ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
BÜLBÜLÜN NƏĞMƏSI ŞER DEYILMI?
Ceyran SABITOĞLU
Search

ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
CÖVDƏT HACIYEVIN
FORTEPIANO SONATASININ MUSIQI DILI

Iradə ABDURƏHMANOVA
FERENTS LISTIN SIMFONIK POEMASINDAN
GƏLƏN ƏNƏNƏLƏR

Aytən BABAYEVA
VASIF ADIGÖZƏLOVUN
«MUĞAM FANTAZIYASI»

Gülarə VƏZIROVA
BÜLBÜLÜN NƏĞMƏSI ŞER DEYILMI?
Ceyran SABITOĞLU

 


       Onları şərti olaraq A və B kimi qeyd etsək, sonra səslənən melodik cümlələr bir-birinin variantını təşkil edir. Onlarda yeni melodik material təqdim olunur (həmin cümlələri C və C1 kimi işarə etmək olar):

Nümunə ¹ 31.

       Yuxarıdakı nümunədə göstərilən sonuncu ibarə bir daha təkrarlanaraq, keçid cümləsi ilə əvəz olunur ki, bu cümlə mahnının kulminasiya anını hazırlayır. Keçid cümləsində mahnının bəstələndiyi Şüştər ladından Segaha yönəlmə baş verir:

Nümunə ¹ 32.

       Kulminasiya özü ilə C cümləsinin inkişafının yeni mərhələsini təşkil edir. Kulminasiyada Segah ladının səciyyəvi xüsusiyyətləri nəzərə çarpır. Burada artıq qoşmanın üçüncü bəndi səslənir (onu C2 kimi işarə etmək olar):

Nümunə ¹ 33.

       Kulminasiyadan əvvəlki registrə və Şüştər ladına qayıtma bəstəkarın bir çox mahnılarında rastlaşdığımız aşağı hərəkətli sekvensiya vasitəsilə həyata keçirilir. C və C1 cümlələrinin variant dəyişiklikləri ilə səslənməsi ilə mahnının tamamlanması gözlənilsə də, S. Rüstəmov onu nümunə ¹ 32-də göstərilmiş keçid cümləsinin yenidən təkrarlanması ilə bitirir.

       Xüsusi qeyd etmək istərdik ki, bir laddan digərinə keçid bəstəkarın mahnılarında nadir hallarda təsadüf olunur. Bir qayda olaraq, S. Rüstəmovun mahnılarında əvvəldən axıradək bir laddan istifadə olunur. Lakin S. Rüstəmovun mahnıları arasında qoşma təkcə nəqəratsız deyil, nəqəratlı nümunələrdə də təcəssüm olunmuşdur. Belə mahnılardan biri də N. Babayevin sözlərinə bəstələnmiş «Gəl» mahnısıdır. Bu mahnıda «gəl» rədifli qoşmanın üç bəndindən istifadə olunur. Onlardan biri nəqəratın mətn əsasını təşkil edir. Bu mahnının melodiyası digər nümunələrdə rastlaşdığımız bir sıra xüsusiyyətləri özündə cəmləşdirir: melodik cümlələr təkrarlanır, kulminasiya nəqərat bölümünə düşür. Nəqəratın sonunda isə kupletin melodik cümlələri cüzi variant dəyişiklikləri ilə təkrar olunur. Mahnı kiçik koda ilə tamamlanır. S. Rüstəmovun mahnıları arasında dəyişkən heca sayına malik poetik mətnli nümunələrə də rast gəlmək olar. Onların arasında ən maraqlı nümunələrdən biri də E.Tələtin sözlərinə ya zılmış «Hardasan» mahnısıdır. Bu mahnının kupletində 5,6 və 7, nəqəratında isə 6 və 7 hecalı misralar səslənir. Mətnin maraqlı xüsusiyyəti ondan ibarətdir ki, kupletdəki misralar nəqəratda təkrarlanır:

Dolandı aylar
Gəlmədin ey yar.
Hardasan yar, harda?
Gözüm qaldı yollarda.


NƏQƏRAT

Gəl, gəl, gəl gözəl yar.
Gəl, gəl, gəldi bahar.
Hərdasan yar, de, harda?


       Gözüm qaldı yollarda.Kupletin melodik quruluşu bir-birinin yaxın variantı olan sual xarakterli iki cümlənin və onlara cavab olaraq səslənən, birinci cümlənin melodik materialının sonrakı inkişaf mərhələsini təşkil edən iki cavab cümləsindən ibarətdir. Sonuncu iki cümlədə aşağı istiqamətli sekvensiyadan geniş istifadə olunur:

Nümunə ¹ 34.

       Nəqərat bölümü, bir çox mahnılarda olduğu kimi, kulminasiya anı ilə başlayır:

Nümunə ¹ 35.

       Sonra isə kupletdəki iki cavab cümləsi təkrar olunur. Mahnı ənənəvi koda ilə yekunlaşır.

       Yuxarıda S. Rüstəmovun bir sıra mahnılarını nəzərdən keçirərək onlarda şer ilə musiqinin qarşılıqlı əlaqələrini araşdırdıq. Nəzərdən keçirdiyimiz nümunələr bəzi nəticələr əldə etməyə imkan verir. Bəstəkar öz mahnılarında eyni poetik formalardan müxtəlif şəkildə istifadə etsə də, mahnıların kompozisiya quruluşu bir çox hallarda dəyişməz qalır. Belə ki, burada kupletdə şer misralarının heca sayı, bir qayda olaraq, dəyişməz qalır. Nəqərat bölmələri (nəqəratlı formalarda) əksər mahnılarda kulminasiya ilə başlayır, sonda isə nəzərdən keçirilən bir çox mahnılar koda ilə tamamlanır. Həcmcə çox da geniş olmayan həmin kodada mətnin nəqəratda səslənən son misraları yenidən təkrarlanır və bununla da məzmun etibarilə mahnıda vacib əhəmiyyət kəsb edən misralar (məlumdur ki, hər bir şerdə əsas məna sonuncu misralarda ifadə olunur) daha qabarıq səslənir. Nəqəratsız formalarda da kulminasiya əhəmiyyəti daşıyan melodik cümlələrdən sonra mahnının ilk bölmələrinin melodik cümlələri və onlarla birlikdə əhəmiyyətli şer misraları səslənir.

       S. Rüstəmovun mahnılarının maraqlı cəhətlərindən biri də odur ki, burada poetik misraların ölçüsü, bir çox nümunələrdə, həm kupletdə, həm də nəqəratda dəyişməz qalır və bu da, öz növbəsində, melodik cümlələrin sabit ölçüsünü müəyyənləşdirir. Bəstəkarın bəzi mahnılarında xalq mahnı nümunələrinə xas olan «yar», «gözəl yar» və s. kimi ifadələrlə rastlaşırıq. Digər tərəfdən, o istər klassik şer formalarından – bayatı, qoşmadan, istərsə də digər şer formalarından məharətlə istifadə edərək, poetik mətn ilə musiqinin uzlaşması baxımından kamil formaya malik kompozisiyalar yaratmağa nail olmuşdur. S.Rüstəmovun mahnılarının uzunömürlülüyü məhz bu səbəblərlə izah oluna bilər. Sonda qeyd etmək istərdik ki, bəstəkarın saysız-hesabsız mahnıları bu gün də öz aktuallığını itirməyərək, Azərbaycan mahnı klassikasının ən yüksək zirvələrindən birini təşkil edir.



BIBLIOQRAFIYA

1. Z. Stelğnik «Seid Rustamov» Baku, 1956
2. L. Mexmandarova «Seid Rustamov» Baku, 1965
3. E. Abasova «Səid Rüstəmov» Bakı, 1973
4. I.Gfendieva «Azerbaydcanskaə sovetskaə pesnə» Baku, 1981.



NOTOQRAFIYA

1. S. Rüstəmov «Mahnılar» Bakı, 1955
2. S. Rüstəmov «Könül mahnısı» Bakı, 1958
3. S. Rüstəmov «Seçilmiş mahnılar» Bakı, 1568
4. S. Rüstəmov «Mahnılar» Bakı, 1969
5. S. Rustamov «Pesni i romansı dlə qolosa i fortepiano» Moskva, «Muzıka», 1977.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page