TƏTBIQI KULTUROLOGIYA
VƏ SOSIOLOJI TƏDQIQATLAR

Ilqar HÜSEYNOV
Search


TƏTBIQI KULTUROLOGIYA
VƏ SOSIOLOJI TƏDQIQATLAR

Ilqar HÜSEYNOV
IDMAN VƏ MUSIQI
GÖZƏLLIK HARMONIYASIDIR

Imruz ƏFƏNDIYEVA
MƏHƏBBƏT ƏFSANƏSI:
ƏDƏBI MƏNBƏDƏN BALETƏ DOĞRU

Lalə Hüseynova

 




       Tətbiqi kulturologiyanı sosioloji tədqiqatlardan ayrı təsəvvür etmək mumkün deyil. Çünki tətbiqi kulturologiya mədəniyyətin əsasən empirik tərəfi ilə məşğul olduğundan o, ictimai həyatda baş verən bütün proseslərin, tələbatların səviyyəsini və dərəcəsini müəyyənləşdirmədən mədəni əməli fəliyyətin inkişaf dinamikasından uzaq düşür. Bunun da nəticəsində cəmiyyətin mədəni həyatında durğunlur baş verir, təkamül ləng gedir. Gəmiyyətin mədəni həyatı isə rəngarəng olduğundan onun canlı orqanizmi olan insanların da sosial kateqoriyaları müxtəlifdir. Hər bir sosial kateqoriyaya malik olan insanların özünəməxsus mədəni tələbatları vardır. Məhz bu tələbatları dəqiqləşdirmədən, onların dərəcələrini müəyyənləşdirmədən mədəni-əməli işin həyata keçirilməsi və onun lazımı səviyyəyə çıtdırılması mümkün deyildir. Bu baxımdan sosioloji tədqiqatlar aparmadan müxtəlif sosial təbəqənin mənəvi ehtiyaclarını, onların bədii yaradıcılığa və digər özfəaliyyət sahələrinə olan meyllərini aşkar etmək çətindir. Həmçinin, əhalinin asudəvaxt müddətindəki mənəvi tələbatını da dəqiqləşdirməyə böyük ehtiyac vardır. Xüsusilə, Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün mədəniyyət müəssisələrinin fəaliyyəti bazar iqtisadiyyatı şəraitinə uyğun şəkildə təşkil olunmaqla istiqamətləndirilmişdir.

       Bazar iqtisadiyyatı şəraiti özünüidarəetmə prinsipinə əsaslandığı üçün mədəniyət müəssisələri əhalinin sosial-psixoloji durumunu, ayrı-ayrı fərdlərin və qrupların estetik duyumunu müəyyənləşdirməli, mənəvi tələbatın səviyyəsinə uyğun olan iş qurmalıdır.

       Tətbiqi kulturologiya sosioloji tədqiqatları mədəniyyət müəssisələrinin işinin müasir şəraitə uyğun olaraq düzgün qürülmasının əsas informasiya mənbəyi kimi qiymətləndirir, onun əldə etdiyi empirik materialların mədəni quruculuq proseslərinə tətbiq olunmasını zəruri hesab edir.

       Sosioloji tədqiqatlar adından məlum olduğu kimi sosial-mədəni mühitin real mənzərəsini əks etdirən vasitədir.

       Sosioloji tədqiqatlar qarşıya qoyulan konkret sulallar ətrafında təşkil olunur və onun nəticələri nəzəri təhlilin əsas mövzusuna çevrilir.

       Müəyyənləşdirilən suallar öz aktuallığı ilə fərqlənir və xarakter etibarı ilə mövcud həyatla, müxtəlif problemlərin ictimai, siyasi, mədəni mühiti ilə əlaqələndirilir. Tədqiqatın nəticələrinin mahiyyəti də qarşıya qoyulan sualların aktuallığından, ictimai dəyərindən çox asılıdır. Çünki bu sualların arxasında çox fəal ictimai varlıq olan insan və şəxsiyyət durur. Şəxsiyyət özünün praktiki fəaliyyətini bir tərəfdən ətraf dünyanın obyektiv qanunauyğunluqlarını dərk etmək əsasında qurur. Bu qanunların tələblərinin adekvat surətdə əks olunması insanın təkcə fəaliyyətinin deyil, həm də sosial davranışının məzmununu şərtləndirir1.

       Sosioloji tədqiqatlar apararkən həm şəxsiyyətin fəaliyyətinin və sosial davranışının xarakteri və tələbatı dəqiqləşdirilir, həm də bu tələbatın ödənilməsinin təcrübi mexanizmi işlənib hazırlanır.

       Rus kulturoloqları sosioloji tədqiqatın təşkilinin dörd əsas mərhələdən ibarət olduğunu qeyd edirlər:
        tədqiqatın hazırlıq mərhələsi;
        ilin sosioloji məlumatlarının toplanılması mərhələsi;
        yığılmış məlumatların sistemləşdirilməsi və onların elektron-hesablama maşınları vasitəsilə sistemləşdirilməsi;
        sistemləşdirilmiş məlumatların təhlili, tədqiqatın yekularına əsaslanan hesabatın hazırlanması, nəticə və rəylərin formalaşdırılması2.

       Sosioloji tədqiqatların aparılması forması qarşıya qoyulan məqsədin xarakterindən asılıdır. Tədqiqatın mahiyyəti onun məkanını və məntiqi xüsusiyyətini müəyyən edir. Tədqiqatın obyektinə çevrilən mövzunun əhatə dairəsi formanın dəqiqləşdirilməsində xüsusi rol oynayır.

       Öz xarakterik xüsusiyyətlərinə görə sosioloji tədqiqatın üç əsas növündən istifadə olunur. Bunlardan birincisi, kəsfiyyat xarakterli tədqiqatdır. Belə tədqiqatlar yığcam xarakter daşıyır və məhdud dairəni əhatə edir. O, ikili məlumatların, sənədlərin toplanılması və öyrənilməsi prosesidir. Sosioloji tədqiqatın bu növü daha geniş masştablı tədqiqatların ilkin mərhələsi hesab olunur. O, tədqiq olunan obyekt haqqında əlavə məlumatlar əldə etmək üçün imkanlar açır, yeni məlumatlar əldə olunmasına şərait yaradır. Buna görə də, bu növ tədqiqat yardımçı vasitə kimi özünü biruzə verir.

       Kəşfiyyat xarakterli tədqiqatın ekspres-sorğu xüsusiyyətli forması da vardır. Ekspress-sorğu xüsusi məlumatların əldə olunması prosesində istifadə olunur. Respondentlər müxtəif hadisə və faktlara bədahətən, aparılan sorğular nəticəsində münasibət bildirir. Məsələn, hər mühazirənin dinləyicilərindən, müxtəlif mədəni-kütləvi tədbirlərin, siyasi aksiyaların iştirakçılarından və s. proseslərin şahidlərindən ekspress sorğular götürülür.

       Sosioloji tədqiqatın ikinci növü, yazılı tədqiqat adlanır. Yazılı tədqiqat konkret sosioloji təhlilin ən mücərrəd formasıdır. Bu tədqiqat növünün qarşısında duran əsas məqsəd empirik məlumatların alınması və təcrübə prosesində əldə olunan bu məlumatların öyrənilməsidir.

       Yazılı tədqiqatın əhatə dairəsi daha geniş olur və əldə olunan məlumatlar sosioloji obyektin bütün tərəflərini geniş şəkildə öyrənməyə istiqamətləndirir. Əldə olunan məlumatların xüsusi hesabatı aparılır, onlara münasib olan təhlil metodu seçilir, tədqiqatın məqsədi, məzmunu, istiqamətləri, funksiyaları müəyyənləşdirilir.

       Yazılı sosioloji tədqiqatlar mükəmməl şəkildə hazırlanmış proqram əsasında yerinə yetirilir. Həmin proqrama uyğun olaraq əldə olunan materiallar qruplaşdırılır, xarakterizə edilir, qiymətləndirilir.

       Üçüncü növ sosioloji tədqiqatlar analitik tədqiqat adlanır. Analitik tədqiqat sosioloji tədqiqatın daha dərin məzmunlu təhlil növü olub, öürənilən obyuktin bütün tərəflərinə rasional mövqedən yanaşır.

       Analitik tədqiqat obyektinin bütün xarakterik xüsusiyyətlərini faktlar əsasında təhlil edir, onun məqbul və qeyri-məqbul tərəflərini üzə çıxarır. Həmçinin, analitik tədqiqata xeyli vaxt lazım gəlir və daha ortimal proqrama, fəaliyyət metodlarına ehtiyac yaranır.

       Analitik tədqiqat sosioloji materialların toplanılmasına və tədqiqinə kompleks şəkildə yanaşır. Burada müxtəlif formalı sorğulardan, müşahidələrdən, təhlillərdən istifadə olunur.

       Daha müstəqil tədqiqat forması olduğundan analitik tədqiqat mahiyyətcə eksperiment xarakteri daşıyır. Çünki tədqiqinə müxtəlif yanasma metodlarından istifadə etməsi müxtəlif hadisə və obyektin sosioloji tədqiqinə yeni cəhətlər əlavə edir.

       Sosiolji tədqiqatlar zamanı eksperimentlər aparmağın bir çox problemləri də mövcuddur. Çünki insan fəaliyyəti, cəmiyyətin həyatı ilə bağlı aparılan eksperimentlər bəzən nəticə etibarı ilə təsəvvürlər şəklində özünü biruzə verir. Buna görə də, sosioloq alimlər mənəviyatla bağlı məsələlər ətrafında eksperiment xarakterli tədqiqatların aparılmasını düzgün hesab etmirlər.

       Tətbiqi kulturologiya sosioloji tədqiqatlardan əsasən sosial layihələndirmə məqsədi üçün istifadə edir. Belə ki, bir çox mədəni-kütləvi tədbirlərin təşkili prosesində sosioloji tədqiqatların nəticələri əsasında sosial layihələndirmələr aparılır. Xüsusilə, müasir mərhələdə mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinin maliyyə imkanları sosial layihələndirmələrdən çox asılıdır. Çünki bu layihələrin reallaşdırılması əsasən qrantlar vasitəsi ilə həyata keçirilir. Bir sıra beynəlxalq təşkilatlar ayrı-ayrı mədəni kütləvi tədbirərə, yalnız elmi cəhətdən əsaslandırılmış sosial layihələrə qrantlar ayırır.

       Sosial proqnozlaşdırma da sosioloji tədqiqatlar əsasında yerinə yetirildikdə gələcək mədəni quruculuq proseslərinin inkişaf dinamikasını dəqiqləşdirir, əhalinin mənəvi tələbatını əvvəlcədən müəyyənləşdirir. Təbii ki, sosial layihələndirməyə və sosial proqnozlaşdırmaya bir ictimai quruluşun digəri ilə əvəz olunduğu halda daha böyük ehtiyac duyulur.

       Sosial layihələşdirmənin əsas mahiyyəti qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşkar edilmiş vəzifə və problemləri həll etməyə imkan verən vasitələrin məzmununu quraşdırmaqdan ibarətdir. Bu vasitələr iki formada mövcud olur: layihələşdirilən obyektin sosial parametrlərinin sistemi və onların kəmiyyət göstəriciləri kimi, layihələşdirilən göstəricilərin həyata keçirilməsini təmin edən konkret təbdirlərin məcmuyu və gələcək obyektin keyfiyyət xarakterləri kimi3.

       Qeyd olunan layihələşdirmənin əsas mahiyyəti və məzmunu mədəniyyətin bütün sahələrinin idarəetmə prosesinə tətbiq olunur.

       Sosioloji tədqiqatlar konkret metodologiya əsasında aparılır. Metodologiyaya əsaslanaraq ilk mərhələ tədqiqata hazırlıq işləri ilə bağlıdır. Hazırlıq mərhələsində tədqiqatın proqramı, iş planı tərtib olunur və yardımçı sənədlər müəyyənləşdirilir.

       Sosioloji tədqiqatların proqramı konkret obyektin, hadisə və ya prosesin öyrənilməsinə qərar verildikdən sonra işlənib hazırlanır. Təbii ki, tədqiqat obyekti metodoloji və nəzəri cəhətdən əsaslandırılır, onun ictimai əhəmiyyəti, aktuallığı müəyyənləşdirilir. Tədqiqat obyektinin bütün sahələri mütəxəssis təhlilindən keçir. Yalnız bundan sonra sosioloji tədqiqatın dərin düşünülmüş proqramı işlənilir. Proqram tədqiqatın bütün mərhələlərini əhatə edir, onu son nəticəyə qədər istiqamətləndirir. Elə bu cəhətinə görə də sosioloq alimlər proqramı tədqiqatın strateji sənədi adlandırırlar. Bunun əsasında sosioloji tədqiqatın vahid bir konsepsiyasına nail olmaq mümkündür.

       Mövzusundan asılı olmayaraq, hər bir tədqiqat obyekti formula edilir və problemin əhəmiyyəti baxımından əsaslandırılır. Ilk növbədə, sosioloji obyektin informasiya tələbatı öyrənilir. Eyni zamanda, tədqiqat obyektinə daxil olan hadisələrin, problemlərin sosial səviyyəli ziddiyyətləri nəzərdən keçirilir və bu ziddiyyət-lərin aradan qaldırılması yolları, vasitələri dəqiqləşdirilir. Lakin aparılan tədqiqat prosesində əngəllərdən qaçmaq üçün problemin yığcam-lığına xüsusi diqqət yetirmək lazımdır. Çünki problemin olduqca geniş masştabda öyrənilməsi istəyi bir çox çətinliklər yarada bilər. Xüsusilə, tədqiqat planı olduqca lakonik olmalı, mədəniyyət müəssisəsinin imkanlarına uyğunlaşdırılmalıdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page