ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
ŞÖVKƏT ƏLƏKBƏROVA ADINA
MUSIQI MƏKTƏBI BU GÜN

Fəxriyyə QULIYEVA
Search

ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
MILLI KONSERVATORIYA:
REALLIQLAR VƏ PERSPEKTIVLƏR

.
Ü.HACIBƏYOV ADINA AZƏRBAYCAN DÖVLƏT KONSERVATORIYASINDA
XOR DIRIJORLUĞU KAFEDRASININ YARADILMASI TARIXINDƏN

Leyla FƏRƏCOVA
QARA QARAYEVIN PEDAQOJI PRINSIPLƏRI

Yuri SAYUTKIN
AZƏRBAYCANDA PROFESSIONAL MUSIQI
TƏHSILININ YARANMASINA DAIR

Minirə DILBAZI
ŞÖVKƏT ƏLƏKBƏROVA ADINA
MUSIQI MƏKTƏBI BU GÜN

Fəxriyyə QULIYEVA

 


       Məktəbin müdiriyyəti hər il tədris ilinin sonunda yekun konsertləri təşkil edir.

       Bu konsertlər indiyədək müxtəlif musiqi ocaqlarında – Şəhriyar adına Mədəniyyət sarayında, R.Behbudov adına Mahnı teatrında, Kamera və orqan musiqisi zalında keçirilib. Belə konsertlər məktəbin sanki il ərzində gördüyü işlərin hesabatıdır.

       420 nəfər şagirdin təhsil aldığı bu məktəbdə fortepiano, skripka, kamança, kanon, klarnet, saz, qarmon, nağara ixtisasları üzrə 65 müəllim fəaliyyət göstərir. Onların böyük əksəriyyəti fortepiano şöbəsində çalışır. Şöbəyə uzun illərdir ki, Tünzalə xanım Cəfərova rəhbərlik edir. Bu günlərdə Bakı şəhər Mədəniyyət Idarəsinin keçirdiyi Fikrət Əmirovun xatirəsinə həsr olunmuş pianoçuların konsertində onun şagirdi Hüseynli Cəbrayıl uğurla çıxış edib. Şagirdləri daim keçirilən festivallarda, yekun konsertlərində, məktəbin digər tədbirlərində iştirak edən müəllimlər sırasında Iradə Ibrahimova, Elmira Seyidəliyeva, Svetlana Əliyeva, Ruqiyyə Ildarova, Leyla Ibrahimova, Rəna Zülfüqarova, Lalə Quliyeva və başqalarının adını çəkmək istərdim.

       Onu da qeyd edim ki, müxtəlif müsabiqələrdə Cəfərova Tünzalə, Əliyeva Svetlana, Ildarova Ruqiyyə, Zülfüqarova Rəna, Quliyeva Lalə və başqa müəllimlərin şagirdləri diplomlarla təltif edilmişlər.

       Müəllimlərimiz arasında məktəbin öz məzunları da var. Onlardan XÇA şöbəsinin müdiri Məmmədov Kamil, Rəcəbova Yana, Kryukova Olqa (fortepiano), Kotuxova Diana (skripka), Kərimova Sevil (nəzəriyyə) və başqalarını göstərmək olar. Sevindirici haldır ki, məzunlarımızın sorağı digər musiqi məktəblərindən, Azərbaycan Milli Konservatoriyası nəzdində A.Zeynallı adına Musiqi Kollecindən, Bakı Musiqi Akademiyasından da gəlir. Onlardan Musiqi Akademiyasının dosenti Rimazi Nəzakət xanım qeyd olunmalıdır.

       Bu gün məşhur tarzən və bəstəkarlar kimi tanıdığımız H.Vəkilov, R.Quliyev, O.Rəcəbov, E.Mansurov və başqaları əmək fəaliyyətinə məhz bu məktəbdən başlayıb.

       Məktəbimizdə tez-tez müxtəlif bəstəkarların yaradıcılığına həsr olunmuş məruzə-konsertlər keçirilir. Adətən bu konsertləri nəzəriyyə şöbəsi digər şöbələrlə birgə hazırlayır. Şöbəyə rəhbərlik edən Zemfira xanım Ələkbərova təcrübəli müəllim və gözəl təşkilatçıdır. O, çalışır ki, konsertlərdə ifaçılar kimi, məruzəçi də uşaqlar olsun.

       Məqsəd şagirdlərimizin hərtərəfli inkişafını təmin etməkdir. Belə ki, ixtisasdan asılı olmayaraq onlar ansambllara cəlb olunur, XÇA orkestrində çalır, xorda oxuyurlar.

       Indiyədək elə tədbir olmamışdır ki, bizim xor kollektivi iştirak etməsin. Təcrübəli müəllim Yatsenko Tatyana Nikolayevnanın rəhbərlik etdiyi kiçik və yuxarı sinif şagirdlərinin xoru dəfələrlə festivallarda fəxri fərmana layiq görülüb.

       Tatyana Nikolayevna Bakı şəhər Mədəniyyət Idarəsinin rəisi Həsənağa Qurbanov tərəfindən «Bakı şəhər musiqi məktəblərinin birləşmiş xorunun rəhbəri» təyin olunub.

       Kollektiv aprel ayının 28-də Mədəniyyət Nazirliyi tərəfindən keçirilən xor kolelktivlərinin festivalında birincilik qazanmışdır. Biz onlara musiqi təhsilinin yüksəldilməsi yolunda yeni uğurlar diləyirik. Qoy onlar gözəl müğənni Şövkət Ələkbərovanın adını daşıyan məktəbin layiqli davamçıları olsunlar!

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page