ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
ÜZEYIR HACIBƏYOVUN
«LEYLI VƏ MƏCNUN» OPERASINDA
MUĞAM VƏ MILLI LAD UYĞUNLUĞUNUN BƏZI MƏSƏLƏLƏRI

Cəmilə HƏSƏNOVA
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AZƏRBAYCAN DILINDƏ
MUSIQIŞÜNASLIQ TERMINLƏRININ MÖVCUD VƏZIYYƏTI HAQQINDA

Elxan BABAYEV
ÜZEYIR HACIBƏYOVUN
«LEYLI VƏ MƏCNUN» OPERASINDA
MUĞAM VƏ MILLI LAD UYĞUNLUĞUNUN BƏZI MƏSƏLƏLƏRI

Cəmilə HƏSƏNOVA
ŞƏKININ TARIXI, MƏDƏNIYYƏTI
VƏ MUSIQI FOLKLORUNA BIR NƏZƏR

Səadət TƏHMIRAZQIZI
VIKTOR BELYAYEV
VƏ AZƏRBAYCAN XALQ MUSIQISI

Ellada HÜSEYNOVA
QARABAĞIN MUSIQI DÜNYASI.
MEHRALIYEVLƏR AILƏSI

Yusif VƏLIYEV

 


       IV şəklin ikinci hissəsində – Nofəlin xor ilə səhnəsi «Heyratı» zərbi-muğamı üzərində qurulub. Məlum olduğu kimi, «Heyratı» zərbi muğamının lad əsasını rast təşkil edir. Bu səhnənin musiqi materialı, demək olar ki, zərbi-muğamın bütün hissələrini əks etdirir və lya rast tonallığında səslənir.

       V şəkildə musiqi materialı şur və segah ladları üzərində qurulmuşdur. Lad keçidləri artıq girişdə səslənən «Arazbarı» zərbi-muğamının melodiyasına əsaslanan müstəqil orkestr epizodunda özünü göstərir. Belə ki, burada kənar hissələr mi şur, orta hissə fa diyez segah ladındadır. Bundan sonrakı epizodlar – Ibn-Səlamın ifasında «Osmanı» muğam hissəsi, Leyli və Ibn-Səlamın dueti mi şur ladına əsaslanır. Məcnunun şikayəti do diyez segahdadır. Növbəti muğam şöbələri – Leylinin ifasında «Xaric Segah» (sol diyez kökündə) səslənir. Leylinin ölümü səhnəsi bu muğamla müşayiət olunur.

       VI şəkildə şüştər ladı üstünlük təşkil edir. Belə ki, orkestr girişi və səhnəni tamamlayan xor mi şüştər ladındadır. Bu səhnədə Məcnunun və Zeydin dialoqu «Bayatı-Kürd» muğamına əsaslanır. Məcnunun Leylinin məzarı üstündə ölümü səhnəsində "Şuştər" muğamının «Tərkib» şöbəsi səslənir.

       Göründüyü kimi, operanın hər bir şəklində musiqi materialı müəyyən bir ladda başlanır, inkişaf nəticəsində bir neçə mərhələdən sonra digər bir lada keçir. Bu, muğamdan gələn inkişaf xusüsiyyəti olub, operanın musiqisinin dramaturji inkişaf xəttinin əsasını təşkil edir. Muğamların seçilməsində obrazların xasiyyətnaməsi mühüm şərt olsa da, muğam parçaları, orkestr, xor və ansambl epizodları əsas lad-tonal plan ətrafında birləşdirilir.

       Operanın musiqi dilinə gəlincə, qeyd etməliyik ki, əsər aydın və sadə musiqi dilinə malikdir. Lakin bu sadəlik arxasında nə qədər axtarışların və tapıntıların gizləndiyini izləyə bilərik. Burada ilk dəfə olaraq, xalq musiqisi bəstəkar yaradıcılığı komponentləri ilə qovuşdurulmuşdur. Belə ki, milli ladlara əsaslanmış melodiyalara harmonik vasitələr tətbiq edilmişdir. Bununla da milli ladlarla major-minor sisteminin sintezi yolunda mühüm addım atılmışdır.

       Musiqi dilinin milli xüsusiyyətlərindən danışdıqda, ilk növbədə, melodika nəzərdə tutulur. «Leyli və Məcnun» operasında melodika maraqlı lad quruluşuna malik olmaqla yanaşı, xüsusi qanunauyğunluqlara tabedir. Melodiyalar diatonik və bəzi hallarda səs sırası xromatizmə uğramış diatonik rast, şur, segah, çahargah, bayatı-şiraz, şüştər və humayun ladları əsasında qurulmuşdur. Belə nümunələrdən bir neçəsinə nəzər salaraq, melodiyanın əmələ gəlməsində milli lad qanunlarının rolunu araşdıraq.

       Proloqdan «Şəbi hicran» xorunun melodiyası «Mahur» təsnifindən alınmışdır. Melodiya mi tonikalı rast ladına əsaslanır. Onun quruluşunda ladın istinad pillələri mühüm əhəmiyyətə malikdir: xüsusilə tonika (rast ladının IV pilləsi7) – «mi», və tonikanın üst kvartası (VII pillə) – «lya» səsi.

Nümunə 1.

       Belə ki, birinci musiqi cümləsində tonika (mi) ilə üst tersiya (sol-diyez) arasında dalğavari hərəkət tonikada tamamlanır. Melodiyanın ikinci cümlədə VII pilləyə – lya səsinə istinad etməsi musiqi materialına bir qədər inkişaf gətirir, melodiyanın diapazonunu genişləndirir və enən hərəkətlə tonikaya qayıdılır. Klassik funksional sistem baxımından melodiya mi majorda harmonizasiya edilmişdir. Harmoniyada tonika və subdominanta funksiyaları əsas yer tutur. Bu plaqallıq melodiyanın quruluşu ilə bağlıdır. Belə ki, mi rast ladının tonikası və üst kvartası mi majorun tonikası və subdominantası ilə üst-üstə düşür. Bu uyğunluqdan bəstəkar harmonizasiyada istifadə edir.

       Rast ladına əsaslanan digər bir epizod IV pərdədən «Söylə bir görək» xorudur. Mi rast tonallığına əsaslanan melodiya üst tonikaya istinad edir. Qeyd edək ki, üst tonikaya istinad «Rast» muğamının «Irak» şöbəsi üçün səciyyəvidir. Melodiyanın üst tonika ətrafında qurulması ilə əlaqədar səssırasında xromatizmə yol verilir. Belə ki, «re» səsi – ladın sərhəd tonu yarımton yüksələrək (re diyez) üst tonikaya həll olunur və aparıcı tona çevrilir. Melodiyanın enən hərəkəti zamanı isə yenidən diatonik vəziyyətinə qayıdır (re bekar).

Nümunə 2

       Rast ladına əsaslanan melodiyaların sayını artırmaq da olar. Qeyd etmək istərdik ki, müxtəlif xarakterli bu melodiyalarda ümumi qanunauyğun cəhətlər özünü büruzə verdiyi üçün biz onların üzərində dayanmayaraq, bir neçə xüsusiyyəti qeyd edək. Rast ladının əsas istinad pillələri kimi melodiyalar tonika (IV pillə), üst kvarta (VII pillə), kvinta (VIII pillə) və üst tonika üzərində qurulur. Bu zaman alt kvartadan tonikaya doğru hərəkət və ya üst kvartadan aşağı istiqamətli sıçrayışlar və s. bu kimi gedişlər melodiyanın hərəkət formaları kimi diqqəti cəlb edir. Rast ladında yazılmış melodiyalar rastın tonikası ilə eyniadlı major tonallığında harmonizasiya edilir.

       Segah ladından istifadə melodikada maraqlı cəhətləri üzə çıxarır. I pərdədən Leyli və Məcnunun dueti do diyez segah ladına əsaslanır. Melodiyanın quruluşunda ladın üç istinad pilləsi əsas rol oynayır: Tonika (IV) – do diyez, əsas ton (II) – lya, əsas tonun kvintası (VI) – mi. Bu pillələrin qovuşması, həmçinin harmoniyanın özəyinə çevrilir. Nümunə 3

       Göründüyü kimi, melodiya lya majorda harmonizə olunmuşdur. Bu tonallıq segah ladının istinad pillələri ilə bağlı olaraq istifadə olunur. Melodiyada predyomlu hərəkət diqqəti cəlb edir. VI pillədən (mi) aşağıya doğru enən hərəkət segah ladında qurulmuş melodiyalar üçün səciyyəvidir. Instrumental müşayiətdə qammavari gedişlərdə səslərin xromatizmi özünü göstərir: məsələn fa diyez – fa bekar xromatizmi (VIIb) segah ladı üçün xarakterikdir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page