ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
Ü.HACIBƏYOV ADINA AZƏRBAYCAN DÖVLƏT KONSERVATORIYASINDA
XOR DIRIJORLUĞU KAFEDRASININ YARADILMASI TARIXINDƏN

Leyla FƏRƏCOVA
Search

ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
MILLI KONSERVATORIYA:
REALLIQLAR VƏ PERSPEKTIVLƏR

.
Ü.HACIBƏYOV ADINA AZƏRBAYCAN DÖVLƏT KONSERVATORIYASINDA
XOR DIRIJORLUĞU KAFEDRASININ YARADILMASI TARIXINDƏN

Leyla FƏRƏCOVA
QARA QARAYEVIN PEDAQOJI PRINSIPLƏRI

Yuri SAYUTKIN
AZƏRBAYCANDA PROFESSIONAL MUSIQI
TƏHSILININ YARANMASINA DAIR

Minirə DILBAZI
ŞÖVKƏT ƏLƏKBƏROVA ADINA
MUSIQI MƏKTƏBI BU GÜN

Fəxriyyə QULIYEVA

 


       Baxdığımız sənəddən görürük ki, xorun artistləri musiqi təhsilləri üzərində çox ciddi çalışırdılar. Xüsusi qeyd edək ki, xor artistlərinə dərsləri təcrübəli müəllimlər keçir, bu isə bir növ Konservatoriya və Filarmoniyanın birgə apardığı tədris prosesi idi. Bundan başqa, artistlər imtahan da verirdilər və buna görə hətta xüsusi komissiya yaradılmışdı: Ü.Hacıbəyov (sədr), Əşrəf Abbasov (üzv), Y.Qrossman (üzv) və b. Xoristlər peşəkarlıq səviyyələrinə görə 4 kateqoriyaya bölünürdü. Onlar musiqiduyma qabliyyəti, səs imkanları, ümumi ifa və muğamat, repertuarın bilgisi, solo çıxışları üzrə yoxlamaları keçib, hər biri özünə uyğun olan kateqoriya alırdı5. Ona görə də təəccüblü deyil ki, bu kollektiv tez bir zamanda xor ifaçılığında böyük uğurlara çatır. Əlbəttə, xorun repertuarında əsas yeri Azərbaycan bəstəkarlarının əsərləri və Azərbaycan xalq mahnılarının işlənməsi tuturdu, lakin bu da irəliyə doğru böyük bir addım idi. Hətta, xoru çox vaxt Türk xoru, ya da Şərq xoru adlandırırdılar. Halbuki xorun repertua rında Ü.Hacıbəyovun xor üçün xalq mahnılarının işləməsi («Ay bəri bax», «Aman nənə», «Sən gözəl» və b.), «Qızıl əsgər», «Komsomolçu qız», «Stalinə salam!» kantatası, Qara Qarayevin «Ürək mahnısı» kantatası, Süleyman Ələsgərovun «Stalin» kantatası və b. əsərlər var idi.

       Konservatoriyada xor şöbəsinin açılmasına gəldikdə isə demək lazımdır ki, Ü.Hacıbəyov və Respublikanın mədəniyyət üzrə rəhbərliyi bu məsələyə daim diqqətlə yanaşıblar. Konservatoriyada, musiqi məktəblərində xüsusi şöbələri açmaq, xor üçün milli kadrlar, peşəkar xormeysterlər yetişdirmək milli musiqi mədəniyyətimizin vacib bir istiqaməti idi.

       Azərbaycan Dövlət Konservatoriyasının 1 sentyabr 1939-cu il tarixli Nizamnaməsinin II bölməsində deyilir ki, ümumi fənnlər (müəllifin qeydi – L.F.) sırasında xor dərsi də var6. Lakin xor sinfinin, özü də ümumi fənnlərin sırasında olub-olmaması, respublikada peşəkar xor ifaçılıq mədəniyyətinin inkişaf problemlərini həll etmək iqtidarında deyildi.

       Burada 1940-cı il sentyabrın 21-də imzalanmış bir sənədi də göstərmək istərdik: «Prikaz «O merax po uluçşeniö podqotovki naüionalğnıx kadrov vokalistov».

       …3. Predlocitğ direküii Azerbaydcanskoqo Qosudarstvennoqo Muzıkalğnoqo Uçiliha i Kirovabadskoqo Muzuçiliha otkrıtğ s 1 oktəbrə s.q. xorovoe otdelenie…

Naçalğnik Upravleniə po delam
Iskusstv pri SNK Azerbaydcanskoy SSR.
Mirza Ibraqimov»7.

       Həmin sənəd təsdiq edir ki, mədəniyyət işçiləri orta təhsil səviyyəsində xor şöbəsini açmağa çalışırdılar. Lakin, ən maraqlısı isə odur ki, həmin tarixdə bir əmr də imzalanmışdı. Bu, Azərbaycanda ilk professional xor kollektivi – kapellanın yaradılması haqqında əmrdir. Həmin əmrə əsasən kapellanın bədii rəhbəri Ü.Hacıbəyov, xormeysteri isə Nikolay Romanovski təyin edilmişdi8. Xüsusi qeyd edək ki, Ü.Hacıbəyov dəfələrlə Moskva şəhərinin Incəsənət Idarəsinə Bakıya peşəkar xormeyster göndərilməsi barədə müraciət etmişdi. Hətta Bakıda işləmək arzusu ilə Üzeyir bəyə bir neçə şəhərdən müraciət də olunmuşdu. Üzeyir bəy isə həmin vəzifəyə istedadlı, çalışqan, həm də mümkün qədər cavan mütəxəssis təyin etmək istəyirdi. Məhz bu səbəbə görə, məsələn təcrübəli xormeyster A.Vorontsovun namizədliyi keçmədi, çünki Azərbaycan xor ifaçılığı sənətini peşəkar səviyyəsinə qaldırmaq çətin, əziyyətli və məsuliyyətli bir iş idi, və A.Vorontsov həm yaşına, həm də səviyyəyə görə çətinlik çəkə bilərdi9. Nəhayət, Ü.Hacıbəyov N.Ro manovskinin namizədliyi üzərində dayandı. Qeyd edək ki, N.Romanovski sonralar Sankt-Peterburq Konservatoriyası xor-dirijorluq kafedrasının professoru, keçmiş SSRI məkanında tanınmış bir xormeyster olmuşdur.

       Azərbaycanda ilk kapellanın tərkibi də böyük diqqətlə, ehtiyatla seçildi və nəticədə 54 nəfərdən ibarət kollektiv yarandı. (Böyük tərkibli xor kapellasının sayı. – L.F.). Bu xor kapellası tez bir zamanda yüksək peşəkarlığa malik oldu və artıq dünya standartlarına uyğun repertuarı ilə seçilməyə başladı. O cümlədən, Aleksandrovun «Partiya himni», Ü.Hacıbəyovun «Komsomolçu qız», Asəf Zeynallının «Aras», Rossininin «Vilhelm Tell» operasından xorlar, P.Çaykovskinin «Noçevala tuçka zolotaə», Rubinşteynin «Demon» operasından xorlar, Şumanın «Qaraçılar» və s. əsərlər kapellanın ifasında səslənirdi. Diqqətəlayiqdir ki, dünya klassikası sayılan Rossininin, Rubinşteynin, Şumanın əsərləri Azərbaycan dilində ifa olunurdu10. Bu da həm azərbaycanlı dinləyicilərin, həm də xor artistlərinin klassik repertuara marağını daha da artırırdı.

       Nəzərinizə çatdıraq ki, Azərbaycan Dövlət Türk Xorunda olduğu kimi, bu xor kapellasının nəzdində də təhsil kursları açılmışdı. Elə müəllimlərin adını çəkmək kifayətdir: Məmmədsaleh Ismayılov, Fikrət Əmirov, Əhəd Israfilzadə, Hacı Xanməmmədov, Qəmbər Hüseynli və b. Bunu da xor artistlərinin peşəkarlıq səviyyəsini təsdiq edən faktlardan biri kimi hesab etmək olar.

       Öz birinci konsertini kapella 1941-ci ilin aprel ayında verdi11 və həmin ilin birinci və ikinci kvartalında 11 konsertlə çıxış etdi12.

       Təəssüflər olsun ki, II Dünya müharibəsinin başlanması ilə N.Romanovski və xorun bir sıra artistləri orduya çağırıldılar və Azərbaycanda xor ifaçılıq mədəniyyətində belə bir vacib başlanğıc yarımçıq qaldı. Müharibədən sonra N.Romanovski Sankt-Peterburqa qayıdır, bu da kapellanın çətin vəziyyətini bir qədər də kəskinləşdirdi. Yadda saxlamalıyıq ki, o zaman Azərbaycanda N.Romanovskinin səviyyəsinə çatan peşəkar xormeyster yox idi. Bir neçə il ərzində onu əvvəlcə M.Kononenko, sonralar isə Y.Abramis əvəz etdilər. Lakin onların bu işdə təcrübəsizliyini hətta ifaçılar da hiss edirdilər. Kollektivdə narazılıqlar artmağa başlayır və təəssüf ki, 40-cı illərin axırında Azərbaycanın ilk xor kapellası dağılır.

       Buna baxmayaraq biz nəzərdə tutmalıyıq ki, vaxtı ilə məhz bu xor kollektivi üçün Qara Qarayevin «Payız» acapella xoru, Cahangir Cahangirovun «Arazın o tayında» vokal-simfonik poeması (bu əsər hətta 1950-ci ildə Stalin mükafatına layiq görülüb. – L.F.), və bir sıra başqa əsərlər yazılmışdır.

       21 sentyabr 1940-cı il tarixində imzalanmış birinci əmrə qayıtsaq aydın olur ki, həmin əmri respublikanın musiqi mədəniyyətinin rəhbərliyi ilk növbədə adı çəkilən kapella üçün kadrlar hazırlamaq fikri ilə imzalanmışdı. Eyni zamanda xatırladaq ki, 1936-cı ildə yaranan Azərbaycan Dövlət Xoru 1940-cü ildə Mahnı və Rəqs Ansamblı ilə birləşir (bədii rəhbər Qılman Salahov) və bu kollektivin repertuarı əsas etibarilə xalq mahnı və rəqslərindən ibarət idi.

       Bundan başqa bir maraqlı fakta da diqqət yetirmək istərdik. Söhbət «Respublikada milli vokalçı kadrların hazırlanması haqqında Azərbaycan Dövlət Konservatoriyasının praktiki təkliflərindən» gedir. Sənəd 1940-cı il sentyabr ayının 25-də imzalanıb və adı çəkilən sənəddə oxuyuruq: «…1. Vse bolee i bolee vozrastaöhaə potrebnostğ v kadrax vokalistov-azerbaydcanüev vsex canrov, v osobennosti opernoqo i xorovoqo uklona (müəllifin qeydi – L.F.), trebuet prinətğ çrezvıçayno sroçnıe merı po podqotovke takovıx. Dostatoçno ukazatğ, çto potrebnostğ odnoqo Baku vıracaetsə üifroy 300 çelovek, v to vremə, kak v sisteme muzıkalğnıx uçebnıx zavedeniy uçitsə ne bolee 30 çelovek (nəzərdə vokalçılar tutulur – L.F.).

       2. V üeləx uskoreniə tempa podqotovki kadrov vokalistov, neobxodimo prinətğ çrezvıçayno sroçnıe merı v nicesleduöhem:

       …q) kak izvestno, xor imeet oqromnoe znaçenie v smısle privleçeniə k sebe massı vokalistov. Iz xora ce vıxodət solistı. V silu gtoqo predusmotretğ v smetax na 1941 qod orqanizaüiö xorovoqo otdela v muzıkalğnıx uçilihax – po Baku na 60 çelovek, po Kirovobadu – 40 çelovek, po Aqdaşu, Şuşe, Nuxe i Naxiçevani - po 25 çelovek. (müəllifin qeydi – L.F.). Poruçitğ vokalğnomu fakulğtetu AQK v kratçayşiy srok sostavitğ uçebno-proizvodstvennuö proqrammu dlə orqanizuemıx xorov. Poruçitğ naçalğniku muzıkalğno-uçebnıx zavedeniy Upravleniə po delam iskusstv pri SNK Az.SSR obespeçitğ rayonnıe muzıkalğnıe şkolı pedaqoqami dlə prepodavaniə po gtoy proqramme…»13.

       Burada biz bir neçə məsələyə aydınlıq gətirmək istərdik. Çox güman ki, «xor bölməsinin açılışı» ifadəsi altında ilk növbədə tələbə xorlarının yaradılması və xor artistlərinin hazırlanması nəzərdə tutulurdu. Bununla yanaşı həmin sənəddən aıdın olur ki, dirijor-xormeysterlərin yetişdirilməsi məsələsi gündəmə çıxarılmırdı.

       Göstərilən əmrlərin çıxmasına baxmayaraq hələ uzun müddət xor bölmələrini açmaq mümkün olmadı. Halbuki, xor ifaçılığının inkişaf etdirilməsi istər II Dünya müharibəsindən qabaq, istərsə də ondan sonra respublikanın musiqi mədəniyyətində həllini gözləyən ən ümdə problemlərdən biri idi. Bu faktı bir sənəd də, daha dəqiq desək sənədin bir neçə bəndi təsdiqləyir. Burada 1948-ci il sentyabrın 9-da imzalanmış Azərbaycan Sovet Respublikası Nazirlər Kabinetinin əmri ilə tanış olmaq məqsədəuyğun olardı: «Ob uluçşenii podqotovki muzıkalğnıx i vokalğnıx kadrov»

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page