ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AZƏRBAYCAN DILINDƏ
MUSIQIŞÜNASLIQ TERMINLƏRININ MÖVCUD VƏZIYYƏTI HAQQINDA

Elxan BABAYEV
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AZƏRBAYCAN DILINDƏ
MUSIQIŞÜNASLIQ TERMINLƏRININ MÖVCUD VƏZIYYƏTI HAQQINDA

Elxan BABAYEV
ÜZEYIR HACIBƏYOVUN
«LEYLI VƏ MƏCNUN» OPERASINDA
MUĞAM VƏ MILLI LAD UYĞUNLUĞUNUN BƏZI MƏSƏLƏLƏRI

Cəmilə HƏSƏNOVA
ŞƏKININ TARIXI, MƏDƏNIYYƏTI
VƏ MUSIQI FOLKLORUNA BIR NƏZƏR

Səadət TƏHMIRAZQIZI
VIKTOR BELYAYEV
VƏ AZƏRBAYCAN XALQ MUSIQISI

Ellada HÜSEYNOVA
QARABAĞIN MUSIQI DÜNYASI.
MEHRALIYEVLƏR AILƏSI

Yusif VƏLIYEV

 




       Günlərin birində Bakı Dövlət Universitetinin dissertantı Iradə Abdullayeva adında gənc bir xanım mənə müraciət edib onun dissertasiyasına opponentlik etməyimi arzuladı. «Iradə xanım, axı mən filoloq deyiləm» – cavabını verəndə, o cilidlənmiş dissertasiya işini mənə uzadıb – «əsər bilavasitə sizin peşənizlə bağlıdır» – dedi. Dissertasiyanın titul vərəqində belə yazılmışdı: «Azərbaycan dilində musiqişünaslıq terminlərinin leksik-semantik və struktur təhlili».

       Musiqişünaslıq elminin bəlkə də ən böyük və aktual probleminin filoloqlar tərəfindən həll edilməsi cəhdi məni təəccübləndirdi və təbii ki, maraqlandırdı. Bu vaxtadək terminologiya ilə yalnız böyük bəstəkar, dirijor, musiqişünas alim Əfrasiyab Bədəlbəyli məşğul olmuş və «Izahlı monoqrafik musiqi lüğəti» nəşr etdirmişdir.1 Lakin bu lüğətin taleyi o qədər də uğurlu olmamışdır. 1960-70-ci illərdə musiqi nəzəriyyəsi elminə rəhbərlik edən rus dilli ziyalılar onun əhəmiyyətini lazımınca qiymətləndirə bilməyib, sadəcə diqqətsiz buraxdılar. Terminoloji dilini sistemləşdirməyə cəhd göstərməyən (bəlkə də sadəcə tənbəllik edən) bir sıra müəllimlər isə dəhlizlərdə kitabı tənqid etməkdən belə çəkinmədilər. Iş o yerə çatdı ki, lüğətin müəllif tərəfindən yenidən işlənib genişləndirilmiş variantı heç nəşr də edilmədi. Bunun daha bir səbəbi bəstəkarın səhhətilə əlaqədar sovet dövründə kitab nəşri ilə bağlı olan səddləri keçə bilməməsi oldu. Vəssalam. Terminoloji lüğətimizin sis temləşməsi yolunda atılan tutarlı addımlar bununla da tamamlandı.

       Məlum olduğu kimi, termin elmin, texnikanın və ya incəsənətin müəyyən sahəsinin konkret anlayışlarını, inkişaf proseslərini dəqiq ifadə edən söz və ya söz birləşmələrinə deyilir. Musiqi elminin terminologiyası onun canlı icrasının konkret sözlərlə ifadəsidir. Bu sənətdə atılan hər bir uğurlu addım, tapılan orijinal harmonik birləşmələr, melodiya, struktur, forma yenilikləri terminoloji ifadəsini tapmalıdır. Beləliklə, sistemləşdirilmiş terminoloji lüğəti olmayan elm sahəsini, ümumiyyətlə, elm adlandırmaq çətindir.

       Musiqi elmi mövcud olandan onun Şərq və Qərb alimləri tərəfindən təfsiri də özünə yer tapıb. Baş verən eyni proseslərə belə müxtəlif nöqteyi-nəzərdən yanaşma, zaman keçdikcə Şərq və Qərb musiqi elminin başqa-başqa yollarla irəliləməsinə səbəb olub. Buna görə də Şərq və Qərb musiqi aləmi bir-birinə bənzəmədiyi kimi, onların musiqi elmi və təbii ki, terminoloji dili də müxtəlifdir.

       Şərq mədəniyyətinin bir parçası olsa da Azərbaycan musiqisinin inkişaf yolları mürəkkəb və ziddiyyətli olmuşdur. XX əsrin əvvəllərinədək şifahi ənənəli musiqi mədəniyyəti olan xalqımız Şərqin incisi olan muğamları və türk dünyasının ümumi sənəti – aşıq yaradıcılığını peşəkar musiqisi hesab etmişdir. Lakin XX əsrin ilk onilliyindəcə Azərbaycan musiqisi ümumavropa mədəniyyətinin magistral yoluna qoşulub, Üzeyir bəy dühası sayəsində, haradasa 30 il ərzində üç əsrlik sənət yolunu keçə bilmişdir. «Leyli və Məcnun»dan «Koroğlu»ya qədər dövrü əhatə edən zaman ərzində Şərq dünyasından təcrid olunan Azərbaycan musiqisi rus musiqiçilərinin bilavasitə təsiri altında formalaşmış, bəstəkarlıq və ifaçılıq məktəblərini yaratmışdır. Müasir musiqimizin patriarxı Ü.Hacıbəyovun təşəbbüsü ilə Xalq Maarif Komissarlığı Moskva və Peterburq konservatoriyalarından bir qrup professor dəvət etmiş, onlar da öz növbələrində Azərbaycanın XX əsr professional musiqi təhsilini qurub yaratmışl ar.

       Üzeyir bəy musiqimizin bütün sahələrinin memarı olmuşdur. O, Azərbaycan muğamlarını, onların şöbə və guşələrini yenidən formalaşdırmış, musiqi məktəbləri üçün tədris proqramları yaratmışdır. Iki mədəniyyətin – Şərq və Qərb mədəniyyətlərinin toqquşduğu bir tarixi zamanda, təbii ki, heç bir proses əvvəlki yerində qala bilməzdi. Xalq musiqimizin nota salınması, öyrənilməsi və gələcəkdə bəstəkarlarımız tərəfindən örnək kimi istifadə edilməsi onların bütün dünya üçün aydın olan bərabər temperasiya sisteminə keçməsi nəticəsində mümkün ola bilərdi. Bunun üçünsə bütün mövcud xalq çalğı alətlərimiz rekonstruksiya edilməli, not sisteminə uyğunlaşdırılmalı idi. Böyük bəstəkarın rəhbərliyi altında həyata keçirilən bu mürəkkəb proses gələcəkdə Şərqdə notla çalan ilk xalq çalğı alətləri orkestrinin yaranmasına, milli musiqi irsimizin – mahnı və rəqslərin, muğamların, aşıq havalarının nota salınmasına, onların tədqiqat obyektinə çevrilməsinə imkan yaratdı. XX əsr milli musiq işünaslıq elmimizin banisi Ü.Hacıbəyov bu yolla bəstəkarlıq məktəbimizin xalq musiqisi zəminində yaranmasını və inkişafını təmin etdi.

       Digər tərəfdən Bakı konservatoriyasına dəvət olunmuş görkəmli rus professorları Ümumavropa mədəniyyətilə birlikdə musiqi sənətinin terminlərini də gətirirdilər. Onlar eyni zamanda terminlərin bir qrupunu, xüsusilə alət adlarını (skripka, valtorna, truba və s.) rus dilində tələffüz edirdilər. Avropa mədəniyyətilə qarşılaşan, ona qaynayıb-qarışmaq arzusunda olan hər bir Şərq xalqının belə müxtəlif dillərin qarışığından əmələ gəlmiş terminoloji lüğətinin formalaşması, bizcə, təbii haldır. Bundan əlavə, məlum musiqi terminləri, əsasən, italyanca olsa da digər Avropa xalqlarının dilində dəyişikliyə uğrayır, təhrif edilir və bu şəkildə də Şərq xalqlarının musiqisinin terminoloji dilinə düşür: məsələn, rus təhsilli musiqiçilər «do major», ingilis dilində danışanlar həmin qammaya «do meycor» deyirlər. Eyni zamanda Şərq ölkələrinin musiqiçiləri də təhsil gördükləri dillərdə öyrəndikləri terminləri öz dillərinə uyğun dəyişib (təbii ki, təhrif edib) şagirdlərə çatdırırla r.

       Məlumdur ki, 1930-cu illərin sonundan, yəni Ü.Hacıbəyovun konservatoriyadakı rektorluq fəaliyyəti zamanından, başlayaraq fitri istedada malik olan Azərbaycan musiqiçiləri təhsillərini Moskvanın və Peterburqun ali məktəblərində davam etdirirlər. Əvvəlcə Q.Qarayev, C.Hacıyev, T.Quliyev, Z.Bağırov daha sonra onlarca pianoçu, bəstəkar, musiqişünas, orkestr ifaçıları Rusiyanın aparıcı konservatoriyalarının məzunları olurlar. Vətənə qayıdıb pedaqoji fəaliyyətlə məşğul olan bu musiqiçilərin hər biri, bir növ, özünün terminoloji lüğətini yaradır – yəni dərs prosesində vaxtilə özünün öyrəndiyi terminləri bildiyi kimi Azərbaycan dilinə tərcümə edir. Beləliklə, xaricdə təhsil almış müəllimlərin sayı artdıqca «şəxsi lüğət»lərin də qədəri çoxalır.

       Konservatoriyada təhsil aldığım zaman daha bir vəziyyətin şahidi olmuşam. Mənə D.X.Danilov, E.M.Nikomarova rus dilində dərs deyiblər. Lakin öz-özümə qarşı çıxsam da etiraf etməliyəm ki, bəlkə də, bu şəxslər ən yaxşı müəllimlərimdən biri olublar. Onların öyrətdiyi çox şeylər indi də əlimdən tutur, köməyim olur.

       1980-ci illərin sonunadək davam edən belə vəziyyətdən bəstəkarlar, ifaçılar heç bir zərər görmür, əksinə, faydalanırdılar. Bəlkə də o zaman üçün belə təhsil metodu daha əlverişli idi. Bütün sovet respublikaları üçün ümumi olan rus dilində gözəl danışıb yazmaq o zaman musiqiçiyə və ələlxüsus musiqişünasa böyük üstünlük verirdi. 70-80-ci illərdə musiqişünaslıq üzrə Bakıda müdafiə şurası yox idi. Müdafiə üçün ya qonşu Zaqafqaziya respublikalarının ali təhsil ocaqlarına, ya Orta Asiya ya da mərkəzi konservatoriyalara üz tutmaq lazım idi. Azərbaycan dilində təhsil görmüş musiqişünaslara birdən-birə rus dilində dissertasiya yazmaq çətindi. Etiraf etməliyəm ki, Moskva konservatoriyasında dissertasiya uzərində çalışdığım ilk il mənim üçün çox ağır oldu. Lakin onu da etiraf etməliyəm ki, böyük alim professor V.N.Xolopovanın tələbəsi olmaq səadətini mənə qismət etdiyi üçün taleyimə borcluyam. Yəni hər çətinliyin bir müsbət tərəfi də olur. Rus dilini yaxşı bilmək böyük b ir regionun musiqi mədəniyyətinə, elminə qaynayıb qarışmaq imkanı yaradır. Amma bu o demək deyil ki, alim öz dilini bilməməli, yalnız «ikinci ana dili»ndə danışmalı, yazı yazmalıdır. Görəsən Azərbaycan musiqişünasları niyə belə bir asılı vəziyyətə düşmüşdülər. Niyə musiqişünaslıq elmi üzrə respublikamızda müdafiə şurası yox idi. Səbəb çox idi. Əvvəla Azərbaycanda musiqişünaslıq elmi üzrə bircə nəfər də olsun elmlər doktoru yox idi. Niyə Orta Asiyada və qonşu Zaqafqaziya respublikalarında sənətşünaslıq doktorları fəaliyyət göstərdikləri halda Azərbaycanda ilk doktor yalnız 80-ci illərin sonunda yetişdi? Bizə müəllimlik etmiş rus və yahudi musiqiçilərinin xatirəsini əziz tutmaq naminə bu incəliyi açıqlamaq istəməzdik. Əsas məsələ budur ki, bu gün musiqişünaslıq elmimizdə səkkiz elmlər doktoru fəaliyyət göstərir. Şübhə yox ki, bu hələ hər şeyin başlanğıcıdır. Ona görə başlanğıcdır ki, musiqiçi ziyalılarımızın böyük bir qismi öz ana dilində bu gün yenidən dil açır. Onu da deyim ki, bu proses, hər halda musiqi a ləmində sürətlə davam edir. Ömründə Azərbaycan dilində bircə kəlmə danışmayan musiqişünaslar ana dilində məruzələr edir, hesabat verirlər. (Adamın ürəyi lap dağa dönür!) Cəmi 10 il əvvəl «mən dövrün, zamanın məhsuluyam, bundan sonra dilimi dəyişəsi deyiləm ki,…» deyənlər bu gün ana dilində danışmağın lazım olduğunu anlaya biliblər.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page