AZƏRBAYCAN-FRANSA MƏDƏNI
ƏLAQƏLƏRI INKIŞAF EDIR

.
Search


AZƏRBAYCAN-FRANSA MƏDƏNI
ƏLAQƏLƏRI INKIŞAF EDIR

.
TOTALITAR MƏDƏNIYYƏT VƏ MUSIQI
Şahnəzər HÜSEYNLI,
Nərgiz KƏRIMOVA

RAST
musiqili-bədii filminin ssenarisi

Rauf NAĞIYEV,
Oqtay RƏCƏBOV

AZƏRBAYCAN MILLI ADƏT
VƏ ƏNƏNƏLƏRININ BƏDII-ESTETIK MAHIYYƏTI

Ilqar HÜSEYNOV
LIRIK XALQ MAHNILARININ BƏDII-ESTETIK XÜSUSIYYƏTLƏRI
Naibə RZAYEVA

 


        Musiqi Dünyası jurnalının baş redaktoru Tariyel Məmmədov Fransa Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət işləri üzrə yeni təyin olunmuş müşaviri cənab doktor Üq Baltzinjer ilə görüşüb söhbət etmişdir. Fransa-Azərbaycan mədəni əlaqələrinin bu günkü vəziyyəti və perspektivləri barədə həmin müsahibəni oxucularımıza təqdim edirik.

       Tariyel Məmmədov Cənab Üq, Azərbaycanda Fransanın mədəniyyəti və incəsənətinə qarşı həmişə böyük maraq olmuşdur. Sənətsevərlərimiz mədəniyyət üzrə attaşe kimi Sizin fəaliyyətiniz barədə ətraflı məlumat almaq istəyirlər. Ölkələrimiz arasında qarşılıqlı mədəni əlaqələr necə inkişaf edir və hansı istiqamətlərə üstünlük verilir?

       Üq Baltzinjer Sual çox geniş və əhatəlidir. Çünki bizim şöbə Azərbaycanda nəinki mədəniyyət və təhsilin çoxşaxəli şəbəkəsi ilə məşğul olur, eyni zamanda elmi-texniki əməkdaşlığın da fəallaşmasına qayğı göstərir. Bizim ədliyyə və kənd təsərrüfatı sahələri, Idarəetmə Akademiyası üzrə də proqramlarımız vardır. Ötən illərdə bu istiqamətlərdə xeyli işlər görülmüşdür. Fransa səfirliyi, Bakıdan başqa Lənkəran və Naxçıvanda da müəyyən tədris qrupları yaratmışdır. Mən müşavir vəzifəsinə təyin olduğum son bir il haqqında daha çox danışa bilərəm.

       T.M. Əgər mümkünsə, söhbətə musiqi mədəniyyətindən başlayaq.

       Ü.B. Ilk öncə mən qeyd etmək istəyirəm ki, səfirliyin əsas məqsədi Fransa mədəniyyətini, o cümlədən də musiqi sənətini ölkənizdə təbliğ etməkdən ibarətdir. Digər tərəfdən biz Azərbaycanın dəyərli musiqiçilərini də Fransada tanıtmağa çalışırıq.

       Məsələn, bu sahədə Bakı Musiqi Akademiyası ilə sıx əlaqələrimiz vardır. Akademiyanın rektoru cənab Fərhad Bədəlbəyli səfirliyimizin yaxın dostudur. Mərhum prorektor, professor Elxan Babayevlə də sıx ünsiyyətimiz olmuşdu.

       Musiqi əlaqələrimiz ilk növbədə konsertlər şəklində özünü göstərir. Məsələn, mart ayında Fransanın tanınmış pianoçusu Fransua Şaplen Bakıda özünün üçüncü konsertini verdi. Başqa konsertlərdən, Orta əsrlər musiqisi Ansamblının çıxışları da böyük rəğbətlə qarşılandı. Ansambl Tristan və Izolda əfsanəsi ilə bağlı olan bir neçə maraqlı musiqi parçaları təqdim etdi.

       T.M. Bildiyimiz kimi, Fransanın müəyyən universitetlərində Şərq və Azərbaycan musiqisinə böyük maraq göstərilir. Məsələn, məşhur musiqişünas Jan Dürinq bir neçə Şərq musiqi alətində çalıl, fars və türk dillərini yaxşı bilir.

       Ü.B. Doğru buyurursunuz, Jan Dürinq bir neçə il bundan qabaq Bakıda mühazirələrlə çıxış etmişdir. Ondan sonra mahir ud çalan Mark Lupuit ölkənizdə səfərdə olmuş və sizin musiqiçilərlə - məsələn, kamançaçalan Elşən Mənsurovla və tarçalan Zamiq Əliyevlə əməkdaşlıq edir, onları tez-tez Fransaya dəvət edir.

       Keçən il bizim ölkəmizdən Bakıya bir fransız müğənnisi Frederik Kazakbeli gəlmişdi. Onun atası azərbaycanlı, anası isə fransızdır. Bakı Musiqi Akademiyasında verdiyi konsert günü şiddətli leysan yağışı yağırdı. Buna baxmayaraq konsert baş tutdu və salona gələnlər həmin gecədən məmnun oldular. Biz həmin müğənnini yenə də çağırmaq istəyirik.

       Ümumiyyətlə, Fransa səfirliyinin nümayəndələri Azərbaycanın zəngin musiqi mədəniyyətinə xüsusi maraq göstərirlər. Məsələn, biz Ü.Hacıbəyovun doğum günü münasibəti ilə hər il 18 sentyabr tarixində maraqlı tədbirlərə dəvət alır və milli musiqinizlə daha yaxından tanış oluruq. Belə bir musiqi bayramı Fransa da başqa bir gündə qeyd olunur.

       T.M. Cənab Üq, başqa solistlərin, məsələn, orqan, fortepiano, skripka ustalarının və ya Kamera orkestrinin qastrolları nəzərdə tutulurmu?

       Ü.B. Biz, ümumiyyətlə, musiqi-mədəni tədbirlərin keçirilməsində sponsorların köməyinə arxalanırıq. Böyük kollektivlərin səfərə çıxması xeyli vəsait tələb etdiyindən solistlərin dəvət olunması daha realdır. Həm də onlar sizin gözəl orkestrlərinizlə də səmərəli əməkdaşlıq edə bilərlər.

       Hal-hazırda, Fransanın mahir fortepiano, violonçel və orqan ustaları ilə söhbətlər aparılır. Lakin çıxışlarının tarixi və proqramı barədə hələlik qəti danışa bilmərik.

       Daha bir layihə səssiz (lal) kino lentlərinin canlı musiqi ilə müşaiyətindən ibarətdir. Bunun üçün bütün dünyada fəal qastrol səfərlərinə çıxan piano və orqan sənətçiləri ilə danışıb, onların razılığını almışıq. Indi isə müvafiq salon barədə qərara gəlməliyik.

       Musiqi ilə sıx bağlı olan başqa bir sənət sahəsi xoreoqrafiyadır. Bu istiqamətdə müəyyən işlər görülür. Məsələn, Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Fransız bəstəkarı Moris Ravelin Bolero əsəri əsasında balet tamaşası göstərilmişdir. Baletmeyster məşhur Fransa sənətçisi Nikolya Müssendir. Başqa bir balet ustası Əlen Əmbər - Bakı, xoreoqrafiya məktəbində dərslər vermişdir. Ola bilsin ki, o, müasir rəqslərin səhnə təcəssümü ilə əlaqədar bu yaxınlarda yenə də ölkənizə gəlsin. Mənə məlum olduğu qədər, Sovetlər dövründə belə rəqslər çox da təqdir olunmurdu.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page