À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
XX ƏSR AZƏRBAYCAN MUSIQI TARIXI – TOTALITAR ZAMAN KƏSIYINDƏ
Fərəh ƏLIYEVA
Search

À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
XX ƏSR AZƏRBAYCAN MUSIQI TARIXI – TOTALITAR ZAMAN KƏSIYINDƏ
Fərəh ƏLIYEVA

 


       Onun ardınca poeziyada böyük bir tar çəkişməsi başlanır. «Kəs səsini, Ötmə tar! Ötmə dedim, ötmə tar, Istəməyir proletar, səndə çalınsın qatar». S.Rüstəmin bu şeri M.Quliyevin yeritdiyi «qərbçilik», milli sərvətə etinasızlıq dəyirmanına su tökürdü. Tar əleylinə yazılmış daha bir şeri – M.Rahimin «Tar» şeri isə qəribə məntiqli tənqidə məruz qalır. Lirik, şairanə bir tərzdə tara qarşı yazılmış bu şer, sən demə, əslində tara maraq oyadırmış. «Tarı söyməyin» ictimai sifariş olduğunu söyləyən tənqidçi gənc şairin öz məqsədinə çatmadığını qeyd edir:

       Xanəndənin səsindəki vərəm dolu hüzündən
       Mənim gəldi xatirimə köhnə zalım axınlar
       Hələ qanlı əsərlərin gizli, mənfur izində
       Bu ölkənin çalğısında göz yaşı var, ələm var

       Toxunduqca gəmli mizrab
       Fəğan dolu dərdli simə
       Könlüm kibi bağlı gördüm
       Çoxlarını bu tilsimə».

       Şair bu misralarla tarın mənfi səciyyəsini tərif etmək istəmişdir. Həqiqətdə isə meydana tamamilə başqa bir şey çıxır. Şerin lirik tonu, köhnə leksikonu və «qəmli» epitetləri tardan iz döndərməkdən ziyadə, oxucuda tara qarşı bir maraq oyadır» [25. s. 28]. Lakin S.Rüstəm, M.Rahim üçün bu ötəri dumanlanma oldu və sanki, neçə illər sonra yazdığı «Tarı səsə qoymaq olmaz» şeri ilə S.Rüstəm sanki tərcümeyi-halının bu səhifəsinə yenidən nəzər salmaq istəyirdi. Tarı “özəlləşdirməyə” çalışan Şərq konservatoriyası və onun professoru S.Ohanezaşvili, Ü.Hacıbəyova qarşı etikadan uzaq bir tərzdə hucum edir, tar üzrə «baş mütəxəssis və ekspert» statusunu bərqərar etməyə çalışırdı [26. s. 11], erməni tarçalanı S. Kasparov Azərbaycan tarzənlərini hətta yarışa çağırırdı [27]. Sovet dövründə yazılan tədqiqat əsərlərində təbiidir ki, çox məqamlar açıq şəkildə söylənilə bilməzdi: çünki, bu tipli çıxışlar, addımlar o dövrdə rəsmi mədəniyyət siyasətini ifadə edən dövlət məmurlarının təhriki və göstərişi ilə yeridilir, təşkil olunur və istiqamətləndirilirdi. “Bəziləri” kimi ümumiləşdirilənlər - adi, sıravi fikir söyləyənlər deyil, yüksək səlahiyyətlərə malik dövlət xadimləri, məmurlar idi. Onların təsiri altına düşən­lər arasında isə əsasən gənc, yaradıcı nəslin nümayəndələri idi. Gənclik maksimalizmi, yenilik təəssübkeşliyi - bu gənclərin yaşı və təcrübəsizliyi ilə bağış­lanıla bilər. Onların çoxu bu prolektkultçuluq azarından təz bir zamanda qurtuldular. Musiqiçilər arasında Üzeyir Hacıbəyovun qələcəyinə böyük ümidlərlə baxdığı Asəf Zeynallının fikir və bədii dünyagörüşünün təkamülü qənc Ə. Bədəlbəylinin prinsipiallığı bu baxımdan simptomatikdir. Ü.Hacıbəyov özü bunu qeyd edirdi: “Asəf xüsusi mübariz RAPM-çıların (Rusiya Proletar Musiqiçilər Cəmiyyəti – Ə.F.) şövq və ehtirasla dolu fəaliyyətinə aludə olur. O, Leninqradda musiqi istiqamətinə RAPM-çıların baxışının təsiri altına düşür. Bundan sonra Asəf keçmişin irsi və APM-ə mənsub olmayan bəstəkarların əsərləri haqqında mənfi möv qe tutmağa başlayır, bunların hamısını dəbdən düşmüş və musiqi sənəti sahəsində inqilabi dəyişikliklərin tələblərinə cavab verməyən əsərlər həsab edir. O, Azərbaycan Dövlət Konservatoriyasınqın nəzdində xalq çalğı alətləri şöbəsinin də olmasına bu cür münasibət bəsləmişdi... Mən Asəflə olan söhbətində hiss etdim ki, keçmişin irsi probleminə onun əvvəlki məhdud və yanlış baxışları xeyli dəyişmişdir; artıq o, keçmişin irsini əsassız olaraq inkar etmir” [28, s.157]. Tarın müdafiəçiləri arasında gənc A.Zeynallı və Ə.Bədəlbəylinin mövqeyi prinsipial idi. A.Zeynallının tarın müdafiəsinə yönəldilmiş çıxışından bəzi fikirlərə diqqət yetirək: «Qurultayda iştirak edən maarif naziri nümayəndələrin yay mövsümündə Avropa simfonik musiqi konsertləri ilə yanaşı, Şərq simfonik konsertlərini də təşkil etmək təklifindən çox bərk əsəbiləşdi. Necə yəni biz burada bü­tün qüvvəmizlə səy göstəririk ki, fars muğamından, tardan yaxamızı qurtaraq, burada isə onun təbliğatı, kütləviləşdirilməsi məsələsi qoyulur.

       Görünür ki, Xalq Komissarı Şərq Simfonik Konsertləri işinin əleyhinədir.
       Xalq komissarının əqidəsinə görə, ansamblın tərkibində tar ola bilməz. Xalq komissarı bizdə Avropa musiqi mədəniyyətinin bərqərar olması naminə bizim milli alətlərimizi qurban verməyi təklif edir.

       Lakin tar öz konstruksiyasına görə xalq yaradıcılığını və muğamatı düz və dəqiq ifadə edən yeganə alətdir. Deməli, tarı məhv etməklə, biz nəinki xalq musiqisi haqqında aydın təsəvvürdən məhrum oluruq, həm də xalq yaradıcılığı təfəkkürü texnikasına, bəlkə də təfəkkürün forma və məhsullarına təsir edirik.

       Xalqın öz Muğamatı var, xalq onunla yaşayır. Xalqın tarı var, tar onun mənəvi aləmi, dilidir. Biz bunu inkar edə bilmərik, eləcə də bizim xalqın özünəməxsus təbii əmlakını təftiş etməyə heç bir haqqımız yoxdur.

       Xalq komissarları idarəsinin türk mühitində Avropa musiqisini populyarlaşdırmaq, yaymaq kimi xoş məramına, tarın mövcudluğu heç bir halda mane olmayacaq, əksinə, əvvəl dediyimiz kimi, hətta, bəzi təsir göstərə bilər. Xalq Maarif Komissarlığı gələcəkdə də tara özünün mənfi münasibətini bildirəcəksə gələcəkdə arzuolunmaz nəticələr alına bilər.

       Biz Azərbaycanda Avropa musiqi imperializmi əleyhinəyik. Əgər biz Avropanın təsirinə məruz qalsaq, bu o demək deyil ki, biz dönüb avropalı olacağıq, biz Avropa libası geysək də, türklüyümüzdə qalacjağıq. Tarın roluna və əhəmiyyətinə daha şüurlu yanaşmaq lazımdır. Əgər biz keçmişi laqeydliklə dağıtsaq, yenini tikmək bizə çox böyük zəhmət və çətinliklərlə başa gələcək» (29 ). 22 yaşlı Əfrasiyab Bədəlbəyli "tarı muzeyə göndərmək təşəbbüsü yanlışdır. Tarın tərəqqi yolunu kəsməməli" çağırışı ilə mətbuatda çıxış edir.

       Dövlət rəsmilərinin zaman-zaman qızışdırdıqları əvvəlcə mənəvi “qətliam” tonqalını Azərbaycanın böyük maarifçi şəxsiyyətləri, musiqiçiləri - Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Bülbül, Məmməd Səid Ordubadi, Əhməd Cavad, yeni nəsl - Asəf Zeynallı, Qubad Qasımov ,Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Mikayıl Müşviq ilkin mərhələdə söndürə bilirdi. Bu tonqala atılması nəzərdə tutulan mənəvi sərvətlər uğrunda sarsılmadan mübarizə aparılır, opponentlər inandırılır, nadanlıq, aqressiv bisavadlıq və ruslaşdırılma cəhdlərinə cavab verilirdi. Tarın və muğam operalarının, elə muğamların, operettaların repressiyasının qarşısı alınır. 30-cu illərdə totalitar hakimiyyət qətliamın ikinci, daha dəhşətli - fiziki məhvetmə mərhələsinə keçdi. “Ipəsapa yatmayan”, əqidə və yaradıcılığında, əməli fəaliyyətində milli azadlıq, millətçilik ideallarını saxlayanlar məhv edildi. Ən qəribəsi bu idi ki, ittiham olunanlarla birlikdə, ittihamçılar da məhv edilirdi. Iz iti rilir, rejim "ədalətli tərəzi" illüziyası yaradırdı.


   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page