À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
XX ƏSR AZƏRBAYCAN MUSIQI TARIXI – TOTALITAR ZAMAN KƏSIYINDƏ
Fərəh ƏLIYEVA
Search

À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
XX ƏSR AZƏRBAYCAN MUSIQI TARIXI – TOTALITAR ZAMAN KƏSIYINDƏ
Fərəh ƏLIYEVA

 


       Repressiya illərində adi bir anonim məktub, xəbərçilik nəticəsində tutulanlar da az deyildi. Repressiya qurbanlarından biri - Bakıda Rus Işçi Teatrında musiqi şöbəsinə rəhbərlik edən bəstəkar Sergey Georgiyeviç Paniyevin həbs tarixçəsi və bədbəxt taleyi buna əyani sübutdur. S.Paniyev 1884-cü ildə Rusiyanın Tula quberniyasında anadan olmuşdur. 1902-ci ildə o, Peterburqda Saray Kapellasına daxil olmuş, burada musiqi təhsili almışdır. 1907-ci ildən musiqiçi və bəstəkar kimi Tiflisdə, Bakıda yaşayıb-yaratmışdır. Özünün yazdığı kimi türk, rus, erməni teatrlarında çalışmışdır. 1907-1911-ci illərdə Bakıda musiqili-teatr dərnəklərinin təşkilatçısı və rəhbəri kimi fəaliyyət göstərmiş, musiqi təşkilatları və məktəblərində dərs demişdir. S.Paniyev Bakıda Rus Musiqi Cəmiyyəti nəzdində təşkil edilmiş Musiqi siniflərində pedaqoji fəaliyyətlə məşğul olur, orkestr alətləri siniflərinin ümumi rəhbəri idi. 1920-ci ildən o, X.Qayıbovanın təşkil etdiyi qısa müddətli «Şərq musiqi kurslarında» dərs demiş, 1930-1936-c i illərdə Bakı Rus Işçi Teatrında musiqi şöbəsinin müdiri olmuşdur. S.Paniyev 20-dən artıq tamaşalara musiqi yazmış, Molyerin, Şekspirin, Ostrovskinin, Çexovun, Qriboyedovun, Qorkinin, Poqodinin. Kirşonun əsərlərinə musiqi tərtibatı vermişdir. S.Paniyev 1930-cu ildə Azərbaycan Bəstəkarlar Ittifaqının təşkilat bürosunun sədri seçilmişdi [37.s.26]. «Trotskiçi-zinovyevçi əksinqilabi təşkilatın» ifşa edilməsi kampaniyasında S.Paniyev Stalin, partiya, hökümət haqda söylədikləri lətifələr, etdiyi zarafatlar ucbatından həbs edilir. Onun barəsində həbs qəti imkan tədbirinin seçilməsi haqqında arayışda deyilirdi. «Azərbaycan XDIK DTI-də olan məlumatlara əsasən müəyyən olunmuşdur ki, Bakı Işçi Teatrının bəstəkarı, 1884-cü il təvəllüdlü, milliyyətcə rus Paniyev S.G. partiyaya qarşı mütəmadi olaraq antisovet əksinqilabçı fikirlər söyləyir. 1936-ci ilin iyulunda «Yeni Avropa» mehmanxanasının restoranda olarkən o, yoldaş Stalin ə qarşı terrorçu münasibət göstərmiş, yeməkpaylayana pul verərək restoranda olan digər şəxslərin yanında «Al, bu 5 manatı götür, və get, elə indicə Stalini öldür». S.Paniyevin əksinqilabçı kimi fəaliyyəti Bakı Işçi Teatrının aktyor kollektivinə çox mənfi təsir göstərir. Ona görə də S.Q.Paniyevin həbs olunmasını zəruri sayırıq» [38]. Qeyd etməliyik ki, Paniyev XDIK tərəfindən həbs edilməsindən bir neçə gün əvvəl həm də Bəstəkarlar Ittifaqının üzvlüyündən, teatrdan işdən çıxarırlar, mətbuatda da bu haqda xəbər verilir. Paniyevin əsl məhkəməsindən əvvəl «ictimai məhkəməsi» də o illərin demaqogiyası ruhunda təşkil edilir: «Uzun müddət BIT-da özünü «qəribə adam» kimi qələmə verən, çürüyən teatr mühitinin nümayəndəsi olan Paniyev antisovet təbliqatı aparırdı. Indi antisovet təbliqatı ilə teatr ictimaiyyətini hiddətləndirən Paniyev teatrdan qovulmuş və Bəstəkarlar Ittifaqından çıxarılmışdır». Paniyev dövlət qarşısında bağışlanılmaz səhvi onun lətifələri, atmacaları oldu. Istintaq materiallarında bəstəkarın əksinqila bi fəaliyyətinə sübut kimi gətirilən delillər indii təbəssüm doğurur: Şahid qismində dindirilənlərdən birinin ifadəsi: «Bir dəfə biz, Paniyev də bizimlə idi, Baksovetin yeməkxanasında nahar edirdik. Paniyev şorbanın çox dadsız olduğunu nəzərdə tutaraq dedi ki, Şorba partiyanın proqramı ilə hazırlanıb». Şahid kimi dindirilən BIT-nın aktyoru Romin isə Paniyevin «əksinqilabi mövqelərdə» durmasını sübut edən daha «tutarlı fakt» gətirir: «Yadıma qəlir ki, 1936-ci ilin əvvəllərində «Pravda» qəzetində Şostakoviç haqqında çıxmış məqalə ilə əlaqədar Paniyev öz hiddətini, kəskin etirazını bildirir və partiyanın mətbu orqanının ünvanına əksinqibali çıxışlar edirdi». Paniyevə qarşı irəli sürülən digər bir ittiham onu «rus şovinizmində» təqsirli bilirdi. Bəstəkarın Fatma Qədri və Ülvi Rəcəbə qarşı etdiyi etikadan uzaq çıxışlar da yada salınır. Maraqlıdır ki, Paniyevin işində şahid kimih şeç bir azərbaycanlı aktyor keçməmişdir. S.Paniyev də bütün həbs olunanlar kimi Mircəfər Bağırova məktub yazır, günahlarını boynuna alır, mərhəmət istəyir. Ona doğrudan da «rəhm edirlər»: S.Paniyevə 6 illik həbs cəzası verilir. Yalnız 1989-cu ildə onun işində cinayət tərkibi olmadığı üçün iş xətm olunur və o da reabilitasiya alır. Paniyevin həbsdən sonrakı həyatı haqda məlumat yoxdur.

       Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının opera və operetta truppasına 1916-ci ildən rejissor kimi dəvət olunan , musiqili teatrın inkişafında aktyor və rejissor kimi danılmaz xidmətləri olan Abbas Mirzə Şərifzadə də xalq düşməni kimi güllələnmiş incəsənət xadimlərindən idi. A.M.Şərifzadə Ü.Hacıbəyovun, M.Maqomayevin əsərlərində təkcə rejissor kimi deyil, həm də aktyor kimi çıxış edirdi. O, «Əsli və Kərəm»də Paşa, «Arşın mal alan»da Soltan bəy, «O olmasın, bu olsun»da hambal, "Şah Ismayıl"da Ibn-Tahir obrazlarını yaratmışdır. A.M.Şərifzadə 1928-ci ildən Azərbaycan Dövlət Opera Teatrının Azərbaycan bölməsinin baş rejissoru olmuşdur. O, Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", «Əsli və Kərəm», Z.Hacıbəyovun «Aşıq Qərib», M.Maqomayevin «Şah Ismayıl» operalarını yeni quruluşda tamaşaya qoymuş, H.Şərifov və D.Slavinskinin "Mehr və Mah", "Tahir və Zöhrə" operalarının rejissoru olmuşdur. 1937-ci ildə A.M.Şərifzadə Türkiyə, Iran casusu millətçi, Sovet hakimiyyətinə qarşı mübarizə aparan şəxs kimi həbs edi lir (39). O zaman xaricdə yaşayan qardaşı Qulamrza Şərifzadənin fəal müsavatçı olması da onun həbs edilməsinə təsir göstərən amil idi. Azərbaycan mədəniyyəti daha bir ulduzunu, böyük istedad sahibini beləcə itirdi.

       Azərbaycan teatrının daha bir aktyoru Panfiliya Tanailidi də xəbərçilik nəticəsində tutulan 1937-ci il qurbanları sırasındadır. P.Tanailidi 1992-ci ildə Zəngəzurda Baş kənddə anadan olmuşdur. Özünün yazdığı kimi, 1905-ci ildən səhnədə çıxış edirdi. Milliyyətçə yunan olan aktrisa Azərbaycan dilini təmiz bilirdi. Tiflisdə Azərbaycan dram truppasında aktrisası kimi məşhur idi. O, N.Nərimanovun, C.Cabbarlının, Ə.Haqverdiyevin Şekspirin, dramlarında, eləcə də Ü.Hacıbəyovun əsərlərində müvəffəqiyyətlə çıxış edirdi. Hacıbəyov qardaşlarının opera və operetta truppasının üzvü idi. Onun məlahətli səsi var idi, gözəl rəqs edirdi. Ü.Hacıbəyovun «Arşın mal alan» operettasında yaratdığı Asya, Telli obrazları ən uğurlu səhnə işləri sırasında idi. P. Tanailidi 1916-cı ildə Tiflisdə M.C. Əmirovun "Seyfəlmülük" operasının ilk tamaşasında Badıül Camal obrazını yaratmışdır. Tanailidinin Azərbaycan artistlərinin truppası ilə Iranda qastrollarda çıxışlarını M.Mərdanov da işıqlandırmışdır [40]. 1917-1918-ci illərdə P. Tanailidi H.Sarabski, M.Mərdanov, M.A.Əliyev, H.Hacıbababəyov ilə Irana getmiş və bu qastrolda göstərilən dram və operettalarda çıxış etmişdir. 1919-cu ildə H.Hacıbəyovun təşəbbüsü ilə Bakıda opera teatrında P.Tanailidinin benefisi keçirilmiş, aktrisa «Arşın mal alan»da Telli rolunda alqışlanmışdır. Tanailidi kinofilmlərə də çəkilmişdi (41). 1924-cü ildə Tiflis Azərbaycan teatrının rejissoru A.Tuqanov Azərbaycan dram teatrının baş rejissor təyin edilir və onun dəvəti ilə P.Tanailidi də Bakıya köçür və Azərbaycan Dövlət Teatrında işə başlayır. Qeyd edək ki, 1937-ci ildə «xalq düşməni» kimi güllələnmiş Ülvi Rəcəb də onunla birlikdə Tiflisdən Bakıya gəlmişdi. Vaxtilə Iranda qastrol səfərlərində çıxış edən aktrisa Irana casusluq və antisovet təbliğatı apardığına görə həbs edilir: aktrisanın aktyor həmkarlarına iran siqaretlərini tərifləməsi, hədiyyə etməsi, Bakıda Iran vətəndaşı olan köhnə bir tanışı ilə təsadüfi görüşməsi ona çox baha başa oturdu [42]. S.Rüstəm onun faciəli taleyini xatırlayaraq yazırdı: «Tanail idi adında Tiflisdən gəlmə yaşlı bir aktrisa var idi. Əla sənətkar idi, xarakter rolları çox gözəl oynayırdı. Onu nəyin üstündə tutdular. M.A.Əliyevin sabiq arvadı Tehrandan gələrkən səfərüstü bir neçə gün Bakıda qalmışdı. Artistlər onun şərəfinə qonaqlığa toplaşırlar. Tehrandan gələn qadın məclisdəkilərə tütün paylayır. Tanailidi də pay verilən tütünü tərifləyir: yoxsa. Bizimki? Zibildi. Çəkmək olmur. Artistlərdən kimsə bu sözü lazımi yerə çatdırır» (13. s. 12). Istintaqda onun guya casusluq məqsədilə Iran vətəndaşı Gövhər xanımla görüşməsi faktı əsas ittihamlardan biri idi. Tanailidinin görüşdüyü bu qadın onun köhnə rəfiqəsi, aktrisa Gövhər xanım Göyərçin idi. Bir müddət Tiflisdə , Bakıda onlar bir truppa tərkibində oynamışdılar. Əlbəttə, P.Tanailidinin həbs olunmasının əsas səbəblərindən biri də - xalq düşməni kimi həbs edilmiş və sonralar özünü həbsxanada asmış Əhməd Triniç ilə yaxın dost olması idi. P.Tanailidinin işində cəmi 4 nəfərin – Dram Teatrının aktyorlarının şablon ifadələri var. Onların müstənti qin diqtəsi ilə yazılması şübhə doğurmur. Heç bir sübut, fakt yoxdur. Buna baxmayaraq cəmi 15 dəqiqə davam edən məhkəmə iclasının qərarı ilə P.Tanailidiyə güllənmə hökmü kəsilir və o, 1938-ci ilin oktyabrın 15-də güllələnir. Tanailidi axıradək özünün günahsız olduğunu söyləyir. 1957-ci ildə yüzminlərlə bəraət alanlar arasında P.Tanailidi də var idi.

       O dəhşətli dövrün ölüm nəfəsini çoxları hiss edirdi. Adi bir söz, hərəkət ölümə surükləyən dəmir dəlilə çevrilə bilərdi. Azərbaycanın bir çox musiqiçiləri də tutulanlardan olmazın işqəncələr nəticəsində alınan ifadələrin qurbanı ola bilərdilər. Məsələn, xalq düşməni kimi tutulan, qəddarcasına döyülən Əli Kərimov müstəntiqin «incəsənət xadimlərindən olan millətçi-əksinqilabçıların adını çəkin» tələbində canını qurtarmaq üçün Həqiqət Rzayevanın, Zülfüqar Hacıbəyovun, Xanlar Haqverdiyevin adlarını çəkirdi. Istintaq materiallarında aktyorlardan tez-tez Mirzəağa Əliyevin, Hacıağa Abbasovun adlarına rast gəlirik. «Xalq düşmənləri»nin istintaq materiallarında tez-tez kiminləsə dostluq edən, hansısa ziyafətlərdə, məclislərdə iştirak edən musiqiçilər də nəzarətə götürülə bilərdi. Adları çəkilən tanışlar, dostlar, iş yoldaşları da «yuxarılarda» saf-çürük edilir, Bagırova lazım olanlar gələcək işlər üçün aktiv işlənilirdi. Həbs olunmuş Bəkir Çobanzadə « müsavat üzvü olmuş Cabbar Məmmədovun evində Ə.S.Qasımov, H.Ş axtaxtinski, Q.Əfəndiyev, S.M.Qənizadə ilə yanaşı Bülbülün də daima olduğu» haqda ifadəsində onların tez-tez əksinqilabi mövzuda millətçilik ruhunda fikir mübadiləsi etdiklərini «açıqlayır».

(ardı var)


   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page