təkmilləşdikcə adət və ənənələr təkmilləşmiş mədəniyyəti milli tarixi köklərdən ayrılmağa qoymur. Məhz bu cəhəti nəzərə alan rus alimi D.M.Uqrinoviç adət və ənənəni təkmilləşdirilmiş mədəniyyətin yeni nəslə ötürülməsinin ənənəvi forması adlandırır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page