ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN MILLI ADƏT
VƏ ƏNƏNƏLƏRININ BƏDII-ESTETIK MAHIYYƏTI

Ilqar HÜSEYNOV
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN-FRANSA MƏDƏNI
ƏLAQƏLƏRI INKIŞAF EDIR

.
TOTALITAR MƏDƏNIYYƏT VƏ MUSIQI
Şahnəzər HÜSEYNLI,
Nərgiz KƏRIMOVA

«RAST»
musiqili-bədii filminin ssenarisi

Rauf NAĞIYEV,
Oqtay RƏCƏBOV

AZƏRBAYCAN MILLI ADƏT
VƏ ƏNƏNƏLƏRININ BƏDII-ESTETIK MAHIYYƏTI

Ilqar HÜSEYNOV
LIRIK XALQ MAHNILARININ BƏDII-ESTETIK XÜSUSIYYƏTLƏRI
Naibə RZAYEVA

 




       Milli adət və ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sistemindəki rolunun tədqiqi həmişə aktual olmuşdur. Çünki milli adət və ənənələr tarixin bütün mərhələlərində ictimai-mədəni tərəqqinin əsas göstəricisi kimi nəzərə çarpmışdır. Cəmiyyət inkişaf etdikcə adət və ənənələr də ayrı-ayrı quruluşların ictimai-siyasi xüsusiyyətlərinə bu və ya digər formada inteqrasiya etmişdir. Buna görə də hər bir ictimai-siyasi quruluş həm bütövlükdə adət və ənənələrə, həm də onun mənəvi-bədii dəyərlərinə öz möhürünü vurmuşdur. Cəmiyyət dəyişdikcə adət və ənənələr də təkmilləşmiş, millətin, xalqın yaradıcılıq nümunələrini yaşatmış, nəsildən-nəsilə ötürülmüşdür. Yeni yaranan hər bir mənəvi dəyər isə tarixi ənənələrimizin varisi kimi təşəkkül tapmışdır. Bu səbəbdən də bütün dövrlərin adət və ənənələrində baş verən yeniliklərin, istiqamətlərin öyrənilməsinə, əldə olunan tarixi təcrübənin müasir sənətşünaslıq və kulturologiya elmlərinə şamil edilməsinə böyük ehtiyac vardır .

       Bildiyimiz kimi, uzun illər ərzində öz müstəqilliyini itirmiş Azərbaycan xalqının bir çox milli-mənəvi dəyərləri deformasiyaya məruz qalmış, tarixin yalnız şifahi yaddaşına çevrilmişdir. Keçmiş Sovet dövlətinin kommunist ideoloji mühiti isə dini-milli adət və ənənələrimizin öyrənilməsinə və təbliğinə qadağalar qoymuşdur. Yeni adət və ənənələr adı altında əsasən soçialist həyat tərzinin mahiyyətini və məzmununu ifadə edən ideoloji, siyasi xarakterli mənəvi cəhətlər diqqət mərkəzinə çıxarılmışdır. Sözsüz ki, xalqımıza, onun milli xüsusiyyətlərinə və iradəsinə uyğun olmayan cəhətlər də hakim zümrələr tərəfindən bədii sənət aləminə diqtə edilmişdir. Xüsusilə Sovet məkanında mədəniyyət və incəsənət kommunist əxlaqı prinsiplərinin emosional vasitələrinə çevrilmişdir. Mədəni inkişafın sosialist realizmi metoduna, üslubuna uyğunlaşdırılmasına üstünlük verilmişdir. Ancaq bu dövrdə də Azərbaycan sənətkarları tarixi varislik prinsipindən imtina etməmiş, milli-ənənəvi key fiyyətləri müasirləşdirməyi, onları mənəvi stimula çevirməyi bacarmışlar. Yəni mədəniyyət və incəsənət ənənəvi olaraq bədii-estetik mahiyyətini itirməmiş, keçmiş irsimizin tarixi təcrübəsindən bəhrələnə bilmişdir. Təbii ki, bu bəhrələnmə əsasən empirik anlayışlarda daha çox nəzərə çarpmış, cəmiyyətin siyasi, ideoloji baxışlarına uyğun olaraq yanaşılmışdır. Xüsusilə, sənətşünaslıq və mədəniyyətşünaslıq elmləri sahəsində tarixi-ənənəvi təcrübənin nəzəri problemlərinin öyrənilmə metodları sosializm realizmi metodları ilə yanaşma tərzi ilə məhddulaşdırılmışdır. Bu da mədəni-mənəvi təkamülün tədqiqinin ideoloji baxışlara uyğunlaşdırılmasına təminat yaratmışdır. Halbuki, hələ vaxtilə V.Plexanov incəsənətin estetikası və sosiologiyanı şərh edərək estetik zövqün və estetik qiymətləndirmənin tarixiliyini xüsusi olaraq qeyd etmişdir.

       Azərbaycan mədəniyyəti və incəsənəti hələ qədim daş dövründən başlayaraq bəşər tarixinin bütün ictimai, siyasi, bədii-estetik xüsusiyyətlərini özündə əks etdirir. Pedaqoq-kulturoloq alim Ələkbər Məmmədovun təbirincə desək, «Milli adət və ənənələr, mərasimlər xalqımızın milli sərvətidir. Onları öyrənmək, öz əməli fəaliyyətlərində ləyaqətlə yaşatmaq hər bir tədris tərbiyə müəssisəsinin, hər bir azərbaycanlının müqəddəs borcudur».

       Filoloji, tarixi-etnoqrafik və fəlsəfi ədəbiyyatlarda adət və ənənələrin sosial-mədəni mahiyyəti qismən qeyd olunmuşdur. Xüsusilə, sovet alimləri adət və ənənələrin elmi-mədəni mahiyyətini marksist-leninçi metodlarına uyğun olaraq təhlil etmiş, onların əhəmiyyətini məhdud şəkildə dəyərləndirmişlər. Azərbaycan alimlərindən O.Abdullayev «Sosial fəallıq və yeni adət-ənənələr», F.Xəlilova «Adət və ənənələr», A.Nəbiyev «El nəğmələri, xalq oyunları», R.Əfəndiyev «Azərbaycan xalq sənəti», B.Qurbanov «Mənəvi saflıq dünyası», Q.Cavadov «Azərbaycanda el köməyi adətləri», R.Ağayev «Azərbaycanda bədii xalq yaradıcılığı», A.Şükürov «Islam, adət və ənənə», M.Səttarov «Din ayinlər və xalq adətləri haqqında» adı altında yazdıqları kitablarda adət və ənənələrin elmi-mədəni mahiyyətinə ötəri də olsa nəzər yetirmişlər.

       Sənətşünas Mübariz Süleymanov «M.Ə.Rəsulzadə və Azərbaycan mədəniyyəti» adlı namizədlik dissertasiyasında həmin dövrün mahiyyətini şərh edərək yazmışdır: «Türk xalqlarını bir-birindən təcrid etmək, ictimai fikirdə bu xalqların qədimliyinin möhkəmlənməsinə imkan verməmək sovet ideologiyasının də başlıca cəhətlərindən idi».

       Məhz elmə, mədəniyyətə qarşı ideoloji yanaşma elmi təhlildə qeyri-obyektiv münasibətlər doğurmuş, adət və ənənələrin bədii-estetik əhəmiyyətini, milli-tarixi, təcrübi mahiyyətinin öyrənilməsini məhdudlaşdırmışdır.

       Hazırkı dövrdə milli adət və ənənələrinin bədii-estetik mahiyyətinin öyrənilməsinə, sənətşünaslığın müasir tələblərinə uyğun olaraq milli mentalitetlə bədii-emosional xüsusiyyətlərin vəhdətinin tədqiqinə böyük ehtiyac vardır.

       Azərbaycanın mədəniyyət və incəsənəti qədim tarixi köklərə malik olduğundan bəşəri təkamülün bütün mərhələlərində ənənəvi milli yaradıcılıq prinsipləri qorunub saxlanılmış, sənətin müasir mərhələsində də varislik amili öz əhəmiyyətini itirməmişdir. Lakin incəsənətin adət və ənənələrlə qarşılıqlı əlaqələrinin öyrənilməsinə müəyyən obyektiv səbəblərə görə az diqqət yetirilmişdir. Azərbaycanda bədii-emosional yaradıcılığın milli-ənənəvi cəhətlərinin mahiyyəti rus mədəniyyətşünaslığı və sənətşünaslığı fonunda kiçildilmiş, «beynəlmiləlçi» mədəniyyətin təbliği və inkişaf etdirilməsi adı altında ayrı-ayrı xalqların milli-etnik, dini-rasional xüsusiyyətlərinin tədqiqinə az diqqət yetirilmişdir. Rus alimlərindən L.M.Uqrinoviç, V.Zots, A.S.Vıqodskiy, P.S.Quryeviç, M.S.Kaqan, I.N.Krotova, A.A.Leontyev, Y.I.Smirnova və başqaları marksizm-leninizm metodologiyasına uyğun olaraq mədəniyyətin və incəsənətin elmi mahiyyətini və tarixi köklərini tədqiqi edərkən mövcud quruluşun ideoloji tələblərindən kənara çıxa bilməmişlər. Eyni zamanda onların kulturologiya sahəsində apardıqları tədqiqatlar da rus adət və ənənələri, sosializm realizmi məkanı daxilində öz həllini tapmışdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page