AŞIQ ŞƏMŞIRIN
MUSIQI DÜNYASI

Iradə KÖÇƏRLI
Search


Ü.HACIBƏYOVUN
ARŞIN MAL ALAN
MUSIQILI KOMEDIYASINDA
MILLI LADLARIN TƏZAHÜR
FORMALARINA DAIR

Cəmilə HƏSƏNOVA
AZƏRBAYCANIN ƏNƏNƏVI
XALQ MUSIQISI
ATLASI

(ilk ekspedisiyanın ümumi icmalı)

Fəttah XALIQZADƏ
AŞIQ ŞƏMŞIRIN
MUSIQI DÜNYASI

Iradə KÖÇƏRLI

 


Osman Sarıvəlli yazır: Unutmaq olmaz ki, aşıq poeziyası sazla yanaşı, aşıq musiqisi ilə həmahəng inkişaf edib boy atmışdır. Yaradıcı aşıqların şerlərinin əksəriyyəti şəkli cəhətdən, havacat üzərində qurulmuşdur. Odur ki, aşıq ürəkli şair, şair ürəkli aşıq Şəmşirin yaradıcılığına sazla sözün birliyi mövqeyindən baxmaq lazımdır.9 Bu baxımdan Aşıq Şəmşirin şerləri timsalında bu problemlər üzərində dayanmaq istəyirəm. Aşağıda Aşıq Şəmşirin Birdi gəraylısı, Yıxa bilməz qoşması, Olmasa divanisi və Şah dağı müxəmməsinin ilk iki bəndi misal gətirilmişdir.

Gəraylı
Birdi
Dava günü mərd iyidə v
Bərk də birdi, boş da birdi. a
Günüm yaxşı keçən zaman v1
Yay da birdi, qış da birdi a

Hər mətləbi tez qanana c
Mənasını düz qanana c
Işarədən söz qanana c
Göz də birdi, qaş da birdi a

Qoşma
Yıxa bilməz
Köklü bir ağacı, Nizami dilini v
Görsə yüz külək, yel yıxa bilməz a
Rişəsi torpağa işləyib onun v1
Araz, Kür qarışan sel yıxa bilməz a

Həqiqət axtaran gələcək yola c
Onunçün hər barat layiqdi ola c1
El kömək duranda qula, yoxsula, c2
Onu şir, gərgədan, fil yıxa bilməz. A

Divan

Olmasa

Heç kim sənə namərd olmaz,
qəlbindən dar olmasa, a
Sözü xəlqə şirin gələr, o dil azar olmasa a
Ikiüzlülük eyləməsə, hamı inanar ona v
Dostlarına yalan satıb bietibar olmasa a

Xoş o kəsin əhvalına kəskin ola iqbalı, c
Insana tale lazımdı, puçdu dünyanın malı. c1
Nadanla həmdəm olanı tez aparar saqqalı c2
Mərd iyidin gər özünə münasib yar olmasa a

Müxəmməs
Şah dağı

Elimizdə, obamızda var adın, sanın,
Şah dağı! a
Yaz olanda sel gözləyir səndən aranı,
Şah dağı! a
Qış günündə əskik olmaz qarın, boranın,
Şah dağı! a
Daşlarında kəklik olur, düzdə ceyranın
Şah dağı! a
Ovçular ov bərəsində qurur komasın,
Şah dağı! a

Bahar olcaq, çəmən üstə lalə, nərgiz,
güllər açır, v
Bənövşələr, yel əsəndə, hər tərəfdə
ətir saçır, v1
Daşqın axan çaylarından gözəllər karvan
keçir, v2
Bilirsənmi neçə mahal sərin bulağından
içir? v3
O səbəbdən olmur sənin xəstə yatanın,
Şah dağı! a

gəraylı:
I bənd vav1a
II bənd cc1c2a
III bənd dd1d2a və s.

qoşma: I bənd vav1a
II bənd cc1c2a
III bənd dd1d2s və s.
ddda - da mümkündür

divani:
I bənd aava
II bənd cc1c2a
III bənd dd1d2a və s.

müxəmməs:
I bənd aaaaa
II bənd vv1v2v3a
III bənd c cI c2 c3 a


a bünövrə misrasıdır. Rədif kəlməsi misranın sonunda yerləşir. Başqa sözlə, misra rədiflə sona yetir. Rədif bəndin ən vacib sözü olaraq əsas məna daşıyıcısıdır. Göründüyü kimi, rədif gəraylı və qoşmanın I bəndində iki, divanidə üç, müxəmməsdə isə beş dəfə təkrarlanır. Bu təkrarlıq tək quruluş xatirinə mövcud deyil, ilk növbədə şerin I bəndinin ümumi çəkisinin dəyərini göstərən bir xüsusiyyətdir. I bənddə şerin əsas ideyasının bünövrəsi qoyulur. Bu bünövrə həm forma və quruluşun əsasını qoyur, həm də burada mövzu və obrazların açılışı verilir, şerin əsas ovqatı vurğulanır. Rədif qafiyələri, şerin misra qurumları və s. bünövrə misrasını möhkəmlədir, xüsusilə rədifi daha qabarıq edir.

II, III və s. bəndlər (ara bəndlər) şerin yeni bir mərhələsidir, inkişaf prosesinin yeni bir qoludur. Burada yeni obrazlar, yeni ovqat meydana çıxır, bununla əlaqədar maraqlı qafiyələr, söz düzümləri yaranır. I, II və III misraların qafiyələri bu obraz və ovqatın yaradılmasına xidmət edir. IV misra isə əvvəlkilərdən fərqlənərək, rədif kəlməsinə qayıdır (v, v I, v 2, a). Rədif şerin bütün bəndlərini bir-birinə bağlayır, şerə tamlıq və bütövlük gətirir.

Aşıq şer formalarının bu xüsusiyyətlərini musiqi formaları və onların inkişaf prosesi ilə müqayisə etmək və onlar arasında müəyyən eyniliklər tapmaq mümkündür. Gəlin, muğam dəstgahının quruluşuna nəzər salaq. Məlumdur ki, dəstgah özünəməxsus inkişaf xəttinə malikdir: maye, şöbə, zil şöbə, ayaq sadə şəkildə, təqribən belə bir ardıcıllığı izləyə bilərik. Ilk növbədə, mayeyə diqqət yetirək. Maye - musiqi əsərinin ən vacib hissəsidir. Burada əsərin lad intonasiya, tematizm, ideya və obrazlarının əsası qoyulur. Müxtəlif inkişaf üsulları, gəzişmələr, kadensiyalar və s. vasitəsilə maye dəfələrlə təsdiq olunur. Maye pilləsi, ümumiyyətlə, bütün dramaturji xətt boyu mayenin əsas aparıcı rolu dəfələrlə vurğulanır. Bu baxımdan, mayeni şerin I bəndi ilə müqayisə edə bilərik: şerdə I bənd, musiqidə maye - bütün əsər üçün eyni funksiyanın daşıyıcısıdır. Musiqidə özünü göstərən təkrarlıq - qafiyələrdə, kadensiyalar, ayaq, mayeyə qayıdış, ümumiyyətlə, maye funksiyası - rədiflər də özünü büruzə verir. Yəni hər ikisi əsas məna, obraz daşıyıcısıdır. Maye sözünün bir mənasının təməl demək olduğunu, rədifin isə bünövrə misrasında yerləşdiyini nəzərə alsaq, dediklərimiz bir qədər də qüvvətli və inandırıcı görünər.10

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page