ARIF MƏLIKOVUN
IKINCI
SIMFONIYASINDA
OSTINATLIQ BARƏDƏ

Gülzar MAHMUDOVA
Search


XƏYYAM MIRZƏZADƏNIN AĞLAR VƏ QARALAR FORTEPIANO SILSILƏSININ MUSIQI DILININ BƏZI XÜSUSIYYƏTLƏRI
Lalə ƏLIYEVA
ARIF MƏLIKOVUN
IKINCI
SIMFONIYASINDA
OSTINATLIQ BARƏDƏ

Gülzar MAHMUDOVA
ARFA FƏRƏC QARAYEVIN
QOBUSTAN KÖLGƏLƏRI
BALETININ PARTITURASINDA

Qənirə HÜSEYNOVA
BIRHISSƏLI SIMFONIK
ƏSƏRLƏRDƏ PROQRAMLILIQ

Aytən BABAYEVA
QARA QARAYEVIN
DMITRI ŞOSTAKOVIÇƏ HƏSR
ETDIYI LYA -MINOR SIMLI KVARTETI

Fərəh TAHIROVA

 


Məlum olduğu kimi, Azərbaycan bəstəkarlarının musiqisində ostinatlıq ən mühüm inkişaf üsulu və hətta formayaradıcı prinsipdir. Onların yaradıcılığında ostinatlıqla şərtləşdirilmiş proseslər nəinki XX əsr musiqi incəsənətinin ümumi təmayülü ilə, ilk növbədə çoxəsrlik milli ənənələrlə bağlıdır.

Deyilənlərdən aydın olur ki, hər Azərbaycan bəstəkarının irsi şifahi ənənəli Azərbaycan musiqisinin dərinliyindən irəli gələn ostinatlıq prinsipinin müxtəlif təzahürləri üçün geniş bir sahədir. Bunun çox parlaq nümunəsi Arif Məlikovun yaradıcılığıdır. Qeyd etdiklərimizin təsdiqi üçün bəstəkarın Ikinci simfoniyasının təhlilini nəzərinizə təqdim edirik.

Arif Məlikovun Ikinci simfoniyası bəstəkarın ən parlaq cəhətlərini özündə cəmləşdirən və novatorluqla seçilən çox özümlü bir əsərdir. Işıqlandırdığımız mövzu ilə əlaqədar qeyd edək ki, ostinatlıq prinsipinin çoxçeşidli formaları burada müxtəlif miqyasda və kifayət qədər geniş özünü büruzə verir: bunlar həm tək intonasiya vahidliyinin təşkili, həm də ayrıca hissə çərçivəsində bütöv kompozisiyanın qurulması səviyyələrində həyata keçirilir. 1969-cu ildə yaradılmış simfoniya parlaq və özünəməxsus bir əsər olaraq, milli musiqinin və müasir bəstəkarlıq təfəkkürünün sintezi nəticəsində əmələ gəlmişdir. Ostinatlıq prinsipləri isə əsərin milli spesifikasının ən parlaq və açıq təzahürləri olmuşdur, çünki Azərbaycanın şifahi ənənəli musiqisinin ən tipik cəhətləri ilə bilavasitə bağlıdır. Belə ki, ostinatlıq, məlum olduğu kimi, Azərbaycan musiqisinin bütün janrlarında əhəmiyyətli və samballı yer tutur, o cümlədən: xalq mahnılarında, rənglərdə, təsniflərdə, aşıq yaradıcılığında və nəhayət, fundamental ja nr olan muğamda.

Arif Məlikovun Ikinci simfoniyası quruluşuna görə qeyri-adidir: o, intonasiya cəhətdən bir mövzu ilə bağlı olan altı yığcam hissədən ibarətdir. Söhbət açdığımız problemlə əlaqədar olaraq biz, polifonik və xüsusilə ostinatlıq çoxsəsliyinin aşkar edilməsi nöqteyi-nəzərindən nümunəvi olan Ikinci simfoniyanın bəzi fraqmentlərinə diqqət yetirməyi qərara aldıq. Ostinatlıq əlamətləri olan konkret nümunələrə müraciət edək.

Bunu da qeyd edək ki, Arif Məlikovun Ikinci simfoniyasında ostinatlıq mühüm formayaradıcı amil olur, çünki əsərin bədii-dramaturji təşəkkülü çox vaxt ostinatlığın xüsusiyyətlərinə istinad edir və burada öz fərdi təcəssümünü alır. Hal-hazırda söhbət simfoniyanın ikinci hissəsindən - mis nəfəs alətləri üçün skersodan gedir. Ostinatlıq bu hissədə nəinki bir konstruktiv, texnoloji üsul kimi tətbiq olunur, hətta musiqidə bədii-məzmunlu başlanğıcı müəyyən edir. Burada parlaq kulminasiyaya doğru şiddətlənən hərəkətdən sonra dinamika yenidən tədricən azalır. Xüsusilə qeyd etmək lazımdır ki, bu prosesdə səslənmənin qatılaşma və sıxlaşdırılması yolu ilə gedən inkişaf ostinatlıq prinsipinə istinad edir. Bu isə mis-nəfəs tembrlərinə (valtorna, truba, trombon və tuba) həvalə edilmiş bir neçə tematik cəhətdən dolğun xətlərin bir-birinin üzərinə əlavə olunmasında öz ifadəsini tapır. Mis nəfəs alətlərindən başqa orkestrin tərkibinə litavralar, üç tam-tam, kiçik və böyük təbillər daxil edilmişdir.

Indi isə kompozisiyanın müxtəlif musiqi-ifadəli səviyyələrində tətbiq olunan ostinatlıq prinsipinin işləməsini bilavasitə nəzərdən keçirək. Ikinci hissənin ilk dörd xanəsində zərb alətlərində ostinato şəklində ifadə edilmiş metro-ritmik düstur formalaşır. O, bütün hissə boyu təkrarlanan litavraların sekundalı salxımları ilə birgə zərb qrupunun ritmik kompleksində özünü reallaşdırır. Onun üzərinə tədricən mis nəfəs alətlərinin solo partiyalarındakı tematik törəmələr qat-qat qoyulmağa başlanır. Bununla belə həmin tematik törəmələr müəyyən intonasiya yaxınlığına malikdir və səkkizliklərlə daimi hərəkətin ostinatlı ritmik nəbzinə tabe olurlar. Onların hamısı musiqi materialının seriyalı təşkilinə əsaslanır və xromatizmləşməni interval gedişləri ilə birləşdirən melodiyanın müxtəlifyönlü hərəkətini özlərində cəmləşdirirlər. Hətta daha çox həmin mövzu özəklər (cəmi 8) eyni müddət ərzində davam edir və ümumi hesabda bir xanə yarım həcmində yer tuturlar (nümunə 1). Onlar asanlıqla güclü bölümdən zəif bölümə keçir və sonralar hərəkətin ümumi formalarının vahid axınına çevrilirlər. Mövzuların bu cür ardıcıllığından skersonun özünəməxsus və təkraredilməz kompozisiya quruluşu yaranır. Həmin quruluş partitura səslərinin ostinato cəmləşməsinin müxtəlif tipləri vasitəsilə ümumi tematik kompleksdə öz əksini tapır.

Orkestr toxuması doqquz səsdən ibarətdir. Bura hərəsi öz mövzusuna malik olan iki cüt valtorna, üç truba,üç trombon və tuba daxildir. Qeyd edək ki, mövzular növbə ilə müxtəlif alətlərdə səslənir və sonradan üst-üstə qatlaşır (rəqəmlər 10-11). Əvvəlcə trubalara valtornaların iki qrupu, sonra ayrı-ayrılıqda üç trombon və tuba da (12 rəqəmindən) qoşulur.

Kulminasiya anında (rəqəm 12) faktura son dərəcə qatılaşır (bütün doqquz səs), səslənmə gücü isə maksimal dərəcəyə çatır. Sonradan alətlərin səslənməsinin tədricən kəsilməsi sayəsində dinamika azalır: əvvəlcə tuba, sonra trombon və valtornalar və nəhayət, trubalar sıradan çıxarılır /rəqəm 14/. Burada, birinci bölmədə olduğu kimi, lakin digər ardıcıllıqda solo mis qrupunda ikinci hissənin strukturunu tamamlayan mövzular təkrarlanır.

Bəstəkar olduqca bitkin və mütənasib forma yaradır. Onun əsasına fəaliyyət enerjisinin ümumi artma və azalması dramaturji prinsipi qoyulmuşdur. Aydındır ki, bu cür aspekt ikinci hissənin ifadəli-intonasiya mahiyyətinə öz gözə çarpan təsirini göstərir. Ön plana üfqi xəttin qurulması və tematizmin şaquli təşkili səviyyələrində qabarıq şəkildə özünü büruzə verən ostinatlıq olduğu kimi çıxır. Məhz ostinatlıq burada formanın bədii-ifadəli imkanlarını daha da dərinləşdirir. Belə ki, doqquz səsin hər partiyasının tematik məzmunu öz intonasiya özəyinin çoxsaylı təkrarlamasından başqa heç nə deyil. Bununla yanaşı həmin təkrarlamaların sayı fərdi xarakter daşıyır və müvafiq surətdə səslərin daxil olması və sıradan çıxarılması ilə müəyyən edilir. Məsələn, tubanın mövzusu səkkiz dəfə, II və III trombonların mövzuları on dəfə təkrar olunur; I trombon, III və IV valtornalar öz mövzularını on dörd dəfə, I və II valtornalar isə on altı dəfə ifa edir; III truba öz mövzusunu on yeddi dəfə, II truba on səkkiz d əfə, I truba isə on doqquz dəfə göstərir. Beləliklə, bütün səslərin intonasiya məzmunu sabit, melodik modelin dəqiq əks etdirilməsi isə açıqlanan ostinatlıq xarakter daşıyır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page