ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
TOTALITAR MƏDƏNIYYƏT VƏ MUSIQI
Şahnəzər HÜSEYNLI,
Nərgiz KƏRIMOVA
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN-FRANSA MƏDƏNI
ƏLAQƏLƏRI INKIŞAF EDIR

.
TOTALITAR MƏDƏNIYYƏT VƏ MUSIQI
Şahnəzər HÜSEYNLI,
Nərgiz KƏRIMOVA

«RAST»
musiqili-bədii filminin ssenarisi

Rauf NAĞIYEV,
Oqtay RƏCƏBOV

AZƏRBAYCAN MILLI ADƏT
VƏ ƏNƏNƏLƏRININ BƏDII-ESTETIK MAHIYYƏTI

Ilqar HÜSEYNOV
LIRIK XALQ MAHNILARININ BƏDII-ESTETIK XÜSUSIYYƏTLƏRI
Naibə RZAYEVA

 


       Yeri gəlmişkən onu da yada salaq ki, V.I.Lenin özünün «Yevgeni Potye» və «Almaniyada fəhlə xorlarının inkişafı» məqalələrində «sosializmin mahnı vasitəsilə təbliğatı» haqqında geniş bəhs etmişdir. Lakin əslində, əgər təbliğat – «görüşlərin, ideyaların, təlimlərin, biliklərin izah olunmasıdır»sa (S.I.Ojaqovun lüğəti), onda mahnı, musiqi melodiyası öz-özlüyündə heç bir ideyanı təbliğ etmir. Onun siyasi-totalitar – yuxarıda qeyd etdiyimiz kimi, - ideyaları izah etməsi deyil, əksinə, onların düzgünlüyünə inamı təlqin etmə əsasdır.

       A. Soljenitsın «Arxipelaq QULAQ» əsərində «Nə oxuyarsan – ona da inanarsan» kimi aforizm yaratmış və belə bir sual qoymuşdur: nə üçün «siyasi rəhbərlik» belə əqidədədir ki, «məhz xor birinci dərəcəli tərbiyəvi əhəmiyyət daşıyır». Çünki rəhbərlik çətin ola bilsin ki, musiqinin psixologiyasını öyrənmişdir, lakin o, görünür, musiqinin insan şüuru və iradəsi üzərində ecazkar hakim kəsilməsi haqqında yaxşı xəbəri var. Musiqinin insan üzərində hökmranlığını böyük Tolstoy dərindən duymuş və bu hissini belə ifadə etmişdir: «…Musiqi dəhşətli şeydir. Musiqi məni özümü, öz həqiqi vəziyyətimi unutmağa vadar edir, o məni nə isə başqa, özümünkü olmayan vəziyyətə aparır: musiqinin təsiri ilə mənə elə gəlir ki, hiss edə bilmədiklərimi hiss edirəm, başa düşmədiklərimi başa düşürəm, edə bilmədiklərimi edə bilirəm… Çində musiqi dövlət işidir. Bu belə də olmalıdır. Məgər imkan vermək olarmı ki, hər kəs, kim istəyirsə, biri digərini və çoxlarını gipnoz eləsin və sonra nə istəsə onunla etsin». Bəli Tolstoy dolayısı olaraq musiqinin təsirini «şüurun özgələşməsi» kimi anlamışdır.

       Böyük yazıçının bu dahiyanə zənni bolşeviklərin və başqa totalitar partokratların, dövlət təsisatlarının musiqi siyasəti və idealoji mədəniyyət təcrübəsilə tamamilə təsdiq olunmuşdur: musiqinin kütləvi janrları, xüsusilə mahnı forması onlar tərəfindən ictimai psixikanı manipulyasiya etmək üçün istifadə olunurdu.

       Oktyabr çevrilişinin baş verdiyi Rusiyada əvvəllər rus siyasi mahnıları partiya işi olmuş, xüsusilə də kütlələri ümumi, total inqilabi məcraya salmaq üçün bolşeviklərin «müqəddəs» vəzifələrindən birinə çevrilmişdir. Bu mahnılar hələ dövlət siyasəti dairəsinə xidmət etmədikləri ilk dövrlərdə belə, bəşəriyyətin yaxın gələcəkdə inqilab yolu ilə azad olmağı haqqında milyonlarda inam aşılamaqda idi.

       Böyük Təlim adlanan marksizm, V.Mayakovskinin «Vladimir Iliç Lenin» poemasında olduğu kimi, mahnılarda da təcəssüm tapır, dini-teoloji xüsusiyyətlər kəsb edir və bir sözlə, bir növ ideoloji pərəstiş predmetinə, kulta çevrilirdi. Bu Təlimin baniləri demişkən, inqilabi mahnılar kütlələrə təsir etmək üçün «zəmanə kütlələrinin zehniyyətini əks etdirməlidir». Rus marksistlərinin himnlərinin mətnlərinə bəzən hətta xalqçılıq poeziyasından keçib gələn Müqəddəs Kitabın-Incilin leksikasının da təsiri olmuşdur. Onlarda son məqsəd müqəddəslik şöhrətinə müncər edilir. Məsələn, «Qanlı, müqəddəs və doğru döyüşə» kimi patetik ifadələr səciyyəvi idi. Həmin mahnıların yüksək ritorik leksikası təmtəraqlı ritmlə uyğunlaşdırılaraq nifrət, qisas və b. «aşağı» motivləri komuflyaj, ört-basdır edir.

       Total musiqi arealı kəsb edən bu ülvilik və müqəddəslikdə dini ənənələrin izi vardır. Proletar himnləri ilə mənimsənilən digər musiqi ənənəsi Avropadan əxz edilmişdir. Tədqiqatçı M.Druskin yazır ki, XVIII əsrin sonrlarında Fransada baş verən inqilab zamanı meydana çıxan və Bethoven, Rossini, Verdi, List, Berlioz tərəfindən inkişaf etdirilən, habelə Italiya, Ispaniya, Macarıstan və Polşada qalxmış üsyan hərəkatlarında formalaşan qəhrəmanlıq marşları bu qəbildəndir.

       Inqilabi mahnıların, marş və himnlərin təkamülü yüksələn xətlə gedirdi. Bu zamanlar milli və beynəlmiləl mədəniyyət əlaqələrinin total surətdə təşkil olunması rus marksist himnlərinin mənəvi nüfuzunu artırırdı, onların səsilə Böyük Təlim ifadə tapırdı. Proletar yazıçısı M.Qorkinin «Ana» romanının qəhrəmanlarından birinin dediyi deklorativ şüar – «Bizim mahnılarımız - bizim imanımızdır» reallaşmışdır. Rus inqilabının xoralları partiya liturgiyasının – ibadət ayininin mühüm əlamətlərinə çevrilmişlər. Misal timsalında ədəbiyyatda göstərilir ki, «Beynəlmiləl» himni bu baxımdan çox səciyyəvi təsir dairəsində idi. Yazıçı Furmanov 1917-ci ildə bu himn haqqında yazırdı ki, onun hər bir sözünü qızğın inamla oxuyurduq. Şair Bezımenski 1918-ci ildə yazırdı ki, böyük himnin hər bir sözü bizim hər birimizin ürəyinin döynməsilə qovuşurdu, himnin hər bir sətiri bolşeviklər partiyasına andımız, gənclərin kommunizm ideyalarına sədaqətinin əbədi əhdi idi. Qorki 1928-ci ildə yazırdı ki, «Beynəlmiləl» minlərlə mu zdurun inam simvolu olmuşdur…

       Bu inam və iman simvolu elə bir Utopiya obrazı yaradırdı ki, xalq şüurunda dixotomiya – haçalanma baş verirdi: keçmişə nifrət və gələcəyə məhəbbət.

Siyasi-mental varislik və Azərbaycan musiqisi

        Sovet dövründə musiqi yaradıcılığı təbii-tarixi məcrada əvvəlki inqilabi-totalitar himnlər və mahnıların çox xüsusiyyətlərinin varisliklə əxz etmişdir. Yeni epoxa məntiqi olaraq onların mövzu sxeminə korrektivlər gətirdi. Mixail Bulqakovun «Adəm və Həvva» pyesində professor Yefrosimovun mahnının küçələrdə oxunması əleyhinə olmasına irad tutan Adəm deyir: …Hər halda! Professor Yefrosimov, siz unudursunuz ki, böyük ideya SSRI-nin tərəfindədir!

       Böyük Ideyanın bütün ölkədə həyatın bütün sahələrində total surətdə təbliğ və tətbiq edilməsi yuxarıdan – partiya və dövlət mövqeyindən nəzarətə götürülmüşdür. Təsadüfi deyildir ki, totalitar ölkə daxilində yaradıcılıq qurumlarının rəsmi surətdə təşkil olunması və onların ideoloji-siyasi səpgidə yaradıcılığa yönəldilməsi sovet reallığının çox mühüm amillərindən olmuşdur. Belə bir ideoloji və partokratiya gerçəkliyindən kənarda hər hansı bir yaradıcı adamın – bəstəkarın, yazıçının, rəssamın, kinemotoqrafçının kənarda qalması məlum səbəblər ucbatından qeyri-mümkün idi. Dicər tərəfdən, sovet dövrünün bütün sənət korifeylərinin əksər hissəsi Böyük Ideyanın təntənəsinə inanırdılar. Bunu çoxlu faktlarla sübut etmək olar. Bu prosesdə SSRI-nin tərkibində olan hər bir respublikanın, eləcə də mövcud olmuş sosialist sistemi ölkələrinin hər birinin istedadlı sənətkarları Böyük Ideyaya xidmət edən, sözün əsl mənasında, böyük əsərlər yaratmışlar. Bu əsərlərin müəllifləri təbii ki, böyük dövlət mükafatlarına və adlarına layiq görülmüşlər. Sovet ideoloji və siyasi mentalitetində ərsəyə gəlmiş, totalitar məzmunlu istedadlı əsərlər istər ideya istiqamətində, istərsə də bədii-estetik mədəniyyət baxımından yenidən tətqiq edilməlidir. Axı, sosialist-kommunist ideyalarının böyük bir tarixi epoxa ərzində dərk olunmamış illüzorluğu və onun tarixi taleyi öz nəzəri-elmi qiymətini almalıdır. Bu böyük problem indi öz tədqiqatçılarını gözləyir. Bu baxımdan keçmiş SSRI-nin üzvü olmuş hər bir milli diyarın, ölkənin, respublikanın və s. incəsənətinin analoji mövzuda tədqiqatı aktuallıq kəsb edir. Məsələn, «rus totalitar musiqi mədəniyyəti», «Ukrayna totalitar mədəniyyəti və musiqisi» və s.

       Məlum olduğu kimi, Azərbaycan da keçmiş Sovet zamanı və məkanında bu tarixi reallıqdan kənarda qalmamışdır. Buna görə də Böyük Doktrinanın görkəmli Azərbaycan bəstəkarlarının yaradıcılığında ideya aspektlərinin üzərində dayanmağı zəruri hesab edirik. Onu da qeyd edək ki, yuxarıda deyildiyi kimi, totalitar musiqi mündərəcəsinə o dövrün tərənnüm və təcəssüm məntiqinə görə sosializmin, kommunizmin, beşilliklərin, vətənin, rəhbər və liderlərin, partiyanın və s. siyasi-ideoloji istiqamətli mövzularda böyük sənətkarlarımızın əsərləri zamanın mədəniyyət spesifikasını çox səciyyəvi şəkildə özündə ehtiva edir.

        Başlayaq lap korifeylərimizdən.

       Şəxsiyyətə pərəstişin lap tüğyan edən bir dövründə Q.Qarayev və C.Hacıyev birgə «Vətən» operasını yazmışlar. Bu operanın mövzu estetikasına daxil olan «Aşığın Stalin haqqında mahnısı»nın sözlərini görkəmli şairimiz M.Rahim yazmışdır. Mahnı ayrıca nüsxədə Azərbacan Dövlət Musiqi Nəşriyyatı tərəfindən 1950-ci ildə çap olunmuşdur. Mətndə oxuyuruq:

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page