ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
Ü.HACIBƏYOV ADINA AZƏRBAYCAN DÖVLƏT KONSERVATORIYASINDA
XOR DIRIJORLUĞU KAFEDRASININ YARADILMASI TARIXINDƏN

Leyla FƏRƏCOVA
Search

ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
MILLI KONSERVATORIYA:
REALLIQLAR VƏ PERSPEKTIVLƏR

.
Ü.HACIBƏYOV ADINA AZƏRBAYCAN DÖVLƏT KONSERVATORIYASINDA
XOR DIRIJORLUĞU KAFEDRASININ YARADILMASI TARIXINDƏN

Leyla FƏRƏCOVA
QARA QARAYEVIN PEDAQOJI PRINSIPLƏRI

Yuri SAYUTKIN
AZƏRBAYCANDA PROFESSIONAL MUSIQI
TƏHSILININ YARANMASINA DAIR

Minirə DILBAZI
ŞÖVKƏT ƏLƏKBƏROVA ADINA
MUSIQI MƏKTƏBI BU GÜN

Fəxriyyə QULIYEVA

 


       Məlumdur ki, 1921-ci ildə Bakıda nəinki Azərbaycanda, hətta bütün Yaxın Şərqdə ilk Konservatoriya açıldı. Fəaliyyətinin birinci günlərindən başlayaraq, həm Konservatoriyanın rəhbərliyi (professor M.L.Pressman), həm də birinci növbədə Üzeyir Hacıbəyov özü (o vaxt o, Xalq Maarif Komissarlığının Incəsənət şöbəsinin musiqi bölməsinin müdiri idi) həmin ali məktəbdə xor sinfinin açılması məsələsinə böyük maraq göstərirdilər. Həqiqətən, hələ 1908-ci ildə «Leyli və Məcnun» operasının tamaşaya qoyulması zamanı, Ü.Hacıbəyov xorda oxuyan milli kadrların çatışmaması ilə rastlaşdı. Əlbəttə, o vaxt Azərbaycanda musiqi sənətinin bu növündə çalışan kadrlar azlıq təşkil edirdi. Peşəkar azərbaycanlı xormeysterlər isə yox idi. Belə problem Ü.Hacıbəyov başda olmaqla bütün milli musiqi mədəniyyətinin qabaqcıl nümayəndələrini çox narahat edirdi və heç də təəccüblü deyil ki, Konservatoriyanın açılışından sonra, orada təhsil alan bütün tələbələr mütləq xor sinfində də çalışmalı idilər. Həmin faktı 7 iyun 1922-ci il tarixində imzalanmış «1921/1922-ci il ərzində Azərbaycan Dövlət Konservatoriyasının fəaliyyəti haqqında hesabat»ı təsdiq edir və bu sənəddən bir parçanı təqdim etmək istərdik: «…s naçala uçebnoqo qoda otkrıtı klassı po speüialğnım predmetam (müəllifin qeydi – L.F.) fortepiano, skripki, violonçeli, kontrabasa, po duxovım instrumentam, … po peniö i speüialğnoy teorii, i po predmetam obəzatelğnım (müəllifin qeydi – L.F.): klass pedaqoqiçeskoqo fortepiano dlə pevüov, instrumentalistov i teoretikov; klassı italğənskoqo əzıka i deklamaüii dlə pevüov, klassı 1-oy i 2-oy qarmonii, glementarnoy teorii i solğfedcio,…; klassı ansamblə, i, nakoneü, klass xorovoqo peniə, obəzatelğnıy dlə vsex uçahixsə v vozraste: mucçin 18 let i cenhin 16 let. (müəllifin qeydi – L.F.).

       …Zav. AQK , professor M.L.Pressman»1.

       Gördüyümüz kimi, bu məsələyə çox ciddi yanaşırdılar və əllərindən gələni əsirgəmirdilər. Əsas məsələ isə milli kadrlar yetişdirmək idi.        Məşhur bir faktdır ki, 1926-ci ildə Konservatoriyada tələbə xoru yarandı. Lakin baxmayaraq ki, məhz Ü.Hacıbəyov bu kollektivi qoruyub saxlamağa çalışırdı, o tez bir zamanda fəaliyyətini dayandırdı. Bunun bir səbəbi də o idi ki, o zaman Azərbaycan dinləyicisi xor kollektivinin ifasında əsərlərə qulaq asmağa hələ ki, hazır deyildi. Hətta xor ifaçılığını qeyri-milli musiqiyə aid edənlər də var idi. Lakin, hələ 1929-cu ildə Azərbaycan Dövlət Konservatoriyasında xor kollektivi fəaliyyət göstərirdi ki, bu da diqqətəlayiq bir faktdır. Xatırladaq ki, 1929-cu ildə artıq Üzeyir bəy Azərbaycan Dövlət Konservatoriyasının Direktoru vəzifəsində çalışırdı. Ü.Hacıbəyovun Azərbaycan Dövlət Konservatoriyasının fəaliyyəti haqqında 19 yanvar 1929-cu il tarixli məruzəsində oxuyuruq: «…osobıy xor sostoit iz 140 çelovek, priçem iz nix 70 çelovek v törkskom xore i 70 v evropeyskom»2.

       Həmin sənəddən görünür ki, «rus» (yəni «avropasayağı» – L.F.) xorunun rəhbəri Azərbaycan Opera və Balet Teatrının baş xormeysteri Y.Qrossman türksayağı xorun rəhbəri isə Bakıda bir sıra özfəaliyyət xor kollektivləri ilə çalışan A.Mayılov3 idi. Beləliklə, xor sinfinin dərslərini təcrübəli ixtisasçılar aparırdı.

       Təəssüflər olsun ki, həmin xor kollektivini qoruyub saxlamaq mümkün olmadı və demək olar ki, Azərbaycanda birici milli peşəkar xor kollektivi dağıldı.

       1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Xoru yaranır və bu kollektiv tez bir zamanda böyük müvəffəqiyyətlər əldə edir. Qeyd etdiyimiz kimi, Azərbaycan xor sənətinin başlıca problemi xor artistlərinin, xüsusilə də milli kadrların çatışmamasından əmələ gəlirdi. Və bu kollektivi yaradanda Ü.Hacıbəyov ilk növbədə milli vokalçı kadrlara üstünlük verirdi. Lakin, çox vaxt təbiətən istedadlı vokalçıların peşəkar səviyyəsi aşağı olurdu, hətta əksəriyyətinin musiqi təhsili də yox idi. Bu səbəbə görə Ü.Hacıbəyov xor artistləri üçün 4 illik tədris kursları açır: I tədris ili ərzində xorun artistləri «Musiqi savadı» (həftədə 2 dəfə, 60 dəqiqə ərzində, 30 nəfərdən ibarət qrup); «Solfecio» (həftədə 2 dəfə, 60 dəqiqə ərzində, 30 nəfərlik qrup), «Ümumi fortepiano» (həftədə 1 dərs, 30 dəqiqə ərzində, fərdi məşğələ) və «Xor sinfi» (həftədə 5 dərs, 120 dəqiqə ərzində, 60 nəfərlik qrup);

       II tədris ilində – «Musiqi nəzəriyyəsi» (həftədə 2 dərs, 60 dəqiqə ərzində, 30 nəfərlik qrup); I və II səsli «Solfecio», «Ümumi fortepiano» və «Xor sinfi» dərsləri I tədris ilindəki kimi;

       III tədris ilində ixtisar edilmiş I-ci və II-ci «Harmoniya» (həftədə 2 dərs, 60 dəqiqə ərzində, yalnız mühazirələr, qrupda 30 nəfər); «Solfecio» (həftədə 2 dərs, 60 dəqiqə ərzində, qrupda 30 nəfər); «Ümumi fortepiano» və «Xor sinfi» dərsləri I-ci və II-ci tədris ilindəki kimi;

       IV tədris ilində «Musiqili təhlil» /ensiklopediya məlumatı şəklində/ (həftədə 1 dərs, 60 dəqiqə ərzində, yalnız mühazirələr); «Azərbaycan xalq musiqisinin əsasları» (həftədə 1 dərs, 60 dəqiqə ərzində, 60 nəfərlik qrup, yalnız mühazirələr); çoxsəsli «Solfecio» (həftədə 2 dərs, 60 dəqiqə ərzində, 30 nəfərlik qrup), «Notun üzdən oxunması» (həftədə 2 dərs, 60 dəqiqə ərzində, 20 nəfərlik qrup) və hər il olduğu kimi «Ümumi fortepiano» və «Xor sinfi» dərsləri keçirilməsi nəzərdə tutulurdu4.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page