ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
BÜLBÜLÜN NƏĞMƏSI ŞER DEYILMI?
Ceyran SABITOĞLU
Search

ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
CÖVDƏT HACIYEVIN
FORTEPIANO SONATASININ MUSIQI DILI

Iradə ABDURƏHMANOVA
FERENTS LISTIN SIMFONIK POEMASINDAN
GƏLƏN ƏNƏNƏLƏR

Aytən BABAYEVA
VASIF ADIGÖZƏLOVUN
«MUĞAM FANTAZIYASI»

Gülarə VƏZIROVA
BÜLBÜLÜN NƏĞMƏSI ŞER DEYILMI?
Ceyran SABITOĞLU

 


       Mətnin təhlili göstərir ki, «yar, haralısan» ifadəsi bütün mahnı boyu səslənərək, onun əsas ideyasının dönə-dönə xatırlanmasına gətirib çıxarır. Ritorik xarakter daşıyan bu suala sanki cavab axtarılmır, sadəcə olaraq, o təsvir olunan gözəlin oxşaması üçün bir vasitə rolunu oynayır.

       Mahnının kuplet bölməsində səslənən dörd cümlədən ilk ikisi sual xarakterlidir və kvarta sıçrayışı ilə başlayaraq, aşağı istiqamətli pilləvari hərəkətlə tamamlanır. Onu da qeyd edək ki, həmin kvarta sıçrayışı mahnının yazıldığı Şüştər ladının tamamlayıcı tonundan mayə (tonika) pərdəsinə yönəlmişdir:

Nümunə ¹ 14.

       Həmin cümlələrdə bayatının ilk iki misrası səslənir ki, onlar bir-biri ilə qafiyələnir. Sonrakı iki cümlə cavab xarakterlidir. Onlardan birincisində bayatının o birilərilə qafiyələnməyən üçüncü misrası səslənir və bu melodik cümlə kupletdə böyük intervala (sekstaya) sıçrayışa malik yeganə cümləsidir. Sonrakı cümlədə bayatı bəndinin dördüncü həmqafiyə misrası səslənir və o aşağı istiqamətli hərəkətlə tamamlanır:

Nümunə ¹ 15.

       Öz-özlüyündə iki bölmədən ibarət nəqəratin ilk bölümündə melodiya yuxarı registrdə başlasa da, S. Rüstəmovun bir çox mahnılarında təsadüf olunan aşağıya doğru yönəlmiş sekvensiya vasitəsilə orta registrə enir:

Nümunə ¹ 16.

       Nəqəratın ikinci bölümündə əvvəl mayə pərdəsinə, sonra isə tamamlayıcı tona qayıdış baş verir:

Nümunə ¹ 17.

       Mahnının koda bölməsində nəqəratın ikinci bölümü cüzi dəyişikliklərə məruz qalmış variant şəklində təkrar olunur.

       S. Rüstəmov bu mahnıda yenidən mətnlə məharətlə işləmək bacarığını nümayiş etdirir. Belə ki, sual intonasiyalı «yar, haralısan» ifadəsinin musiqidə təcəssümü bəstəkar tərəfindən iki yolla həyata keçirilir. Birinci variantda o melodik cümlənin sonunda aşağı istiqamətli hərəkəti cümlənin sonunda mayə pərdəsi ətrafında aşağıdan və yuxarıdan gəzişmə ilə tamamlayır ( bax nümunə ¹ 14). Ikinci variantda isə (həmin hal ilə nəqəratın ikinci bölümündə rastlaşırıq) mayə pərdəsindən yuxarı seksta sıçrayışı səslənir (bax nümunə ¹ 17).

       Indi isə bəstəkarın yeddi hecalı mətnlərə yazdığı bir neçə mahnısına nəzər salaq. Onlardan biri I. Səfərlinin sözlərinə yazılmış «Həkim qız» mahnısıdır. Mahnının mətni dördmisralı yeddi hecalı bəndələrdən ibarətdir:

Gülər üzlü həkim qız,
Ey gözləri bənövşə,
Qapımızdan keçəndə,
Sarsılıram həmişə.

       Həmin bəndlərdə ikinci ilə dördüncü misralar bir-biri ilə, birinci ilə üçüncü misralar sərbəst qafiyələnir. Mahnının melodiyası iki melodik cümlənin maraqlı şəkildə növbələşməsinə əsaslanır. Belə ki, onları şərti olaraq A və B hərfləriilə işarə etsək, kupletin ümumi sxemi aşağıdakı şəkil alar:

A B A B B(1) A(1) B(1) A(1)

Nümunə ¹ 18.

       Yuxarıda göstərilən not nümunəsində cümlələrin təkrarı göstərilməyib. Burada A və B cümlələrinin təkrarlanmasına uyğun olaraq, şer misralarının hər biri iki dəfə səslənir. Nümunədən göründüyü kimi, B cümləsində do-re diyez artmış sekunda intervalının səslənməsi daha çox seçilir. Həmin interval nəqərat bölümünün cümlələrində də böyük rol oynayır:

Nümunə ¹ 19.

       Sonra isə kupletin melodik cümlələri bəzi variant dəyişikliyi ilə səslənərək, mahnıya yekun vurur. Bu zaman kupletin sonluğunda olduğu kimi, melodik cümlələr B – A ardıcıllığı ilə səslənir. Mahnının adını və məzmununu müəyyən edən «həkim qız» ifadəsi isə, S. Rüstəmovun bir çox mahnılarında olduğu kimi, nəqəratdə səslənən şer bəndinin sonuna təsadüf edir. Bu bənd nəqəratda iki dəfə təkrarlanır.

       Səid Rüstəmovun ən məşhur mahnılarından biri də Ə. Əlibəylinin sözlərinə yazılmış «Gəlmədin» mahnısıdır. Mahnının dörd sətirlik kupletlərinin üç ilk misraları bir-birilə qafiyələndiyi halda, dördüncü misra digər kupletlərin sonuncu sətirlərinin təkrarıdır (aaab, vvvb və s) .

Axar sular dayandı, yar,
Qəlbim həsrətlə yandı, yar,
Rəyin nədən dolandı, yar,
Ilk görüşə gəlmədin.


       Mətndən göründüyü kimi, burada «yar» sözündən geniş istifadə olunur ki, bu da əsərin üslub baxımından xalq mahnı nümunələrinə daha yaxın edir. Kupletin melodik cümləsi (burada şer bəndinin də müvafiq, digər bəndlərlə həmqafiyə misrası səslənir) sonradan nəqəratda səslənən melodik cümlələrin inkişaf istiqamətini müəyyənləşdirir:

Nümunə ¹ 20.

       Nəqərat isə, tam olaraq, «gəlmədin» kəlməsinin təkrar-təkrar səslənməsinə əsaslansa da, bu heç də yeknəsəklik yaratmır – bəstəkar burada qısa, tersiya ilə yuxarı və aşağı hərəkət edən sekvensiya üzərində qurulmuş, nümunə ¹ 20-də göstərilən melodik cümlədən bəhrələnən ifadəli melodiya yaratmağa müvəffəq olmuşdur:

Nümunə ¹ 21.

       Beləliklə, mahnının mətnində qafiyə, melodiyasında isə intonasiya birliyi mövcuddur. Bu da əsərin kupletlərini və nəqəratını vahid və kamil musiqili-poetik kompozisiyada birləşdirir.

       B. Vahabzadənin sözlərinə yazılmış «Illər» mahnısında da yeddi hecalı mətndən istifadə olunur. Həmin poetik mətnin kupletlərdə (onların sayı üçdür) ifa olunan bəndlərində ikinci və dördüncü misralar bir-birilə həmqafiyədir. Nəqəratda səslənən misralarda tez-tez «illər» sözü təkrar olunur:

Bir qanadlı quş kimi
Uçur durmadan illər.
Bəhrəsilə eyləyir
Insanı heyran illər.


NƏQƏRAT

Illər, illər, ay illər,
Gözəl illər, ay illər,
Gülüstana çevirdi,
Səhraları nəsillər.
Illər, illər,
Gözəl illər, illər.


       Bəstəkarın bir çox mahnılarında oluğu kimi, «Illər» mahnısında da melodik cümlələrin mətnlə birlikdə təkrarlanması halları ilə rastlaşırıq. Belə ki, kupletdəki iki cümlənin hər biri iki dəfə səslənir.

Nümunə ¹ 22.

       Nəqərat bölməsində də S. Rüstəmov mahnıları üçün səciyyəvi olan kupletin melodik cümləsinin kvarta yuxarıda səslənməsinin şahidi oluruq. Sonrakı cümlədə melodiyanının əvvəlki registrinə qayıdış baş verir:

Nümunə ¹ 23.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page