ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
TOTALITAR MƏDƏNIYYƏT VƏ MUSIQI
Şahnəzər HÜSEYNLI,
Nərgiz KƏRIMOVA
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN-FRANSA MƏDƏNI
ƏLAQƏLƏRI INKIŞAF EDIR

.
TOTALITAR MƏDƏNIYYƏT VƏ MUSIQI
Şahnəzər HÜSEYNLI,
Nərgiz KƏRIMOVA

«RAST»
musiqili-bədii filminin ssenarisi

Rauf NAĞIYEV,
Oqtay RƏCƏBOV

AZƏRBAYCAN MILLI ADƏT
VƏ ƏNƏNƏLƏRININ BƏDII-ESTETIK MAHIYYƏTI

Ilqar HÜSEYNOV
LIRIK XALQ MAHNILARININ BƏDII-ESTETIK XÜSUSIYYƏTLƏRI
Naibə RZAYEVA

 


Q.Qarayev və H.Hacıyev "Vətən operasından"
Aşıqğın Stalin haqqında mahnısı.

Bizim eldə məclislərin söhbətisən, sazısan
Sənsən bizə hər hikməti başa salan, Stalin
Azərbaycan torpağının baharısan, yazısan
Bəzəmisən yurdumuzu al qumaşa, Stalin
Əqlin günəş, geniş qəlbin oxşar aydın səhərə
Sən bizləri çıxarmısan döyüşlərdən zəfərə
Aşıq deyir el adından, alqış böyük rəhbərə
Dünyalarca ömr eyləyib, yaşa, Stalin



       Məzmundakı servilistcəsinə yarınmaq vurğuları və «təşbihləri» ilə bədii tutuma gətirilməyən bu mətni öz ritorikasına görə hər hansı tanınmış liderə və rəhbərə müncər etmək olar. Mətndə Stalinin şəxsi, fərdi, ekzistensial keyfiyyətlərinə heç bir işarə də yoxdur. Onun adı çəkilməklə və ona müraciətlə tarixi yeri də müəyyən olunmamışdır. Sadəcə olaraq bu rəhbər adının rədif kimi işlənib özündən əvvəl gəlmiş «başa», «alqumaşa», «yaşa» qafiyələri ilə bağlanması formal xarakter almışdır. Mətndə Stalinin şəninə sözlər deyilsə də, onun rəhbər obrazı yaradılmamışdır. Onun əvəzinə, «məclislərin söhbəti, sazı», «hikməti başa salan», «Azərbaycan torpağının baharı, yazı», «Əqlin günəşi», «bizi zəfərə çıxaran» və b. bənzətmələr rəhbərin ritorik obrazını yaratmasa da, mətndə sadəcə adının çəkilməsi rəhbərin şəni ilə «assosiasiya» yaradır. Buna baxmayaraq, bu mətn totalitar bir mahnının musiqi pafosuna gətirilmişdir. Əlbəttə, burada bəstəkarların melodiyaları xüsusi tərənnüm rolunu oynamışdır. Bu missiyanı poe ziya da yaxşı yerinə yetirirdi.

       1953-cü ildə Stalinin ölümü münasibətilə Səməd Vurğunun yazdığı şerin total patetikası kommunizm ideyalarına sədaqət şüarı kimi səsləndi:

Stalin ölməmiş! Hünər ölərmi?
Dünyanın qəlbində alışıb yanan,
Şəfəq sütunları ərşə dayanan
Bir düha günəşi sönə bilərmi?
Stalin ölməmiş! O heç ölərmi!
…Zaman yaşadıqca Stalin sağdır,
Stalin ömrünü bizim ömrümüz
Nəsildən-nəsilə uzadacaqdır!
Gəlin, sinə gərək bu qəm dağına…
Böyük kommunizmin al bayrağına
Stalin eşqinə and içək ki, biz
Daha da sıxlaşsın cərgələrimiz!

       Xatırladaq ki, sovet himnoqrafiyasında müqəddəslərin müqəddəsi kimi təqdim edilən Stalinin kultu öz yerini onun vəfatından az sonra partiyanın kultuna verdi.

       Sovet himnoqrafiyasında ön plana kommunizm ideyalarının carçısı kimi «Partiya bizim sükançımızdır» mövzusu keçdi. Bu ritorik deviz gözlənilməz bir ovqat yaratdı. Sovet kütləvi musiqisində dövlətin bayram melodiyaları fasadını yaratmış mahnı-şüarlar, mahnı-plokatlar yeni əhval ruhiyyə meyarlarında qəbul edilməyə başladı. Rəsmi musiqidə təbəddülatlar baş verdi. Sovet musiqi arealında bir-birinə zidd istiqamətlər peyda oldu. Senzuradan kənar Bulat Okucavanın, Qaliçin, Vısotskinin və b. «gitara poeziyası» yeni şair-müğənnilər yaratdı. Belə bir zamanda mahnı yaradıcılığında ideokratiyanın rəsmi təbliği üçün müxtəlif yaradıcılıq təşkilatlarının köməyi və iştirakı ilə müsabiqələr, simpoziumlar, konfranslar və s. tədbirlər keçirilirdi. Bu tədbirlər sənətkarların «oxunan kodeks» çərçivəsində fəaliyyətlərini yenə də kommunizm ideyalarının tərənnümünə yönəldir, onları vətən, partiya, komsomol və s. totalitar anlayışları identikləşdirilməsinə sövq edirdi. Bu ideya cəbhəsində Azərbaycan bəstəkarlarının ideo kratik pafoslu əsərləri də ideya-siyasi tərbiyə işində mühüm rol oynayırdı. Bu baxımdan Qara Qarayevin «Sülh haqqında pioner mahnısı», S.Ələsgərovun «Oktyabr» mahnısı, M. Mirzəyevin «Salam, kommunizmin doğan günəşi», R. Hacıyevin «Gəncliyimiz», T.Quliyevin «Lenin ordenli Bakı», A.Rzayevin «Kommunizmə gedən yollar» və s.b.k. professional bəstəkar rübabından çıxmış əsərlərdə ideokratiyanın tərənnümü nümunələri öz estetik rolunu oynamışdır.

       Keçək misallara. 1956-cı ildə S.Ələsgərov Rəsul Rzanın inqilab haqqında yüksək pafoslu sözlərini «Oktyabr mahnısı» adlı əsərində musiqi melodiyası ilə estetikləşdirmişdir. Mahnının musiqi ilə sintezə gətirilmiş mətnində ideyaların «Oktyabr», «Avrora», «çiçəklənən Vətən», «azad insan», «Leninizm», «günəşli yol» və s.b.k. söz-anlayışlar vasitəsilə assosiasiyaya gələn məzmunu dinləyicinin dünyaduyumunu, dünyabaxışını onlarda vurğulanan məna-məqamlarla eyniləşdirir, identikləşdirir. Melodiyanın proqram dəst-xəttinə daxil edilmiş şerdə oxuyuruq:

Mus. S.Ələsgərov söz. Rəsul Rza.
"Oktyabr mahnısı"

Əlimizdə kommunizmin bayrağı
Qarşımızda Leninizmin mayakı
Bizik sülhün sarsılmayan dayağı
Günəşlidir, baharlıdır yolumuz.
Oktyabr səhərindən yadigar,
Çiçəklənən Vətənim var, elim var.

       Göründüyü kimi, Azərbaycan şairi və bəstəkarı yuxarıdan planlı surətdə göndərilən və total təsir dairəsinə salınan, kollektiv şüurun ümumi ünsürləri olan ideyaları sözün və musiqinin qüdrəti ilə universal siyasi emosiya məcrasına salmışlar. Təbiidir ki, belə bir kollektiv əhval-ruhiyyənin tərənnümünə sovet dövründə şair və bəstəkar öz «Mən»ini ön plana çəkə bilməzdi. V.Mayakovski demişkən, burada tək, vahid olan heçdir, sıfırdır.

       Bəstəkar M.Mirzəyev də öz növbəsində kommunizm siyasi-totalitar mədəniyyətinə öz töhfəsini vermiş və zamanın melodik nəbzini tutmaqdan kənar qalmamış və qala da bilməzdi. O, Hikmət Ziyanın sözlərinə yazdığı «Salam, kommunizmin doğan gönəşi» mahnısının mətnindəki pafosu hələ keçən əsrin 80-ci illərində kommunist partiyasının, sovetlər ölkəsinin, kommunizmin, Leninin şəninə həsr etmiş, həmin anlamların totalitar-siyasi mündərəcəsinin əbədi, dəyişilməz bir fenomen kimi melodik təfsirini vermişdir. Bəstəkar mahnının aşağıdakı parçasını xüsusi melodik vurğuya salır və bununla da həmin hissədə ifadə tapmış söz-anlayışlarla dinləyicilərin siyasi ovqatını tipikləşdirməyə səy göstərir:

Mus. M.Mirzəyev, söz. Hikmət Ziya.
"Salam, kommunizmik doğan günəşi"

Partiya deyir bizə
Sovetlər ölkəsinə
Əbədi fəsil gəlir –
Kommunizmin baharı.
Solmaz güllər bitirən
Böyük günlər gətirən
O baharı görəcək
Leninin övladları.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page