MUZEYLƏRDƏ...
.
Search


GÖRÜŞLƏR...
.
MUZEYLƏRDƏ...
.
YARADICILIQ...
.
BIBLIOQRAFIYA...
.
INTERNET SƏHIFƏLƏRINDƏ...
.

 


YENI EKSPOZISIYANIN ILK YUBILEYI



       Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin son 1 ildə fəaliyyət dairəsi daha da genişlənmişdir. Muzeyin əsas binasında ekspozisiyanın açılması mədəni-kütləvi tədbirlərin daha da zənginləşməsinə zəmin yaratmışdır. Belə ki, ötən il ərzində Azərbaycanın Musiqi Mədəniyyəti tarixini bütövlükdə əks etdirən ekspozisiya bir çox tədbirlərin keçirildiyi məkana çevrilmişdir.

       Ekspozisiyanın ilk təntənəli açılışı 16 oktyabr 2001-ci ildə oldu. Bu açılış bizim üçün iki qat bayrama çevrilmişdi, çünki bu Müstəqilliyimizin 10 illiyini qeyd etdiyimiz bir vaxta təsadüf edirdi. Təntənəli açılış mərasimdində Mədəniyyət Naziri Polad Bülbüloğlu, Mədəniyyət Nazirinin Müavini Sevda xanım Məmmədəliyeva, Türkiyyə Cümhuriyyətinin Kültür Bakanlığından Fikret Üçcan, Bakı Musiqi Akademiyasının professoru bəstəkar Azər Rzayev və başqaları iştirak edirdi. Muzeyin fondunda olan 35 mindən çox eksponatın içərisindən ən maraqlı, dəyərliləri seçilib, ekspozisiyada nümayiş etdirilmişdi. Ekspozisiya aşağıdakı dövrlərə və bölmələrə ayırılıb: Qədim dövr, orta əsrlər, XIX əsrin əvvələri, korifeylər (Ü.Hacıbəyov, M.Maqomayev, Bülbül), opera və balet, bəstəkarlıq məktəbi, Niyazi güşəsi, Dünya xalqların musiqi alətləri, Azərbaycan Dövlət Filarmoniyasının tərkibində olan ansambl və birliklər, aşıq sənəti, musiqili komediyalar, musiqi alətləri emalatxanası, T.Quliyev, R.Behbu dov və V.Mustafazadə güşələri, həmçinin ekspozisiyanın mərkəz hissəsində qrammofon və patefonlara ayrılmış güşə və müstəqilliyimizin 10 illiyinə həsr olunmuş bölmə ilə sona çatır. Bununla bərabər ekspozisiya xalq mahnıları və musiqi məmulatları da təqdim olunmuşdur.

       Ötən müddət ərzində musiqi tariximizin canlı şahidi olan bu məkanda xeyli rəngarəng musiqi məclisləri və tədbirlər keçirlmişdir. Ilk dəfə bu zəngin ekspozisiyada təqdimat mərasimi keçirildi. Muzey fədailəri özlərinin Azərbaycan musiqi mədəniyyəti simalarda adlı həftəlik musiqi təqvimini təqdim etdilər. Təqvim-layihənin müəllifi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla xanım Bayramovanın bu xeyirxah təşəbbüsü açılışa bayram tövhəsi kimi qəbul edildi. Təqvimdə 53 nəfər dünyasını dəyişmiş, tanınmış, məşhur musiqi xadimlərinə hörmət olaraq onların həyat və yaradıcılığına həsr olunmuş xüsusi məlumatlar qeyd edilmiş, fotoşəkillər çap olunmuşdur, sımaların fotoları isə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fondundan seçilmişdir. Təqvim geniş musiqi ictimaiyəti tərəfindən çox yüksək səviyyədə qarşılandı. Üç dildə, Azərbaycan, rus və ingilis dillərində çap edilən musiqi təqvimi musiqi ictimaiyəti tərfindən o qədər yüksək rəğbətlə qarşıla ndı ki, qısa müddət ərzində yayıldı və hətta arzusunda olan bəzi şəxslər çatmadı. Təqdimat mərasimində təqvimdə qeyd olunan musiqiçilərin qohumları çıxış edərək, muzeyin müdiriyyətinə göstərdiyi təşəbbüsə görə minnətdarlıqlarını bildirirlər.

       Muzeydə keçirilən digər önəmli təbdirlərdən biri də 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə keçirilmiş, 2002-ci ildə yubileyi qeyd olunacaq musiqiçi xanımlarımıza həsr olunmuşdu. Bu xanımlar arasında Respublikanın xalq artisti, uzun illər opera səhnəsində gözəl obrazlar yaradan, muğam ustası Sara xanım Qədimova, bəstəkar Elnarə Dadaşova və onlarca digər musiqiçi xanımlarımız iştirak edirdi. Muzeyin foyesində musiqiçi xanımlarımızın həyat və yaradıcılığını çks etdirən rəngarəng sərgi tərtib edilmişdi. Muzeyin ekspozisiyası fəaliyyət göstərdiyi bu müddət ərzində respublikanın musiqi həyatında baş verən bir çox yeniliklərin, sözün əsl mənasında, məkanına çevrilmişdir. Bu il 18 may Beynəlxalq muzeylər günü, Beynəlxalq Muzeylər Şurası ICOM-un təklif etdiyi Qloballaşma devizini əsas götürərək görkəmli bəstəkarlarımız T.Quliyevin 85, R.Hacıyevin 80, E.Sabitoğlu isə illik yubileyləri keçirildi. Muzey əməkdaşları Dövlət tərəfindən keçirilən digər tədbirlərində yax ından iştirak etməklə bərabər, eyni zamanda muzeyin ekspozisiyasında çox dəyərli bir mahnı yaradıcılığına toxunulmuş, bu mahnılar müğənnilər tərəfindən ifa edilmişdir. Tədbirdə tanınmış incəsənət xadimləri Xuraman Qasımova, Gülyaz və Gülyanaq Məmmədovalar, Cavan Zeynallı, gənc müğənnilərindən Ilahə Fəda, Zaur Əmiraslanov, Amin Həsənoğlu və bir çox digərləri iştirak edirdilər. Muzeydə hər üç bəstəkarın yaradıcılığına həsr olunmuş zəngin, çox dəyərli bir sərgi tərtib edilmişdi. Tədbirdə bəstəkarların ailə üzvləri, qohumları, həmkarları, qələm dostları və digər bir çox sahələrin nümayəndələri iştirak edirdilər.

       Muzeyin ekspozisiyası geniş tamaşaçı auditoriyasının ixtiyarına verilməzdən əvvəl keçirilən tədbirlər demək olar ki, muzeyin filialları Niyazinin, V.Mustafazadənin ev muzeylərində və Xalq Çalğı Alətləri şöbəsində keçirildi. Ekspozisiya fəaliyyətə başlayandan sonra muzeyin əksər tədbirləri məhz xalqımızın milli mənəvi dəyərlərinin layiqincə saxlanıldığı məkanda keçirilir. Bu il görkəmli caz ustası V.Mustafazadənin xatirə günü həm ev muzeyində, həm də yeni açılmış ekspozisiyada keçirilmişdir. Tədbirdə tanınmış caz ustaları ilə bərabər, gənc nəslin caz sevərləri də iştirak etmişdir. Foyedə təqdim olunan sərgidə yalnız V.Mustafazadə yaradıcılığı deyil, dünya caz sənətinin incilərindən də nümunələr nümayiş etdirilmişdir. Bu sərginin eksponatları həmçinin Respublika Sarayında Caz Azərbaycanda adlı sərgidə də nümayiş etdirilmişdir.

       Muzeyin ekspozisiyasında Azərbaycanın musiqi mədəniyyətini özündə ümumiləşdirən rəngarəng tədbirlərlə yanaşı, eyni zamanda dünya musiqi mədəniyyəti incilərinə də yer verilmişdir. Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycan-Rummıniya cəmiyyəti ilə birgə Rumın Musiqi Günü keçirmişdir. Azərbaycanın gənc musiqiçiləri çox böyük məharətlə Rumın musiqisini ifa etmişlər. Tədbirdə A.Zeynallı adına, Bülbül adına, G.Şaroyev adına musiqi məktəblərinin şagirdləri iştirak edirdilər. Tədbirdə Azərbaycanın bir çox görkəmli incəsənət xadimləri ilə yanaşı Rumınyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Təhsin Cəmil və səfirliyin digər nümayəndələri iştirak edirdilər.

       Musiqi mədəniyyəti tariximizə qızıl hərflərlə yazılan digər möhtəşəm bir tədbir Azərbaycan professional vokal məktəbinin banisi, SSRI Xalq Artisti, SSRI Dövlət Mükafatı laureatı professor Bülbülün sənətinə həsr olundu. Bu, Azərbaycan professional vokal sənətinin bayramı idi. Muzeyin yeni yaranmış ekpozisiyası vokal sənətində özünün kövrək addımlarını atan gənc musiqiçilərin sanki yarış meydanına çevrilmişdi. Bir-birindən maraqlı və rərgarəng musiqi nömrələri geniş tamaşaçı auditoriyasını valeh etmişdir. Tədbirdə Azərbaycanın tanınmış incəsənət xadimləri R. Behbudov adına Mahnı Teatrının ansambılı, Zamiq Əliyevin rəhbərliyi ilə Muğam Üçlüyü və görkəmli incəsənət xadimləri Sara Qədimova, Xuraman Qasımova, Cənəli Əkbərov, Gülyanaq və Gülyaz Məmmədovalar, Qərinə Kərimova, Adil Məlikov, Anar Şuşalı, Həsən Ənami və digər görkəmli şəxslər iştirak edirdilər. Bir ənənə olaraq muzeyin foyesində Azərbaycanın vokal sənətini özündə əks etdirən zəngin təribata məxsus olan s ərgi təşkil edilmişdir.

       Muzeyin ekpozisiyasında yeni səpkili, yeni çalarlı maraqlı bir tədbir keçirildi. Daima rəngərəng tədbirlər silsiləsi ilə respublika musiqi ictimaiyyətinin zövqünü oxşayan muzey bu dəfə öz ayditoriyasını elindən-obasından, vətənindən, doğmalarından ayrı düşmüş, qaçqın, köçkün, didərgin şairəmiz Bəsti Səfərqızına vermişdir. Muzey Aşıqlar birliyi və Məhsəti ədəbi məclisinin təşəbbüsü ilə şairə Bəsti Səfərqızının 60 illik yubileyini qeyd etmişdir. Bəsti xanım Aşıq Ələsgərin, Aşıq Alının vətəni, şer-sənət ocağı Göycə mahalında dünyaya göz açıb. Illərlə qəlbində yığılıb qalan sözləri Bəsti xanım taleyinə qaçqınlıq nəsib olduqdan sonra sədəf kimi sapa düzüb. Bəsti Səfərqızının vətən həsrəti, vətən niskli onun kövrək qələmindən vərəqlərə köçüb. Bəsti xanımın kövrək şerlərindən biri Ana Vətən, Can a Vətən şeri auditoriyanın ixtiyarına verildi. Bəsti Səfərqızının hələ işıq üzü görməyən, vərəqlərdə yığılıb qalan, saysız-hesabsız şerlər toplusu vardır. Bu yubileydə gör kəmli opera müğənnisi, xalq artisti Baba Mahmud oblu, tarzən Əlikram Hüseynov, opera müğənnisi Raziyyə Şirinova, Aşıq birliyinin üzvlərindən aşıq Azər, aşıq Ərkinaz, Anarə və Kamran Məmmədovlar və başqaları çıxış etdilər. Tədbirin ən yadda qalan epizodu Şuşa qaçqını, gözəl musiqi duyumuna malik olan, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin baş elmi işçisi Zinyət Süleymanovanın kamançada ifası oldu. Bu gözəl tədbir Şuşanın dağları xalq mahınsı ilə tamamlandı.

       Daima olduğu kimi bu il də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 18 sentyabr Üzeyir Musiqi gününü təntənəli surətdə qeyd etdi. Ancaq bu təntənədə dəyişən yalnız məkan idi, yəni muzey tədbiri filiallarda deyil, özünün yeni açılmış ekspozisiyasında qeyd edirdi. Muzeyə gələnləri foyedə bütün muzeyə yayılmış möhtəşəm Üzeyir musiqisi qarşılayırdı. Zalda Azərbaycanın musiqi ictimaiyyəti və Üzeyir sənətinin pərəstişkarları toplaşmışdır. Tədbir Şərqin məhəbbət simvolu olan Leyli və Məcnun operasından bir səhnə ilə başladı. Səhnə tanınmış opera müğənniləri, əməkdar artistlər Mənsum Ibrahimov və Nəzakət Teymurovanın ixtiyarına verildi. Tədbirdə Azərbacanın xalq artisti Əminə xanım Dilbazi, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Azər Rzayev, qocaman bəstəkar Məmməd Cavad, Şəfiqə Axundova, Azərbacan Dövlət Xor Kopellası, şairə Xuraman Vəfa və bir çox tanınnmış incəsənət xadimləri iştirak etmişdilər.

       Bu tarixi məkanda bir birindən maraqlı bitib tükənməyən tədbirlər silsiləsi keçirilməkdə davam edir. Lakin muzeyin musiqi mədəniyyəti tariximizə töhvələri yalnız müxtəlif kütləvi tədbirlərlə məhdudlaşmır. Bu baxımdan muzeyin fondu daha da zənginləşdirilmişdir. Buna S.Ələsgərovun, Ş.Axundovanın, H.Məmmədovun, E.Dadaşovanın, T.Titorenkonun materiallarını, M.Kərimov və Q.Qasımovun musiqi alətlərini və sairə bu kimi onlarca yeni alınmış arxivləri misal göstərmək olar.

       Fəaliyyət göstərdiyi müddət ərzində Azərbacanda olan bir çox şəxslər bu zəngin ekspozisiyanın qonağı olmuşlar. Buna misal olaraq Finlandiyadan olan bəstəkar Herman Regbergeri, Londondan Anna Zelkinanı, Amerikanın Oksford Universitetindən Con Bennehi, Həsən Şəfini, YUNESKO - nun nümayəndəsi F.Çayldı və bu kimi yüzlərcə hörmətli qonaqları əməkdaşlarımız Azərbacan musiqi mədəniyyətinin inciləri ilə tanış etmişlər. Bundan əlavə Azərbacan ali və orta ixtisas təhsili müəssisələrinin tələbə, məktəb və müəllim heyyəti ilə bərabər Azərbacanın bir çox sənət sahəsinin nümayəndələri də bu zəngin ekspozisiyanın qonağı olmuşlar.

       Muzeyə gələn qonaqların əksəriyəti rəy kitabına ekspozisiya haqqında öz dolğun təəssuratların qeyd etmişlər.

       Hal-hazırda ekpozisiyada olan musiqi alətlərinin səsləndirilməsi üzərində iş gedir. Geniş tamaşaçı kütləsini cəlb edən ekspozisiyada muzey əməkdaşları çalışır ki, bütün ekskursiyalar musiqinin müşayəti ilə keçirilsin. Məlum olduğu kimi, muzeyin Qədim milli musiqi alətləri ansamblı var. Əksər hallarda ekspozisiyada xarici və yerli qonaqlar üçün aparılan ekskursiyalar məhz bu ansamblın müşayəti ilə keçirilir. Dünya təcrübəsinə istinad edərək, muzey rəhbərliyi çalışır ki, ekspozisiyada olan dünya xalqlarının musiqi alətləri səsləndirilsin. Hal-hazırda bu layihə üzərində gərgin iş gedir. Əgər ekskursiya zamanı hər hansı bir bəstəkarın musiqisindən söhbət gedirsə, o zaman muzey əməkdaşları çalışır ki, həmin bəstəkarın hər hansı bir musiqisini fortepianoda və yaxud başqa bir musiqi alətində səsləndirsinlər. Təbii ki, bu zaman ekspozisiyanın musiqi alətləri ilə auditoriya arasında canlı ünsiyyət yaranır.

       Hal hazırda muzeyin ekspozisiyasında olan musiqi alətlərinin kompüter effekti vasitəsi ilə səsləndirilməsi üzərində iş gedir. Kompüter proqramının tamamlanması işi başa çatmaq üzrədir. Bu bizə imkan verəcək ki, muzeyə gələn qonaqları musiqi alətlərinin səslənməsi və onların ifa tərzi ilə tanış edək.

       Muasir elmi-texniki tərəqqinin nailiyyətlərinə əsaslanaraq, dünya standartlarına uyğun olaraq, ekspozisiyada nümayiş etdirilən Azərbaycan milli musiqi alətlərinin kompyuter vasitəsi ilə səsləndirilməsi əzmindəyik.

Hicran SADIQZADƏ

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page