ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
MUSIQI IFAÇILIĞI TƏLIMINDƏ ƏSƏR
ÜZƏRINDƏ IŞ METODLARI

Minarə DADAŞOVA
Search

ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
YETMIŞ YAŞLI BIR MƏKTƏB VAR ŞUŞADA
Mir Kamil AĞAMIROV
MUSIQI IFAÇILIĞI TƏLIMINDƏ ƏSƏR
ÜZƏRINDƏ IŞ METODLARI

Minarə DADAŞOVA

 




       Pedaqoji metod peşə fəaliyyəti üçün vacib olan, müəllimdən şagirdə bilik, bacarıq və vərdişlərin verilməsinə kömək edən üsullar kompleksidir.
       Bu məqsədə nail olmaq üçün tələbəni geniş şəkildə ifaçılıq problemləri ilə: əsərin mənasını, obrazlı məzmununu, onların musiqi dramaturgiyasını dərk etməsinə aid olan ən ümumi problemlərdən konkret problemlərə qədər applikaturanın, səsçıxarmanın və s. lazımi üsulların tanılması ilə tanış etmək lazımdır.

       Musiqi əsərinin üzərində işə başlamazdan əvvəl bəstəkarın fikrini, ideyasını, musiqinin inkişafı prosesini, ifaçılıq vəzifələrini dərk etmək lazımdır. Müəllim musiqinin mahiyyətinə, onun məzmununa düşünülmüş analitik yanaşma ilə əsaslandırılmamış ifanı rədd etməlidir.

       Əsərin öyrənilməsi, onun ifasına yiyələnmələr mürəkkəb prosesdir. Bir çox musiqiçilərin fikrincə bu proses bir neçə mərhələdən ibarətdir.

       Yeni əsərin öyrənilməsinə başlayarkən, müəllim tələbəyə bu pyesdən ilk təsir almağa imkan yaratmalıdır.

       Bu mərhələdə hər şeyi təfsilatı ilə göstərmək vacibdir. Çalma qəsdən qabarıq, hətta demək olar ki, «kobud» olur.
       Tədricən tələbə əsərin mahiyyətini, onun mənasını, obraz quruluşunu daha dərindən hiss edir: qulaqlar və əllər materiala yiyələnir, çalğı dəqiqləşir. Lakin, bunların hamısı hələ eskizlərdir.

       Sonra o biri mərhələ başlanır. Bu mərhələdə tələbə əsəri bütövlüklə qavramalı, formanın birliyini hiss etməlidir. Bundan sonra əsərin möhkəm yadda qalması üçün müəyyən vaxt tələb olunur.
       Əsər üzərində işə başlayarkən, tələbəni sırf musiqi ünsürlərinin ətraflı təhlili vasitəsilə əsərin bədii məzmununu aşkar etməyə öyrətmək lazımdır.

       Müəllif mətnini əlində tutub və onun bütün detallarını nəzərə alıb, müəllim tələbə ilə birlikdə xüsusi obrazlar qammasını yaradır. Lakin, o, tələbəyə öz təsəvvürlərini zorla qəbul etdirməməli, hiss edilmədən tələbənin fikrini istiqamətləndirməli, onun yaradıcılıq xəyalını oyatmalı, «quru notları» canlandırmağa kömək etməlidir.

       Əgər əsəri öyrənəndə tələbənin təsəvvüründə həyati situasiyalar, insanların siması yaranırsa, şerlər və incəsənətin digər növlərinin əsərləri onun yadına düşürsə, bu çox yaxşıdır və bunlar bütün ifaya müəyyən emosional qüvvə verir.

       Pyes üzərində işin bu birinci mərhələsi əsərin düzgün qavranılmasında ən məsuliyyətli mərhələdir.
       Intonasiya ilə əsəri oxuduqda musiqi materialının şərh etmə üsulunu, yəni onun fakturasını, öyrəndikdə bizdə həmin əsərin obrazı yaranır. Obraz səs məsələsini həll edir.
       Hər müəllimin başlıca tələbi notlarda göstərilənlərin qüsursuz yerinə yetirilməsindən ibarət olmalıdır.

       Musiqinin məğzinin dərindən öyrənilməsi musiqidə bütün hadisələr arasında olan dialektik vəhdəti araşdırmağa imkan verir.
       Düzgün frazirovkaya, intonasiyaya, müvafiq artikulyasiyaya, dinamikaya və texniki üsullara əsaslanaraq, biz əsərin dramaturgiyasını açmaq imkanına malik oluruq.
       Beləliklə, əsərin fakturasının öyrənilməsi əsər üzərində işin pedaqoji metodlarından biridir.

       Tələbənin not mətninin üzərində alətsiz, yalnız daxili eşitmə qabiliyyəti vasitəsilə işləməyi öyrətmək çox vacibdir. Bu nə üçündür?
       Məşğələlər bu üsulla keçirildikdə tələbə ideal, nümunəvi səslənmə eşidir, pis götürülmüş səslər isə onu yayındırmır. Buna görə də tələbədə onun daxili eşitmə qabiliyyətinin tərbiyəsi və inkişafı işinə çox yer verilməlidir. Tələbə hər şeyi eşitməlidir. Ifaçının özü musiqidə nə qədər çox eşidirsə, onun ifası o qədər zəngin olar.
       Öyrənilən əsəri əvvəlcə epizodlara bölmək olar. Bu epizodların ölçüsü musiqi məğzinin quruluşu xüsusiyyətləri ilə müəyyən olunur. Epizodlardan hər biri fikrin, hissin müəyyən halını ifadə etməlidir.

       Bundan sonra ən çətin mərhələ başlanır - işlənilmiş epizodların hamısını birləşdirmək.
       Yalnız asta tempdə müfəssəl öyrənmək olar və bu, işin bütün mərhələlərində çox faydalıdır. Asta tempdə tələbə intonasiyanı eşidə bilir. Hər səslənmənin qüvvəsi və tembrinə nəzarət edir. Ahəngdar və polifonik incəlikləri eşidir.

       Hər bir musiqi materialının ifadəsinin mənasını dərk etməyə öyrənən, notlara baxıb və səslənməyə yaxşı qulaq asıb, onu aça bilən tələbə əsərin üslubunu mənimsəmək üçün açar tapır və gələcək işdə müstəqillik kimi çox qiymətli keyfiyyət əldə edir.

       Əsərin düzgün oxunmasında ibarəetmə mühüm yer tutur. Müəllim tələbəni öyrənilən əsərdə dəqiq intonasiyaları, yəni inandırıcı səslənməni, tapmağa öyrətməlidir.

       Beləliklə, musiqi əsərinin dəqiq öyrənilməsi tələbənin təsəvvüründə həmin pyesin düzgün səslənməsini formalaşdırır.
       Səs təsəvvürləri real səslənmədə təcəssüm olunmalıdır, və məhz təsəvvürlər onların reallaşdırma yollarını göstərir.
       Bu mərhələdə tələbə fortepyano səsi üzərində işləməlidir.

       Səs üzərində iş adi proses deyildir. O, musiqiçidən böyük emosional və eşitmə gərginliyi tələb edir. Tələbələrə səsin davamını, ardını eşitmək vərdişini aşılamaq vacibdir. Dəfələrlə qeyd etmək lazım gəlir ki, səslənmənin keyfiyyəti əsərin üslubu və xarakterindən asılıdır. Məsələn, Çaykovski və Raxmaninovun üslubu geniş ahəngdarlıq və bir çox müxtəlif tədris üsullarını tələb edir.

       Pianoçunun səs palitrasının zənginliyi onun müxtəlif səsçıxarma üsullarını mənimsəməsindən asılıdır. Burada səsin, axtarışı texnika üzərində işlə bilavasitə bağlı olur. Biri o birisindən ayrılmazdır: müvafiq texniki üsuldan kənar axtarılan səslənmə əmələ gəlir, onu da demək lazımdır ki, səs vəzifələri ilə bağlı olmayan texniki məşqlərin faydası azdır.

       Spesifik fortepiano üsulu çalma hərəkətidir. Bunun vasitəsilə pianoçu ən asan, az əlverişli yolla faktura çətinliklərinin öhdəsindən gəlir və lazım olan bədii nəticələrə nail olur.

       Tələbə ilə işləyərkən, ona şərait yaratmaq lazımdır ki, o, rahat çala bilsin. Əzələ sıxması olmasın deyə, oturuşda dayaq hiss etməyi öyrətmək lazımdır.

       Pianoçuda düzgün səsləri axtarıb tapmaq həvəsini oyatmaq üçün müxtəlif faktura materialı üzərində dəqiq işləməyi öyrətmək lazımdır. Bu isə tələbələrdə musiqiyə xas olan daxili eşitmə qabiliyyəti, qulaq asma dalğınlığı, təhlil və özünə nəzarət vərdişlərini inkişaf etdirmək sayəsində mümkündür.

       Səsçıxarma üsullarının dəqiqliyi ştrixlərlə əlaqədar da böyük əhəmiyyət kəsb edir. Şagirdlər bunları qüsursuz yerinə yetirməlidirlər. Bu cəhətdən Vyana klassiklərinin əsərləri xüsusilə diqqətlə işlənilməlidir.

       Liqa, nöqtə, cızıq, liqa altında nöqtə formal xarakter daşımamalı, bədii obrazın aşkar edilməsində bir məqam olmalıdır.
       Əsər üzərində texniki işdə applikaturanın böyük əhəmiyyəti vardır.
       Əgər tələbə yaxşı «applikatura duyğusu» göstərirsə, müəllim ona öz üsulunu zorla qəbul etdirməməlidir. Lakin bütün hallarda tələbələri applikaturaya ciddi yanaşmağı öyrətmək, onları inandırmaq lazımdır ki, çox vaxt əlverişli applikatura yox, ən məqsədəuyğun və bədii ideyanı daha dərindən açmağa kömək edən applikatura gərək olur.

       Pedal haqqında Bir neçə söz. Bu, səs üzərində işin mühüm tərkib hissəsidir.
       Bir çox tələbələr yalnız ən asan, gecikən pedalı işləyə bilir. Lakin, bundan başqa, musiqinin ahəngdarlıq, melodik, ritmik qanunauyğunluqlarını aşkara çıxarmağa kömək edən bədii, yaradıcı pedal da mövcuddur. Pedal həmçinin bəstəkarın üslubundan asılıdır.
       Tələbəyə romantik bəstəkarların musiqisində olan yarım pedal və müxtəlif pedal effektlərindən istifadə etməyi öyrətmək lazımdır.

       Həmin vərdişlərə yiyələnmək üçün, tələbə öz eşitmə qabiliyyətinin ahəngini inkişaf etdirməlidir.
       Müəllim tələbənin müstəqil işləməsinə, onun məhsuldar çalışmasına böyük əhəmiyyət verməlidir. Ifaçılıq fikrini müəyyən edərək, tələbənin diqqətini pyesin bütün detallarını vicdanla öyrənməyə cəlb etmək lazımdır.
       Ev işində melodik epizodları cəld, texniki cəhətdən mürəkkəb epizodlarla növbələşdirmək lazımdır. Bu, yorğunluğun qarşısını alır. Bəzi hallarda çalğının nə dərəcədə yaxşı alınıması məsələsini aydınlaşdırmaq üçün əsər təbii hərəkətdə çalına bilər. Müvəffəqiyyət tələbənin evdə nə dərəcədə diqqətli işləməsindən asılıdır. Ev işi son dərəcə emosional, mənəvi gərginlik şəraitində keçməlidir. Obrazlı məzmunun gərgin axtarışları və buna uyğun olan musiqi məğzini bütün ünsürlərinin səslənməsi nəticəsində tələbən əsərə o qədər tam yiyələnir ki, texniki planda da çalma son dərəcədə möhkəm, inamlı olur və belə nəticələri heç bir mexaniki əzbərləmə verə bilməz.

       Tələbələrdə musiqi təfəkkürünü inkişaf etdirmək məsələsi də böyük əhəmiyyət kəsb edir. Müəllim həmişə bunun qayğısını çəkməlidir. Musiqi səslənmədən tələbə onu eşitməlidir. Tələbə iri planda düşünməli, bir neçə ən yüksək nöqtələrin (kulminasiyaların) qarşılıqlı əlaqəsini dəqiq nəzərə almalıdır. Bunsuz formanın tərtibi mümkün deyil.
       Nəticədə müəllimlərə demək istərdik: Tələbəni öz axtarışlarından azad etməyin, öz şərhinizi hazır şəkildə verməyə çalışmayın. Çalışın ki, tələbə əsəri ifa etdiyi məqamda müəyyən mənada özünü əsərin yaradıcısı kimi hiss etsin.

       Bu həddindən artıq çətin pedaqoji vəzifə Q.M.Koqan tərəfindən şərh olunmuş A.Kortonun fikrilə uyğun gəlir: «Bədii ifaçılıq təkcə müəllifin şəxsiyyətini deyil, ifaçının da şəxsiyyətini, onun hisslərini, onun xəyalını əks etdirməlidir».1 ƏDƏBIYYAT:
ƏDƏBIYYAT: 1. Koqan Q. Izbrannıe statği. M., 1972, S. M.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page