ÏÎÐÒÐÅÒËßÐ
AQŞIN ƏLIZADƏ
Fərəh Əliyeva
Search

ÏÎÐÒÐÅÒËßÐ
MILLI MUSIQI IRSIMIZIN GÖRKƏMLI TƏDQIQATÇISI
Ariz ABDULƏLIYEV
AQŞIN ƏLIZADƏ
Fərəh Əliyeva
DƏYƏRLI ÖMRÜN SƏHIFƏLƏRINDƏN
Kamilə Dadaşzadə
YENILIYIN EHTIRASLI MÜDAFIƏÇISI
Səadət SEYIDOVA

 


       Azərbaycan bəstəkarlıq məktəbi yaranan zaman dünya musiqi sənəti artıq vahid üslub diqtəsindən çıxmışdı. Iyirminci yüzillik cox səviyyəli və coxqütblü bəstə sistemləri, yazı texnikaları mərhələsi idi. Əvvəlki əsrlərin ənənələri və musiqi informasiyası – qədim polifoniya ustalarının maraq obyektinə cevrilərək yenidən fəal ifacılıq həyatına qədəm qoyan əsərlərindən tutmuş postimpressionizmə, ekspressionizmə, neoprimitivizmə və s. müxtəlif təbiətli və məntiqli üslub şaxələri çulğaşaraq qəribə bir rəngarənğlik yaradırdı. Bəstə texnikasında ənənəvi funksional əsaslarda dayananlarla bu əsasların özünü buxov kimi qəbul edib ondan yaxa qurtarmaq istəyənlər arasında radikal qütbləşmə gedir. Əsr artıq vahid bir harmoniyada birləşən həmahəng çoxsəsliliyi deyil, əsl kakofoniya səsləşməsini xatırladır. Nəhənğ informasiya axını ,texniki imkanlar bolluğundan hər bir milli musiqi məktəbi öz inkişaf səviyyəsinə uyğun gələni seçmək imkanı qazandı. Məhz seçim bolluğu – XX əsr musiqi təfəkkürünün qazandığı və malik old uğu ən önəmli keyfiyyətidir.

       Azərbaycan bəstəkarları XX əsrin bu seçim bolluğundan əsrin ikinci yarısından etibarən bəhrələnmək imkanı əldə etdilər.Bu bolluq içində özünü tapanlar da oldu, itirənlər də Dahi sələflərinin ənənələrinə dayaqlanaraq sənətdə öz yolunu tapmış, öz üslubunu yaratmış Aqşin Əlizadə Azərbaycan mədəniyyətinin ən istedadlı və özünəməxsus simalarından biridir. Ədəbiyyat və incəsənətə yeni nəfəs, əhəmiyyətli dəyişiklər, əsl yaradıcılıq azadlığı gətirən, milli şüuru dirçəldən, xalqı özünə, tarixinə, söykökünə qaytaran 60-cı illər Azərbaycan musiqisində də yeni mərhələ açmışdır. Ehkamçı, mühafizəkar musiqi zövqlərini alt-üst edən müasir üslublara, çağdaş ifadə vasitələrinə söykənən, milli incəsənətin ənənələrinə yeni gözlə baxan, yeni estetik mövqelərdən yanaşan gənclər arasında Aqşin Əlizadə də var idi.

       Onun bəstəkar kimi formalaşmasında xalq musiqisini dərindən bilməsi, böyük sənətkarımız Cövdət Hacıyevin sinfində təhsil alması, xasiyyətindəki əməksevərlik, daim kamilləşmək, öyrənmək həvəsi böyük rol oynamışdır. Aqşin Əlizadəni haqlı olaraq Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyovun ənənələrinin ən parlaq davamçısı hesab edirlər. Üzeyir Hacıbəyovun musiqisinə xas gözəllik və nəciblik, həssas forma duyumu, xəlqilik, sözün əsl mənasında, klassik təfəkkür tərzi Aqşin Əlizadənin yaradıcılığında yeni səpkidə, müasir görümdə davamını tapır. Bəstəkarın öz sözləri ilə desək, Üzeyir musiqisi onun canına hopub, sənətdə yol göstərən ulduza çevrilib. Aqşin Əlizadə çağdaş dünya musiqisinin ən müxtəlif üslub təmayullərinə, yazı üsullarına yaxşı bələddir. Onun bənzərsiz musiqi təxəyyülü Q.Qarayev, F.Əmirov, S.Prokofyev, I.Stravinski, B.Bartok, K.Orf irsindən qidalanmışdır. Lakin yaradıcılığının hər bir dövründə A.Əlizadə təkrarçılıqdan, təqlidçilikdən uzaq olub, sənətdə ilk addımlarından ciddi, tələbkar, m üstəqil düşünmək istedadına malik bəstəkar kimi tanınıb. O, heç vaxt müasirlik xatirinə müasirlik yolunun yolçusu olmayıb, dəbdən kənarda qalmamaq həvəsiylə əsər yazmayıb, sənətdə yersız güzəştlərə getməyib. Aqşin Əlizadə sənətkar kimi təbiətilə həmahəng olan, ürəyinə yatan bütün təsir və ənənələri müstəqil musiqi təfəkkürünün süzgəcindən keçirir, öz qəlbinin hərarəti, özgün baxışları və estetik mövqeyinin mayası ilə yoğuraraq yeni müəllif məntiqinə tabe olan təravətli musiqi dünyasında yaşadır. Bəstəkarın musiqi lüğəti çox zəngindir. Xalq musqisinin əski qatlarından tutmuş müasir kompozisiya üsullarına qədər. Lakin onun musiqi üslubu alabəzəklikdən, şit milli-etnoqrafik qəliblərdən, süni müasirçilikdən uzaqdır.

       Aqşin Əlizadənin yaradıcılığının ilk dövrünə aid iki əsərdə onun üslubunun mühüm keyfiyyətləri artıq aydın görünür. Üçhissəli Kamera simfoniyası parlaq obrazlılığı, müstəqil yaradıcılıq yoluna qədəm qoyan bir bəstəkar üçün qibtə ediləcək bir xassə olan kamil və münasib forma hissiyyatı, üslub məharəti ilə fərqlənir. Əsərin üslub istiqaməti müasir üslub əsasında əxz olunmuş erkən klassisizmə unvanlanır. Kamera simfoniyası haradasa S.Prokofyevin «Klassik simfoniya»sı ilə də səsləşir. Bu əsərlər arasında maraqlı analogiya aparmaq olar: hər iki bəstəkarın yaradıcılığında simfoniyaların yeri və əhəmiyyəti demək olar ki, eynidir. Hər iki simfoniya yetkin yaradıcılıq yolunun astanasıdır. Ümumilik əsərlərin yığcamlığında, gümrah nikbin emosional tonusundadır. Eyni zamanda, hər iki əsərdə neoklassisizmin mühafizəkar çərçivələrindən cəsarətlə kənara çıxmaq meyli və milli musiqi ənənələrinə müraciət vardır.

       Tərkibində mütləq alət kimi çembalo olan kamera orkestrinə müraciət artıq bəstəkarın öz əsərində müəyyən ifaçılıq üslubu dövrünə ünvanlandığını göstərir. Lakin məlumdur ki, bu hələ əsərin məhz neoklassisizmə mənsubiyyətini qəti müəyyənləşdirmək üçün kifayət deyildir. Əsərin dramaturji xüsusiyyətləri, silsilənin xarakteri, mövzuların üslub «siması» və inkişaf prinsipləri, forma xüsusiyyətləri ilə tanışlıq Kamera simfoniyasını neoklassisizmin 60-cı illərdə sovet musiqisində yayılmış və geniş təmsil olunmuş sintezin nümunəsi kimi qiymətləndirməyə imkan yaradır. Bu mənada Kamera simfoniyası nəzərdən keçirdiyimiz o biri əsərlərdən məhz fərqli təkan amili ilə seçilir: əgər F.Qarayev və I.Hacıbəyovun əsərlərində Stravinski neoklassisizminin bilavasitə davamı və buradan da konkret bir modelin və modellər toplusunun təcəssümü əsas vəzifə idisə, Kamera simfoniyasında A.Əlizadə qarşısına buna bənzər məqsədlər qoymamışdı. Əsərin üslub konsepsiyasında klassik, müasir və milli düşüncə tərzi üzvi surətdə çulğalaşır. Onlar hər biri o biri ilə müqayisədə qovuşuqda mövcuddur.

       A.Əlizadənin yaradıcılığında Kamera simfoniyası bu qəbildən yazılmış əsərlərin bəklə də yeganə nümunəsi oldu. Klassisizm onun yaradıcılığında neoklassisizm libasında sabitləşmir, üslubun aydınlıq, mütənasiblik, obyektivlik xassəsində əriyir. Neoklassik «məktəb» A.Əlizadə üçün mərhələvi xüsusiyyət daşıyır və sonrakı əsərlərdə («Aşıqsayağı», «Pastoral», «Kənd süitası») xalq musiqisinin janr-obraz aləminin obyektiv, klassikcəsinə aydın təcəssümü tərzində üzə çıxır.

Müşayiətsiz xor üçün «Bayatılar» əsəri 1969-cu ildə yazılmışdır. Bu əsər Azərbaycan musiqisində müşayiətsiz xor üçün ilk silsilədir. Lakin onun milli musiqimizdə tutduğu şərəfli yer yalnız xor sənətində yeni janrın təmsilçisi olmaqla bitmir. «Bayatılar» müasir bəstəkar yaradıcılığında xalq bədii təfəkkürünün, musiqi sərvətlərinin imkanlarına yeni mövqelərdən baxışı, əldə etdiyi təravətli, yeni estetik-bədii nəticəsi ilə mərhələ açan əsərdir.

       Silsilənin adından göründüyü kimi bəstəkar xalq yaradıcılığının ən ulu və özünəməxsus bir janrına – bayatılara müraciət etmişdir. Öz-özlüyündə bu müraciət 60-cı illərin «xalqçılıq» əhval-ruhiyyəsindən yaranmışdı. Qeyd edək ki, rus musiqisində, eləcə də başqa bəstəkarlıq məktəblərində xalq poetik mətnlərinə müraciətlə yazılmış əsərlər onlarcadır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page